Conference committees conference chairs c



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə185/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   181   182   183   184   185   186   187   188   189

                                 

         

KARMELİT XRONİKASINDA ŞAH SƏFİNİN HAKİMİYYƏTİ 

İLLƏRİNDƏ KATOLİK MİSSİONERLƏRİNİN FƏALİYYƏTİ 

 

Sevinc MƏLİKZADƏ 

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu 



mako_zt@mail.ru 

AZƏRBAYCAN 

 

XVI  əsrin    sonu  –XVIII  əsrin  əvvəlləri    Azərbaycan  tarixini  öyrənmək  üçün  ən  qiymətli 



mənbələrdən biri İtalyan “Karmelit xronikası”dır. “Karmelit Xronikası”ilə tanışlıq göstərir ki,   əsası 

hələ  XII əsrdə qoyulmuş Karmelitlərin əsas məqsədi müxtəlif ölkələri gəzməklə  missionerlik etmək, 

Portuqaliya krallığının  nəzarəti altında yaşamaq  əvəzinə   İtaliyada möhkəmlənməyə cəhd etmək idi.  

Asiyada geniş  missionerlik  fəaliyyətinə  qədəm qoyan Karmelitlər Şah Abbas (1587-1629) tərəfindən  

isti münasibətlə  qarşılanmış və onlara Ata Cen Thaddenin rəhbərliyi altında 1608-ci ildə İsfahanda 

məskən salmağa icazə verilmişdir.   Onun üzvləri, Juan Tadeo di San Elisio və Paolo  Semyon hər ikisi 

İspaniyadan  idi.  Onlar  həmçinin,    Papa  ilə  ittifaq    yaratmaq    və  eyni  zamanda  İrana  Qərblə  ittifaq 

təklifi ilə  Şah Abbasa müraciət etmişdilər. 1610-cu ildən etibarən Avqustinlər,  həm də Karmelitlər 

İsfahanda fəaliyyətə  başlayır, burada onlara kilsələr tikməyə,  dini  fəaliyyətlə  məşğul olmağa icazə 

verilirdi.    Lakin  Şah  Abbasın  əsas  məqsədi  Səfəvi  imperiyasının  tarixi  sərhədlərini    bərpa  etmək,  

xüsusilə dövlət üçün əhəmiyyətli olan Azərbaycan ərazisini Osmanlı imperiyasından   geri almaq idi. 

Bunun  üçün Şah Abbas xristian dövlətləri ilə hər cür əlaqə qururdu. Şah Abbas məktublarında Qərb 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1701

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

dövlətlərinə vəd edirdi ki, xristianlara öz dinlərini  təbliğ edəcəklər və kilsə tikmək və yaşamaq üçün 

Səfəvi  dövlətinin  istədikləri  yerinə  yetirməyə  icazə  veriləcəkdir;    ölkənin    ərazisində  yaşayan 

xristianlara  –ermənilərə    və  gürcülərə  hökm  edəcəkdi  ki,  Roma  papasının  göstərişlərini  yerinə 

yetirsinlər. Lakin Şah Abbasın dövründə Qərb  missionerləri istədiklərinə tam nail ola bilmədilər.  

Missionerlər  öz  fəaliyyətlərini  Şah Səfinin (1629-1642) hakimiyyəti  illərində  davam etdirdilər.   

Səfəvi      dövləti    ərazisində    itirilmiş    imtiyazlarını      bərpa      etməyə  çalışan  katolik    missionerləri  

müsəlmanları  xristianlaşdıra bilməsələr də, bütün diqqəti  imperiyanın xristian məzhəbləri,  xüsusilə, 

qriqoryan  ermənilərinin    üzərinə  yönəltmişdilər.  “Karmelit    xronikasında”  Şah  Səfinin  xristianlara 

münasibəti haqqında yazır ki, İran Şahı sələflərindən fərqli olaraq  dini ayrı-seçkilik  aparmır. Hətta  

İranda  təxminən  20  il  yaşamış  keşiş  Dimas  onu  himayədarımız  adlanırırdı.    Avqustinlərin    sonrakı 

məlumatlarında da biz Səfəvi sarayında missionerlərin yaxşı qarşılanmasının şahidi oluruq.  Məsələn, 

iyirmi üç yanvar 1637-ci il tarixli digər bir məlumatda deyilir: “Geniş  dinləyici auditoriyamız olmasa 

da,  İsfahanda  Şah  bizi  yaxşı  qarşılayır.  Biz,    həqiqətən  də,  Sarayın  yüksək  mənsəbli  şəxsləri  ilə 

dəfələrlə görüşmüşük və burada franklara qarşı münasibət çox yaxşıdır. Biz şahı, eləcə də, o bizi bir 

neçə dəfə görüb. 

”Karmelit  xronikası”ndan  o  da  məlum  olur  ki,  katolik  missionerlər  Səfəvi  imperiyasında   

xristianların  müsəlmanlaşmasından  dərin  narahatlıq  keçirir  və  bunu  öz  məktublarında    dəfələrlə  

qabardırdılar. 1636-cı ildə Romaya göndərilmiş məktubda deyilirdi: “1633-cü ildə İmam Qulu xanın 

ölümündən    sonra  Şirazda  Karmelitlərin  nüfuzu  zəifləyib.    Bu  şəhər  yarı  dağılmış  vəziyyətdədir.  

1631-ci ilin sonlarından faktiki  olaraq orada  Karmelit Ordeninin  heç bir rahibi  yoxdur. Yalnız 1632-

ci ildə Baş Yepiskopun cəhdlərindən sonra yenidən dini mərkəzlərin açılmasına cəhd edilmişdir”. Dini 

mərkəzlərin açılmasından sonra yeni rahib İqnatius on doqquz dekabr 1634 –cü il tarixli məktubunda 

yazırdı: “Şəhərdə çox az xristian var, lakin onların bəziləri burada kəndlərdədir. Ola bilsin ki, burada  

xristian  çərkəzlər  də  var,  lakin  mənim  məlumatım  yoxdur.  Tezliklə  mən  onları  görmək  və  bilmək 

istəyirəm”.  

Karmelitlər Səfəvi imperiyasının  ayrı-ayrı vilayətlərində xristian kənd və qəsəbələrinin tarixi ilə 

yaxından  maraqlanır,  xristianların    vəziyyəti  ilə  bağlı  məlumatlar  toplayaraq  mütəmadi  şəkildə 

bunların  siyahısını  da  hazırlayırdılar.  Məlumatlar  xristian  missioner    təşkilatları  və  onların 

nümayəndələrinin Şah Abbasın hakimiyyətindən sonra sanki bir müstəqillik əldə etdiyini deməyə əsas 

verir.Karmelitlər Papanın göstərişinə uyğun olaraq Fars körfəzi bölgəsini xüsusi nəzarətə götürmüşlər. 

Bu  baxımdan  1628-ci  ildə  Kardinal  Ludovisiyə  göndərilmiş  məktub  diqqəti  cəlb  edir.    Məktubda 

deyilirdi:  “Bəsrə  bölgəsində  baptistlərin    bir  qolu  hesab  olunan  mandaenlərlə  ərəblər  çox  kobud  

davranır.  Bu  insanlar  ərəb  asılılığındadır”.    İyirmi  altı  fevral  1628-ci  ildə  Kardinal  Ludovisiyə 

göndərilmiş  məktubda  isə    onların  dini  inancları  ilə  bağlı  öz  arzularına  uyğun  olaraq  bir  ərazi 

verilməsini  özündə ehtiva edən layihə əksini tapmışdı. Məktubda deyilirdi: “Möhtərəm zati-həzrətləri, 

iyirmi  altı  fevral  1627-ci  ildə  Romadan  Papanın  adından  göndərilmiş  məktubunuz  və  bu  məktubda 

kasıb  xristianlardan,  eləcə  də,  onların  dövlət  məsələlərindən  bəhs  edilməsi  bu  kimsəsiz  xristianların 

qəlblərində böyük ümidlərə səbəb oldu. Bu kimsəsizlərə Allahın hədiyyəsi kimi görünür. Bu, onlarda 

böyük  ruh  yüksəkliyinə,  böyük  ümidlərin  gerçəkləşməsinə  bir  töhfədir.  Papanın  İspaniya  kralına 

verdiyi təlimatnamələrin onlara çatdırılması Farsk örfəzi ərazisində onların azad şəkildə yaşamasına, 

müsəlman ərəblərin asılılığından xilas olmasına-ətraflı nəticələrini gözlədiyim üçün indiyə qədər sizə 

məlumat  vermədiyim  işlərin    canlanmasına  şərait  yaradacaq.    Bu    və  ya  digər  məsələləri  sizin 

diqqətinizə  dəqiqliyi  ilə  çatdırıram  və  bunu  etməmişdən  əvvəl  məlumatların  tamamlanmasına  vacib 

olduğu əraziyə-Havaziehə getmək arzusundayam. Zati–müqəddəsləri, sizin mənə Xristianları Katolik 

kilsəsinə  itaət  etmək  istiqamətində    verdiyiniz  təlimatlara  uyğun  olaraq  üç  il  əvvəl  mən  yalnız 

ermənilər, suriyalılar və digər xristianlar  üzərində uğur qazana bildim,  Müqəddəs Coun xristianları 

üçün əlavə imkanlar tələb olunurdu...” 

Göründüyü  kimi,  Səfəvi  dövləti  ərazisində  itirilmiş  imtiyazlarını  bərpa  etməyə  çalışan  katolik 

missionerləri    öz  məramlarını  zaman-zaman  davam  etdirmişlər.  Katolik  missionerləri  müsəlmanı 

xristianlaşdırmaq  sahəsində  heç  bir  əhəmiyyətli iş  apara  bilmədikləri  halda isə vaxt  və  qüvvələrinin 

əsas hissəsini imperiyanın  xristian məzhəbləri, xüsusilə qriqoryan erməniləri üzərinə yönəldirdilər. Bu 

məqsədlə  karmelitlər  Səfəvi  imperiyasının    ayrı-ayrı  vilayətlərində  xristian  kənd  və  qəsəbələrinin 

tarixi ilə yaxından maraqlanır, xristianların vəziyyəti ilə bağlı məlumatlar toplayaraq mütəmadi şəkildə 

bunların  siyahısını  da  hazırlayırdılar.  Papa  tərəfindən    göndərilən  məktublarda  Fars  körfəzi 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1702

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

hövzəsindəki  xristian  əhaliyə  dəstək  ifadə  edilirdi.  Missionerlər  sonrakı    dövrlərdə  də  öz  

fəaliyyətlərini  davam  etdirir,  Şah  Hüseyn,  Şah  Süleymanın  da  dövründə  İran  sarayına  daxil  olmağa 

imperiya ərazisindəki  xristianlara  imtiyaz  qopartmaq  siyasətlərini davam etdirmişlər. 

Qərb  missionerləri  istədiklərinə  nail  ola  bilməsələr  də,  həmin  əsərlər  Səfəvi  tarixinin  siyasi, 

iqtisadi və sosial vəziyyətini öyrənmək üçün qiymətli tarixi mənbədir. 

 

 



 

 

XVIII-XIX ƏSRLƏRDƏ RUSİYA İMPERİYASININ İŞĞALÇILIQ 



PLANLARINDA DƏRBƏND XANLIĞI 

 

Mahirə ƏZİZOVA 

Bakı Slavyan Universiteti 



mahiraaziz@mail.ru 

AZƏRBAYCAN 

 

Beş minillik tarixi olan Dərbənd dünyanın ən qədim şəhər mədəniyyəti mərkəzi olmaqla yanaşı, 



Cənubi  Qafqazın  Rusiya  tərəfindən  işğalınadək  Azərbaycanın  hərbi-siyasi,  iqtisadi,  sosial  və  mədəni 

həyatında aparıcı rol oynamış şəhərlərdən biri olmuşdur. Azərbaycanın ən qədim  məscidlərindən biri 

Dərbənd Cümə məscididir. Süni şəkildə Azərbaycandan qoparılmış ərazilərin tarixi uzun müddət milli 

tarixşünaslığımızda  tədqiqat  predmetinə  çevrilməmişdir.  Azərbaycan  sovet  tarixşünaslığında 

“diqqətdən kənarda qalmış” Dərbənd və ətraf ərazilərin tarixi, yalnız onunla sıx bağlı olan məsələlərin 

araşdırılması  zamanı  fraqmental  şəkildə  tədqiqatlara  cəlb  olunmuşdur.  Mövcud  boşluqdan  istifadə 

etməyə  çalışan  qonşu  ölkə  tədqiqatçıları  isə  Dərbənd  və  ətraf  ərazilərin  tarixini  Ümumazərbaycan 

kontekstindən  deyil,  mənsub  olduqları  dövlətin  tarixi  aspektindən  araşdırmışdılar.  Dərbəndlə  bağlı 

imperiya  dövründə  rus  şovinizminə,  SSRİ  dövründə  isə  sovet  ideologiyasına  əsaslanan  tədqiqatlara 

yenidən  nəzər  salmaq,  obyektiv  gerçəkliyi  aşkara  çıxarmaq  müasir  dövr  milli  tarixşünaslığımız 

qarşısında duran həllivacib məsələlərdən biridir.  

Dərbəndin  tarixinin  araşdırılmasını  aktual  edən  daha  bir  məqam  –  onun  Qafqaz  tarixi  üçün 

əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Bu gün Qafqaz bölgəsində hərbi və etnik qarşıdurmalar yaratmaq 

cəhdlərinin ara vermədiyi bir dövrdə bölgənin tarixinin obyektiv şəkildə araşdırılmasına böyük ehtiyac 

vardır.  Təqdirəlayiq  haldır  ki,  Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  “İtirilmiş 

torpaqlar”ın,  eləcə  də  Dərbənd  və  ətraf  ərazilərin  tarixinin  öyrənilməsi  istiqamətində  məqsədyönlü 

tədqiqatların  aparılmasına  başlanılmışdır.  Bu  tədqiqatlar  obyektiv  zərurətdən  irəli  gəlmişdir.  Ötən 

əsrin  90-cı  illərindən  etibarən  postsovet  məkanında,  eləcə  də  Şimali  Qafqaz  və  Dağıstanda  baş 

qaldıran  milli  hərəkatlardan  faydalanmağa  çalışan  millətçi-şovinistlər  Dərbənd  və  ətraf  ərazilərin 

tarixini  kobud  şəkildə  təhrif  edən  əsərlər  nəşr  etdirməyə,  əzəli  Azərbaycan  torpaqlarını 

“özününküləşdirmək”  istiqamətində  məkrli  niyyətlərini  həyata  keçirtməyə  başlamışdılar.  Əvvəlki 

dövrlərdən  ibrət  alıb,  müasir  dövrdə  Azərbaycan  tarixinə  hədyanlar  yağdıranlara  vaxtında,  elmi 

faktlara  əsaslanan  tutarlı  cavab  verilməsi  tarixşünaslığımız  qarşısında  duran  mühüm  vəzifələrdən 

biridir. Bu baxımdan XVIII əsrdə Rusiya İmperiyasının işğalçılıq planlarında Dərbənd xanlığı ilə bağlı 

yeni araşdırmaların aparılmasına ciddi ehtiyac duyulur.        

Əfşarlar  dövlətinin  süqutu  nəticəsində  yaranmış  Şimali  Azərbaycan  xanlıqlarından  biri  də  iki 

mahaldan  ibarət  olan  Dərbənd  xanlığı olmuşdur.  Xanlığın  banisi  Məhəmmədhəsən  xanın  atası 

İbrahimqulu  bəy  Dərbənddəki  şah  qarnizonunun  rəisi  olmuş  və  1722-ci  ildə  ruslar  Dərbəndi  zəbt 

edərkən  I  Pyotr  tərəfindən  Dərbənd  hakimi  təyin  olunmuşdu.  1735-ci  ildə  Gəncə  müqaviləsinin 

imzalanmasından sonra Rusiya qoşunları tamamilə Azərbaycanı tərk edir və Dərbənd şəhəri də Nadir 

şah  Əfşarın  imperiyasının  tərkibinə  qaytarılır.  1747-ci  ildə  Nadir  şahın  ölümündən  sonra  müstəqil 

Dərbənd xanlığı yaransa da, bir müddət sonra daha qüdrətli Quba xanlığının tabeliyinə keçir. 1759-cu 

ildə  Dərbəndi  tutan  Qubalı  Fətəli  xan  Məhəmmədhəsən  xanı  həbs  edərək  Bakıya  göndərir.  Tezliklə 

Dərbənd  Quba  xanlığının  paytaxtına  çevrilir.  1796-cı  ildə  V.Zubovun  başçılığı  ilə  rus  qoşunları 

Dərbəndi  tutmaq  istəyərkən,  Quba  xanı  Şeyxəli  xanın  başçılıq  etdiyi  ciddi  müqavimətlə  üzləşir. 

Şəhərin  ələ  keçirilməsindən  sonra rus  komandanlığı  Şeyxəli  xanın  hakimiyyətdən  uzaqlaşdırıb  ögey 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1703

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

qardaşı  Həsənağanı  Dərbəndin  hakimi  təyin  etdi.  Lakin  1797-ci  ilin  martında  rus  qoşunları 

Azərbaycan  ərazisini  tərk  edən  kimi  Şeyxəli  xan  yenidən  bütün  Quba  xanlığında,  o  cümlədən 

Dərbənddə hakimiyyəti ələ keçirdi. Əslində bu Dərbəndin Azərbaycan tərkibində qalması üçün atılmış 

son  cəhd  idi.  Qafqazla  bağlı  işğalçılıq  planlarından  əl  çəkməyən  Rusiya  XIX  əsrin  əvvəllərində 

yenidən hərbi əməliyyatlara başladı. 1806-cı il iyunun 21-də Dərbənd təkrar işğal olundu və imperiya 

tərkibinə daxil edildi. 1829-cu ildən şəhər Rusiyanın tərkibində əyalətə çevrilir. Daha sonra Rusiyada 

tətbiq  edilən  yeni  inzibati-ərazi  bölgüsünə  əsasən  isə  1840-cı  ildə  Dərbənd  qəzası  yaradıldı  və 

Dərbənd şəhəri qəza mərkəzi oldu. 1846-cı ildə isə yenə də mərkəzi Dərbənd şəhəri olmaqla Dərbənd 

quberniyası yaradıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu, onun tərkibindəki Quba qəzası 

Bakı  quberniyasına  verildi,  qalan  ərazidə  Dağıstan  dairəsi  yaradıldı.  1918-ci  il  mayın  28-də 

Azərbaycan  Xalq  Cümhuriyyəti  elan  edildikdən  sonra  Dərbənd  şəhəri  Dağlılar  Respublikasının 

tərkibində  qaldı.  1920-ci  il  martın  25-də  11-ci  Qırmızı  ordunun  köməyi  ilə  Dərbənddə  sovet 

hakimiyyəti  elan  olundu.  Dərbənd  şəhəri  1921-ci  ildə  yaradılmış  Dağıstan  Muxtar  Sovet  Sosialist 

Respublikasının  tərkibinə  daxil  edildi.  Bununla,  Azərbaycanın  tarixi  şəhəri  Dərbənd  Rusiya  Sovet 

Federativ  Sosialist  Respublikasının  tərkibinə  qatıldı.  1991-ci  ildə  Sovet  Sosialist  Respublikaları 

İttifaqı dağıldıqdan sonra isə Dərbənd yenə də Rusiyanın tərkibində qaldı. 

Dərbəndin özgəninkiləşdirilməsi prosesi məhz XIX əsrin əvvəllərində şəhərin Rusiya tərəfindən 

ışğalından  sonra  başladı.  Beləki,  bu  vaxtdan  etibarən  rusların,  dağ  yəhudilərinin  və  digər  xalqların 

buraya köçürülməsi nəticəsində azərbaycanlı əhalinin xüsusi çəkisi azalmağa başladı. Hələ XIX əsrin 

əvvəllərində, yəni 1810-cu ildə Dərbəndin şəhər əhalisinin (4169 nəfər) 95 faizini -3947 nəfərini) şiə 

məhzəbinə məxsus olan müsəlmanlar, əsasən - Azərbaycan türkləri təşkil edirdi. 1824-cü ildə şəhərdə 

müsəlmanların sayı 10377 nəfərə çatmışdı (əhalinin 93,8%). 1851-ci ildə onların xüsusi çəkisi 90%-ə 

bərabər idi. 1859-cu ildə Dərbənd şəhərində 13470 nəfər, 1893-cü ildə 15265 nəfər, 1897-ci ildə isə 

14649  nəfər  əhali  yaşayırdı.  1897-ci  ildə  Azərbaycan  türklərinin  xüsusi  çəkisi  66,7%  (cəmi  9767 

nəfər) təşkil edirdi. 

Hal  hazırda  Dərbənd  Dağıstanın  ikinci  ən  böyük  şəhəri  hesab  olunur.  2002-ci  ildə  aparılan 

siyahıyaalınmaya görə bu respublikada 36 millət yaşayır və onlar içərisində azərbaycanlılar 117 min 

nəfər təşkil edir. 

 

 

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA ERMƏNİ  



DİASPORU VƏ LOBBİSİ 

 

İlkin HƏSƏNOV  

AMEA  Tarix İnstitutu 

AZƏRBAYCAN

 

 

Dünya ermənilərinin ən güclü dayaqları və fəaliyyətinə görə aktiv hesab olunan diasporu ABŞ-da 



yerləşir. Hərtərəfli fəaliyyətlərinə görə Amerikada 10 əsas etnik qrupdan biri və lobbiçiliyə görə 5 əsas 

lobbi qrupuna malik olan erməni diasporunun keçdiyi yol çox maraqlıdır. 

Ermənilərin  Amerika  ilə  tanışlığı  1810-cu  ildən  başlayır.  Amerika  ilə  Türkiyə  əlaqələri  inkişaf 

etdikcə  zəngin  erməni  tacirləri  hissə-hissə  Amerikaya  köçməyə  başladılar.  Ermənilərin  Amerikaya 

köçməsini  isə  missioner  təşkilatlar  təşkil  edirdi.  İlk  əvvəllər  ziyalı  və  varlı  təbəqədən  sonra  erməni 

gəncləri və uşaqları bu ölkədə yaşamaq, təhsil almaq üçün mühacirət edirlər. 

Ermənilərin  Amerika  vətəndaşlıq  alması  digər  etnik  qruplardan  daha  asan  olurdu.  1840-cı  ildə 

Amerikanın  nüfuzlu  universitetlərində  erməni  gənclər  təhsil  alırdılar.  Onlar  xüsusi  olaraq  Nay  Tah-

ümumerməni  məsələsi  üçün  hazırlanırdılar.  Məhz  bu  ermənilər  gələcəkdə  Türkiyədə  və  Qafqazdakı 

qırğınların təşkilatçıları idilər. 

1840-1910-cu ildə tərkibi ziyalı, tacir, həkimlərdən ibarət 10 min erməni Amerikada qeydiyyatda 

idi. 1915-ci ildən sonra Amerikaya axını güclənən ermənilər onlara yaradılan şəraitdən istifadə edərək 

diasporların formalaşdıra bildilər. (1,s. 29-33) 

Bu  tarixdə  25  min  erməni  Amerikanın  Qərb  sahillərində  məskunlaşdı.  Ölkə  prezidenti  Vudra 

Vilsonun ermənliərə xüsusi rəğbəti var idi və bu rəğbət onun anti-türk baxışlarından yaranmışdır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1704

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

1924-cü  ilə  Amerika  mühacirlər  üçün  sərt  qanunlar  qəbul  edən  tarixə  qədər  burada  200  minə 

yaxın erməni qeydiyyatda idi. 1965-ci ildə isə artıq bu say 400 minə çatmışdır. 

1965-ci  ildə  Liberal  mühacirət  qanunlarının  qəbul  olunması  ilə  digər  etnik  qruplar  kimi 

ermənilərin  də  bu  ölkəyə  axını  başlandı.  Yaxın  Şərq  və  Rusiya  bölgəsindən  Amerikaya  gələn 

ermənilər  burada  qüvvətli  diaspor  tərəfindən  qarşılanır,  işlə  və  evlə  təmin  olunurdu.  Bir-birlərilə  sıx 

əlaqə  quran  ermənilər  diasporun  qüvvətlənməsi  istiqamətində  işlərini  cəmləşdirdilər.  Əlaqələndirici 

rolunda  isə  erməni  kilsəsi  çıxış  edirdi.  Kilsə  burada  ümumerməni  fonduna  rəhbərlik  edir  maliyyə 

toplanmasını təşkil edir, ideoloji iş aparırdı. 

Maccarycentc  Armenian  Evangelical  Churchov  martyrs,  1889-cu  ildə  Rod-Aylender  Armenian 

EUPN  Rates  Evangelical  Church  və  s.  ilə  daim  əlaqə  saxlamaqla  lobbiçilik  fəaliyyətdə  "xeyir-dua" 

alırdılar. (2,s.91) 

Bura  məktəblərin  açılması,  kitabxanaların  qurulmasında  daxil  etmək  olar.  Kilsənin  başçılığı 

altında  fəaliyyət  göstərən  Erməni  diasporu  istənilən  məsələni  öz  xeyrlərinə  dəyişə  bilər.  Erməni 

diasporunun  gücü  isə  2003-cü  ildə  məlum  oldu.  Ədliyə  Nazirliyinin  Ermənistanı  terroru dəstəkləyən 

dövlətlər  sırasına  aid  etməsi  lobbini  hərəkətə  gətirdi.  Nəticədə  nazirlik  öz  qərarını  dəyişməli  oldu. 

Erməni  diasporu  sayəsində  hər  il  ABŞ  Ermənistan  üçün  külli  miqdarda  maliyyə  yardımı  ayırır. 

Amerikada  erməni  diaspor  təşkilatlarının  fəaliyyətini  də  xüsusi  qeyd  etmək  lazımdır.  Diaspor 

təşkilatların lobbiçilik fəaliyyətilə yanaşı, mədəni, elmi, ictimai işlərlə məşğul olurlar.  

XX  əsrin  II-ci  yarısından  sonra  çoxlu  sayda  erməni  qurumlarının  açılmasına  başlandı.  1972-ci 

ildə  Amerika  Erməni  Assambleyasının  əsası  qoyuldu.  1965-ci  ildə  Nyu-Yorkdakı  Columbiya 

Universitetində, 1969-cu ildı Los-Ancelesdəki Kaliforniya Universitetində ermənişünaslıq kafedraları 

açıldı.  1982-ci  ildə  Kembricdə  Zoryan  İnstitutu  yaradıldı.  1985-də  Miçiqan  Universitetində 

Ermənişünaslıq  tədqiqatları  İnstitutut  və  nəşrlər  mərkəzi  açıldı.  Vaşınqtonda  erməni  milli  institutu 

fəaliyyət göstərir. Hal-hazırda Dünyanın ən aparıcı universitetlərində artıq Ermənişünaslıq mərkəzləri 

fəaliyyət  göstərir.  Harvard  Universitetində  hətta  sözdə  erməni  soyqırımına  həsr  olunmuş  müzey  də 

fəaliyyət göstərir.  

Erməni Diasporunun Amerika siyasi həyatında göstərdiyi təsir və Dağlıq Qarabağ münaqişəsi ilə 

bağlı səfərbər olunmaları qısa müddətdən sonra özünü göstərməyə başladı. Erməni disporunun təzyiqi 

altında  Amerika  senatı  1989-cu  il  noyabr  ayının  19-da  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  xüsusi 

qətnamə qəbul etdi. Qətnamədə Dağlıq Qarabağ əhalisinin 80 faizinin erməni olması, Sumqayıtda baş 

verən hadisələrin düzgün qiymətləndirilməsi, Xüsusi İdarəetmə Komitəsinin fəaliyyətinin yarıtmazlığı 

əks  olunur  və  təklif  olunurdu  ki,  ikitərəfli  diskusiyyalar  zamanı  Dağlıq  Qarabağ  münaqişəsi  Dağlıq 

Qarabağ xalqının mənafeyinə uyğun həll olunsun.  

Başqa  sözlə,  Dağlıq  Qarabağ  münaqişəsinin  fəal  fazasının  başlanğıcında  Amerikadakı  erməni 

diaporu Amerika siyasətçilərində Dağlıq Qarabağ münaqişəsinin tamamilə təhrif olunmuş informasiya 

modelini  yaratmağa  müvəffəq  oldular.  Erməni  disporunun  Amerika  ictimayyəti  və  siyasi  dairələri 

arasında  apardığı  təxribatçı  informasiya  fəaliyyətinin  ciddi  nəticələrindən  biri  1992-ci  ildə  Azadlığa 

dəstək  aktına  907-ci  Düzəliş  oldu.  Azadlığa  Dəstək  aktı  keçmiş  SSRİ  respublikalarına  iqtisadi 

yardımın  göstərilməsi  ilə  bağlı  idi.  Həmin  düzəlişə  görə,  guya,  Azərbaycan  Ermənistanı  və  Dağlıq 

Qarabağ blokadaya alınmış və Ermənistana qarşı təcavüzkar siyasət aparır. Bu Düzəlişə görə Amerika 

höküməti tərəfindən Azərbaycana kömək göstərilməsinə qadağa qoyulur. (3,2-3) 

Mütəxəssislərin  fikrincə,  Azərbaycana  qarşı  belə  bir  qeyri-obyektiv  qərarın  qəbul  edilməsi  bir 

neçə  səbəbi  vardır-Amerikadakı  erməni  diasporunun  güclü  lobbiçilik  fəaliyyəti,  parlament  və 

prezident  seçkilərində  erməni  disporunun  dəstəyinin  vacibliyi,  Amerika  administrasiyasının  Cənubi 

Qafqazla bağlı aydın siyasətinin olmaması və erməni disporunun da bundan məharətlə istifadə etməsi. 

Sonrakı  illərdə  bu  düzəlişə  münasibət  dəyişməyə  başladı.  2001-ci  ildə  907-ci  Düzəliş  dondurulması 

haqqında qanun qəbul edildi.  

Amerikadakı erməni disporunun dəstıyi və maddi yardımı ilə Dağlıq Qarabağda elan olunmamış 

qondarma  qurumun  bu  ölkədə  nümayəndəliyi  açılmışdır.  Bu  nümayəndəlik  erməni  diasporu  ilə 

birlikdə  qondarma  qurumun  tanınmasında  müəyyən  işlər  görür.  Nüməyəndəliyin  nkrusa.org  saytı 

bütün gücü ilə fəaliyyətdədir.  

Erməni diasporu həm də çalışır ki, qondarma quruma maliyyə dəstəkləri alsın. Məsələn erməni 

diasporunun apardığı təbliğatdan sonra Konqress 2009-cu ildə 8 milyon, 2010-cu ildə 10 milyon ABŞ 

dolları maliyyə vəsaiti ayrılması haqqında qərar qəbul etdi.  



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin