Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə8/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   4   5   6   7   8   9   10   11   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

814



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

5. İfadə vasitələrinə görə: Qövsinin dilində xitablar əsasən isimlərlə, izafət və izafət tərkibləri 

ilə,  feli  sifət  və  feli  sifət  tərkibləri  ilə  ifadə  olunmuşdur.  Bunların  arasında  feli  sifət  və  feli  sifət 

tərkibləri  ilə  ifadə  olunmuş  xitablar  diqqət  çəkir,  bunlar  şairin  xitab  etdiyi  varlığa  səmimi  müraciəti 

təsiri  bağışlayır,  bəzən  feli  sifət  tərkibinin  komponentlərinin  inversiyası  isə  XVII  əsr  danışıq 

üslubunun  fonunda  Azərbaycan  dilinin  sadəliyini,  şirinliyini,  yeri  gəldikdə  obrazlılığını  açıq  şəkildə 

göstərir; məs.: Ey deyən kim, yaxşıdır etmək nisari-can ana, Yetsə növbət, düşsə fürsət, versə rüsxət 

yaxşıdır;  Ey  deyən  Məcnun  hanı,  Məcnun  mənəm,  Leyli  gərək,  Surəti-divar  çoxdur,  dəhrdə  məni 

gərək;  Ey  mənim  zülm  ilə  könlüm  kişvərin  viran  edən,  Dəmbədəm  bir  özgə  nirəng  ilə  bağrım  qan 

edən;  Gərçi  naqisdir  vücudim,  feyzsiz  olmaz  vücud,  Göz  götürmə  məndən,  ey  yoxdan  məni  var 

eyləyən; Naxuni-səy ilə Qövsinin açılmaz üqdəsi, Sən yetiş fəryadə, ey hər müşkili asan edənEy bir 

az ehsan ilə aləmləri təmir edən, Mən nə təqsir ilə, yarəb, böylə viran qalmışam... Xitabların, əsasən, 

çağırış  bildirən  ərəb  mənşəli  “ya”  nidasının  yerinə  türk  mənşəli  “ey”  nidası  ilə  birgə  işlənməsi  də 

danışıq dili xüsusiyyətidir, müvafiq ritm və intоnasiya ilə müşayiət еdilən bu xitablar eyni zamanda 

şeirin emosionallığını, ifadəliliyini və təsir gücünü artırmağa xidmət edir. 



 

 

FONOSEMANTİKA NƏZƏRİYYƏSİNİN                                   

FORMALAŞMASI VƏ  TƏŞƏKKÜLÜ 

 

Sahilə İBRAHiMOVA 

ADPU 

sahila.ibrahimova@yahoo.com 

AZƏRBAYCAN 



 

Səsin  məna  ilə  əlaqədar  olması,  onların  arasında  müəyyən  rabitənin  və  məzmun  vəhdətinin 

mövcudluğu qədim dövrlərdən diqəti cəlb etmiş bir məsələ olmuşdur. Bu barədə görkəmli filosoflar, 

mütəfəkkirlər,  elm  xadimləri  müxtəlif  fikirlər  söyləmişlər.  Həmin  məsələ  ilk  olaraq  sözün  və  dilin 

yaranması  fövqündə  ortaya  atılmışdır.  Sözdə  işlənən səslərin  həmin  sözlərin  verdiyi  mənanın  əmələ 

gəlməsində  xüsusi  rol  oynaması  haqında  runlarda, Kabbalada,  Upanişad  mətnlərində,  müqəddəs  dini 

kitablarda bir çox fikirlər vardır. 

Səslə  məna  arasındakı  əlaqə  antik  filosoflarının  əsərlərində  geniş  müzakirə  obyekti  olmuşdur. 

Heraklitin  fikrinə  görə,  sözlər  əşyaların  “kölgəsi”,  onların  obrazlarıdır.  Heraklitin  davamçıları  ilk 

sözlərin necə əmələ gəlməsi məsələsində iki qrupa bölünürdülər. Onların birinci qrupu sözləri canlı və 

cansız  təbiət  obyektlərinin  çıxardığı  səslərin  təqlidi  sayırdı.  Bu,  sözlərin  yaranmasının  səstəqlidi 

nəzəriyyəsi  adlandırılmışdır.  Heraklit  nəzəriyyəsinin  digər  davamçılarının  fikrinə  görə  ilk  sözlər 

şüursuz  şəkildə  çıxarılan  səslər  əsasında  yaranaraq,  insanın  hal  və  təsəvürlərini  ifadə  etmişdir. 

İnsanların  özlərindən  asılı  olmayaraq  çıxardığı  səslər  onların  halını,  hissini  ifadə  edən  sözlərə 

çevrilmişlər. Bu, sözlərin yaranmasının nida nəzəriyyəsi adını almışdır. 

Fonosemantika  müasir  dilçilikdə  tarixən  qədimliyi  ilə  seçilən,  leksikanın  öyrənilməsində  geniş 

istifadə  olunması  baxımından  isə  yeni  bir  istiqamət  kimi  diqqət  mərkəzindədir.    Müasir  fono-

semantikanın  yaranması,  onunla  bağlı  müxtəlif  məsələlərin  ortaya  atılması  uzaq  keçmişə  gedir.  Bu 

sahə səs və məna arasında əlaqənin axtarılması zəminində meydana çıxmışdır. 

Dilçiliyin təşəkkül tapdığı ilk dövrlərdə diqqət mərkəzinə çəkilən əsas məsələ sözün  mahiyətini 

aydınlaşdırmaq olmuşdur. Dilə dair ən qədim fikirlər sözün forması, onun təşkilediciləri və mənasına 

həsr  olunmuşdur.  Dilin,  sözün  mənşəyi,  mənası  barədə  fikirlərdə  dil  vahidlərinin  fonetik,  qrafik  və 

semantik tərəflərinə fərq qoyulmur, onlar eyniləşdirilirdi. 

Rus  dilçiliyində  fonosemantika  sahəsində  yazılmış  fundamental  tədqiqat  işi  S.V.Voroninə 

məxsusdur. Alim 250 dildə səstəqlidi ilə yaranmış onoomatopik quruluşları araşdırmışdır. Gerçəkliyin 

əsas  səslənmə  tiplərini  və  onların  korrelyatlarını  dilin  fonetik  müstəvisində  öyrənən  S.V.Voronin 

səslərin  differensiaı  əlamətlərinə  əsaslanmışdır.  Müxtəlif  dillərin  fonoloji  tərkibində  variantivliyi 

nəzərə alaraq, S.V.Voronin ilk işlərində “fonemotip”, sonrakı tədqiqatlarında “fonotip” terminlərindən 

istifadə etmişdir. Onun daxil etdiyi termin fonemlərə münasibətdə invariant vahidi ifadə edir. Fonotip 

müəyyən  artikulyasiya  və  ya  akustik  əlamətlərə  görə  fonemə  yaxınlığı  ilə  seçilir.  Fonosemantika 

tarixində  S.Voronin  ilk  dəfə  olaraq  təkcə  ayrı-ayrı  fonemləri,    yaxud  differensial  əlamətlərə  deyil, 

sözlərin vokal vəm konsonantlara görə kök modellərinə (məs,cvc,vcc,vcv,ccv və s.) də diqqət yetirmiş, 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

815



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

onların  ifadə  etdikləri  xarici  səslənmə  tiplərini  aydınlaşdırmağa  çalışmışdır.  Gerçəklik  səslərinin 

differensial akustik parametrləri (instantlar, kontinuantlar, frekvantlar və onların müxtəlif növləri) və 

onları dilin  fonetik imkanları ilə uyğunluğu S.V.Voroninin tədqiqat işində əhəmiyyətli yer tutmuşdur. 

S.V.Voronin səs təqlidi ilə səs simvolizmini səs təsviri adlanan eyni bir dil prosesinin tərkibi saymış 

və bu prosesi dilin yaranması ilə inkişafının əsasında qoymuşdur (primar genetik motivləşmə). 

Qeyd etmək lazımdır ki, fonosemantika nəzəriyyəsinin formalaşması və inkişafı haqqında bir sıra 

dilçilərin əsərlərində xülasələr verilmişdir. Qismən geniş xülasə və şərh Ştefan Etzelin (Etzel 1983) və 

Marqaret  Maqnusun  (Magnus  1998),  A.B.Mixalyovun  tədqiqatlarında  yer  almışdır.  Azərbaycan 

dilçiliyində  fonosemantika  sahəsində  ilk  dövrlərdə  ümumi  aspektli  fikirlər  verilmişdir.  Sonralar 

etimologiya və ilkin köklərin bərpası ilə bağlı işlərdə (A.Ələkbərov, V.Aslanov) fonosemantik inkişafa 

müəyyən  qədər  toxunulmuşdur.  F.Cəlilov  Azərbaycan  dilinin  morfonologiyasına  dair  işlərdə  fono-

emantik  inkişaf  məsələləri  diqqət  mərkəzinə  çəkilmişdir.  Azərbaycan  dilinin  leksikasının  fono-

semantik inkişafı sahəsində Azərbaycan dilçiliyində ilk fundamentla tədqiqat işini prof. B.Ə.Xəlilov 

aparmışdır.  “Azərbaycan  dilində  fellərin  fonosemantik  inkişafı”  adlı  doktorluq  dissertasiyasında  və 

“Fellərin ilkin kökləri” monoqrafiyasında müəllif fonosemantikanın leksikologiyaya tətbiqi məsələsini 

də araşdırmış, eyni zamanda fonosemantik tədqiqatlarla bağlı çox qısa və yığcam xülasə vermişdir. 

Amerika alimi Leonard Blumfild səslə məna arasında əlaqəyə də xüsusi yer ayıraraq yazmışdır: 

“Nitq  səslərini  mənadan  təcrid  edilmiş  şəkildə  öyrənmək  düzgün  deyildir.  Gerçəklikdə  nitq  səsləri 

siqnallar  kimi  istifadə  olunur.  Biz  dil  formasının  mənasını  danışanın  onu  tələffüz  etməsi  və  həmin 

tələffüz olunanın dinləyəndə hansı reaksiya yaratması halı kimi təyin edirik.” 

Səslə məna arasındakı əlaqə məsələsinə dair  XX əsrdə aparılan tədqiqatlar yalnız səsin və dilin 

yaranması,  səsin  və  dilin  təbiətini  müəyyənləşdirmək  müstəvisindən  çıxaraq  daha  çox  elmi  səciyyə 

almışdır. 

XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərinə  qədər  fonosemantikaya  dair  işlərdə  tədqiqatçıların  irəli 

sürdüyü fikirlər, gəldikləri nəticələr məhdud səciyyə daşıyırdı. Belə bir cəhət, qeyd olunduğu kimi, bir 

tərəfdən  məsələnin  fəlsəfi  köklərinə  daha  çox  diqqət  yetirilməsi,  digər  tərəfdən,  mövcud  faktların 

azlığı, natamamlığı ilə bağlı olmuşdur. Eyni zamanda, aparılmış tədqiqatlarda fonosemantikanın elmi-

nəzəri  əsasları,  prinsipləri  işlənməmişdi.  XIX  əsrin  sonlarından  başlayaraq  V.El,  V.Aston,  V.Vundt, 

M.Qrammon,  H.Hilmer,  K.Brokkelman,  X.Marçand,  N.İ.Aşmarin,  N.K.Dmitriyev  və  başqalarının 

əsərlərində fono-semantikanın nəzəri məsələləri daha geniş planda ifadəsini tapmışdır. 

Fonosemantikaya  dair  XX  əsrin  əvvəllərindən  başlayaraq  aparılmış  tədqiqat  işlərində  nida  və 

səstəqlidi  sözlərin  fonetik,  struktur,  semantik,  sintaktik  xüsusiyyətləri,    səstəqlidi  sözlərin  fonetik, 

struktur,  semantik,  sintaktik  xüsusiyyətləri,  səstəqlidi  sözlərin  təsnifi,  səstəqlidinin  funksional-

kommunikativ  səciyyəsi,  səstəqlidi  sözlərlə  onların  denotatları  arasındakı  münasibət,  səstəqlidi 

sözlərlə imperativlər oxşar və fərqli cəhətləri və bir sıra digər məsələlər diqqət mərkəzinə çəkilmişdir. 

XX əsrin əvvəllərində sözlərdə səs və məna uyğunluğu, səs təqlidi, səs simvolizmi, ümumiyyətlə 

fonosemantikaya dair müxtəlif səpkili fikirlər səslənmişdir. 

Leksik  sistemin  fono-semantik  inkişafı    bir  sıra  anlayışların  təyini  və    bu    cür    tədqiqat    üçün  

materialın    seçilməsini  zəruriləşdirir.  Azərbaycan  dilinin  leksik  kateqoriyalarının  fonosemantikası 

üçün həmin məsələləri ümumi şəkildə nəzərdən keçirmək lazım gəlir. 

 

 

CÜMLƏDƏ SÖZ SIRASININ POZULMASI – İNVERSİYA 

 

Sona HƏSƏNOVA 

Sumqayıt Dövlət Universiteti 



sdu.qrup.974@hotmail.com 

AZƏRBAYCAN



 

 

Cümlə bitmiş fikri ifadə edən ən böyük dil vahididir. Cümlənin fikir ifadə edə bilməsi üçün onun 

müxtəlif sözlərdən, cümlə təşkil edən üzvlərdən ibarət olması zəruridir. Azərbaycan dilində ədəbi dil 

normalarına uyğun olaraq cümlədə söz sırası mübtəda→xəbər formasında olur. Məs.Onlar tələbədir. 

Bu  sıra  normal  sıra  adlanır.  Lakin  bəzən,  nitq  daha  emosional  və  ekspressiv  olduqda  cümlədə  söz 

sırası dəyışır və qeyri – normal sıra yaranır. Cümlədə baş verən belə sintaktik hadisə inversiya adlanır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

816



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Inversiya  söz  sırasının  pozulmasıdır.  Qeyd  etməliyik  ki,  “söz  sırası”  anlayışı  ilə  “cümlə  üzvlərinin 

sırası”  anlayışı  fərqlidir  bunları  eyniləşdirmək  olmaz.  Bəzən  inversiyanı  “cümlə  üzvləri  sırasının 

pozulması” da adlandıranlar olur. Lakin bu fikrə münasibət olaraq demək olar ki, inversiyanı cümlə 

üzvləri  sırasının  pozulması  adlandırmaq  düzgün    deyildir.  Çünki  üzvlənmə  zamanı  söz  hesab  edilən 

köməkçi  nitq  hissələrinin  də  yerdəyişməsi  baş  verir  və  bu  hadisəni  cümlə  üzvlərinin  yerdəyişməsi 

adlandırmaq doğru hesab olunmaz. İnversiyaya əsasən şeirlərdə rast gəlinir. B.Vahabzadənin yazdığı 

misralara diqqət edək: 

Niyədir gecənin bu səssizliyi? 

Bütün yatanlarmı dərdsizdir belə... 

Burada yazılan “Niyədir gecənin bu səssizliyi” cümləsini nəzərdən keçirdikdə görünür ki, xəbər 

cümlənin əvvəllində, mübtəda isə sonda işlənmişdir.Cümlə isə normalda “Gecənin bu səssizliyi niyədir?” 

şəklində olmalıdır. İkinci cümlədə də həmçinin eyni söz sırası pozulmuşdur, yəni inversiya  baş vermişdir.  

Dilimizdə cümlə üzvü vəzifəsində işlənməyən sözlər də vardır.  Bunlar köməkçi nitq hissələridir 

ki,  onların  cümlədə  yeri    sərbəstdir.  Məsələn  modal  sözlər  istər  cümlənin  əvvəlində  işlət,  istər 

cümlənin sonunda heç bir məna dəyişkənliyi  yaratmayacaq. Köməkçi nitq hissələrinin cümlədə yeri 

sərbət olsa da, nitqimizdə daha çox bu sözlərinin özünəməxsus yeri vardır. Məs: 

Dost bilmişik biz sən demə 

Pis günə  yoldaş olanları... 

Bu  misrada  olan  “sən  demə”  modal  sözü  cümlənin  sonunda  işləndikdə  daha  obrazlı,  ahəngdar 

səslənir. Nitqimizdə isə biz bu cümləni daha çox bu şəkildə “sən demə, biz dost bilmişik” kimi işlənir. 

Məhz  bu  məsələlərə  görə  inversiyaya  “cümlə  üzvlərinin  yerini  dəyişməsi”  əvəzinə  “söz  sırasınım 

pozulması” tərifini vermək daha düzgün olardı. 

Yuxarıda qeyd etdiyimiz kimi inversiyada sözlərin sırası dəyişdikdə mənası dəyişmir. Dilçilikdə 

söz  sırasinın  iki  əsas  funksiyası  vardır:    Bunlardan  biri  sintaktik-semantik  funksiya,  digəri  uslubi 

funksiyadır. Sintaktik-semantik funksiya adından göründüyü kimi cumlədə söz sırasının pozulması ilə 

cümlənin mənasının dəyişməsi deməkdir. Bu hadisə bir sıra dillərdə olsa da Azərbaycan dilində yalnız 

mübtəda ilə qeyri-müyyənlik vasitəsiz tamamlığın münasibətində özünü göstərir. Məs: Canavar insan 

parçalayıb  cümləsində  mübtəda  olan “canavar” tamamlıq  vəzifəsində işlənən  “insan”  sözü ilə  yerini 

dəyişdikdə cümlə “ İnsan canavar parçalayıb” şəklini alır və həm məna dəyişir, həm də cümlə üzvləri 

sintaktik  vəzifəsini  dəyişir.  Bayaq  cümlədə  mübtəda  vəzifəsində  işlənən  “canavar”  sözü  yerini 

dəyişməklə “tamamlıq” oldu və cümlənin mənasını da dəyişdi.  

Söz sırasının digər funksiyası olan üslubi funksiya isə sintaktik-semantik funksiyasının əksi olar-

aq söz sırası yerini dəyişdikdə məna dəyişmir. İnversiya məhz bu cür sintaktik hadisədir və şeirlərdə 

ahəngdarığı artırır, oxucuya, dinləyiciyə bədii zövq verir. “Baxıram ətrafa böyüyüb hamı” (B.Vahab-

zadə)  bu  misrada  mübtədanın  xəbərdən  sonra  işlənməsi  cümlədə  emosionallıq,  ifadəlilik  yaradır  və 

inversiya  öz  funksiyasın  yerinə  yetirmiş  sayılır.  Biz  qeyd  edirik  ki,  inversiya  əsasen  şeirlerdə  olur. 

Yalnız bəzən yazıçı sözlərdən öz üslubuna uyğun şəkildə istifadə edir, hətta söz sırasını belə pozmaq-

dan  çəkinmir.  Nitqin  təsir  qüvvəsini  artırmaq  məqsədiylə  sözlərin  adi,  normativ  axarını  dəyişir  ki, 

buna anakoluf deyilir. Məs:  Ah İskəndər, İskəndər , axır ki gəldi İskəndər! 

Ümumiyyətlə,  inversiya  hadisəsinin  öyrənilməsi  və  tədqiqi  həmişə  aktual  olan  məsələlərdəndir. 

Çünki  şeir,  sənət  nümunələri  yarandıqca  inversiyaya  müraciət  artacaq    və    bəzən  bu    nümunələrin 

emosional gücü, əsas qayəsi  məhz inversiya ilə nəzərə çarpacaqdır.    

 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

817



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ŞƏXS ADLARININ ÜMUMI XARAKTERİSTİKASI 

 

Leyla İSMAYILOVA 

Qafqaz Universiteti 



lismayilova@qu.edu.az 

AZƏRBAYCAN 

 

Uşaqlarımıza qarşı ən mühüm vəzifələrimizdən biri də onu gözəl bir adla adlandırmaqdır. Bu iş  



hər  nə  qədər  asan  görülsə  də,  bir  o  qədər  çətin  və  məsuliyyətli  vəzifədir.Çünki  verilən  ad  ömrünün 

sonuna kimi şəxsin tanınmasına, çağrılmasına bir şəxs kimi ifadə olunmasına dəlalətdir.Sabahın fəal 



insanları, cəmiyyətin gələcək kişi və qadınları üçün adqoyma məsələsi xüsusi əhəmiyyət daşıyır. 

Müasir  inkişaf  etmiş  ictimai  elmlər,  xüsusilə  də  elmin  psixologiya,  sosiologiya,  pedaqogika  və 

hətta  kriminologiya  kimi  sahələri  çoxlu  nəzəri  və  əyani  dəlillərlə  sübut  etmişdir  ki,  insan 

şəxsiyyəti ilə onların adları arasında qəribə və inkaredilməz bir əlaqə var. İnsanları bir-birindən 

fərqləndirməyə  xidmət  edən  şəxs  adlarının  tarixinə  gəlincə  bu  tarix  xalqımızın  dili  və  tarixi  qədər 

qədimdir.  Qədim  yazılı  nümunələrimizdən  olan  “Orxon  Yenisey  abidələri”  və  “Dədəqorqud 

Dastanlarında ” şəxs adları ilə yanaşı advermə adət-ənənələri haqqında verilən geniş məlumatda tarixi 

advermə ünsürləri əks olunur.  

Tarixboyu  bu  mövzunu  öz  əsərlərində,  qeydlərində  və  tədqiqat  sahələrində  araşdıran  elm 

xadimlərimizin  də  advermənin  tarixi  inkişaf  prosesinə  töhfəsi  az  olmamışdır.  XII  əsr  məşhur 

Azərbaycan  şairi  Nizami  Gəncəvi  “Xəmsə”sində  yüzlərlə  ad  və  onların  etimologiyası  haqqında 

mılumat  verir.  Z.  Bünyadov  “Nəsrəddin  Tusi  və  XIII  əsrdə  Azərbaycan  elminin  inkişafı”  adlı 

məqaləsində  Marağa  rəsədxanasında  fəaliyyət  göstərmiş  alimlərin  adları  haqqında  xəbər  verir.  XIII-

XIV 

əsrdə  yaşayan  məşhur  tarixçimiz  Fəzullah  Rəşiddəddin  “Cami-ət-təvarix”  və 



“Oğuznamə”əsəsrlərində advermə ənənələrindən və anların dəyişmə tarixindən bəhs etmişdir. 

Orta  əsrlərdə  əsasən  tarix  kitablarında  xüsusi  adların  geniş  izah  olunma  ənənəsi  Azərbaycanın 

XIX  əsr  ən  məşhur  şairi,  alimi  və  ictimai  dövlət  xadimi  A.Bakıxanovun  “Gülüstani  İrəm”  əsərində 

davam etdirilmiş və burada bir çox adlar məna baxımından da, öz izahını tapmışdır. 

 Tarixi inkişaf, elmi yeniliklər, heç bir sahədən yan keçmir. Adlarda zaman keçdikcə cəmiyyətin 

inkişafı  ilə  yanaşı  zənginləşir,  təkmilləşir,  bəziləri  sıradan  çıxır  və  həyatda  baş  verən  ictimai-siyasi, 

iqtisadi,  mədəni  hadisələrlə  əlaqədar  olaraq  yaranan  adlarla  əvəz  olunmuşdur.  Tarixi  adlar  xalqın 

soykökünün  nişanəsidir.  Bu  cür  adlar  nə  qədər  çox  olarsa,  insanların    milli  dəyərlərə  rəğbəti  bir  o 

qədər artar. 

Adqoyma  bir  elmi  sahə  kimi  də  geniş  öyrənilir  və  tədqiq  edilir.  Antropomomika  adlanan  bu 

maraqlı, eyni zamanda geniş və mürəkkəb şöbə şəxs adlarının əmələ gəlməsini, advermə ənənələrini, 

ad  dəyişmə  və  onların  inkişaf  qanunauyğunluqlarını,  ad  sistemində  yerini,  digər  adlarla  qarşılıqlı 

əlaqəsini, leksik-semantik, üslubi, fonetik, orfoqrafik və qrammatik xüsusiyyətlərini tədqiq edir. Türk 

xalqları antroponimlərinin ilk dəfə olaraq sistemli şəkildə tədqiqata cəlb olunması V.A.Qordlevskinin 

adı ilə bağlıdır. 

Qədim Türklərdə ad qoyma müxtəlif şəkillərdə həyata keçirildi. Bu proses çox vacib məsələ kimi 

qəbul  edilir,  körpəyə  veriləcək  ad  ilə  onun  ruhu  bağlantısının  sıx  olduğu  düşünülürdü.  Hətta  bu 

münasibətlə  bir  sıra  mərasimlər  təşkil  edilir,  bir  qayda  olaraq  yaxın  qəbilərələr,  tanış  insanlar 

mərasimdə  iştirak  edərdilər.  Əvvəlcə  gələn  qonaqlara  müxtəlif  ikramlar  edilir,  daha  sonra  hər  kəs 

yenidoğulmuşa  öz  hədiyyəsini  təqdim  edərdi.  Hədiyyələr  körpənin  beşiyinə  yığılardı.  Mərasimin 

gedişinə  uyğun  olaraq  daha  sonra  ən  hörmətli  qonaq,  ağsaqqal  və  ya  dini  lider  körpənin 

valideyinlərinin  ricası  ilə  ayağa  qalxar  və  körpəyə  uyğun  adı  verərdi.Bəzi  tayfalarda  isə  bizə  “Dədə 

Qorqud” boylarından tanış olduğu kimi hər hansı bir bacarıq, üstün bir davranış sərgiləməyənə qədər 

şəxs adsız qalırdı. Ümumilikdə bu məsələ hər qəbilədə bir cür qəbul edilirdi. 

Müsəlmanlar  ailəsində  uşağın  dünyaya  gəlməsi  bu  ailənin  həyatında  ən  böyük  və  mühüm 

hadisələrdən sayılır. İslamda uşaq bu ailəyə Allah tərəfindən verilən əmanət kimi qəbul olunur və bu 

səbəbdən  xüsusi  qayğı  ilə  bəslənilir  və  qorunur.  İslamın   gözəl  ayinində,  qayda-qanununda  tam 

incəliklə  ölçülüb-biçilmiş,  nəzərə  alınmış  başqa  məsələlərlə  yanaşı,  gözəl  və  xoş  səslənən,  yaxşı 

mənalı  adın  seçilməsinə  də  böyük  əhəmiyyət  verilmişdir.  Müsəlman  cəmiyyətinin  nümayəndəsi 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

818



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

olaraq  yenidoğulmuşa  müqəddəs  kitabdan  ad  seçmək  ənənəsi,  dinimizin  tarixində  nümunəvi 

şəxsiyyətlər kimi tanınan peyğəmbərlərin, imamların adlarına müraciət etmək adəti də var. 

Müəyyən  dövrdən  sonra  övladlarına  mənalı,  fərqli  ad  qoymaq    istəyən  valideynlərin  əlindən 

tutan, onların yaxın köməkçisinə çevrilən lüğətlərə, adlarımızı saf-çürük edən tədqiqat əsərinə böyük 

ehtiyac duyuldu və bu sahədə xeyli işlər görüldü. Şəxs adlarının tədqiqi diqqət mərkəzinə alındı və bir 

sıra  dilçi  alimlər  bu  sahədə  çalışmağa  başladılar.  Beləliklə, şəxs adları  toplanıb,  izahlı lüğətin  tərtib 

oluması  sahəsində    müəyyən  işlər  görülmüşdür.  Tanınmış  lüğətçilərimizdən  olan  B.Abdullayevin 

1985-ci  ildə  nəşr  etdiyi  “Azərbaycan  şəxs  adlarının  izahlı  lüğəti”  kitabçası  və  O.Mirzəyevin 

“Adlarımız” əsəri bu sahədə atılan ilk addımlar kimi qiymətləndirilir. Lakin B.Abdullayevin əsərində 

1000-ə  qədər,  O.Mirzəyevin  kitabında  isə  475  antroponimin  izahı  verilmişdir.  Lüğətdə  adların 

mənasının izahıyla yanaşı hansı dillərə mənsub olması, mənşəyi, düzgün və təhrif olunmuş formaları 

da verilir. 

Nəticə  etibarı ilə  doğru  adı  seçmək  çox  vacibdir.    Buna  görədə  uşaqlarımıza    gözəl,  sevimli  ve 

anlamlı adlar qoyaq, onların insanlığa faydalı bir fərd kimi yetişdirək.Uşaq üçün ən gözəl və layiqli 

adın seçilməsinin onun şəxsiyyətinin yaranmasında, formalaşmasında, zehni-fikri qabiliyyətinin 

inkişafında,  hətta  onun  gələcək  həyat  yolunun  necə  qurulmasında  mühüm  təsiri  var.  Bu  təsir 

onun  həyat  yolunun  təkamülündə,  düzgün  tərbiyəsində,  özünə  və  cəmiyyətdə  tutacağı  yerə 

inamında, bir sözlə, gələcək inkişafında mühüm rol oynaya bilər. 

 

 



AZƏRBAYCAN VƏ RUS DİLLƏRİNDƏ                                

MONOSEMANTİK SOMATİZMLƏR 

 

Elnarə MƏMMƏDOVA 

Bakı Slavyan Universiteti 



mamedova.elnara@lenta.ru 

AZƏRBAYCAN 



 

Hər bir dildə olduğu kimi sözlər semantik baxımdan eynicinsli deyil: bəzi sözlər bir, digərləri bir 

neçə leksik mənaya malikdir. Sözün əsas mənadan başqa, bir-birilə məna və mənşəyinə görə əlaqəli iki 

və daha artıq mənaları varsa, bu, polisemantik – çoxmənalı sözdür. Sözlərin çoxmənalılıq kəsbetməsi 

prosesi dildə hələ qədim dövrlərdən mövcud olmuşdur. Somatizmlər dilin lüğət tərkibinin qədim qatını 

təşkil etdiklərindən, təbii ki, onların böyük hissəsi çoxmənalıdır. Bu sözlər əlavə mənaları çox zaman 

metaforikləşmə  nəticəsində  əldə  edirlər.  Metaforikləşmə  somatizmlərin  digər  predmet  və  hadisələrlə 

funksional,  struktur,  xarici  bənzərliyinə  görə  baş  verir.  Lakin  bədənin  xaricində  yerləşən  üzvlərdən 

fərqli  olaraq,  daxildə  yerləşən  orqanların  funksiyası,  strukturu  və  xarici  görünüşü  haqqında  insan, 

demək olar ki, məhdud informasiyaya malik olur. Odur ki, daxili orqanları adlandıran somatizmlərin 

əksəriyyəti  mənaca  inkişaf  etməmiş  təkmənalı  –  monosemantik  sözlərdir.  Somatizmlərin 

monosemantikliyi başqa amillərlə də bağlı ola bilər:  

 

 

 



 

 

1. 



Somatizmlərin işlənmə səviyyəsinin aşağı olması, yəni gündəlik həyatda onları xatırlamağa ehtiyacın 

olmaması (bud, topuq və s.);  

 

 

 



 

 

 



2. 

Bir-birini 

xatırladan,  yaxın  yerləşən  və  ya  bir-biri  ilə  əlaqəsi  olan  üzvləri  adlandıran  somatizmlər  arasında 

əvəzlənmə  getməsi:  bu  zaman  konteksdən  asılı  olaraq  tamlıq,  ümumilik  ifadə  edən  üzvü  adlandıran 

somatizm  hissəni  adlandıranın  yerinə  işlənir.  Məsələn,  çox  zaman  danışıqda  bud,  baldır  yerinə  ayaq 

deyirik, bilək yerinə qol və ya əl; 

 

 

 



 

3.  Dildə  tabu  hadisəsi  –  etik,  mədəni  baxımdan  bəzi  somatizmlərin  dildə  istifadəsinə  qoyulmuş 

qadağa. 

4. Somatizmlərin dilin öz sözləri deyil, alınma olması. 

 

 

 



 

Azərbaycan  dilinin  izahlı  lüğətində  aşağıdakı  təkmənalı  somatizmlər  göstərilmişdir:Mədə

insanda  və  heyvanlarda  qarın  boşluğunun  yuxarı  hissəsində  yerləşən  həzm  orqanı.  Ərəb  sözüdür. 

Vaxtilə mədə yerinə qursaq sözü işlənmişdi. Məsələn, qursağı boş olmaq –acmaq, qursağı daralmaq –

yeməməkdən arıqlamaq. Bəzən qarın yerinə də qursaq işlənir. B.Əhmədov qarın və qursaq sözlərinin 

bir-birilə  qohum  olduğu  qənaətindədir.  Ciyər–  insan  və  onurğalı  heyvanların  döş  qəfəsində  yerləşən 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin