Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə186/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   181   182   183   184   185   186   187   188   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1705

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



ETNİK-MİLLİ MÜXTƏLİFLİYİMİZ ZƏNGİNLİYİMİZDİR 

 

Günel BAXIŞOVA 

Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universiteti 

AZƏRBAYCAN 

 

Qafqazın    mədəniyyət  mozaikası  hesab  olunan  Azərbaycanda  tarixən   



müxtəlif  etnik  və  dini 

qruplar    mövcud  olmuşdur.Tolerantlıq    və  harmonik  birgəyaşayış  üzərində  qurulmuş  və  həyata 

keçirilən  milli  siyasətin  nəticəsində    multimədəniyyətli,  multietnik  irs  bu  gün  də  Azərbaycanda 

qorunub  saxlanılmaqla  yanaşı  ,birarada  sülh  şəraitində  yaşama  təcrübəsinin  öyrənilməsi  nöqteyi-

nəzərindən  çoxmillətli  və  çoxkonfesiyalı    ölkə  kimi  dünya  ölkələrinin  diqqətini  özünə  cəlb 

edərək,önəm kəsb edir .  

Müstəqillik  dövründən  başlıyaraq  Azərbaycanda  milli  mənəvi  dəyərlərin    inkişafına  diqqət 

artırılmış , milli  70  azlıq və etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən hüquqi zəmin 

formalaşdırılmışdır.  Azərbaycan  Respublikasının  Konstitusiyasının  25-ci  ,44-cü  ,  «Mədəniyyət» 

haqqında  Qanunun  11-ci  maddəsində,  «Təhsil»  haqqında  Qanunun  6-cı  maddəsi  və  «Dövlət  dili» 

haqqında Qanunu 3-cü maddəsinə əsasən ölkəmizdə yaşayan milli azlıqlar və etnik qrupların hüquq və 

azadlıqları qorunur, bütün milli azlıqların mədəni kimliyinə təminat verilir.   

Ulu öndər çıxışlarının birində demişdir: “Azərbaycanın varı,dövləti təkcə onun pambığı, yeraltı, 

yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır”. 

2009-cu ilin siyahıyaalınmasına görə ölkə əhalisinin 8,4 faizini  milli  azlıqlar,  azsaylı  xalqlar  

və    etnik    qrupların  nümayəndələri   təşkil   edir.    Azərbaycan   hökuməti    insan  haqları,  o cümlədən 

milli azlıqların müdafiəsi məqsədilə 50-dən  çox  beynəlxalq konvensiyaya  qoşulmuş, o cümlədən bir 

çox  nüfuzlu  beynəlxalq  təşkilatlarla  işgüzar əməkdaşlığa başlamışdır.      

 

Milli  azlıqlar  öz  milli  mərkəzlərini,  assosiasiyalarını  və  digər  qurumlarını  yaratmaq  



hüquqlarından    tam    istifadə    edir,  həmçinin  müxtəlif  milli  azlıqların  nümayəndələri  Azərbaycanın 

dövlət    qurumlarında    geniş    təmsil    olunmaqla  yanaşı,  cəmiyyətin  həyatında,  eləcə  də  ölkə 

səviyyəsində  keçirilən  birgə  tədbirlərdə  fəal  iştirak edirlər.  

Mədəniyyət  və  Turizm  Nazirliyi  yanında  Milli  Azlıqların  Əlaqələndirmə  Şurası  fəaliyyət 

göstərir,həmçinin  Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və 

etnoqrafiyasının  öyrənilməsi  üzrə  xüsusi  şöbə  yaradılmşdır.Bakıda  katolik  kilsələri,  sinaqoqlar 

məscidlərlə yanaşı fəaliyyət göstərir. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm məkanı 

kimi tanındı. 

Multikulturalizm qloballaşan  çağımızda   regionda   sülh və  əməkdaşlığın  təməli  və  qarantı    kimi 

çıxış etməkdədir.Çünki çoxmədəniyyətliyin təmin edilməsi xalqların  öz milli dəyərlərini qoruması ilə 

yanaşı,  digərlərinin milli-dini   dəyərlərinə  hörmətlə  yanaşmanı  aşılayır.Multikulturalizm sülh və 

əməkdaşlıq  deməkdir.  Multikulturalizm   ideyalarının   öz   yerini tutduğu regionlarda ola  biləcək 

münaqişə ehtimalları azalır və  regional  əməkdaşlığın inkişafına zəmin yaradır. 

Azərbaycanda    yaşayan    etnik  icmaların  dilində  qəzet  və  jurnallar    nəşr    olunur.  Mütəmadi 

olaraq,telekanallarda    milli    azlıqların    etnik-mədəni  həyatından,  etnoqrafiyasından  bəhs  edən 

materiallar  hazırlanır.Eyni    zamanda    öz  ana  dillərində  təhsil  almaları  üçün  dərsliklər  çap  edilir.    

Azsaylı  xalqların  mədəni-maarif  inkişafı  tarixində  Azərbaycanın  müəyyən  qədər  təcrübəsi  var. 

Respublikamızın  13  rayonunda  yaşayan  etnik  qrupların  uşaqları  öz  milli  adət  və  ənənələrini, 

mədəniyyətini  öyrənmələri  üçün  lazımi  şərait  yaradılıb:  Quba,  Qusar,  İsmayıllı,  Xaçmaz,  Oğuz, 

Qəbələ rayonlarının 126 məktəbində 24670 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 

246 məktəbində 26070 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Şamux rayonlarının 32 

məktəbində 4748 şagird avar, udin, tat, şaxur, yəhudi, xınalıq, kürd dillərini əsasən ibtidai siniflərdə 

öyrənirlər.  Beləliklə,  respublikanın  407  məktəbində  azsaylı  xalqların  və  etnik  qrupların 55488  nəfər 

uşağı öz ana dillərini öyrənirlər. 

Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və 

etnik  qrupların  həyat  tərzindən,  məişətindən,  adət  və  ənənəsindən,  ümumilikdə  mədəniyyətindən  

təsirlənmə  ilə    qarşılıqlı  surətdə  öz  mədəniyyətlərini    inkişaf  etdirmişdir.  Etnik  qrupların 

nümayəndələri  özlərini  azərbaycanlı  saysalar  da,  hər  bir  qrup  özünəməxsusluğunu  qoruyub, 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1706

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

saxlamışdır. Bu özünəməxsusluq məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə 

öz əksini tapmaqdadır. 

Əsrlər  boyu  azərbaycanlılarla  yanaşı  yaşayan  ,  əsasən  Zaqatala-Qax  rayonları  ərazisində  

məskunlaşan avarlar,  ingiloylar, saxurlar, Qəbələ və Oğuz  rayonundakı udilər,   dağ yəhudiləri, tatlar, 

kürdlər, talışlar və.s xalqlar  Azərbaycanın bügünki  etnik xəritəsini yaratmışlar .Bu etnoslar arasında 

buduq, xanalıq, udin min illər ərzində Azərbaycanda yaşayaraq, adət və ənənələrini qoruyub saxlamış, 

dillərini  və  mədəniyyətlərini  inkişaf  etdirmişlər.

  Və  bu  zəngin  tərkib  Azərbaycan  millətinin 

formalaşmasında böyük   rol oynamışdır.

    


Ölkəmizdə  da  bu  qədər  azsaylı  xalq,  millət  və  etnik qrupun  olması  bir  o  qədər  də  psixologiya, 

etnomədəniyyət,etnik    şüur,  mentalitet,  həyat    və    davranış    tərzinin    olması  mənasına  gəlir.Bu 

müxtəlifliklərin  öyrənilməsi,  azsaylı  xalqların  milli    mədəni    dəyərlərinin    geniş    ictimai    sferada  

təbliği,  yaşadılması  inkişafın  başlıca  prinsipinə  və  göstəricisinə  çevrilmişdir.  Etnik  qruplar    öz  

dillərində  olan  ədəbiyyat  və  musiqi  əsərləri yaratmaqla yanaşı, digər  tərəfdən  öz mədəni irsləri ilə  

Ümumazərbaycan  mədəniyyətinin    tərkib    hissəsinə    çevrilmişlər.  Azərbaycanda  yaşayan    azsaylı  

xalqların  mədəniyyəti,    adət-ənənələri,  yazarları    mədəni-kütləvi  tədbirlər  və  KİV    vasitəsi  ilə  

vaxtaşırı təbliğ edilir.  

Respublikamız  son  illərdə  reallaşan  Beynəlxalq  Humanitar  Foruma,  İslam  Əməkdaşlıq 

Təşkilatına  üzv  dövlətlərin  mədəniyyət  nazirlərinin  konfransına,  Ümumdünya  Mədəniyyətlərarası 

Dialoq  Forumuna,  Dünya  Dini  Liderlərinin  Zirvə  görüşünə,  Krans  Montana  Forumuna,  Davos 

Forumuna, III Qlobal Bakı Forumuna və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişdir.     Bu 

beynəlxalq  forumlar,  konfranslar  sayəsində    sivil  dialoqların  qurulması,  nəzəri  və  praktiki  bilik 

mübadiləsi,    debat  və  müzakirələr  üçün  platformanın  formalaşdırılması  deməyə  əsas  verir  ki,  Bakı 

şəhəri həm də multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanına çevrilmişdir. 

 

 



QLLOBALLAŞMA DÖVRÜNDƏ MULTİKULTURALİZM 

DƏYƏRLƏRİNİN ƏHƏMİYYƏTİ 

 

Raisə CƏFƏROVA 

AMEA Tarix İnstitutu 



cafarova.r@mail.ru 

AZƏRBAYCAN 

 

 

Qlobal sivilizasiya çoxmədəniyyətililik, çoxsivilizasiyalılıq zəminində təşəkkül tapır və onların 



konsentrasiyasında  mövcud  olur.  Mullikulturalizm  konsepsiyası  qloballaşma,  müasir  dünyada  baş 

verən mədəni universalizasiya və unifikasiya meyllərinə əks olaraq mədəni müxtəlifliyin ifadəsi olan 

bütün  fenomenlərin  (dil,  din,  adət-ənənə,  sənət  və  s.)  mühafizə  və  qayğısını  bəşər  mədəniyyətində 

harmoniyanın əsas şərti hesab edir. Öz daxili bütövlüyünü müxtəlifliyin vəhdəti şəklində tapan qlobal 

sivilizasiya  özünü  müxtəlif  mədəniyyət  və  sivilizasiyalardan  qidalandırmaqla  deməli,  tükənməz 

potensiya  mənbəyinə  malik  olmaqla  inkişafının  dialektikasını  və  dinamikasını  da  təmin  etmiş  olur, 

Çoxmədəniyyətlilik, çoxsivilizasiyalılıq tarixən olduğu kimi, müasir dünyanın da mövcudluq şərti və 

reallığıdır ki, qlobal sivilizasiyanın struktur əsaslarını təşkil edir. Buna görə də qlobal sivilizasiyanın 

çoxmədəniyyətlilik,  çoxsivilizasiyalılıq  paradiqmasına  bütün  bəşəriyyətin  birgə  tarazlı  tərəqqisinə 

əsaslanan  humanist-qurucu  konsepsiya  olaraq  Multikulturalizm  ideologiyası  dünya  ictimaiyyəti 

tərəfindən dəstəklənməlidir. 

 Mədəniyyətlərarası münasibətlərin dialoji aspektdə inkişafına hazırda böyük önəm  verilməsi və 

bu  prosesin  yüksək  beynəlxalq  səviyyədə  təşkilatlanması  istiqamətində  ciddi  fəaliyyət  göstərilməsi 

təsdiq  edir  ki,  dünya  birliyi  qlobal  sivilizasiya  məkanında  qərarlaşmasının  optimal  variantlarını 

həqiqətə  çevirməkdədir.  Çox  ölçülü  və  çoxsəviyyəli  heterogen  dünyanın  qarşılıqlı  əlaqə  və 

təsirlənmələrlə  təşəkkülü  və  harmonikləşməsi  zərurətindən  doğan  qlobal  sivilizasiya  özünün  lokal 

(regional)  sivilizasiya  və  mədəniyyət  komponentləri  arasında  dialoji  münasibətlərin  hazırkı  ilkin 

fazasında həmin münasibətlərin təməl prinsiplərini yaratmaqdadır. Varlıq özü əksqütblülüyün dialoji 

strukturundadır [2, s.112].  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1707

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait 

yaradır.  Bu,  ölkə  əhalisinin  etnik  irqi  və  dini  müxtəlifliyindən  asılı  olmayaraq,  onların  hamısının 

hüquq  və  azadlıqlarına  hörmətlə  əlaqədardır.  Multikultural  cəmiyyətdə  hər  bir  vətəndaş  öz 

mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, 

qəzet  və  jurnal  dərc  etdirmək  sahələrində  bərabər  hüquqlara  malikdir.  Multikulturalizm  siyasəti 

assimilyasiyanı  inkar  edən  inteqrasiyaya  aparır.  O,  dialoq  ideyası  üzərində  qurulmuş  mədəni 

mövcudluq fəlsəfəsidir. Bu ideyaya söykənərək multikulturalizm yeni mədəniyyət tipi təklif edir. Bu 

mədəniyyət tipi üç mühüm prinsip üzərində qərarlaşır: birincisi multikultural prinsipdir; bu prinsip hər 

bir  mədəniyyətin  dəyərli,  özəl  və  unikal  olduğunu  bəyan  eləyir.  İkincisi  tolerantlıq  prinsipidir;  bu 

prinsip  özgəsinin  özəlliyinə,  fərqliliyinə  dözümlülük  aşılayır.  Üçüncüsü  özünütanıma  hüququnun 

təsbiti prinsipidir; bu prinsipə görə hər bir millət etnik mərkəzləşdirmə aparılmadan mədəni identiklik 

hüququna malikdir. 

 Azərbaycan çoxmillətli bir dövlətdir: burada yəhudi, rus, tatar, türk, udin, gürcü, ləzgi, avar, tat, 

talış  millətlərinin  nümayəndələri  uzun  qərinələrdir  ki,  birgə  yaşayırlar.  Biz  əgər  bu  xüsusda 

“Azərbaycan mədəniyyəti bu millətlərin dialoqunun mədəniyyətidir, “Azərbaycan mədəniyyəti dialoq 

mədəniyyətidir”  kimi  ifadələrdən  istifadə  etsək,  məncə,  yanılmarıq.  Hətta  Azərbaycan  coğrafi 

baxımdan  belə  Qərblə  Şərqin,  Avropa  ilə  Asiyanın  təmas  nöqtəsindədir.  Tarixi  “İpək  yolu”nun 

üstündədir.  Deməli,  hətta  fiziksəl  olaraq,  coğrafi  parametrlərdə,  yəni  məkan  koordinatlarına  görə 

Azərbaycan dialoqa modullaşdırılıb desək yanılmarıq. 

Multikulturalizm  –  pozitiv  sosial  təzahürdür.  O,  cəmiyyətin  inkişafı  üçün  münbit  şərait  yaradır; 

etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir; 

 Azərbaycan  mədəniyyəti  ümumdünya  mədəniyyət  sisteminin  tərkib  hissəsi  olmaqla  tarix  boyu 

dünya mədəniyyətinin inkişafına öz bənzərsiz töhfələrini vermişdir. Multikultiralizm sözü Azərbaycan 

leksikonuna yeni daxil olsa da xalqımızın çoxəsrlik ictimai-fəlsəfi fikir tarixində əslində bu dəyərlər 

dərin  tarixi  köklərə  malikdir.  Azərbaycan  ədəbiyyatının  günəşi  hesab  edilən  Nizami  Gəncəvinin 

yaradıcılığı başdan-başa humanizm və multikultiralizm dəyərləri ilə zəngindir. «Xəmsə»yə daxil olan 

poemaların qəhrəmanlarını bir çox ayrı-ayrı xalqlara məxsusdur. Nizami Gəncəvi üçün şəxsiyyətin ən 

yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları 

içərisində  türk,  fars,  ərəb,  çinli,  hindli,  zənci,  yunan,  gürcü  və  s.  xalqların  nümayəndələrinə  rast 

gəlirik.  Humanist  şair  müxtəlif  dinlərə  mənsub  bu  qəhrəmanların  heç  birinin  milliyətinə,  dini 

görüşlərinə  qarşı  çıxmır.  Onun  qəhrəmanları  ədalət,  xalq  xoşbəxtliyi,  yüksək  məqsədlər  uğrunda 

mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram, digər xalqların mədəniyyətinə sayğı və 

hörmət şairin yaradıcılığının aparıcı mövzularındandır. 

Azərbaycan  ictimai-fəlsəfi  fikir  tarixinin  digər  görkəmli  nümayəndəsi  Nəsirəddin  Tusinin 

yaradıcılığında da multikultiralizm dəyərləri öz əksini tapmışdır. Bu baxımdan «Əxlaqi-Nasiri» əsəri 

xüsusi diqqətə layiqdir. 

«İnsanlar həm özünü, həm də nəslini mühafizə etmək üçün bir-birinin köməyinə möhtac olduqları 

kimi,  kamala  çatmaqları  üçün  də  yaşamağa  möhtacdırlar,  deməli,  kamala  çatmaq  üçün  bir-birinə 

ehtiyacları vardır. Belə olduqda hər adamın kamilliyi və bitkinliyi öz növündən olan adamlardan asılı 

olar;  deməli,  o,  qarşılıqlı  kömək  əsasında  öz  növü  ilə  ünsiyyət  və  əlaqə  yaratmağa  məcburdur.  Əks 

təqdirdə  ədalət  qaydalarından  kənara  çıxıb,  zülm  kandarına  tərəf  üz  döndərmiş  olar»  [5,  s.177]. 

Əsərdəki  bu  cümlələr  özündə  multikulturalizm  dəyərlərini  tamamilə  əks  etdirir.  Buradakı  «kama 

çatmaq»  ifadəsi  əslində  elə  ədalətli  cəmiyyətdən  xəbər  verir  və  ədalətli  cəmiyyət  o  cəmiyyət  hesab 

olunur ki, burada insanlar qarşılıqlı ünsiyyətdə, harmoniyada firavan yaşasınlar. 

Əsərdən başqa bir misal göstərək: «Ünsiyyət və əlaqə yalnız o zaman baş tutar ki, nəyin nizama 

aparıb  çıxaracağını,  nəyin  pozğunluğa  səbəb  olacağını,  hər  kəslə  tək-tək  necə  davranmaq  lazım 

olduğunu  öyrədən  elmi  yaxşı  bilsən,  bu  ictimaiyyat  elmidir.  Deməli,  hamı  bu  elmi  öyrənməyə  səy 

etməlidir ki, fəzilət sahibi olmağı bacarsın; əks halda rəftar, müaşirət və davranışda səhvlərə yol verər, 

dünyada qanunsuzluqlara səbəb olar, öz mərtəbə və dərəcəsinə çatmaz. Bu cəhətdən də haman elmin 

nə  qədər  faydalı  olduğu  aşkara  çıxdı»  [5,  s.178].  Buradakı  «ictimaiyyat  elmi»  əslində  müasir 

multikulturalizm  dəyərlərini tamamilə  işıqlandırır.  «Fəzilət  sahibi  olmağı  bacarmaq»  isə  o  deməkdir 

ki, elə multikulturalizm dəyərlərinə sahib olmaq deməkdir. 

«Tibb  elmi  sahibi  öz  sənətində  mahir  olduqda,  insan  sağlamlığını  mühafizə  edib  xəstəlikləri 

aradan  qaldırmağı  bacardığı  kimi,  bu  elm  sahibi  də  öz  sənətində  mahir  olduqda  həqiqi  ədalət  və 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1708

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

müvazinət  adlanan  dünya  vəziyyətinin  sağlamlığını  mühafizə  edib  ictimai  xəstəlikləri  aradan 

qaldırmağa qadir olar; o əsl mənada dünya təbibi sayılar. Bu elm dünyaya xoşbəxtlik şüası saçar, insan 

qüdrəti  daxilində  şərin  qarşısını  alar.  Dediyimiz  kimi,  bu  elmin  mövzusu  insan  cəmiyyətində  olan 

münasibətlər  sistemidir,  insan  cəmiyyətində  isə,  istər  ümumi,  istərsə  xüsusi,  ictimai  münasibətlər 

müxtəlif  olar»  [5,  s.178].  Multikulturalizm  əsas  qayəsi  olan  çox  mədəniyyətliliyin  harmoniyası  bu 

cümlələrdə daha aydın nəzərə çarpır. 

Demokratiya  multikultural  cəmiyyətin  formalaşmasında  ən  mühüm  amillərdən  biridir. 

Müstəqilliyimiz ən böyük sərvətimizdir. Bu müstəqilliyimizin əbədi dövlətimizin qüdrətli olması üçün 

güclü iqtisadiyyat, fəal ictimai siyasi mühit qədər də vacib məsələlərdən biri də öz mədəniyyətimizə 

sahib çıxmaq şərti ilə dünya mədəniyyətinə inteqrasiya etməkdir. 



 

 

TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR 



                                                                                           H.Ə.ƏLİYEV 

Bənövşə CƏLALZADƏ 

Sumqayıt Dövlət Universiteti  



celalzade.92@mail.ru 

AZƏRBAYCAN 

 

Heydər Əliyevin təməlini qoyduğu uğurlu dövlət siyasətinin bir parçası da təhsil siyasətidir. Ulu 



öndərin dediyi kimi, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, 

təhsilin sürətlə inkişaf etməsidir. XX əsrin birinci mərhələsində Heydər Əliyevin fəaliyyəti nəticəsində 

Azərbaycanın  qədəm  qoyduğu  intibah  dövrünü  şərtləndirən  əsas  amillər  sırasında  elmin  və  təhsilin 

yüksəlişi diqqətdən kənarda qala bilməz.  “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi 

dəyişiklik  ola  bilməz.  Ümumiyyətlə,  bizim  həyatımızın  bütün  sahələrində  dəyişiliklər  təkamül 

xarakteri  daşıyır.  Heç  vaxt  yol  vermək  olmaz  ki,  onillərlə  yaranmış  yenilikləri  bir  gündə  vurub 

dağıdasan, ondan sonra heç bilmədiyin yeni bir qanun yaradasan”. Heydər Əliyevin kəlamları bu gün 

də  milli  təhsilimizin  inkişafı  yollarında  günəş  kimi  işıq  saçır.  Bu  gün  həmin  prinsiplərə  əsaslanan 

təhsil sistemini yarada bilsək, təsil prosesini uğurla həyata keçirən, sənətinin, peşəsinin vurğunu olan 

müəllim  kadrları  yetişdirə  bilsək,  dünya  müstəvisisndə  böyük  uğurlara  imza  ata  bilərik.  Ulu  Ondər 

Heydər Əliyevin “Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr 

əsasında tərbiyə edilsinlər”- fikrini əsas götürən həmin proqramda vətənə məhəbbət, narkomaniyaya, 

qanun  pozuntuların  qarşı  mübarizə,  idmanın  inkişaf  etdirilməsi  ilə  sağlam  nəslin  yetişdirilməsi, 

gənclərin ölkənin siyasi həyatında fəal iştirakı və digər vəzifələrin həyata keçirilməsi əsas vəzifə kimi 

qarşıya qoyulmuşdur. Müəllim yüksək əxlaqi-mənəvi dəyərlərə malik olmalı, həmin mənəvi dəyərləri 

şagirdlərinə  aşılamalı,  onları  sevməli  və  şagirdlərin  səviyyəsinə  enərək  düzgün  ünsiyyətin 

formalaşmasına nail olmalıdır. Yalnız bu zaman müəllim dövrün, zamanın və Dövlət strategiyasının 

tələblərinə  uyğun  ola  bilər.  XXI  əsr  müəllimlərinin  qarşısında  duran  vacib  məsələ  gənclərin  əxlaq-

mənəvi  dəyərlər  əsasında  tərbiyə  edilməsidir.  Müəllimdə  və  ümumiyyətlə,  insanlarda  əxlaqi-mənəvi 

dəyərləri yüksək qiymətləndirən Albert Eynşteyn yazmışdır ki, bəşəriyyətin gələcəyi elmi tərəqqinin 

sabahından  bir  o  qədər  asılı  deyil,  insani  əxlaqın  və  mənəviyyatın  sabahkı  mənzərəsindən  asılıdır. 

Təhsil  müəssisələrində  şagirdlərimizi,  tələbələrimizi  Azərbaycan  xalqına  məxsus  milli  dəyərlər 

əsasında  tərbiyə  etmək,  mənəvi  cəhətdən  sağlam  insanlar  yetişdirmək  məsələsi  təhsil  sistemində  ən 

mü- hüm yeri tutmalıdır. Bunun üçün də həmin dəyərlərə malik olan milli müəllim kadrlarının olması 

vacibdir. “Hər birimizə bilik, təhsil verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən 

də  müəllimdir.  Mən  yer  üzündə  müəllimdən  yüksək  ad  tanımıram”.  Ulu  Öndər  Heydər  Əliyevə 

məxsus bu dahiyanə qiymətdə böyük bir hikmət var. Çünki yuxarıda qeyd etdiyimiz kimi, müəllimin 

şəxsi  nümunəsi  təhsil-  tərbiyə  prosesində  öndə  olan  məsələdir.  Azərbaycan  pedaqoji  fikir  tarixini 

vərəqləsək,  gənclərə  nümunə  ola  biləcək  yüzlərlə  ziyalımızın-müəllimimizin  adını  çəkmək  olar. 

Tariximizə  nəzər  salsaq,  görərik  ki,  bizim  təhsilimizi  irəli  aparan,  müəllim  idealına,  nümunəsinə 

çevrilmiş  klassik  müəllimlərimiz  olmuşdur  və  bundan  sonra  da  olacaq.  S.Ə.Şirvani, 

C.Məmmədquluzadə,  M.Ə.  Sabir,  İsmayıl  Şıxlı,  Mir  Cəlal  və  onlarla  digər  şəxsiyyətlərin  adlarını 

çəkmək  olar  ki,  onlar  dəyərli  ömürlərini,  bilik  və  bacarıqlarını  şam  kimi  xalqımızın  təhsili  yolunda 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1709

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

əritmişlər.  Bu  cür  insanlar  keçmişdə  də,  bu  gün  də,  gələcəkdə  də  gənc  nəsil  üçün,  müasir 

müəllimlərimiz  üçün  örnək  olaraq  qalacaqlar.  Onların  fəaliyyətlərini  araşdırdıqda  müasir  yeni  təhsil 

sisteminin,  humanizmin  ən  gözəl  nümunələrinə  rast  gəlirik.  Söylədiklərimizi  yekunlaşdıraraq  deyə 

bilərik  ki,  müasir  cəmiyyətin  qurulmasında,  müasir  cəmiyyətin  tələblərinə  cavab  verən  müəllim 

kadrlarının hazırlanması mühüm əhəmiyyətli strateji məsələdir. Müəllim əməyini, onun cəmiyyətdəki 

rolunu  yüksək  qiymətləndirən  Ümummilli  liderimiz  Heydər  Əliyev  24  sentyabr  1998-ci  il  tarixində 

Azərbaycan  müəllimlərinin  XI  qurultayına  ünvanladığı  məktubunda  demişdir:  “  Bu  gün  ölkəmizin 

qarşısında  duran  problemlərin  həllində  müəllimlərin  fəal  iştirakı  xüsusi  əhəmiyyət  kəsb  edir. 

Azərbaycan müəlliminin bir məqsədi, bir amalı olmalıdır; Azərbaycanımızı çiçəklənən, inkişaf edən, 

firavan,  qüdrətli    dövlətə  çevirməyə  qadir,  müstəqillik  ideyalarına  sadiq,  özünü  vətənin  azadlığı 

naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavraya-raq müasir tələblərə cavab verən, 

sağlam  əqidəli,  milli  ruhlu  nəsil  yetişdirmək”.  Azərbaycan  müəllimlərinin  qarşısına  qoyulan  bu 

mühüm  dövlət  əhəmiyyətli  tələb  bizim  hər  birimizin  qarşımızda  qoyulan  tələbdir.  Müəllim  şagirdlə 

keçmiş,  indiki  və  gələcək  mənəvi  dəyərlər  arasında  bir  vasitəçidir.  Ümumilli  liderimiz  H.Əliyev 

irsinin layiqli davamçısı,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan 

Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  strategiyası”  2013-cü  il  24  oktyabr  tarixli  sərəncamı 

təhsil sistemimizin inkişafı sahəsində yeni bir mərhələ olmaqla yanaşı, sərəncamda mənəvi cəhətdən 

yüksək əxlaqi dəyərlərə malik olan, savadlı, səriştəli, müasir dövrün dünya standartlarının tələblərinə 

cavab  verən  müəllim  kadrlarının  hazırlanması  məsələsinə  də  diqqət  yetirilmişdir.  Prezidentin 

sərəncamı  təhsilimizin  metodoloji  əsası,  pedaqogikanın  bünövrəsi  olaraq  dövlət  rəhbərinin  təhsilə 

qayğısının  bariz  göstəricisidir.  Dövlət  siyasətinin  məqsədi  yüksək  keyfiyyətli  müəllim  kadrlarının 

hazırlanması,  təkmilləşdirilməsi,  müasir  cəmiyyətin  tələblərinə  uyğun  olması  və  digər  məsələlərdir. 

Elə müəllim hazırlığı əsas götürülməlidir ki, o, böyük hərflə yazıla biləcək əsl Müəllim, keçmiş irsi, 

klassik  ənənəni  qoruyub  saxlayaraq  bu  günün  reallığından  çıxış  etsin.  Özünütəkmilləşdirməklə 

gələcək  üçün  hazırlansın.  Məlumdur  ki,  Azərbaycanda  dünya  standartlarına  uyğun  yeni  təlim 

metodları  tətbiq  edilməkdədir.  Yeni  təhsil  sisteminin  həyata  keçirilməsi  istiqamətində  böyük  işlər 

görülür  ki,  müasir  tələblərə  cavab  verən  müəllim  kadrlarının  hazırlanması  bu  sahədə  ən  aktual 

məsələdir. Müasir təhsil sistemi ölkəmizdə son illərə qədər tətbiq edilən ənənəvi təhsil sisteminə qarşı 

deyil.  Hətta,  demək  olar  ki,  ənənəvi  təhsilin  bazası  əsasında  yeniliyin  tətbiq  edilməsi  daha 

məqsədyönlüdür.  “Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  strategiyası” 

sərəncamında  göstərildiyi  kimi,”müəllimin  pedaqoji  fəaliyyəti  elə  qurulmalıdır  ki,  o  nəinki  öz 

yetirmələrinə,  hətta  ətrafdakı  insanlara  nümunə  olsun”.  Azərbaycan  Respublikası  Prezidenti  İlham 

Əliyevin  2005-ci  ilin  30  avqust  tarixli  sərəncamı  ilə  cəmiyyətə  yararlı  vətəndaş  yetişdirilməsi, 

gənclərin  milli-mənəvi  keyfiyyətlər  əsasında  formalaşmasını  nəzərdə  tutan  “Azərbaycan  Gəncliyi 

Dövlət  Proqramı”  təsdiq  edilmişdir.  Bir  Vətəndaş  olaraq,  bir  müəllim  olaraq  biz  bu  vəzifənin 

öhdəsindən  gəlməyə  çalışmalı,  müstəqil  dövlətimizin  gələcək  taleyini  tapşıracağımız  gənc  nəslin 

layiqli vətəndaş kimi yetişməsinə çalışmalıyıq. 

 

 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin