Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə189/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   181   182   183   184   185   186   187   188   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1721

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ARDNŞ,  Azərbaycan  ərazisindəki  neft  və  qaz  yataqlarının  axtarışı,  kəşfiyyatı  və  işlənməsi, 

neftin,  qazın  və  qaz  kondensatının  hasilatı,  emalı  və  nəqli,  neft  və  neft-kimya  məhsullarının,  qazın 

daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə 

məşğul olur. Qanunvericilikdə nəzərdə tutulmuş enerji fəaliyyətləri üzərində idarəçiliyə dair dövlətin 

müstəsna  hüquqlarını  ARDNŞ  həyata  keçirir.  Eyni  zamanda  xarici  dövlətlərə  qaz  satışına  dair 

müqavilələrdə Azərbaycan Hökuməti adından iştirak edir. 



B.

 

 Türkiyə təbii qaz bazarının hüquqi çərçivəsi 

Ümumilikdə  Türkiyənin  enerji  bazarı  Azərbaycan  enerji  bazarından  fərqli  olaraq  idxal  edən 

bazardır,  yəni  Türkiyənin  neft,  təbii  qaz  ehtiyatları  yoxdur  və  başqa  ölkələrin  ehtiyatları  hesabına 

enerji ehtiyaclarını ödəyən ölkədir. Hazırda təbii qaz ehtiyacının mühüm bir hissəsini Azərbaycandan 

aldığı  təbii  qazla  ödəyir  və  yaxın  gəlcəkdə  TANAP  layihəsi  hesabına  tranzit  ölkə  olaraq  da  öz 

nüfuzunu artırmağı planlaşdırmaqdadır. 

Türkiyədə də təbii qaz bazarının hüquqi çərçivəsini görmək üçün bununla bağlı qəbul olunmuş 

qanunvericilik aktlarına və yaradılmış qurumların bazardakı roluna baxmaq lazımdır. 



1Türkiyə təbii qaz bazarını tənzimləyən qanunvericilik 

Türkiyədə təbii qaz bazarı ilə bağlı hüquqi tənzimləmələr əsasən 4646 nömrəli “Təbii qaz bazarı 

haqqında” Qanunla (4646 saylı Kanun) həyata keçirilməkdədir.  

18  aprel  2001-ci  il  tarixli,  4646  nömrəli  Qanunun  qəbul  olunma  məqsədi,  Türkiyə  təbii  qaz 

bazarının sərbəstləşməsini təmin edərək, təbii qazın davamlı, ucuz, keyfiyyətli və ətraf mühitə zərər 

verməyəcək bir şəkildə istehlakçılara çatdırılması, rəqabətə davamlı, şəffaf və maliyyə baxımdan sabit 

bir təbii qaz bazarının yaradılması, müstəqil tənzimləmə və nəzarət sisteminin təmin edilməsidir. 

Bu Qanunla BOTAŞ-ın səlahiyyətləri azaldılmış və təbii qaz bazarının tənzimlənməsi və nəzarəti 

funksiyaları  yeni  qurum  olan  Enerji  Bazarı  Tənzimləmə  Qurumuna  (EPDK)  verilmişdir.  Qanunda 

Təbii  qazın  paylanması,  saxlanılması  xidmətlərinin  tender  yolu  ilə  özəl  şirkətlərə  verilməsi  və 

BOTAŞ–ın tərkibində olan mövcud paylama şirkətlərinin tender yolu ilə özəlləşdirilməsi, BOTAŞ-ın 

daxili  bazardakı  fəaliyyət  payının  20%  -ə  düşənə  qədər  tərəf  olduğu  alqı-satqı  müqavilələrini  başqa 

özəl şirkətlərə verməsi kimi bır sıra mühüm tənzimləmələr nəzərdə tutulmuşdur. 

2. Türkiyə təbii qaz bazarında BOTAŞ və EPDK-nın rolu  

BOTAŞ - 1973-cü ildə TPAO-un (Türkiyə Petrolları Anonim Ortaklığı) tərkibində yaradılmışdır. 

1987 - ci ildən etibarən təbii qazın nəql olunması və ticarəti fəaliyyəti ilə məşğul olmaqdadır. Hazırda 

dövlətin tərkibində fəaliyyət göstərən Kamu İktisadi Teşekküllü (KİT) hüquqi şəxsdir.  

Kamu  İktisadi  Teşekküllü  dedikdə  -  yəni  sərmayəsi  bütövlükdə  dövlətə  məxsus  olan,  lakin 

inzibati  idarəetmə  və  maliyyə  cəhətdən  daxili  muxtariyyətə  sahib,  dövlətin  inhisarçı  səlahiyyətində 

olan təbii ehtiyatların axtarışı və kəşfiyyatı, emalı, hasilatı, satışı, alışı və digər fəaliyyətlərləri dövlətin 

adından həyata keçirmək üçün yaradılan hüquqi şəxs nəzərdə tutulur. 



EPDK - “4628 nömrəli Elektrik bazarı haqqında Qanun”la əvvəlcə “Elektrik Bazarı Tənzimləmə 

Qurumu” adı altında yaradılmışdır. 2001 - ci ildən “4646 nömrəli” Qanunla BOTAŞ-ın inhisarçılığına 

son  qoymaq  məqsədilə  BOTAŞ-dan  alınaraq  ona  verilən,  təbii  qaz  bazarına  nəzarət,  tariflərin 

müəyyən olunması, lisenziyaların verilməsi fəaliyyətlərini də həyata keçirməyə başlamışdır və Enerji 

Bazarı Tənzimləmə Qurumu adı altında fəaliyyətini davam etdirməkdədir. EPDK, dövlətin tərkibində 

olan, ancaq inzibati idarəetmə və maliyyə cəhətdən daxili muxtariyyətə sahib hüquqi şəxsdir.  



Müqayisəli təhlil və nəticə 

Azərbaycan  və  Türkiyə  təbii  qaz  bazarının  hüquqi  çərçivəsini  təhlil  edərkən,  hər  iki  bazardada 

dövlətin  müstəsna  səlahiyyətlərini  görə  bilərik  və  hər  iki  ölkədə  də  qüvvədə  olan  qanunvericilik 

dövlətin  bazara  ciddi  nəzarətini  əks  etdirən  tərzdə  hazırlanmışdır.  Hazırda  hər  iki  dövlət  də  daxili 

enerji  bazarını  sərbəstləşdirmək  və  özəl  sektorun  inkişafını  sürətləndirmək  istiqamətində  dəqiq 

addımlar atmaqdadır. 

 Türkiyə təbii qaz bazarının hüquqi çərçivəsindən də göründüyü kimi bazarı birbaşa tənzimləyən, 

bazardakı  qurumların  səlahiyyətlərinin  birbaşa  göstərən  qanun  qəbul  etmişdir  və  həmin  qanuna 

dəyişikliklər  edilməklə  rəqabətə  davamlı,  özəl  sektorun  inkişaf  edəcəyi  bazar  yaratmağa 

çalışılmaqdadır.  

Eyni  şəkildə  Azərbaycan  da  təbii  qaz  bazarını  sərbəstləşdirmək  üçün  əlaqəli  qanunvericilik 

aktlarına Avropa Birliyi təbii qaz direktivlərinə uyğun olaraq bir sıra əlavə və dəyişikliklər edərək təbii 

qaz bazarının rəqabətə davamlı və şafaf olması üçün mühüm addımlar atmaqdadır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1722

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Onu  da  qeyd  etmək  yerinə  düşər  ki,  Azərbaycan  və  Türkiyə  enerji  bazarları  olduqca  fərqlidir, 

onları eyniləşdirmək olmaz. Hər şeydən əvvəl Azərbaycan enerjini ixrac edən, Türkiyə isə idxal edən 

ölkədir.  Ona  görə  də  Azərbaycan  təbii  qaz  bazarı  ixrac  prinsipləri  əsasında  formalaşdırılmışdır  və 

tənzimləmələr aparılarkən də ixrac amili əsas götürülməkdədir. 

Nəticədə isə, Avropa bazarına inteqrasiya edərkən həm Türkiyə, həm də Azərbaycan hökumətləri 

tərəfindən  aparılan  düzgün  strategiyadır  ki,  rəqabətə  davamlı  təbii  qaz  bazarı  yaratmaq  üçün,  bu 

sahədki  qanunvericilik  aktları  bazar  iqtisadiyyatına  uyğun  olaraq  effektli  və  çevik  şəkildə  yenilənir, 

bazar fəaliyyətləri müxtəlif qurumlar arasında bölüşdürülür və özəl sektorun inkişafına şərait yaradılır. 

 

 

 



AZƏRBAYCAN BANK SİSTEMİNDƏ ƏLAVƏ KREDİT KARTININ 

TƏTBİQİNDƏN QAYNAQLANAN BƏZİ PROBLEMLƏR 

 

Sevinc NOVRUZOVA 

Səlcuk Universiteti Ticaret Hüququ Doktorantı 

AZƏRBAYCAN 

 

Hazırkı araşdırmanın əsas məqsədi əlavə kredit kartı istifadəçisinin bankın müştərisi olaraq qəbul 



edilməsi,  ona  istehlakçılara  tanınmış  hüquqi  təminatların  şamil  olunması,  habelə  əlavə  kredit  kartı 

istifadəçisinin eyniləşdirilməsi prosedurunda bankın risklərini ən aza endirəcək tədbirlərin görülməsi 

ilə  bağlı  milli  və  xarici  bank  qanunvericiliyi  və  təcrübəsinin  tədqiqi  və  mövcud  problemlərin  həlli 

yollarını təklif etməkdir. 

Ümumi məlumat 

Məlum olduğu kimi, banklar tərəfindən müştərilərə təqdim olunan məhsul və xidmətlər arasında 

kredit  kartları  xüsusi  çəkiyə  malikdir.  Kredit  kartları  verilərkən  müştəri  ilə  bank  arasında  tərəflərin 

qarşılıqlı hüquq və vəzifələrini (öhdəliklərini) müəyyənləşdirən yazılı kredit kartı müqaviləsi bağlanır.. 

Eyni  zamanda,  kredit  kartı  sahibinə  öz  arzusu  ilə  ona  ayrılmış  kredit  kartı  limiti  həcmində  üçüncü 

şəxslərin (əsasən ailə üzvləri, qohumları, yaxın tanışları və s.) adına əlavə kart sifarişi etmək imkanı 

verilir.  Adına  əlavə  kredit  kartı  sifarişi  olunmuş  şəxs  əlavə  kredit  kart  istifadəçisi  adlanır. Bu 

baxımdan  əlavə  kredit  kartının  mövcudluğu  və  etibarlılığı  birmənalı  kredit  kartının  mövcudluğu  və 

etibarlılığı  ilə  əlaqədardır.  Kredit  kartı  sahibi,  əlavə  kart  istifadəçisinin  limitini  həm  nağd,  həm  də 

nağdsız  əməliyyatlar  baxımından  sərbəst  müəyyən  edir.  Burada  önəmli  olan  (1)  əlavə  kredit  kart 

istifadəçisinin  kredit  kartı  hesabı  üzrə  hər  hansı  bir  sərəncamvermə  səlahiyyətinin  olmaması;  (2) 

sadəcə  onun  adına  verilmiş  əlavə  kartdan  nağd  və  ya  nağdsız  bank  əməliyyatlarının  edilməsi  üçün 

istifadə  etməsi  imkanına  malik  olması;  (3)  kredit  kartı  sahibinin  həm  öz  kredit  kartı,  həm  də  əlavə 

kredit kartı üzrə edilən bank əməliyyatları üçün bank qarşısında öhdəlik daşımasıdır. Bir sözlə, hər iki 

kart üzrə edilən bank əməliyyatları üzrə yaranmış və ya yaranacaq müvafiq borcun ödənilməsi kredit 

kartı sahibi tərəfindən təmin olunmalıdır. Bank əlavə kredit kartı istifadəçisindən borcun ödənməsini 

tələb edə bilməz. Çünki adına əlavə kredit kartı verilməsinə baxmayaraq əlavə kredit kartı istifadəçisi 

və bank arasında kredit kartı və bank hesabı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri 

mövcud deyildir. 

Bank  qanunvericiliyi  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankının  (bundan  sonra  –  “Mərkəzi 

Bank”) normativ xarakterli sənədləri arasında əlavə kredit kartı istifadəçisinin anlayışına yer verilmir. 

Sadəcə “Mərkəzi Bank”ın "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nda qeyd edilir ki, kart 



sahibi  -  emitentlə  müqavilə  bağlayan,  kart  hesabı  üzrə  sərəncam  vermək  hüququ  olan  fiziki  və  ya 

hüquqi şəxs (2.1.7-ci bənd); kart istifadəçisi isə - kart sahibi və ya kartdan istifadə etmək hüququ olan 

şəxsdir (2.1.8-ci bənd). Sadalanan normalardan belə nəticə hasil olur ki, kredit kartı sahibi öz kartının 

limitindən  üçüncü şəxsə  istifadə etmək  hüququ  verə  bilər  və  bu  halda  üçüncü şəxsin adına  da  bank 

kredit kartı sahibinin tələbi ilə əlavə kredit kartı emissiya edəcəkdir. 

Bundan  başqa,  əlavə  kredit  kartı  ilə  bağlı  əsas  məqamlardan  biri  də,  qeyd  olunan  Qaydaların 

3.5.7-ci  bəndinin  (“Kart  sahibi ilə emitent  arasında  bağlanmış  müqavilədə  bir  kart  hesabı  üzrə  əlavə 

kartların təqdim edildiyi kart istifadəçiləri barədə məlumat (müqavilədə kart sahibinə bir neçə kartın 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1723

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

təqdim  olunması  nəzərdə  tutulduqda)  müəyyən  edilir”)  tələbi  ilə  bağlıdır.  Dolayısıyla,  banklar 

tərəfindən  kredit  kartı  sahibinə  əlavə  kart  vermək  imkanı  müqavilə  ilə  nəzərdə  tutularsa,  o  zaman 

adına  əlavə  kredit  kartı  emissiya  olunacaq  şəxs  və  ya  şəxslər  barədə  məlumat  da  mütləq  əks 

olunmalıdır.  Burada  kart  istifadəçiləri  haqqında  məlumatın  nədən  ibarət  olması  tənzimlənməsə  də, 

mahiyyət  etibariylə  şəxsin  eyniləşdirmə  məlumatlarının  (məsələn,  şəxsiyyəti  təsdiq  edən  sənəddəki 

məlumatlar)  əks  olunmasından  söhbət  gedir.  Bəzi  banklar  kredit  kartı  sahibinin  istəyi  üzərinə  əlavə 

kredit kart istifadəçisi haqqında dar çərçivədə məlumat əsasında ona əlavə kredit kartı emissiya edirlər. 

Bu  halda,  əlavə  kredit  kartı  istifadəçisinin  şəxsiyyətini  təsdiq  edən  sənəd  tələb  olunmadığı  üçün 

istənilən  şəxsin  adına  bu  kart  bank  tərəfindən  emissiya  oluna  bilir.  Bu  kimi  müraciət  prosedurunda 

banka  kredit  kartı  sahibi  tərəfindən  uydurma  adda  əlavə  kredit  kartı  sifarişi  verilə  bilər.  Bu  məsələ 

şəxsiyyəti  təsdiq  edən  sənədin  surətinin  tələb  edilməsi  ilə  bitmir.  Belə  ki,  adına  əlavə  kredit  kartı 

emissiya edilən şəxsin sifariş formasında Banka gələrək şəxsən imza atması həqiqətən də həmin şəxsin 

kartın  istifadəsinə  yazılı  olaraq  iradəsini  bildirməsini  ifadə  edəcəkdir.  Bəzi  banklarda  isə  mümkün 

riskləri ən  aza  endirmək  üçün  əlavə  kart  istifadəçisinin  həm  şəxsiyyətini  təsdiq edən  sənədin  surəti, 

həm də kartın istifadəsinə razılığını bildirən yazılı müraciəti tələb olunur. 

Əlavə kart istifadəçisi bankın müştərisidirmi? 

Əlavə  kredit  kartı  istifadəçisinin  kredit  kartından  istifadə  zamanı  yaranacaq  problemlərlə 

(məsələn,  ATM-dən  pul  vəsaiti  çəkilişi  zamanı  pulun  sıxışması  və  ya  ATM-dən  pulun  texniki 

nasazlıqlardan  dolayı  müştəriyə  verilməməsi,  alış-veriş  zamanı  POS-larda  aparılan  əməliyyatlar 

haqqında  məlumat  dəqiqləşdirməsi,  ATM-də  kartın  PİN-kodunun  düzgün  daxil  edilməməsi  zamanı 

bloklanlanması və s.) bağlı banka etdiyi müraciəti müsbət cavablandırılmır və ona izah edilir ki, banka 

kredit  kart  sahibi  tərəfindən  müraciət  edilməlidir.  Halbuki,  əlavə  kart  istifadəçisi  nəticə  etibarilə 

bankın emissiya etdiyi kredit kartının, başqa sözlə, bankın məhsulunun istifadəçisidir. Bu hal qüvvədə 

olan  qanunvericiliklə  dəqiq  tənzimlənmədiyindən  bankların  bu  kart  istifadəçilərinə  müştəri  olaraq 

qəbul etməməsi  göz  qabağındadır.  Ancaq  unutmaq  olmaz  ki,  bank  qanunvericiliyində  bu  hal  xüsusi 

tənzimlənməsə  də,  əlavə  kart  istifadəçisi  bankın  təqdim  etdiyi  məhsul  –  yəni,  kredit  kartının 

istifadəçisi  və  nəticə  etibariylə  bankın  maliyyə  xidmətlərindən  istifadə  etmiş  və  ya  edən  bir 

istehlakçıdır.  Bu  halda,  istehlakçıların  hüquqlarının  müdafiəsi  ilə  bağlı  qanunvericiliyin  tələblərinin 

pozulması  müzakirə  predmetinə  çevrilə  bilər.  Halbuki  xarici  ölkələrin  arasında  Türkiyə 

Respublikasının bu məsələ ilə bağlı təcrübəsinə diqqət yetirsək xüsusi olaraq “Bank və kredit kartları 

haqqında”  qanunun  qüvvədə  olmasını  görərik.  Həmin  qanunla  əlavə  kart  istifadəçisinin  kartın 

istifadəsi  ilə  bağlı  hər  cür  şikayəti  və  tələbi,  dolayısıyla  müraciətləri  bank  tərəfindən  birmənalı 

dəyərləndirilir və daxil olduğu gündən etibarən 20 gün ərzində baxılır. “Mərkəzi Bank”ın “Banklarda 

və  bank  olmayan  kredit  təşkilatlarında  maliyyə  xidmətlərinin  istehlakçılarının  müraciətlərinə 

baxılmasına  dair”  Metodoloji  Rəhbərliyində  əlavə  kredit  kart  istifadəçisi  ilə  bağlı  konkret 

tənzimlənməyə  yer  verilməsə  də,  istehlakçı  qismində  bütün  müştərilərin  müraciətlərinin 

(şikayətlərinin) bank tərəfindən qəbul olunması və araşdırılması tələb olunur. 

 

 



MİKROOBYEKTLƏRİN KRİMİNALİSTİK TƏSNİFATI. 

MİKROOBYEKTLƏR İNFORMASİYA MƏNBƏYİ KİMİ. 

 

Aysel ƏLİYEVA 

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi

 

aliyeva_aysel@mail.ru 

 

Müasir  cinayət  mühakimə  icraatında  sübutetmə  prosesi  ittihamın  qanuni,  əsaslı  və  ədalətli 

olmasının təsdiqi baxımından əhəmiyyətə malik halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə 

edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Beləliklə, aydın olur ki, cinayət 

mühakimə icraatında cinayət işləri üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri olan faktiki 

məlumatların  toplanması,  yoxlanılması  və  qiymətləndirilməsi  cinayət  prosesini  həyata  keçirən 

orqanların  prosesin  digər  subyektlərinin  iştirakı  ilə  prosessual  formada  həyata  keçirdikləri  fəaliyyət 

sübutetmə  prosesinin  başlıca  təyinatını  təşkil  edir.  Sübutetmə  cinayət-prosessual  fəaliyyətin,  demək 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1724

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

olar ki, özəyini təşkil edir. Hər bir konkret cinayət işi üzrə obyektiv həqiqəti müəyyən etmək yalnız 

sübutetmə yolu ilə təmin olunur.

 

Adi izlərin aşkar edilmədiyi hallarda obyektiv faktiki məlumatlar tam 



məhv  edilməsi  qeyri-mümkün  olduğu  üçün  mikroizlərin  və  mikrohissəciklərin  köməyi  ilə  müəyyən 

edilə  bilər.  Ekspertizada  yeni  bir  istiqamətin  -  məhkəmə  mikrologiyasının  inkişafı  sayəsində  digər 

maddi informasiya (məlumat) daşıyıcıları içərisində mikroobyektlərin əhəmiyyəti artmağa başlayır. Bu 

istiqamət  çərçivəsində  işlənib  hazırlanmış  müddəalar  dərsliklərə  və  metodiki  vəsaitlərə  daxil 

edilmişdir.  Cinayət  işləri  üzrə  sübutetmədə  mikroizlərdən  və  mikrohissəciklərdən  praktiki  istifadə 

üçün  bu  obyektlərlə  işin  bütün  mərhələlərinin  lazımi  qaydada  prosessual  rəsmiləşdirilməsi,  müvafiq 

metodik tövsiyələrin mənimsənilməsi xüsusilə vacibdir. 

Kriminalistikada  mikroskopik  tədqiqatlara  məruz  qalan  maddi  sübutlar  arasında  toz  və  torpaq 

birləşmələri  şəklində  müxtəlif  materiyallı  kiçik  orqanizmlər  (obyektlər),  insan,  heyvan  və  bitki 

mənşəli müxtəlif liflər (saç), boya hissəcikləri, taxta kəpəyi, ləkə, müxtəlif növ çirklənmələr, tozcuq və 

bitki  hissəcikləri,  həmçinin  bir  qayda  olaraq,  cinayət  hadisəsi  ilə  bağlı  müxtəlif  növ  maddələr  hər 

zaman xüsusi yer tutmuşdur. Bu gün ədəbiyyatda mikroobyektlərlə bağlı bir çox müxtəlif  terminlərə 

rast  gəlmək  olar.  Bunlara  maddə  izləri,  maddə  və  materialların  üst-üstə  düşən  izləri,  mikroizlər, 

mikrohissəciklər, mikromaddələr, mikro qalıqlar və digərləri aiddir. Cinayət hadisəsi ilə əlaqəsi olan 

və  cinayətə  hazırlıq,  həyata  keçirilmə  və  ya  nəticələrin  ört-basdır  edilməsi  nəticəsində  yaranan 

mikroobyektlər, bununla da dar mənada kriminalistikada xüsusi hallarda izlər rolunu oynayır. 



 Mikro-obyektlər dedikdə, adətən, xırda, kiçik ölçüləri və kütləsi səbəbindən cinayət hadisəsi ilə 

bağlı olan, aşkar edilməsi, götürülməsi və tədqiqi xüsusi vasitə və avadanlıqlar olmadan çətin və qeyri-

mümkün olan maddi obyektlər başa düşülür. 

Bu  tərif  mikroobyektlərin  sistemləşdirilməsi  və  təsnifatı  üçün  bir  başlanğıc  olaraq  qəbul  edilə 

bilər,  çünki  burada  mikroobyektlərlə  makroobyektlərin  delimitasiyası  üzrə  üç  əsas  istiqamət 

cəmlənmişdir:  kəmiyyət  meyarı;  keyfiyyət  meyarı;  kəmiyyət  və  keyfiyyətin  qarışıq  delimitasiyasına 

əsaslanan meyar. 

Mikroobyektlər, müəyyən olunmuş ölçü xüsusiyyətlərinə malik (bərk cisimlər üçün- sabit forma, 

mayelərdə  -  ölçülə  bilən  həcm),  geniş  məkanda  ölçüləri  dəyişə  bilən  morfoloji  xüsusiyyətlərinin 

(əlamət)  aşkar  edilməsi  üçün  xüsusi  üsul,  metod  və  vasitələrdən  istifadə  zərurəti  ilə  seçilən 

obyektlərdir.  Mikroobyektlərin  makro  miqdarda  eyni  obyektlərlə  delimitasiyası  tam  dəqiq  işlənə 

bilməz  -  hər  bir  əlamət  obyektin  xassələri,  müşahidə  şəraiti  və  tədqiqatçının  subyektiv 

qiymətləndirilməsi ilə müəyyən olunur. 

Çox  nadir  hallarda  mikro-hissəciklər  obyekt-daşıyıcı  ilə  əlaqəsi  xaricində  hadisə  yerində  iştirak 

edir. Mikro-obyekt mütləq hökmən hər hansısa səthin üzərində, materialın həcmində yerləşir. Müvafiq 

olaraq,  mikro-obyektləri  obyekt-daşıyıcı  ilə  birlikdə  ayrı-ayrı  hallarda  nəzərdən  keçirmək  kompleks 

məqsədəuyğundur. Mikro-obyektin obyekt-daşıyıcı ilə əlaqəsi üzrə onları əlaqə növünə görə bölürlər: 

örtük mikro-obyektlər; implant mikro-obyektlər; inklüziya  mikro-obyektləri.Ekspert təcrübəsində hər 

şeydən çox qoyulma (örtük), yəni obyekt-daşıyıcının səthi ilə təmasda yerləşən mikro-obyektlərə rast 

gəlinir.  Bu  əlaqənin  özü  müxtəlif  cür  ola  bilər:  o,  mikro-hissəciklərin  xassələrindən  və  izgötürən 

səthdən  asılıdır.  Əlaqənin  möhkəmliyi  mikro-obyektlə  obyekt-daşıyıcı  arasında  yapışma  enerjisini 

müəyyən  edir.  Məsələn,  mikro-lif  hissəcikləri  bıçaq  tiyəsinin  hamar  səthində  pis  saxlanılır,  ancaq 

həmin hissəciklər həmin bıçağın tiyəsi və ya sapının çökək hissəsində kifayət qədər möhkəm qalacaq. 

Ekspert təcrübəsində çox zaman müxtəlif növ obyektlərin tədqiqi zamanı onların cismində mikro-

obyektləri aşkar etmək olar. Onlar inklüziya (implant) mikro-obyektləri adlanır. Xüsusiyyətləri bundan 

ibarətdir ki, onların adətən cinayət hadisəsinə aidiyyəti olmur: onların yaranması ya obyekt-daşıyıcının 

istehsalı və hazırlanması ilə əlaqəli olur, ya da onun istismarı prosesində baş verir, ona görə də nəticə 

etibarilə, formal əsaslarla onlar mikro-obyektologiyaya daxil edilə bilməz. Lakin onlar ekspert tədqiqi 

zamanı mühüm əhəmiyyətə malikdir, belə ki onlar böyük identifikasiyon əhəmiyyətə malikdir ki, bu 

da fikrimizcə, onları tədqiq edilən problemlər kontekstində nəzərdən keçirməyə imkan verir. 

Mikro-hissəciklərin tərkibinə  görə  bölünməsi, onların  ekspert  tədqiqatları  metodikasının  düzgün 

qurulması,  başlıca  analitik  metodların  (emissiya  spektral  analiz,  infra-qırmızı  spektroskopiya, 

xromatoqrafiya, masspektroskopiya və s.) seçilməsində əhəmiyyətlidir. 

Spektral  analiz  tədqiq  olunan  maddələrin  spektirinin  öyrənilməsinə  əsaslanır.Bunun  mahiyyəti 

ondan  ibarətdir  ki,  tədqiq  olunan  maddə  az  miqdarda  xüsusi  cihaza-spektroqrafaya  yerləşdirilir  və 

orada  elektrik  dövrəsinin  alovunda  və  ya  qığılcımlarında  buxarlandırılır,  bunun  nəticəsində  ayrılmış 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1725

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ayrı-ayrı  atomlar  qıcıqlandırılır  və  onlar  işıq  buraxmağa  başlayır.  İşıq  linzalar  sistemindən  keçərək 

prizmaya düşür və spektrlərə bölünür.Spektral analiz vasitəsi ilə naməlum maddəni və onun kimyəvi 

tərkibini  müəyyən  edirlər.Bu  metod  lifli  materialların,  lak-boya  örtüklərinin,  yanacaq-sürtgü 

materiallarının və s. maddələrin tədqiqi zamanı geniş tətbiq olunur. 

Lüminnessensiya  analizi  bəzi  maddələrin onlara  infraqırmızı  və  ultrabənövşəyi şüalar  vasitəsilə 

təsir  edən  zaman  işıq  şüaları  buraxmasına  əsaslanır.  Lifli  mikroohissəciklərin  diaqnostik  və 

eyniləşdirici  tədqiqatında  İnfraqırmızı  spektroskopiya  (FT-İR)  üsulu  ilə  obyekt  olduğu  kimi  tədqiq 

olunur. 


Xromotoqrafiya  metodu  maddələrin  tərkib  hissələrinə  parçalanmasına  əsaslanır.Bu  metod  bəzi 

neft  məhsullarının,  bir  çox  sintetik  maddələrin,  spirt  məmulatlarının,  tezalışan  materialların  tədqiqi 

zamanı tətbiq edilir. 

Mikro-obyektlərin  morfoloji  və  struktur  xüsusiyyətlərinin  öyrənilməsi,  həllini  tapan  məsələlərin 

dairəsini  əhəmiyyətli  dərəcədə  genişləndirmişdir  ki,  bu  da  onların  cinayətlərin  araşdırılması  və 

üstünün açılması proseslərinə daha tez-tez daxil edilməsinə səbəb olmuşdur. Sovet dövründə mikro-

obyekt  izlərinin  tədqiqatını  ilk  olaraq  məhkəmə-tibbi  ekspertləri  –  P.A.Minakov  və  N.M.Nemınov 

(1918-ci  il),  M.P.Edmen  və  T.S.Borodaşeva  (1932-ci  il)  həyata  keçirirdi.  Mikro-obyektlər  üzrə  yerli 

kriminalistik  bilgilərinin  işlənməsinə  ən  böyük  töhfəni  R.S.Belkin,  V.S.Mitriçev,  N.S.Polev, 

M.Y.Rozental, A.R.Şlyaxov, M.A.Şmatov, A.A.Eysman və digər alimlər vermişdir. 

 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1726

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



 

 

 

PROCEEDINGS 

SECTION V 

HISTORY AND LAW 

 

 

History - 2 

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1727

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



HEYDƏR ƏLİYEVİN ENERJİ  STRATEGİYASININ UĞURLARI 

 

Sevinc QURBANOVA 

GəncəDövlətUniversitetinin 

Ümumi  Tarix kafedrasının doktorantı 

sevincakifqizi@mail.ru

 

 

Azərbaycan  Respublikasının  ümummilli  lideri  Heydər  Əliyevin  çoxşaxəli  iqtisadi  siyasəti 

nəticəsində  bu  gün  Azərbaycan  nefti  onun  əsl  sahibi  olan  Azərbaycan  xalqına  xidmət  edərək 

ölkəmizin  siyası  müstəqilliyinin,  iqtisadi  tərəqqisinin,  insanlarımızın  rifahının  təmin  edilməsinə 

yönəlmişdir.  Müstəqil  Azərbaycanın  neft  səlnaməsinə  əbədi  həkk  olunan  Əsrin  müqaviləsinin 

imzalanmasında 7 ölkənin 11 neft şirkəti təmsil olunurdu. Müqaviləyə  əsasən, ABŞ, Rusiya, Türkiyə, 

Böyük Britaniya, Norveç və Səudiyyə Ərəbistanı dövlətlərinə məxsus olan neft şirkətləri yataqlardan  

30 il müddətinə 511 mln ton  neft çıxarmalı idilər. Layihənin ümumi investisiya qoyuluşu 10 milyard 

ABŞ  dollarına  bərabər  idi  ki,  onun  da  7,4  milyardını  Qərb  şirkətləri  qoymalı  idilər.  Sonradan 

müqaviləyə Yaponiyanın “İtoçu ” və ABŞ-ın “Eksson” şirkətləridə qoşuldular. Bu layihədə ən mühüm 

pay ABŞ şirkətlərinə ayrilmışdır. ABŞ-ın  sabiq  prezidenti Bill Klintonun 1994-cü ilin sentyabr 20-də 

göndərdiyi teleqramda deyilirdi: “Birləşmiş Ştatlar tarixdə bu tipli sazişlər arasında ən böyüyü olan bu 

müqaviləni  alqışlayır.  O  ,  bütün  tərəflər  üçün  mənfəətli  olacaq,  ölkələrimiz  arasında  artmaqda  olan 

iqtisadi-ticarət  əlaqələrinin  möhkəmlənməsinə  xidmət  edəcəkdir”.Azərbaycan    Prezidenti  Heydər 

Əliyevin bilavasitə iştirakı ilə Bakıda, həmçinin dünyanın ən böyük paytaxtları- Vaşinqton, Moskva, 

London  ,  Parisin  möhtəşəm  saraylarında  xarici  ölkələrin  neft  şirkətləri  ilə  21  neft  sazişi 

imzalanmışdır.Bu  gün  həmin  sazişlərin  həyata  keçirilməsində  dünyanın  14  ölkəsinin  30  neft  şirkəti 

iştirak  edir.  Bu  sazişlərdə  Azərbaycanın  neft-qaz  sənayesinə  texminən  60  milyard  ABŞ  dolları 

həcmində  sərmayə  qoyulması  nəzərdə  tutulmuşdur.Bu  məbləğdən  4,5  milyardıartıq  ölkəmizə 

investisiya  şəklində  qoyulmuşdur.  Ümumiyyətlə  Prezident  Heydər  Əliyev  Azərbaycanın  zəngin 

karbohidrogen ehtiyatlarının kəşfi, emalı, nəqli məsələləri ilə bağlı 350-dən çox görüş keçirmişdir. Bu 

dövrdə Heydər Əliyev müxtəlif ölkələrin neft məsələləri ilə məşğul olan rəsmi dövlət xadimləri ilə 60-

dan  çox,  xarici  neft  şirkətlərinin  rəhbərləri  ilə  200-dən  çox  görüşü  olmuşdur.Onu  da  qeyd  etmək 

lazimdir ki, Heydər Əliyev bütün tədbir ve mərasimlərdə  Azərbaycanın neft strategiyasını bəyan edir, 

Xəzər neftinin hasilati və  nəqli sahəsində ölkəmizdə görülən işlərdən, qarşıda duran vəzifələrdən bəhs 

edir.  Bu  görüşlərdən    ən  mühümlərini  qeyd  etmək  yerinə  düşərdi.1995-ci  il  aprelin  19-da  Bakının 

Gülüstan  sarayında    Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  beynəlxalq  neft 

konsorsiumundakı  payının  5  faizinin  ABŞ-ın  “Eksson”  şirkətinə  verilməsi  haqqında  sazişin 

imzalanması  mərasimi  oldu.  Sənədlərin  imzalanması  mərasimində  Azərbaycan  Prezidenti  Heydər 

Əliyev,  ABŞ  energetika  nazirinin  birinci  müavini  Uilyam  Uayt,  Amerika    Konqresinin  üzvü  Qreq 

Laflin və onları müşaiət edən digər rəsmi şəxslər iştirak edirdilər. Əsrin müqaviləsinə görə müəyyən 

edilmiş  Azərbaycanın  20  faizlik  payından  5  %-inin  Eksson  şirkətinə  verilməsi  barədə  müqavilə 

imzalanmışdır.  Mərasimdə  ABŞ  energetika    nazirinin  birinci  müavini  Uilyam  Uaytın  çıxışı  diqqət 

çəkirdi:“Biz  öz  ölkəmizdə  şirkətlərə  geniş  sərmayə  qoymaqla  neft  hasilatını  artırmaq  siyasətini 

aparırıq.Azərbaycan  rəhbərliyinin  də  belə  bir  məqsədi  vardır.  Azərbaycan  rəhbərliyi  bu  danışıqlar 

zamanı onun nəticələrinin Azərbaycan üçün maksimum səmərəli olması və ölkədə neft hasilatının tez 

bir  zamanda  artırılması  yolunu  tutmuşdur”.1995-ci  il  iyulun  11-də  Bakının  Gülüstan  sarayında 

Azərbaycanın  payının    5%  -nin  “Türkiyə  Petrolları  Anonim  Ortaqlığı”  şirkətinə  verilməsi  haqqında 

sazişin imzalanması mərasimi oldu. Mərasimdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev və 

Türkiyə  Respublikasının  Baş  naziri  Tansu  Çillər  mərasimdə  iştirak  edirdilər.    Heydər  Əliyevin  neft 

strategiyasının  vacib  məqamlarından  biridə  xarici  şirkətlərin    Azərbaycanın  gələcəyinə  investisiya  

qoyulmasına  nail  olmağ  idi.  Bu  mərasimdə  də  qeyd  edildiyi  kimi  neft  hasilatına    Türkiyənin 

investisiya  qoymasının  vacibliyi  vurğulanırdı.Ümummilli  liderin  səyləri  nəticəsində  1995-2001-  ci 

illərdə    Xəzərin  Azərbaycan  sektorundakı  “Qarabağ”  ,  “Şahdəniz”  ,  “Dan  ulduzu”,  “  Əşrəfi”, 

“Lənkəran-dəniz”,  “Talış-dəniz”,  “  Yalama”  ,  “Samur”  ,  “Abşeron”,  “  Naxçıvan”,“Oğuz”,  “Araz”, 

“Alov”, “Şərq”, “İnam”, “Zəfər”, “Məşəl”, “Savalan” ,“Lerik-dəniz , “Cənub”, “Mişovdağ”,“Kəmaləd-

din” neft-qaz yataqları və  strukturların birgə işlənməsi haqqında 30dən çox müqavilələr imzalanmışdır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1728

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Heydər  Əliyevin  banisi  olduğu  bu  mühüm  strategiyanın  uğurları  sırasında  Azərbaycan  neft  və 

qazının    dünya  bazarlarına  maneəsiz  nəqlini  qeyd  edə  bilərik.1996-ci  il  yanvarın  18-də    Rusiya 

Federasiyasının  hökümət  evində  Azərbaycan  Respublikasının  prezidenti  Heydər  Əliyev  və  Rusiya 

Federasiyasının baş naziri  Viktor  Çernomırdin Azərbaycanın “Azəri”, “Çiraq” və “Günəşli”  dəniz 

yataqlarından    çıxarılacaq  ilkin  neftin  Rusiya  ərazisi  vasitəsilə  nəql  edilməsi  haqqında    saziş 

imzaladılar. Bu sazişə əsasən, Azərbaycan nefti  Bakıdan başlayaraq Çeçenistanın Qroznı şəhərindən 

keçib  Rusiya  ərazisi  ilə  Qara  dəniz  tərəfə  uzanaraq  Bakı-Mahaçqala-Qroznı  xətti  və  Tengiz-

Novorossiysk marşrutu ilə birləşib Rusiyanın Novorossiysk limanına gedib çıxmalı idi. Lakin bu hələ 

nəzərdə tutulan əsas işin başlanğıcı idi, əsas kəmər məsələsi isə hələ  də açıq qalırdı. Təbii ki, Heydər 

Əliyevin uzaqgörən siyasəti nəticəsində bu məsələlərdə öz həllini tapmağ üzrə idi. 1997-ci il noyabrın 

12-də“Çıraq-1”  platformasında  “Əsrin  müqaviləsi”  üzrə  ilkin  neftin  hasilatına  başlanması 

münasibətilə  təntənəli mərasim keçirildi. Həmin gün Xəzər dənizinin təkindən dünya bazarlarına ilk 

Azərbaycan  nefti  axıdılmağa  başlandı.  Bu  Heydər  Əliyevin  neft  strategiyasının  mühüm  qələbəsi 

idi.Xəzər  neftinin  Qərb  istiqamətində  nəql  olunması  üçün  tikilmiş  ikinci  kəmər  Baki-Supsa  oldu. 

Kəmərin  təməli  1996-ci  il  martin  8-də  Tbilisi  şəhərində  imzalanan  hökümətlərarası  sazişlə 

qoyulmuşdur. Bu xəttin uzunluğu 830 km, layihə gücü ildə 5,1 milyon ton, dəyəri 565 milyon ABŞ 

dollarıdır.1999-cu  il  aprelin  17-də  Gürcüstanda    ilkin  Xəzər  neftinin  Qərb  istiqamətində  nəqli  üçün 

Bakı-Supsa  ixrac  boru  kəmərinin,  Supsa  yer  üstü  terminalının  Varna-Poti-batumi-İliçovsk  bərə 

keçidinin  rəsmi  açılışına  həsr  edilmiş  təntənəli  mərasimlər  keçirilmişdir.Xəzər  dənizi  regionunda 

karbohidrogen  istehsal  edən  ölkələrin  mənafelərini  və  maraqlarını  hərtərəfli  qane  edən  Şərq-Qərb 

dəhlizinin  hər  iki  tərəfə  tranzit  yükdaşıma  baxımından  Transxəzər  və  Transqafqaz  boru  kəmərləri 

sistemində  müstəsna  rolu  olan  Bakı-Supsa  Qərb  boru  kəmərinin  istismara  verilməsi,  eyni  zamanda 

1998ci  il  oktyabrın  29  da  Azərbaycan,Gürcüstan,Qazaxıstan,Türkiyə  və  Özbəkistan  prezidentlərinin 

imza etdiyi Ankara bəyannaməsinin gerçəkləşməsi istiqamətində atılan yeni bir addım idi. 

Azərbaycanın neft strategiyasının rallaşması  və onun ehtiyatlarının dünya bazarlarına sərbəst  və 

maneəsiz  çıxarılması  üçün  əlbətdə,  bu  iki  kəmərin  imkanları  yetərli  deyildir.  Rusiyanın  və  İranın 

təzyiqlərinə baxmayaraq , Heydər Əliyevin misilsiz xidmətləri sayəsində uzunluğu 1760 km, gücü ildə 

50  milyon  ton  olan  Bakı-Tbilisi-Ceyhan  kəmərinin  tikintisinə  nail  olundu.Bu  həm  də  Azərbaycanın 

qardaş ölkəyə böyük etimadı və dəstəyi idi.1999-cu il noyabrın 18-də  İstanbulun “Çırağan sarayı”nda 

Xam neftin Azərbaycan Respublikası,Gürcüstan və Türkiyə Respublikasının əraziləri ilə Bakı-Tblisi-

Ceyhan  əsas  ixrac  boru  kəməri  vasitəsilə  nəql  edilməsinə  dair  saziş  imzalandı.Bu  layihəni 

dəstəkləmək, Qazaxıstan neft həcmlərini bu layihəyə cəlb etmək üçün ABŞ prezidenti  Bill Klintonun 

şahidliyi  ilə  Azərbaycan,Gürcüstan,  Qazaxıstan  və  Türkiyə  arasında    “İstanbul  bəyannaməsi” 

imzalanmışdır. Bəyannamədə  vurğulanırdı ki,  bu kəmər Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və 

Türkiyəni daha sıx birləşdirəcək, onların əməkdaşlığını daimi edəcək, dünya enerji bazarlarına sərbəst 

çıxışı təmin edəcəklər.  

Dünya  enerji  siyasətində  və  beynəlxalq  münasibətlər  sistemində    Azərbaycanla  bağlı  yeni 

prioritetlər, dövlətlərarası və beynəlxalq əlaqələrdə yeni istiqamətlər yaradılmışdır. Prezident Corc Buş 

Azərbaycan  Respublikasının  prezidenti  Heydər  Əliyevə  ünvanladığı  14  iyun  2001-ci  il  tarixi 

məktubunda  yazırdı:  “Həyata  keçirilən  neft-qazlayihələrinin  Azərbaycanı  tezliklə  güclü,sabit  və 

dinamik inkişaf edən iqtisadiyyata malik dövlət edəcəyinə qəti əminəm”. 

 

 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1729

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



AZƏRBAYCAN NEFTİNIN İNKİŞAF TARİXİ (IX-XX əsrlərdə) 

 

Şəms Rəcəb qızı ŞİRİNOVA 

Sumqayıt Dövlət Universiteti 

 

“Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir...” 



Heydər Əliyev 

 

Azərbaycan neft sənayesi  özünün 150 illik tarixi ərzində böyük inkişaf  yolu  keçmişdir. 



Lakin  Azərbaycan  xalqı  yalnız  XX  əsrin  sonralarında  müstəqillik  qazandıqdan  sonra  bu 

sərvətlərdən  tam  bəhrələnmək  imkanı  qazanmışdır.Bu  imkanı  reallığa  çevirən  isə  Heydər 

Əliyev dühasıdır. 

Azərbaycan  neftinin  tarixi  kökləri  çox  qədim  dövrlərə  gedib  çıxır.  Ərəb  tarixçiləri, 

coğrafiyaşünasları  və  səyyahlarından  Əhməd  Əl-Bəlaruri  (IX  əsr)  Abşerondakı  iqtisadi 

həyatın  qədimdən  neftlə  bağlı  olduğunu  göstərmiş,  Əbu-İshaq  İstəxri  (XI-X  əsrlər)  Bakının 

neftli  torpağı,  Abşeronun "ağ" və  "qara" nefti haqqında məlumat vermişdir. XIII-XIV əsrdə 

yaşamış  İtalyan  səyyəhı  Marko  Polo  Bakı  neftinin  yaxın  Şərq  ölkələrinə  aparılması,  alman 

diplomatı  və  səyyahı  Adam  Oleari  Bakıdakı  neft  quyuları,  türk  səyyahı  Evliya  Çələbi  neft 

mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi 

illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş 

daş  üzərindəki  yazı  quyunun  hələ  1594-cü  ildə  usta  Allahyar  Məmmədnur  oğlu  tərəfindən 

qazılıb istifadəyə verildiyi göstərilir. 

İranlı  mütəfəkkür  Əmin  Əhməd  Razinin  məlumatına  görə  XVI  əsrin  əvvəllərində  Bakı 

ətrafında 500-ə qədər neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də 

"ağ"  neft  çıxarılırdı.  Alman  səyyahı,  həkim  və  təbiətşünası  Engelbert  Kempfer  İsveç 

səfirliyinin  katibi  kimi  1683-cü  ildə  Abşeron  yarımadasında  Balaxanı,  Binəqədi,  Suraxanı 

yataqlarında  olmuş,  neftin  Abşeron  yarımadasından  İrana,  Orta  Asiyaya  və  Şimali  Qafqaza 

aparılmasını  təsvir  etmişdir.  1847-ci  ildən  neftin  mexaniki  üsulla  qazılmış  quyuları  hasil 

edilmiş və 1920-ci ilə kimi davam etmişdir. 1859-cu ildə Bakıda ilk neftayırma zavodu tikilir. 

1863-cü ildə Cavad  Məlikov Bakıda kerosin zavodu tikdirdi  və dünyada ilk dəfə neftayırma 

prosesində soyuduculardan istifadə etdi. 

Bütün  dünyada  qədim  neft  diyarı  kimi  tanınmış  Azərbaycanda  neftin  sənaye  üsulu  ilə 

hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət  yatağında 

qazılmış  quyudan  vurmuş  neft  fontanı  Azərbaycanda  "qara  qızılın"  sənaye  üsulu  ilə 

çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə 

dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir. Təhkimçilik sisteminin 

ləğv edilməsi ilə 1872-ci ildə manufaktura sənayesi fabrik zavod istehsalı mərhələsinə keçdi. 

XIX  əsrin  70-90-cı  illərində  neft  sənayesinin  intensiv  inkişaf  dövrü,  şəxsi  sahibkarlıq  erası 

başlandı.  Məhz  həmin  illərdə  neft  istehsalında  sənaye  çevrilişi  baş  verdi,  adi  üsulla  qazılan 

quyular, neftin sənaye üsulu ilə çıxarıldığı quyularla əvəz edildi. 

1873-1880-ci illərdə Bakı neft sənayesi nə qədər tərəqqi etsə də, o bütün sahələrdə 1881-

1890-cı illər arasındakı inkişaf ilə müqayisə edilə bilməz. Xam və emal olunan neft hasilatı, 

onun  daxili  bazara  daşınması  və  xarici  ticarət  hətta  1883-cü  ildə  ağlagəlməz  dərəcədə 

artmışdı.  Yerli  sahibkarların  və  rusların  narazılıqlarına  baxmayaraq,  xarici  şirkətlər  özlərini 

göstərməkdə idi. 

1888-ci ilə qədər neft mədənlərində, neft emalı müəssisələrində istehsalın, boru kəmərləri 

sisteminin inkişafı, məhsul ixracatı haqqında məlumatlar sadəcə olaraq proqnoz və ayrı-ayrı 

şəxslərin verdiyi hesablamalardan ibarət idi. 1889-cu ildə Neft İstehsalçıları Assosiasiyasının 

statistika  bürosu  yaradıldı.  Həmin  ildən  də  neft  sənayesinin  durmadan  inkişaf  etməsini 

statistik  rəqəmlərdən  izləyə  bilərik.  Eyni  zamanda  borunun  göstəricilərinə  nəzər  salanda 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1730

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

neftçıxarma mərkəzinin tədricən Balaxanı və Sabunçunun qərb hissəsindən Ramanaya doğru 

hərəkət etdiyini, Nobel qardaşlarının dərin qazma üsulunun tətbiqi ilə Bibiheybət və Ramana 

mədənlərinin yüksək sürətlə irəlilədiyinin şahidi olarıq. 

1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin 

ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi. 1883-cü ildə Bakı-

Batum  dəmir  yolu  tikilib  istifadəyə  verilir  ki,  bu  da  neft  və  neft  məhsullarının  Avropa 

ölkələrinə  ixrac  edilməsində  mühüm  əhəmiyyətə  malik  idi.  1920-ci  ildə  Azərbaycanda  neft 

sənayesinin milliləşdirilir və 1949-cu ildə açıq dənizdə "Neft Daşları"  yatağının kəşfi dövrü 

başlayır.  1947-ci  dənizin  5-6  metr  dərinliyində  ilk  estakadalar  quruldu.  Beləliklə,  Xəzərin 

genişmiqyaslı tədqiqinin, onun neft ehtiyatlarının istismarının bünövrəsi qoyuldu. 

1949-cu  il  noyabrın  7-si  Azərbaycanın  neft  tarixinə  həmişəlik  yazıldı.  Bu  dünya  neft 

tarixində də fövqəlada bir hadisə idi. Həmin gün dərinliyi 1000 metr olan 1 saylı quyu güclü 

fontan vurdu. Quyunun gündəlik istismarı 100 ton idi. Bu nailiyyətin şərəfinə ərazinin əvvəlki 

“Qara  daşlar”  adı  “Neft  daşları”  ilə  əvəzləndi.  Dünyada  ilk  dəfə  olaraq  polad  dayaqlar 

üzərində  dəniz  yolları-  estakadalar  quruldu,  ümumi  uzunluğu  300  kilometrə  çatdırıldı. 

Estakadalar “Neft daşları”nı qəsəbəyə cevirdi. “Neft daşları” na xas həyat tərzi, sosial-məişət 

münasibətləri  yarandı.  XX  əsrin  70-80-ci  illəri  Azərbaycan  neft  sənayesinin  böyük 

nailiyyətləri  ilə  yadda  qalaraq  onun  inkişafı,  maddi-texniki  bazasının  möhkəmlənməsi  illəri 

olmuşdur.  Bu  illər  Azərbaycan  neftçiləri  tərəfindən  dənizin  daha  dərin  sahələrinin 

mənimsənilməsi  ilə  səciyyələnmişdir.  Məhz  bu  dövrdə  görülən  məqsədyönlü  tədbirlər 

nəticəsində  neft  sənayesi  möhkəmlənmiş  və  onun  geniş  infrastukturu  yaranmışdır. 

Azərbaycanda  dəniz  yataqlarının  işlənməsi  üçün  qazma  qurğuları,  dənizdə  tikinti  işlərini 

təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı  dərin dəniz özülləri 

zavodu  kimi  nəhəng  strateji  istehsalat  qurğusu  tikilmişdir.  Bununla  yanaşı  neft  emalı,  neft-

kimya sənayesinin və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur. 1994-cü il 

sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi 

müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi” 

adı  ilə  indi  bütün  dünyada  tanınmış  bu  müqavilənin  imzalanması  və  onun  gerçəkləşməsi 

müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər 

Əliyev  tərəfindən  işlənib  hazırlanmış  neft  strategiyasının  həyata  keçirilməsinin  parlaq 

təzahürüdür.  Bu  sahədə  Azərbaycanın  mənafelərinin  uzunmüddətli  şəkildə  qorunması, 

genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə 

əlaqədar  neftin  dünya  bazarlarına  nəqlinin  təmin  edilməsi  məqsədi  ilə  strateji  əhəmiyyətli 

Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəməri  layihəsinin  gerçəkləşməsi  üçün  gərgin  işlər 

həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1731

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



1941-1945-CI ILLƏR MÜHARIBƏSI ZAMANI MÜHACIR AZƏRBAYCAN 

KOMITƏSININ YARANMASI VƏ AZƏRBAYCAN LEGIONLARININ 

FƏALIYYƏTI AZƏRBAYCAN SOVET TARIXŞÜNASLIĞINDA 

 

Şəfa MÜSLÜMOV 

 

1941-1945-ci illər müharibəsi zamanı Berlində yaradılan və fəaliyyət göstərən Mühacir Azərbay-

can  Komitəsi  və  azərbaycanlı  legionların  müharibədə  iştirakı  Azərbaycan  sovet  tarixşünaslığında 

tədqiq  edilməyən  mövzulardandır.  Sovet  dövrünün  sərt  inzibati  amirlik  sistemi  və  kommunist 

Partiyasının  siyasi  ideoloji  konsepsiyasından  kənara  çıxa  bilməyən  tədqiqatçılar  Azərbaycan  sovet 

tarixşünaslığında  bu  mövzuya  toxuna  bilməmişlər.Hitler  ordusu  tərəfindən  SSRİ-yə  qarşı  vuruşmuş 

azərbaycanlılardan təşkil olunmuş legionerlərin döyüş yolu və hərbi fəaliyyəti  də həmçinin  tədqiqat 

sahəsindən kənarda qalmışdır. Hitlerin SSRİ-ni işğal edəcəyi halda Azərbaycana verəcəyi müstəqillik 

vədinə inanan Mühacir Azərbaycan Komitəsinin və azərbaycanlı legionerlərin fəaliyyəti müstəqillik-

dən  sonra  daha  geniş  araşdırılmağa  başlanılıb.  Qeyd  edək  ki.  Azərbaycan  sovet  tarixşünaslığında 

mühacir həyatı yaşayan, İkinci Dünya Müharibəsi illərində Azərbaycanın azadlığı uğrunda mübarizə 

üçün çalışan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan M. Ə. Rəsulzadənin siyasi 

fəaliyyəti birtərəfli qaydada araşdırılmış, bəzən də ayrı-ayrı müəlliflər onu hitlerçilərlə əməkdaşlıqda 

ittiham  edir,  sosializmin  düşməni  kimi  göstərirlər.  M.  Ə.  Rəsulzadənin  müharibə  zamanı  Hitler  ilə 

görüşərək azərbaycanlı hərbi əsirlərin həyatı ilə maraqlanması, onların yəhudilərlə birlikdə soyqırıma 

məruz qalmasından xilas edilməsi, müharibədən sonra azərbaycanlı legion üzvlərinin taleyinə biganə 

qalmayaraq onlara dəstək olması və Azərbaycan həqiqətlərini dünyaya çatdırması kimi faktlara müasir 

tarixşünaslığımızda  daha  çox  rast  gəlinir.  Sovet  Ordusunun  zabiti  olmuş  Əbdürrəhman  bəy 

Fətəlibəylinin  (Düdənginski)  hitlerçilərlə  əməkdaşlıq  etməsi  və  Mühacir  Azərbaycan  Komitəsi 

yaradaraq  Azərbaycanın  istiqlaliyyəti  üçün  mübarizəsi  də  müasir  tarixşünaslığımızda  ayrı  -  ayrı 

müəlliflər tərəfindən yazılmış əsərlərdə  və məqalələrdə rast gəlinir. Müasir tarixşünaslığımızda qeyd 

olunur ki, Baltikyanı cəbhədə hitlerçilərə əsir düşən Ə. Fətəlibəyli  azərbaycanlı hərbi əsirlərdən ibarət 

dəstələrin  yaradılması  üçün  1941-ci  ilin  avqustunda  Hitlerə  müraciət  edib.  Həmin  ilin  payızında 

M.Ə.Rəsulzadə  Almaniyanın  Şərq  Nazirliyi  tərəfindən  Berlinə  dəvət  olunur.  Bununla  bağlı  aparılan 

danışıqlar 12 maddədən ibarət xüsusi memorandumda əks olunmuşdur.   

1998-ci ildə Bakı Dövlət Universitetinin müəlliflər heyəti tərəfindən nəşr edilmiş  "Siyasi tarix" 

əsərində vurğulanılır ki, Hitlerin əmri ilə müsəlmanlardan təşkil olunmuş hərbi hissə Azərbaycan və 

Şimali  Qafqaz  regionlarına  bölünmüşdü.  Burada  xüsusi  olaraq  yazılır  ki,  M.Ə.Rəsulzadə  müharibə 

illərində hərbi əsirlər arasında  azərbaycanlıların tapılıb müəyyən edilməsi, onların konslagerdən xilası 

və azərbaycanlıların milli hərbi hissələrə cəlb edilməsi üçün böyük cəhdlər edirdi (1., səh.72). 

Mühacir Azərbaycan höküməti və milli legionlarımızın fəaliyyətinə  tarix elmləri doktoru  Tahir 

Qafarovun 1993-cü ildə çap olunmuş məqaləsində daha geniş toxunulub. Müəllif yuxarıdakı əsərdən 

fərqli  olaraq  göstərir  ki,  hərbi  əsirlərin  içərisindən  yəhudilər  kimi  azərbaycanlılar  da  öldürülürdü. 

Müsəlman əsirlərlə işi səmərəli qurmaq üçün Qüds müftisi Hacı Əmin Əl-Hüseyni Almaniyaya dəvət 

olmuş,  hətta  I  tank  ordusunun  komandanı  general  fon  Makizen  məsciddə  namaz  da  qılmışdı.  Sonra 

məqalədə göstərilir ki, Geniqsberqin "Telzit" hərbi düşərgəsindən Azərbaycan türklərini və  müsəlman 

azərbaycanlıları seçib "Şelzi" hərbi düşərgəsinə apardılar. (2.,səh.3). 

2014-cü  ildə "Şərq"  qəzetində  nəşrə  getmiş  Mühacir Azərbaycan  Komitəsinin fəaliyyəti  və  Ə. 

Fətəlibəyli-Düdənginskinin  sovet  casusu  tərəfindən  qətli  barədə  son  araşdırmalara  toxunulub. 

Məqalənin  girişində  qeyd  olunur  ki,  Fətəli  bəy  Almaniyada  Milli  Birlik  Məclisinin  rəhbəri  olmaqla 

SSRİ  üzərində  qələbə  qazanılacağı  təqdirdə  Azərbaycanın  müstəqilliyinə  nail  olacağı  göstərilmişdi. 

Onun həyat yoluna qısa nəzər salınır, II Dünya Müharibəsində Azərbaycan legionuna başçılıq etməsi, 

"Azadlıq"  radiosunun  Azərbaycan  reaksiyasına  və  "Azərbaycan"  jurnalına  Ceyhun  Hacıbəyli  ilə 

birlikdə baş redaktorluq etməsi göstərilib (3.,səh.11). 

Mühacir  Azərbaycan  Komitəsinin  və  legionların  fəaliyyətindən  bəhs  edərkən  son  dövrün 

araşdırmalarına da toxunmaq yerinə düşər. Professor Cəmil Həsənlinin 2015-ci ildə işıq üzü görmüş 

"II Dünya Müharibəsi illərində Azərbaycanın hərbi,siyasi və diplomatik münasibətlərdə (1939-1945)" 

adlı əsərində daha çox rast gəlinir. Qeyd olunan əsər Azərbaycanın müharibədə iştirakını.,beynəlxalq 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1732

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

vəziyyətini,  Cənubi  Azərbaycan  məsələsini  və  Bakı  neftinin  əhəmiyyətinə  aid  fundamental 

araşdırmadır.  Əsərin VI  fəsli  müharibə illərində  Azərbaycan  mühacirətinin  Almaniya  ilə  əlaqələrinə 

aiddir."Üçüncü  Reyxin  Qafqaz  mühacirlərini  təşkilatlandırmaq  cəhdləri"  adlanan  bölmədə  müəllif 

Almaniya  hökümətinin  Qafqaz  və  Azərbaycanla  bağlı  planlarından  yazır,  M.Ə.Rəsulzadənin  Alman 

hakim  dairələri  ilə  Türkiyə  vasitəsilə  əlaqələrindən  toxunur.burada  vurğulanılır  ki,  1941-ci  ilin 

payızında  Türkiyədə  yaşayan  Azərbaycan  mühacirləri  sovet  -  alman  müharibəsinin  başlanması  və 

Almaniyanın qazandığı hərbi uğurların təsiri altında xeyli fəallaşmışdılar (4.,səh 273). 

Tarixçi Nəsiman Yaqublu digər əsərlərində də Mühacir Hökümət və milli legionların fəaliyyətinə 

toxunmuşdur.Onun  1998-ci  ildə  çap  olunmuş  “M.Ə.Rəsulzadə.Azərbaycan  davası”  əsərində  Milli 

Azərbaycan  Komitəsinin  və  Azərbaycan  legionunun  yaranmasında  F.  Düdənginskinin  fəaliyyəti 

haqqında ümumi məlumat verilmişdir. Əsərdə M. Ə. Rəsulzadənin Ə. Fətəlibəyli-Düdənginskinin qətli 

ilə  bağlı  etdiyi  çıxış  verilmiş,  onun  və  legionların  fəaliyyəti  haqqında  ümumi  məlumat  yer  almışdır 



(5.,səh.60). 

N.Yaqublunun 2008-ci ildə nəşr olunmuş ”Əbdürrəhman Fətəlibəyli-Düdənginski” əsərinin ikinci 

fəsli  Azərbaycan  legionunun  təşkilində  Ə.  Fətəlibəylinin  fəaliyyətinə  və  legionlara  həsr  olunub 

(6.,səh.45).  2011-ci  ildə  Moskvada  nəşr  olunmuş  “İkinci  Dünya  Müharibəsi  1939-1945.Vermaxtın 

kazak  hissələri  və  Şərq  legionları”  adlı  hərbi-tarixi  əsərdə  Hitler  ordusundakı  legionlardan  ümumi 

məlumat verilmişdir.Burada Azərbaycan legionları haqqında yazan müəlliflər onların 806, 807, 817 və 

818-ci taborlarda döyüşdüklərini bildirir və hərbi nişanlarını göstərir (7.,səh.7) 



 

 

Document Outline

  • 08_1_Azərb dili
  • 08_2_Azər ədəbiyyatı
  • 08_3_Ingilis dili ve edebiyati
  • 08_4_Turk dili ve edebiyati
  • 09_1_pedaqogika_design
  • 09_2_Psixologiya
  • 10_ Tərcümə
  • 11_Tarix_Huquq
  • GTK4_Matriallar_Qapaq_2016.pdf
    • 1: 1-ci Kitab
    • 2: 2-ci Kitab

Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin