Dərs Mühazirə Hüceyrə fiziologiyası



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix26.03.2023
ölçüsü1,31 Mb.
#90167
növüDərs
1   2   3   4   5   6   7   8   9
Fiziologiya

 
Nüvə və mitoxondrlər onunla fərqlənir ki, bu orqanoidlərin hər biri ikiqat membranla əhatə olunmuşdur.
Nüvə hüceyrədə əsasən metabolizmin genetik nəzarətinə cavabdehdir.
 
Mitoxondirinin 
daxili 
girintili-çıxıntılı 
membranı 
oksidləşdirici-fosforlaşdırıcı metabolizm proseslərinin getdiyi 
yerdir. Burada piruvatin və ya yağ turşularının oksidləşməsi 
hesabına yüksək enerjili birləşmə - adenozintrifosfat (ATP) 
sintez olunur. 
 
 
 
 
 
 
 
Sitoskelet. Sitoplazma. Mikroborucuqlar. Aktin filamentləri. Aralıq filamentlər. 
Orqanoidləri əhatə edən sitoplazmanı mütləq amorf hesab etmək olmaz, çünki onun sitoskelet törəməsi 
vardır.
Sitoskelet mikroborucuqlardan, aktin filamentlərindən və aralıq filamentlərdən ibarətdir.
Mikroborucuqların xarici diametri təxminən 25 nm-dir. Onlar adi polimer
kimi tubulin zülal molekullarının 
yığılması nəticəsində yaranır.
 
Aktin filamentləri – membran qatı yanında və bütün hüceyrədə yerləşən yığıcı liflərdir. Onlar əsasən 
hərəkətlə bağlı proseslərdə iştirak edirlər.
Aralıq filamentlər - müxtəlif hüceyrə tiplərində kimyəvi tərkibə malik bloklardan təşkil olunmuşlar. Onlar 
sitoskeletin iki elementi arasında müxtəlif əlaqələr yaradırlar.
 



Orqanoidlər kimi plazmatik membran da sitoskeletlə birləşmiş vəziyyətdədir. Sitoskelet hüceyrənin 
quruluşunu və onlarda orqanoidlərin vəziyyətinin saxlanılmasını təmin etməklə yanaşı hüceyrənin 
formasının dəyişməsini və onun hərəkətliliyini müəyyən edir. 
Sitozol. Sitozolun tərkibi. Sitozolun möhtəviyyatı. 
Müəyyən edilmişdir ki, hüceyrə həcminin təxminən yarısını sitozol təşkil edir. Sitozol təxminən 20% (çəki 
ilə) zülaldan ibarət olduğundan, o, daha çox geli xatırladır. Kiçik molekullar, o cümlədən üzvi və qeyri-üzvi 
ionlar sulu fazada həll olur. Hüceyrələrlə ətraf mühit arasında ion mübadiləsi gedir.
Hüceyrəxarici mühitdə ionların qatılığı demək olar ki, sabit səviyyədə saxlanılır. Bu ionlardan hər birinin 
hüceyrə xaricindəki miqdarından fərqli olaraq, onun hüceyrə daxilindəki miqdarı spesifik səviyyəyə 
malikdir. 
Hüceyrənin xarici mühitində Na+ kationu daha geniş yayılmışdır. Hüceyrə daxilində onun qatılığı xarici 
mühitə nisbətən 10 dəfə azdır. K+ kationunun qatılığı isə əksinə, hüceyrə daxilində daha çoxdur. 
Hüceyrədaxili və hüceyrəxarici mühitdəki qatılıqlar arasındakı daha böyük fərq Ca
2+
ionları üçün 
xarakterkdir. 
Sərbəst Ca
2+
ionlarının qatılığı hüceyrənin xaricinə nisbətən onun daxilində on min dəfə azdır. Bütün ionlar 
sitozolda həll olur, onların bir hissəsi zülallarla adsorbsiya edir və ya orqanoidlərdə ehtiyat halında 
toplanır. Məsələn, Ca
2+
-un misalında birləşmiş ionlar sitozolda sərbəst ionlara nisbətən daha çoxdur.
Sitozol zülallarının böyük hissəsi – fermentlərdir, onların iştirakı ilə aralıq metabolizmin çoxlu prosesləri 
həyata keçirilir: qlikoliz və qlikoneogenez, amin turşularının sintezi və parçalanması, ribosomlarda zülalın 
sintezi.
Sitozolda həmçinin vacib molekulların ehtiyatı kimi lipid damlaları və qlikogen qranulaları (dənələri) vardır: 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin