Conference committees conference chairs c



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə16/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   12   13   14   15   16   17   18   19   ...   189

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

853



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

KÖŞƏ YAZILARININ DİLİNDƏ DAHA ÇOX RAST GƏLİNƏN                

BƏDİİ TƏSVİR VƏ İFADƏ VASİTƏLƏRİ 

 

Fərid İBRAHİMLİ 

Qafqaz Universiteti 



feridletter@gmail.com 

AZƏRBAYCAN 

 

Bədii yaradıcılıq nümunəsi olan köşə yazılarının əsas fərqləndirici xüsusiyyəti istifadə etdiyi dil 



materialıdır.  İstifadə  olunan  dil  geniş  mənada  bədii-publisistik  dildir.  Bədii-publisistik  dil  isə  həyatı 

obrazlı, emosional, ekspressiv əksetdirmə vasitəsidir. Bədii-publisistik mətndə obrazlılıq, emosionallıq 

yaradan əsasən bədii təsvir və ifadə vasitələridir. Bədii publisistik forma hesab olunan köşə yazılarında 

da dil materialını bədii təsvir və ifadə vasitələrsiz təsəvvür etmək mümkün deyil.  

Müqayisə  və  bənzətmələr.  Köşə  yazılarında  müqayisə  və  bənzətmə  yaratmaq  üçün  müxtəlif  dil 

vahidlərindən  istifadə  olunur.  Köməkçi  sözlər  vasitəsilə,  sanki  bağlayıcısı,  kimi,  tək(təki),  nisbətən, 

əvəzinə sözləri və s. vasitələrlə mətndə müqayisə və bənzətmələr yaradılır. Müqayisə və bənzətmələr 

təsvir edilən hadisə və əhvalatla bağlı təsəvvürü dərinləşdirir, emosional təsiri gücləndirir.  

Metaforalar.  Metafora  bədii  əsərlərdə  xüsusilə  işləkdir.  Ancaq  köşə  yazılarında  metaforalara 

digər  mətbuat  janrlarından  daha  çox  rast  gəlinir.  Metaforalar  mətnin  bədiilik  gücünün  artmasına, 

ifadəliliyə  şərait  yaradır.  Təbii  ki,  yerli-yersiz  işlədilən  metaforalar  lazım  olduğundan  artıq  pafos 

yaradır.  “...“Böyük  dayaq”  filminin  qəhrəmanı  Rüstəm  kişini  xatırladım.  Ona  düzgün  məsləhətlər 

verən  partkom  Şirzadı  hər  zaman  sancır,  axırda  lal  hüseynlərin  qəzəbinə  tuş  gəlir.  Onun  dediyi  bir 

ifadə də var: “Sən nə əfi ilanmışsan əəə...” Zəmanəmizin Rüstəmi də günün birində bu sözü ünvanına 

deyəcək, barmağını ilana zəhər verən “kərtənkələlər”ə tuşlayacaq, amma gec olacaq...” (Elşad Paşasoy 

“Sən nə əfi ilanmışsan  əəə...”, Yeni Müsavat, səh.6, 20.01.2014) Burada “kərtənkələlər” sözü rəmzi 

mənada işlənmişdir. 

Epitetlər.  Epitet  özündən  sonra  gələn  sözü  bədii cəhətdən təyin edir.  Epitetin sintaktik  təyindən 

fərqi  ondadır  ki,  birləşmə  daxilində  məcazilik  yaradaraq,  obrazlılıq  yaradır.  “Epitet  təsvir  edilən 

hadisənin  bu  və  ya  digər  xarakter  əlamətlərinin  meydana  çıxmasında,  onun  qiymətləndirilməsində 

mühüm  rol  oynayır,  haqqında  bəhs  edilən  əşyaya  aydınlıq,  obrazlılıq  verir,  onun  haqqında  canlı 

təsəvvür  yaradır”.  (Z.İ.Budaqova.  Məcazlar  sistemi.  “Azərbaycan  bədii  dilinin  üslubiyyatı/oçerklər”, 

səh.130.)  “...Amma  mənim  dediyim  başqa  bir  şeydir.  Azərbaycanda  yenicə  varlanan  hər  bir  kəsin 

arzusu  yekə,  lap  yekə,  qocaman  maşın  almaqdır.  Qoy  kasıbın  gözü  çıxsın,  onlara  sözün  həndəsi 

mənasında  yuxarıdan  aşağı  baxa  bilsinlər,  qaz  verəndə  o  biri  sürücülər  qorxudan  mayasını  udsun.” 

(Sevinc  Telmanqızı  “Dörd  təkər  üstündə  dördayaqlı...”,  Yeni  Müsavat,  səh.3,  16.03.2014)  Bu 

nümunədə “qocaman maşın”, “həndəsi məna” birləşmələri bədii təyin yaratmışdır. “Qocaman maşın” 

ifadəsində qocaman sözü həm sintaktik, həm də, bədii təyin rolunda çıxış edir. “Həndəsi məna” ifadəsi 

isə,  “sözün  həndəsi  mənasında”  şəklində  işlənərək,  üçüncü  növ  təyini  söz  birləşməsi  kimi  tərəfləri 

arasına söz daxil olmuş və həmin sözlə birlikdə cümlənin bir üzvü kimi götürülür. Birləşmə daxilində, 

həndəsi sözü məna sözünün təyinedicisi olsa da, cümlə daxilində sintaktik təyin hesab olunmur. Bədii 

təyin funksiyasında olan həndəsi sözü obrazlılıq yaratmış, lakin müəllifin bədii təfəkkürünün gücü ilə 

yaranmış olan bu təyin, oxucu üçün anlaşılmaz ola bilərdi, ancaq müəllif “yuxarıdan aşağı” ifadəsini 

işlədərək, işlətdiyi bədii təyinin ifadə etdiyi mənaya aydınlıq gətirir.  

Frazeoloji  vahidlər.  Köşə  yazılarının  dili  frazeoloji  vahidlərin  işlədilməsi  baxımından  çox 

zəngindir.  Xalq  dilinin  zənginlikləri  əsasında  formalaşmış  frazeoloji  vahidlər  canlı,  koloritli,  obrazlı 

köşə dilinin formalaşmasına yardımçı olur. Frazeoloji vahidlər sırasında atalar sözü və məsəllərin də, 

işlədilməsini  nəzərdən  keçiririk.  Atalar  sözü  və  məsəllər  müəllifin  üslubundan  və  mətnin 

məzmunundan  asılı  olaraq,  ya  olduğu  kimi,  bir  çox  hallarda  isə  müəyyən  hissəsi,  bəzən  müəllifin 

məqsədindən  asılı  olaraq  tamamilə  dəyişdirilir,  yeni  məzmun  və  forma  verilərək  yeni  tərzdə  işlənir. 

“Çox  populyar  Şərq  pritçalarından  biri  gözünün  qabağındakını  görməyib  hansısa  uzaq işlərdən  bəhs 

edən  insan  haqdadır.  Müxtəlif  variantları  var,  məsələn,  biri  belədir  ki,  gopçu  molla  süfrə  arxasında 

oturduğu an qəfildən böyrü üstdə dayanır, “Ayy...” eləyir, deyirlər nə oldu, deyir əşşi, heç nə, indicə 

Təbrizdə  bir  araba  aşırdı,  çiynimi  verdim,  saxladım.  Ev  yiyəsi  bu  misilsiz  gopu  ifşa  eləmək  üçün 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

854



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

hamıya plov gətirəndə mollaya çatası toyuq ətini düyünün altında gizlədir. Molla qəzəblənir, deyir, bu 

nədir,  hamıya  ət  verilib,  mənə  isə  yox.  Bu  zaman  ev  yiyəsi  əti  düyünün  altından  çıxardır, deyir,  bəs 

sən burda toyuğu aşın altında görmürsən, necə olur Təbrizdə aşan arabanı gördün? 

Bunun  başqa  populyar  variantından  isə  atalar  sözü  yaranıb:  “İsfahan  uzaqdadır,  yüz  iynə  boyu 

burdadır”.  Həmin  variantda  İsfahanda  yüz  iynə  boyu  hündürlükdən  tullandığını  iddia  edən  şəxsdən 

bəhs olunurdu.” (Zamin Hacı “Qrenlandiyadan qayıtmaq”, Yeni Müsavat, səh.8, №80, 01.04.2014) Bu 

nümunədə  müəllif  atalar  sözünü  və  lətifəni  öz  bədii  təfəkkürünün  məhsuluna  çevirərək  üstalıqla 

işlətmişdir.  Burada  işlənən  atalar  sözü  tərkib  etibarilə  frazeoloji  vahid  xüsusiyyəti  daşımır.  Mətndə 

işlənən feli birləşmələr sərbəst birləşmələrdir. Mətndə feli frazeoloji birləşməyə rast gəlinmir. Deməli, 

müəllif  öz  köşəsini  yazarkən,  leksik  vahidləri  ifadə  etdiyi  mənaya  görə  seçir.  Mətnin  ideya  və 

məzmununa  uyğun  ifadə  vasitələri  seçilir.  Frazeoloji  vahidlərdən  istifadə  obrazlılıq  yaradır.  Ancaq 

müəllif obrazlılıq yaratmaq üçün yalnız sözlərin məcazi variantlarını seçmir. Nümunədə əyani olaraq 

görünür ki, müəllif məcazilik semantikasına enmədən obrazlı bir dillə fikirini çatdırmağı bacarmışdır. 

Bədii parçalar. Hər hansı bədii əsərdən, özündən əvvəl yaşamış tanınmış insanların fikirlərindən 

sitat gətirməklə müəllif öz düşüncələrinə haqq qazandırmağa çalışmaqla köşəsini daha inandırıcı edir. 

Həmçinin  bədii  parçalardan  keçmişdə  də  mövzunun  aktual  olduğunu  nəzərə  çatdırmaq  üçün  istifadə 

edilir. Bu məqamda bədii parçalar köşə yazılarında təsvir olunan hadisələrin və fikirlərin əyaniliyini, 

vizuallığını artırır. Həmçinin bədii parçalar köşələrin ümumi dil mənzərəsini zənginləşdirir. Canlı, əyani, 

koloritli, inandırıcı dil və bədii-publisistik təfəkkür ortaya çıxır. “...Birinci məktubda görkəmli filoloq 

alimlərimizdən  biri  yazır  ki,  əslində  tuman  məsələsi  yüzillərdir  bizim  ellərdə  aktualdır.  Misal  olaraq 

güneyli şairimiz Mirzəli Möcüzün 1920-ci illərdə qələmə aldığı bir şeiri göstərir: “İngilis, həm fransız, 

 Hər ikisi imansız. 

 Sabah iynə verməsə, 

 Qalacağıq tumansız.” 

Əgər bir millət 100 il ərzində tuman istehsalını qaydaya sala bilməyibsə, ondan daha nə gizləyəsən? 

Çox acınacaqlı haldır. İndi də çinlilərdən asılı vəziyyətdəyik, onlar da imansız camaatdır.” (Zamin Hacı 

“Milli şiş var imiş!”, Yeni Müsavat qəzeti, səh.8, 18.03.2014) Verilmiş bu nümunədə müəllifin istifadə 

etdiyi  bədii  parça  mövzunun  tarixən  aktuallığını  göstərir  və  mətnin  ümumi  məzmunu  ilə  səsləşir. 

Həmçinin bədii parçada işlənmiş “imansız” təyini müəllifin dilinə daxil olmuş, mövzunun aktuallığını 

qabartmış və keçmişlə indiki vəziyyətin bədii-publisistik təfəkkürlə müqayisəsini aparmışdır.  

Köşə yazılarında üslubi cəhətdən bədii parçalardan, frazeoloji vahidlərdən, xalq deyimlərindən, 

sadə danışıq dilindən istifadə olunması onların vahid üslubi sistemdə birləşməsini təmin edir. Elə bir 

köşə  yazısı  yoxdur  ki, orada  bu ifadə  vasitələrindən ən  azı  bir  neçəsindən  istifadə  edilməsin.  Bədii-

publisistik forma və janrlar içərisində dil və üslub imkanlarına görə köşə yazıları daha zəngindir. Bu 

baxımdan  köşə  yazıları  mətbuat  dilinin  inkişafı  üçün  laboratoriya  rolunu  oynamaqla,  dilin  inkişafı 

üçün əlverişli mühit yaradır. 

 

 



AZƏRBAYCAN ANTROPONİMİKASINDA ADVERMƏ ƏNƏNƏSİ 

 

Heyran CÜMŞÜDOVA 

Sumqayıt Dövlət Universiteti 



ceyhunə.huseyn@mail.ru 

AZƏRBAYCAN 

 

İ

nsanlara  məxsus  adlar  necə  yaranır?-  Uşaq  dünyaya  göz  açır  və  həmin  uşağa  valideyinləri  ad 



qoyur.  Ata  və  ana  belə  desək  ki,  təzə  dünyaya  gələn  övladına  hər  hansı  adı  qoymaq  istəyir.  Bu  adı 

valideyinlər kimlərdənsə eşitmiş ola bilərlər və ya istədikləri bir insanin adi ilə bağlı ola bilər.Uşağa ad 

qoyulandan  sonra  ətrafındakı  hər  kəs  uşağı  bu  adla  çağırır.  Şair  Osman  Sarıvəlli  “Baban  belə 

demişdir”şeirində obrazlı şəkildə advermə ənənəsini belə təsvir etmişdir: 

 Məclis ahəngini bir az dəyişir 

 Qonaqlar söz alıb danışır ba-bir 

 Dünyada hər kəsdən şirindir övlad. 

 Bizim xalqımızın fəxridir bu ad- 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

855



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 Əziz “Babək”adın 

 Mübarək olsun! 

Azərbaycan  dilinin  antroponimik  leksikası  xüsusi  kəmiyyət  və  tutumu,  forma  və  məzmun 

baxımından  dilimizin  mənəvi  sərvətidir.  Şəxs  adları  insan  cəmiyyəti  yarandığı  gündən  meydana 

gəlmiş iqtisadi və mədəni tərəqqisi ilə bağlı inkişaf yolu keçmiş, dilimizdə şəxs adlarının müasir və 

zəngin  sistemi  yaranmışdır.  Tarixin  müəyyən  mərhələsində  dilimizdə  türk,  ərəb,  fars,  rus  və  avropa 

mənşəli  şəxs  adları  özünə  yer  tapmışdır.  Zaman  keçdikcə  bu  adların  xeyli  hissəsi  sıradan  çıxmış, 

dəyişmiş, öz yerini yeni milli adlara vermişdir. 1990-ci ilə qədər dilimizdə olan Vasili, Alik, Mayıs, 

Sara, Raciv, Fidel, Tolik və s kimi alınma və qondarma adlar indi tamamilə sıradan çıxmış, onların 

yerinə xalis Azərbaycan və türk mənşəli adlar öz yerini tapmaqdadır. Tarixə nəzər salsaq görərik ki, 

övladlara ad verilməsi mərasiminə nikbin münasibət bəslənilmişdir. Bu hadisə xalq şadlığı , təntənə və 

mərasim şəklini alardı. 

Şifahi xalq ədəbiyyatımızın qədim yaradıcılığı olan “Kitabi-Dədə Qorqud”dastanlar küliyyatında 

biz qədimlərdə olan advermə mərasimi ilə taniş oluruq. Dədə Qorqud kitabı Azərbaycan xalqının şah 

əsərlərindən biri, Azərbaycan dilinin ölməz abidəsidir. Məhz dil abidəsi kimi, bu ulu kitab əvəzsiz bir 

xəzinədir.  ”Dədə  Qorqud” kitabı  Azərbaycan dilinin həm  dünya  dilləri,  həm  də  türk  dilləri  arasında 

aydın  görünən,  seçilən  yerini  həmişəlik  təsdiq  edən  canlı  sənəddir.  O  mənada  canlıdır  ki,  yaşarı, 

inkişaf  edən  sənəddir.  Yazıya  alınığı  1300  il  ərzində  bu  dastanlar  toplusu  Azərbaycan  xalqının  hər 

nəslinin ömründə, taleyində, yaddaşında, arzu və ümidlərində daim təzədən yazılmışdır. Bu ulu kitab 

həqiqətən  pozulmaz  yazı  olmuşdur.  O,  oxunduqca,  təsdiq  edildikcə,  açıqlandıqca,  xalqımızın 

ömründə, gələcəyə bəslədiyi ümidlərində yenə təzədən yazılır, təzədən bizimləşir və müasirləşir. Bu 

dastanda Dədə Qorqud insanlara ad verən tarixi şəxsiyyət kimi qələmə verilir. Maraqlısı odur ki, Dədə 

Qorqud körpələrə deyil, sadəcə igidlik göstərmiş cavanlara ad verərmiş. 

Beləliklə, sonda belə bir nəticəyə gələ bilərik ki, keçmişdə uşaqların müəyyən dövrə qədər adsız 

keçdiklərini, adsiz dövürdə ancaq sahiblərinin, nəslin və ya tayfanın adları ilə tanındıqlarını göstərir. 

“Kitabi-Dədə  Qorqud”  dastanında  adları  çəkilən  antroponimlərdən  Buğa,  Buğac,  Alp  Aruz, 

Budaq, Qazan oğlu Tural kimi adların semantikasında igidlik, qüvvətlilik kimi keyfiyyətlər, Boyuuzun 

Burla  Xatun,  Banuçiçək,  Qutluq(xoşbəxtlik,səadət)  və  s.adlarda  isə  incəlik  və  zəriflik  kimi  gözəllik 

çalarları  müşahidə  olunur.  Bığı  qanlı  Bəkduz  Əmən,  Qaraca  Çoban  antroponimləri  zahiri  görünüş, 

Eltəris Kağan,Yoluq Təkin, Bayandır xan, Baybörə bəy, Selcan Xatun kimi antroponimlər isə ictimai 

həyatla bağlı olaraq yaranan antroponimlər kimi izah edilə bilər. 

“Kitabi-Dədə Qorqud” dastanının boylarında bir çox oğuz pəhləvanlarının adı çəkilir. Məsələn, 

Aruz, Basat, Qazan, Dəli Qaracin, Məlik, Dugər Baybican, Selcan Xatun, Banu Xatun,Yeynək başqa 

bir  qisim  şəxs  adları  həm  də  oğuz  etnonimlərini  xatırladır.  Qırxqiniq,  Dugər,  Oxucu,  Bayandır  və  s 

tayfa adlarının şəxs adlarına, şəxs adlarının yenidən tayfa adına keçməsi bir oğuz ənənəsidir. ”Kitabi-

Dədə Qorqud-dakı şəxs adları qədim türk onamastikasını əks etdirir. Bu xüsusi adlar xalqın qiymətli 

etnolinqvistiq  yaddaşıdır.  Türkologiyada  antroponimlər  az  öyrənilmiş  sahələrdən  biridir.  Tayfa 

adlarından  yaranan  şəxs  adlarının  həm  semantikasının,  həm  də  coğrafi  adlara  çevrilməsinin 

öyrənilməsinə böyük əhəmiyyət verilir. 

Xalqın dil tarixi, etnoqrafiya və psixologiyasını yaşadan, milli etiket funksiyasını yerinə yetirən 

antroponimlərin linqivistik baxımdan araşdırılması dil tariximiz və s barədə dəyərli faklar verə bilər. 

“Ağ”və  “Qara”  komponentli  antroponimlər  qədim  adlar  sistemində  xüsusi  diqqət  kəsb  edir. 

Azərbaycan  və  başqa  türk  dillərindəki  onomastik  vahidlərində  “ağ”  və  “qara”  leksemlərin  dairəsi 

genişdir. Dilimizdə rəng anlamında “qara” vahidi gözəllik motivi ifadə edən bir sıra leksik vahidlərin 

yaranmasında  inkişaf  etmişdir.  Məsələn,”Qara”  sözü  tarixdə  böyüklük,  güclülük,  qüdrətlilik, 

əzəmətlilik mənasını ifadə etmişdir. 

“Ağ”  rəngin  müsbət,  qara  rəngin  mənfi  emosiyaları  ifadə  etmə  xüsusiyyətləri  “Kitabi-  Dədə 

Qorqud”  dastanlarında  daha  qabarıq  müşahidə  olunur.  Rəng  anlamında  qara  lekseminin  mənfi 

emosiyalar ifadə etməsini də inkar etmək olmaz. 

Dastanda adı çəkilən “Bayandır” adı Azərbaycan antroponimləri sistemində “Bayandur” şəklində 

işlənməkdədir.  Bayandur  tayfa  adının  dilimizin  antroponimik  sisteminin  zənginləşməsində  xüsüsi, 

özünəməxsus rol oynadığını göstərir. Qorqud, Dəmirgüc, Əmən Qoca oğlu Alp Ərən, Duxa Qoca oğlu 

Yalıncıq,  Qazlıq  Qoca,  Baybörə,  Bamsı  Beyrək,  Yeynək  İnək  Qoca  oğlu  Sarı  Qalmış,  Banuçiçək, 

Burla Xatun və digər şəxs adları kimi Bayandur adı da müasir ad sistemində tam aktuallıq qazanmasa 

da təsadufi hallarda işlənir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

856



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Sovet höküməti qurulmazdan öncə Azərbaycanda körpələrə həm də dini adlar verilməsinə daha 

çox  rast  gəlinir:  Məsələn,  Əli,  Osman,  Məhəmməd,  Yusif,  Zeynəb,  Zəhranı  misal  çəkmək  olar. 

Bundan  əlavə  valideyinlərin  uşaqlara  məşhur  qəhrəmanların  və  ya  tarixi  şəxslərin  adlarını  verməsi 

populyar olub. Məsələn, Babək, Cavanşir, Nəbi, Həcər adları. 

Keçmiş  SSRİ-də  isə  valideyinlər  öz  körpələrinə  rus  və  ya  sovet  ideologiyasına  uyğun  adlar 

veriblər. Kolxoz, Konbayn, Sovet, Traktor, Marks, Komsamol,Yanvar, Fevral, Oktyabr kimi ictimai-

siyasi quruluşla bağlı adları misal gostərmək olar. 

SSRİ-nin  dağılması  və  Azərbaycanın  müstəqillik  əldə  etməsindən  sonra  ölkəmizdə  bütün 

istiqamətlər kimi insan adları sahəsində də dəyişikliklər baş verdi. İnsan adları sahəsində baş verən bu 

dəyişikliyi müasir dövrün tələbi, həm də azərbaycanlıların öz köklərinə qayıdışıı kimi izah etmək olar. 

Dilçilik  sahəsi  üzrə  ekspert  Musa  İsmayılovun  sözlərinə  görə  Azərbaycanda  ərəb-fars  adları  artıq 

azalmaqdadır. Türk mənşəli adlar isə artmaqdadır. Bununla yanaşı dini adların verilməsi halları daha 

cox nəzərə çarpmaqdadır.. Bu isə azərbaycanlıların İslam dininə qayıdışı ilə əlaqədardır. 

 

 

 

SÖZSÜZ ÜNSİYYƏTİN MODELİ 

 

Pərvin BAYRAMOVA 

AMEA, Nəsimi adına Dilçilik İnstitutu 



hesenova-88@mail.ru 

AZƏRBAYCAN 

 

Məlum  olduğu  kimi,  insanlar  kommunikasiya  prosesində  verbal  vasitələrlə  yanaşı,  qeyri-verbal 



vasitələrdən  də  istifadə  edirlər.  Sözsüz  ünsiyyət  görünən,  başqa  cür  desək,  vizual  prosesdir  və  bu 

qarşılıqlı  yolla  həyata  keçirilir.  Məsələn,  biz  dostumuzla  zarafat  etməmişdən  əvvəl  və  çox  zaman 

söhbətin  gedişində  digər  dostumuza  göz  vuraraq  söhbətə  başlayırıq.  Elə  bu  zaman  söhbətin  hansı 

tərzdə  qurulacağı  göndərilən  mesajdan  xəbərdar  olan,  yəni  ötürülən  siqnalı  görən  dost  üçün  aydın 

olacaq, çünki o, qarşı tərəfin söyləyəcəyinə qeyri-verbal davranışa əsasən öncədən anlam verə bildi. 

Bir  sözlə,  sözsüz  ünsiyyət  verbal  kommunikasiyanı  qabaqlamaqla  yanaşı,  onun  gedişi  haqqında 

öncədən  məlumat  verir.  Ünsiyyət  prosesini  sözsüz  mesajlar  və  ya  siqnalların  köməyi  olmadan 

təsvəvvür  etmək  çətindir.  Məsələn,  bir  insana  verbal  yolla  “gəl”  deyirik,  o  da  bizə  tərəf  addımlayır. 

Kənardan  onları  seyr  edən  bir  insan  deyilən  sözü  eşitməsə,  çox  təəccüblənər  və  nitq  ona  quru  və 

cansıxıcı təsir yaradar. Bunun əksinə olaraq siqnalları göndərən adam sözlə yanaşı, həm də xəfif bir 

təbəssümlə və ya əli ilə ona gəl deyirsə, onları müşayiət edən insan üçün tam anlaşıqlı olar. Məhz bu 

səbəbdən sözsüz vasitələrin nitqdə rolu çox mühümdür və onları şərti olaraq belə qruplaşdırmaq olar: 



1) Sözlü vasitələrlə bərabər işlənən, onları müşayiət edən vasitələr 

Belə vasitələr danışıq prosesinin gedişini daha da canlandırır və nitqin başa düşülməsini asanlaş-

dırır. Buna görə də biz onu nitqi müşayiət edən vasitələr adlandırırq. Məsələn, qarşıdakı insanı hədələ-

mək üçün deyilən sözlər kifayət etmədikdə, işarət barmağnı ona tərəf yönəltməklə prosesin anlaşılmas-

ını, diqqətin özümüzə tərəf cəlb edilməsini sürətləndirir və göndərilən informasiyaya yekun vurulur.  

2) Müstəqil hərəkətlərə isə başın müxtəlif cür hərəkətlərini aid edə bilərik 

Burada  başın  sağa  və  sola,  yuxarı  və  aşağı  hərəkətləri.  Qeyd  etdiyimiz  kimi,  qeyri-verbal 

davranışların müşayiət edən və müstəqil tipli hərəkətlər şəklində bölgüsü şərti mahiyyət daşıyır. Belə 

ki, əl hərəkətləri də müstəqil məna ifadə edə bilər. Qarşı tərəfə uzun-uzadı cümlələr qurub “sakit dur” 

fikrini  çatdırmağa  çalışmaqdansa,  sadəcə  işarə  barmağını  şaquli  şəkildə  dodaqlara  yaxınlaşdırmaqla 

istənilən  nəticəni  əldə  edə  bilərik.  Hər  iki  ünsiyyət  forması  qarşı  tərəfi  inandırmağa  xidmət  edir. 

Əslində sözsüz ünsiyyət sözlü ünsiyyətdən daha inandırıcıdır ki, burada məlumatı göndərənin kimliyi, 

sənəti,  şəxsiyyətinin  bir  çox  tərəfləri  haqqında  xeyli  məlumat  əldə  etmək  mümkündür.  Alimlərin 

araşdırmaları  nəticəsində  bir  insanın  700.000  hərəkətdən  istifadə  etdiyi  məlum  olmuşdur.  Bu  haqda 

M.Pey  yazır:  “İnsan  700.000  fərqli  hərəkətlərdə  bulunur”  (Pei  M.  The  story  of  language,  London, 

1952,  493  pp,  p.  9-18).  Maraqlı  cəhət  budur  ki,  bu  hərəkətlər  bir-birinin  təkrarı  olmadan  bu  qədər 

hesablanır.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

857



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bütün  bu  məlumatlardan  bir  daha  aydın  olur  ki,  kommunikasiya  çoxşaxəli  bir  prosesdir  və 

danışıq  aktı  vasitəsilə  reallaşır.  Bu  prosesdə  dil  məlumatı  göndərən  tərəfindən  səsləndiyi  və  qeyri-

verbal  davranışlar  vasitəsilə  informasiya  göndərildiyi  kimi,  mesajlar  da  məlumatı  müəyyən  vasitələr 

tərəfindən qarşı tərəfə çatdırır.  

Sözsüz ünsiyyətin modelini belə verə bilərik: 

 

Ünsiyyət  prosesində  səs  axını  mühüm  rol  oynasa  da,  mimikalar,  jestlər  və  digər  qeyri-verbal 



vasitələr də mühüm amillərdəndir.  

Kommunikasiya  prosesinin  qurulmasında  məqsəd  nədir?  Məlumdur  ki,  ünsiyyət  göndərilən 

tərəfindən məqsədi nə olursa olsun, əsas məqsədi öz ideya və fikirlərini, duyğu və düşüncələrini qarşı 

tərəfə  ötürmək,  həmçinin  onların  davranış  və  düşüncələrinə  təsir  göstərmək,  göndərilən  məlumatın 

doğruluğuna  inandırmaq,  müəyyən  mənada  özlərinə  tabe  etməkdir.  Qarşı  tərəfin  (adresantın,  qəbul 

edənin)  məqsədi  göndərənin  çatdırmaq  istədiyi  məlumatları  düzgün  açmaq  və  ona  müvafiq  cavab 

verməkdir.  

Ünsiyyətin  qurulmasında  və  kommunikatorlar  arasında  prosesinin  davamlı  olaraq  təşkil 

edilməsində əsas hərəkətverici qüvvə sözsüz ki, anlatmaqdır. Əslində elə ünsiyyət bu amilin üzərində 

qurulur. Məsələn, biz işə qəbul olunmaq barədə məlumat əldə edirik. Təbii ki, bu bizi çox sevindirir və 

xəbəri başqalarına çatdırmaq üçün müxtəlif vasitələrdən istifadə edirik. İstər verbal  yolla olsun, istər 

qeyri-verbal hər zaman qarşı tərəfi anlatmağa çalışırıq. Buna görə də qollarımızı yuxarı qaldırıb atlana 

və  ya  qarşı tərəfi  qucaqlayırb çoxlu  öpə  bilərik.  Hətta  bəzən  sevinc  hissi  güclü olduğu  halda, insana 

ağılasığmaz davranışlar da etdirə bilir. Uşaq olduğum zaman rayonda bir qızın tələbə adını qazandığını 

eşitdikdə  həyətdə  hündür  yerə  çıxaraq  sevincindən  atılıb-düşdüyünü  eşitmişdim.  Deməli,  onun  belə 

ağılasığmaz hərəkətlər etməsinə səbəb mesajı göndərənin universitet tələbəsi olması xəbərini insanlara 

çatdırmaq olub. Ətrafdakı insanlar, yəni mesajı qəbul edənlər, əvvəlcə buna təəccüblənsə də sonunda 

onun göndərdiyi mesajları anlamışdılar.  

Göndərilən informasiyalar formaca və məzmunca da müxtəlif olur. Bu cür informasiyalar sözsüz 

ünsiyyət prosesinin rəngarəngliyinə yol açır və insandan-insana, bir qrupdan digər qrupa, cəmiyyətdən 

cəmiyyətə  ötürülür.  Beləliklə,  kommunikasiya  prosesi  formalaşır.  Sösüz  ünsiyyət  ətraf  aləmi  başa 

düşmək və başa salmaq, hər iki tərəfin (göndərən və qəbul edənin) prosesə eyni münasibət bildirmək 

istəməsindən  qaynaqlanır.  Bunun  nəticəsində  də,  ümumiyyətlə,  ünsiyyət  prosesinin  qaynağı  yaranır. 

Semiotika  isə  bu  amillərə  anlam  və  məna  baxımından  yanaşır.  Sözsüz  ünsiyyət  prosesinin  anlam  və 

məna qazanması semiotikaya söykənir. 

Məna  özü  əslində  predmet  və  hadisədir.  Bu  hadisəyə  səbəb  olan  isə  anlamdır,  daha  doğrusu, 

anlam müvafiq hadisəni yaradandır.  


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin