Conference committees conference chairs c



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə17/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   13   14   15   16   17   18   19   20   ...   189

 

 

 

 

məlumatı 

göndərən 

(adresant) 

məlumatı qəbul edən 

(adresat) 

məlumat 

Sözsüz ünsiyyət 

kanallar 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

858



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

PUBLİSİSTİKADA NİTQ MƏDƏNİYYƏTİ (KİV materialları əsasında) 

 

Aysel KƏRİMLİ 

Bakı Slavyan Universiteti 



kerimliaysel95@inbox.ru 

AZƏRBAYCAN 

 

Bu  gün  ədəbi  dilin  zənginləşməsində  nitq  mədəniyyəti  problemi  daha  çox  publisistik  üslubun 



üzərinə  düşür.  Prosesin  bu  istiqamətdə  getməsi  bizi  kütləvi  informasiya  vasitələrinin  dilinə  daha 

diqqətli  yanaşmağa,  dil  normalarının  pozulmasının  qarşısını  almaq  məqsədilə  müəyyən  tədbirlər 

görməyə  vadar  edir.  Dil  sistem  təşkil  etdiyindən  nəinki  bir  səviyyənin  daxilindəki  dəyişmələr,  hətta 

dilin  müxtəlif  səviyyələrindəki  dəyişmələr  zəncirvari  şəkildə  bir-birinə  təsir  edir,  bir  hadisə  digərini 

şərtləndirir. Odur ki, norma məsələsini izlədikdə də bu halı diqqətdə saxlamaq, dilin daxili qanunlarını 

və eləcə də onun inkişafına təkan verən ekstralinqvistik amilləri nəzərə almaq lazımdır. 

Dilin  bütün  səviyyələrində,  müvafiq  olaraq,  müəyyənləşmiş  norma  özünü  göstərdiyi  kimi, 

normanın pozulması hallarına da təsadüf olunur. İnkişafı şərtləndirən variantlılığı, daha doğrusu, nitq 

istisnalarını nəzərə almasaq, norma pozuntusu dilin daxili təbiətinə zidd hadisə olmaqla yolverilməz 

hal kimi qiymətləndirilməlidir. Fonetik normanın pozulması: “Günə baxan”– İlqar Mikayıloğlu (Bakı) 

ləhcəsində  ləhcəsində);  20.06.2013-10:44–Oxuyaceyik  [oxuyacıyığ]  məhkəmənin  qərarını  və  s

“Düzbucaq” – Xatirə Məmmədova– 05.09.2013 – 00:00 – Dünya liderlərinin toplaşdığı böyük 20-lik 

sammitində  əsas  müzakirə  mövzusu,  heş  [heç]  şübhəsiz  ki,  Suriya  məsələsi  oldu;00:05–Hətta  bəzi 

evlər  də  var  ki,  onlar  sanki  çartlıyıb  [çatlıyıb]  və  iki  yerə  bölünüb;  Vurğu  pozuntusu:  “Salam, 

Azərbaycan”–İsa  Şükürov–05.09.2013–08:00–  Sabahınız  xéyir;  “;  “Xəbərçi”  –  Natəvan  Babayeva–

12.09.2013–21:01–Ermənistan  sılahlı  [silahlı]  qüvvələri  ...;“Xəbərçi”–İstanbulda  xüsusi  müxbir–

12.09.2013–21:07–  Dünən  axşam  saatlarından  etibarən  Türkiyənin  bir  neçə  şəhəri  də,  o  cümlədən 

İstánbulun [İstanbulún]... (buradakı söz anlaşılmadı) səmtlərində–Kadıköy, Sultanbəyli və Taksimdə 

etiraz  aksiyaları  başlandı.Məlumdur  ki,  durğu  işarələri  qrammatik  və  semantik  səciyyə  daşıyır  və 

nitqdə  pauza  və  intonasiya  ilə  öz  əksini  tapır.  “Nobel  mükafatı  laureatı  ABŞ-ın  Kolumbiya 

Universitetinin  professoru...”  ifadəsi  ilə  başlanan  cümlədə  diktor  tərəfindən  vergül/pauza  qaydasına 

əməl olunmadığı üçün tamaşaçı anlaya bilmir ki, Nobel mükafatı ABŞ-a, Kolumbiya Universitetinə, 

yoxsa, professora aiddir. Məhz bu yanlışlıqlardan qaçmaq üçün mətnlər tərtib və redaktə olunarkən söz 

sırası  əsas  götürülməlidir:  “ABŞ-ın  Kolumbiya  Universitetinin  professoru,  Nobel  mükafatı  laureatı 

filankəs”.  

İstər yazılı, istərsə də şifahi nitqdə ilk diqqət çəkən məqam leksik norma ilə bağlı olur. Türkiyə 

türkcəsindən  dilimizə  gətirilmiş  türk  mənşəli  özəl  /  özəlləşdirmək,  dönəm  (dövran,  zaman,  period), 



yayım  (translyasiya),  çağdaş  (müasir),  sərgiləmək  (nümayiş  etdirmək)  və  s.  kimi  sözlər  dilimizin 

lüğət  tərkibini  zənginləşdirir  və  gələcəkdə  ümumtürk  dilinin  yaranmasına  doğru  atılan  addım  kimi 

qiymətləndirilə  bilər.  Lakin  söz,  baxmayaraq,  sözlərimiz  olan  yerdə  Türkiyə  türkcəsindən  ərəb 

mənşəli kəlimə, rəğmən kimi sözlərin işlədilməsi yersiz və yolverilməzdir.  

Ruslaşdırma  siyasəti  hökm  sürən,  cəmisi  iki  telekanalımız  olan  sovet  dövründə,  hətta  idman 

reportajlarında  referi  (hakim),  qolkiper  (qapıçı),  forvard  (hücumçu),  ofsayt  (oyundan  kənar 

vəziyyət),  outsayt  (topun  meydandan  çıxması),  korner  (küncdən  zərbə),  penalti  (on  bir  metrlik 

cərimə  zərbəsi)  və  s.  varvarizmlər  qətiyyən  işlədilməzdi.  Bu  gün  –  müstəqillik  dövründə  isə  bəzi 

kanalların idman verilişlərində işlədilir. 

Bundan əlavə: Maraqlı bir olay baş verdi və hamını şoka saldı (Bizcə, təəccübləndirdi olsa daha 

yaxşıdır);  Bizi  izləməkdə  davam  edin  (irad  –  bizi  izləyin,  bizcə,  kifayətdir  ).  Verilişdə  bu  ifadə 

dəfələrlə  təkrar  edilir;  Güclü  leysan  (irad  –  bizcə,  leysan  elə  güclü  yağış  deməkdir  –  izafiliyə  yol 

verilmişdir);  

Hər zaman qalibiyyət ilə vətənə dönən milli kulinariya komandamız yenidən yarışmaya yollanır. 

(irad:Hər zaman qələbə ilə vətənə dönən) 

Mən telekanallarda istər aparıcıların, istərsə də müsahiblərin ləhcə və şivə üslubunda danışdığını 

normal  qəbul  edirəm,  hətta  xoşum  gəlir.  Bu,  ana  dilinin  rəngarəng  palitrasıdır,  xəritəsidir  (gürcülər 

bütün dillərdə, o cümlədən rus dilində, öz şivələrində danışırlar). Böyük şairimiz Səməd Vurğun bütün 

məclislərdə  məxsus  olduğu  ləhcədə  danışırdı,  lakin  yazılarında  ədəbi  dil  normalarını  gözləyib  və 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

859



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“gələjəm”,  “gedifdi”  kimi  dialektizmlərdən  istifadə  etmirdi.  Sadəcə,  bəzi  sözlərin  semantikasında 

dialektizmlərin  təsiri  nəticəsində  təhriflərə  yol  verilir,  ədəbi  dil  normaları  gözlənilmir.  “Qumluq”, 

“susuz”, “düzənlik”, “səhra”, “biyaban” mənası daşıyan çöl sözü (müq. et: Ağcaqum çölü, çölpişiyi, 

çöldonuzu,  çölbuğdası  və  s.)  “bayır”,  “dışarı”,  “eşik”  mənasında  işlədilməyə  başlanmışdır: 

“Xəstəxananın  çölündə  çoxlu  adam  yığışmışdı”,  “BDU-nun  çölündə  metro  çıxışı  inşa  edilir  (–  ?!), 

mahnıda: “Çölüm sakit, içim yanır” və s. Üzərində sözü rus dilindəki над önqoşması ilə 100 % üst-

üstə 


düşür: 

Самолётлетитнадморем“Təyyarə 

dənizin 


üzərində 

uçur”, 


надгородомсобралосьмноготуч  “Şəhərin  üzərində  çoxlu  bulud  yığılıb”  və  s.  Nədənsə,  bu  söz 

üstündə  sözünün  yerində  işlədilməyə  başlanmışdır:  “Cinayətkarın  üzərində  silah  aşkar  edilmişdir”, 

“Masanın üzərində cürbəcür yeməklər qoyulmuşdu” və s. 

Sintaktik  normada  aktual  məsələlərdən  biri  də  cümlədə  söz  sırasıdır.  Söz  sırasının  dəyişməsi 

cümlədə  ifadə  olunan  fikri  təhrif  etmiş  olur.  Məs:  “Milli  raketdən  müdafiə  sistemi”.  Düzgün  variant 

belə  olmalı  idi  :  “Raketdən  milli  müdafiə  sistemi”.  Dilimizin  qrammatik  qaydalarına  görə  qeyri-

müəyyən  say  olan  yerdə  isim  cəm  şəkilçisi  qəbul  etmir.  “Bir  çox  nümayəndələr  Bakıya  ilk  dəfə 

gəlmişdi.” (“Bir çox nümayəndə...”) kimi cümlələr 

Reklam  mətnlərini  nəzərdən  keçirdikdə, 

əsasən  ,  qrammatik  baxımdan  normanın  pozulması  və  mənanın  müxtəlif  cür  anlaşılmasına  şərait 

yaradan inversiya və kalka üsulu ilə tərcümə olunmuş mətnlərin qüsurlu və səhv tərcüməsi diqqəti cəlb 

edir.  Məsələn:  Jacobs  monarch  –  yakobs  monarx  –  zövqətir  qüvvəsi;  Вкус-1.  Zövq  2.  ləzzət,  dad; 

Elseve  -  “İnqilabi  inqrediyent  olan  süd  turşusu  saçın  10-cu  layına  nüfuz  edir;  Snikers  –  dayanma, 



snikerslə!; Losk - “Ləkələr məni artıq dayandırmayacaq”. (İnversiya) 

Televiziya kütləvi informasiya vasitələrinin elə bir növüdür ki, onunla vasitəsilə müxtəlif sosial 

tərkibli  auditoriyaya,  tamaşaçıların  şüuruna,  davranışına  daha  effektli  təsir  etmək  mümkündür. 

Televiziya və radio birbaşa xalqın dilinin, mədəniyyətinin və mənəviyyatının zənginləşməsinə xidmət 

edir.  

Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  teleradio  məkanında  aparıcının  tələffüzündə  çoxlu 



nöqsanlara yol verilir. Kamera və mikrafon qarşısında danışan diktorlar böyük bir məsuliyyət daşıyır. 

Verilişlərin gedişi zamanı diktorların mətnlə əvvəlcədən tanış olmadıqlarını asanlıqla müəyyən etmək 

olur. 

Araşdırmalardan  belə  nəticəyə  gəlirik  ki,  Azərbaycanda  fəaliyyət  göstərən  televiziya  və 



radiolarda  nitq  mədəniyyəti  və  etika  qaydaları  pozulur.  Bu  səhvlərə  TV”dəki  şou  verilişlərində  daha 

çox rast gəlinir. Bu normativ səhvlərin qarşısını almaq üçün Milli Televiziya və Radio Şurası dəfələrlə 

ayrı-ayrı  verilişlər,  o  cümlədən  də  aparıcılar  barədə  iradlarını  bildirib.  Lakin  buna  baxmayaraq,  bu 

nöqsanlar  hələ  də  aradan  qaldırılmayıb.  Bu  cür  nöqsanların  qarşısını  almaq  üçün  tamaşaçılardan  və 

dinləyicilərdən müsahibə götürülməli, onların irad və təklifləri nəzərə alınmalıdır. Başqa yolla bunun 

qarşısını almaq üçün aparıcılar, diktorlar, müxbirlər - bir sözlə, televiziya və radioyaya işə bəbul edilən 

şəxslər  bir  neçə  sınaq  mərhələsindən  keçməli  və  ya  onlara  ümumi  nitq  mədəniyyəti  təlimləri 

keçirilməlidir. 

   

 

 



ORXON ABİDƏLƏRİNİN DİLİNDƏ *YAB KÖKÜ                                   

VƏ ONUN TARİXİ İNKİŞAFI 

 

Aysel ƏHMƏDOVA 

AMEA Nəsimi adına Dilçilik İnstitutu 



aysel_009@mail.ru 

AZƏRBAYCAN 



 

Morfoloji  yolla  söz  yaradıcılığını  tədqiq  edərkən  qarşıya  çıxan  problemlərdən  biri  sözün 

tərkibində  şəkilçinin  aydın  hiss  edilməsinə  baxmayaraq,  kökü  müəyyən  etməyin  çətin  olmasıdır.  Elə 

sözlər  var  ki,  onlarda  semantik  yaxınlıq  və  fonetik  oxşarlıq  görünür.  Belə  sözlərin  dilin  müəyyən 

inkişaf dövründə leksik mənasını və müstəqil işlənmə qabiliyyətini itirmiş qədim bir kökdən yarandığı 

ehtimalını irəli sürmək olar. Belə köklərə ölü köklər də deyilir. 

Orxon abidələrinin dilində də belə sözlər var. Bu sözlər arasında yablak, yabız və yabrıt- sözlərini 

göstərə  bilərik.  Bunlardan  ikisi  sifət,  biri  isə  feildir.  Həmin  sözlər  ortaq  semantikaya  malikdir,  hər 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

860



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

birinin əsasında “pis”, “zəif” mənası durur, yəni hamısı mənfi çalara malikdir. Bu mənanın *yab kökü 

ilə  bağlı  olduğunu  güman  etmək  olar.  Bu  kök  haqqında  türkoloji  ədəbiyyatda  müxtəlif  fikirlər 

söylənmişdir. C.Kloson yavğan, yavrı- və yavız sözlərini eyniköklü saymış və işləkliyini itirmiş *yav 

kökündən yarandığını göstərmişdir. A.Qaben isə yavğan, yavız və yavlak sözlərinin eyniköklü olduğu 

qənaətinə  gəlmişdir.  F.E.Korş  yabız,  yablak,  yabal,  yaman  sözləri  arasında  əlaqə  görmüşdür.  Burada 

çətinlik törədən məsələ həmin kökün ad, yoxsa feil olmasıdır. 

Yablak sözü abidələrin dilində kifayət qədər işləkdir: ...biligsiz kağan olurmıs erinç, yablak kağan 

olurmıs  erinç  “...biliksiz  xaqan  olmuş,  pis  xaqan  olmuş”  (Kül  tigin,  şərq,  5);  Irak  ersər  yablak  ağı 

birür, yağuk ersər edgü ağı birür “Uzaq olsa pis hədiyyə verər, yaxın olsa yaxşı hədiyyə verər” (Kül 

tigin, cənub, 7). 

Bu  söz  “pis,  zəif”  mənaları  ifadə  edir.  -lak  şəkilçisi ilə  bağlı  müxtəlif  fikirlər  var.  Müasir  türk 

dillərində  -lak,  -laq  şəkilçisi  addan  ad  düzəldən  şəkilçidir  və  qışlaq,  yaylaq,  otlaq  kimi  sözlərin 

yaranmasında  iştirak  edir.  Orxon  abidələrinin  dilində  bu  şəkilçi  hələ  formalaşmamışdır.  Yalnız 

göytürk  əlifbası  ilə  yazılmış  uyğur  abidələrindən  biri  olan  “Irk  bitik”də  -lak  şəkilçisini  həmin 

funksiyada  görürük.  -lak  şəkilçisinin  yablak  sözündə  yerinə  yetirdiyi  funksiya  onun  nə  qışlaq  və 

yaylaq, nə də otlaq sözündəki funksiyasına uyğundur. Burada -la və -k şəkilçilərinin birləşməsindən də 

danışmaq  olar.  V.Banq  bu  sözün  *yabıla-  feilindən  yarandığını  göstərmişdir.Digər  qədim  türk 

abidələrində yavla- “pislik gətirmək, zərər vermək” feili işlənmişdir. Bu zaman -la addan feil düzəldən 

şəkilçi, -k isə feildən ad düzəldən şəkilçidir. Burada *yab kökü feil deyil, ad kimi çıxış edir. 



Yablak/yavlak  sözünə  sonrakı  dövr  yazılı  abidələrində  və  müasir  türk  dillərində  də  təsadüf 

olunur:  yavlak  (qədim  uyğur  abidələri,  cağatay  dili,  türk  dilinin  dialektləri),  yolak  (qədim  uyğur 

abidələri)  və  s.  “Türk  dillərinin  etimoloji  lüğəti”ndə  “düşmənin  olduğu  yer”  mənası  bildirən  yavlak 

sözünün  də  mövcudluğu  göstərilir.  Bu  söz  Orxon  abidələrindəki  yablak  sözü  ilə  eyni  deyil,  *yab 

kökündən  -lak  şəkilçisi  ilə  yaranmışdır  və  buradakı  -lakotlaq  sözündəki  şəkilçi  ilə  eyni  funksiyanı 

yerinə yetirir. 



Yabız  sözü  də  Orxon  abidələrində  işlənmişdir:  Yadağ  yabız  boltı  tip  alğalı  kəlti  “Piyadalar 

zəiflədi deyib tez gəldi” (Bilgə kağan, şərq, 32); Biz az ertimiz, yabız ertimiz “Biz az idik, zəif idik” 

(Bilgə kağan, şərq, 32). 

Bu  söz  də  “pis,  zəif”  mənaları  ifadə  edir.  -ız  feildən  ad  düzəldən  şəkilçidir.  Türk  dillərindəki 



quduz  (qudurmaq),  semiz  “kök”  (semir-  “kökəlmək”),  uz  “ustalıq”  (u-  “bacarmaq”),  alız  “arıq,  zəif” 

(alın-  “arıqlamaq”),  kübəz  “məğrur”  (kübən-  “fəxr  etmək”),  avlaz  “ov  həvəskarı”  (avla-  “ovlamaq”) 

kimi  sözlər  də  -ız  şəkilçisi  ilə  düzəlmişdir.  -ız  şəkilçisinin  artırılması  *yab  kökünün  burada  feil 

olduğunu göstərir. Yabız sözü Kül tigin abidəsində yablak sözü ilə yanaşı da işlənmişdir: İçrə aşsız, 

taşra tonsız,  yabız, yablak bodunka üzə olurtım “İçəridə yeməksiz, çöldə paltarsız, zəif xalqa hakim 

oldum” (KT ş 26). Bu da həmin sözlərin əlaqəsini təsdiq edir. 



Yabız/yavuz  sözü  sonrakı  inkişaf  dövrlərində  də  işlənmişdir:  yabus,  yavus  (qədim  uyğur 

abidələri),  yabız  (türk  dilinin  dialektləri),  yavuz  (cağatay,  türk,  uyğur),  yovuz  (özbək),  javız  (qazaz, 

qaraqalpaq), su os (yakut). 

Başqa  bir  fikrə  görə,  yabız/yavuz  sözü  yağı  “düşmən  sözündən  yaranmışdır.  E.V.Sevortyan 



yablak/yavlak  sözünü  də  yav  “düşmən”  kökü  ilə  bağlamışdır.  Ancaq  yabız  sözünün  yağ  “müharibə, 

düşmən”,  yağı  “düşmən”  sözləri  ilə  bağlılığını  tam  təsdiqləmək  mümkün  deyil.  Bu  fikrə  bir  neçə 

cəhətdən etiraz etmək olar: 1. Müasir türk dillərində v samiti ilə işlənən sözlərin bir qisminin ən qədim 

variantı  ğ  samitli  olsa  da,  həmin  sözlər  Orxon  abidələrində  də  ğ  samitli  formada  işlənmişdir.  Yabız 

sözü isə abidələrdə samiti ilə işlənir. Yəni bu sözün qədim variantında ğ samitinin olması təsdiqini 

tapmır. 2. Yağı “düşmən” sözü heç vaxt “zəif” mənası və ya buna yaxın məna ifadə etməmişdir. 



Yabrıt-  “zəiflətmək,  gücsüzləşdirmək”  feili  də  yablak  və  yabız  sifətləri  ilə  eyniköklüdür:  Süsin 

anta sançdım, yabrıtdım “Ordusuna orada zərbə vurdum, zəiflətdim” (Bilgə kağan, şərq, 31). 



-t  təsirli  feil  yaradır.  Bunu  qədim  türk  yazılı  abidələrində  yavrı-,  yabrıl-/yavrıl-  feillərinin 

işlənməsi  də  sübut  edir.  Geniş  yayılmış  fikrə  görə,  -rı  addan  feil  düzəldən  şəkilçidir.  Türkiyə 

türkcəsindəki yıpranmak feili də bu sözlə bağlı ola bilər. 

*Yab  kökü  türk  dillərinin  sonrakı  dövrlərində  də  söz  yaradıcılığında  iştirak  etmişdir.  Məsələn, 

yaba “vəhşi” (DTS),  yabay “vəhşi, yabanı” (qaqauz, qırğız),  yava (uyğur), yapa (noqay),  yava “boş, 

lazımsız”  (DTS),  yavalığ/yavalık  “cəfəngiyat”  (DTS),  yaval-  “sakitləşmək,  mülayimləşmək”  (DTS), 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

861



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

yavaltur-  “əhilləşdirmək,  sakitləşdirmək,  ram  etmək”,  yavaş  “yumşaq,  məzlum”  (DTS),  yavaşlan- 

(DTS),  yavaşlık  “sakitlik”  (DTS),  yavuzla-  “pis  hesab  etmək,  pisləmək”  (DTS),  yavğan  “yavan” 

(DTS). Yavğan sözünün “pis” mənası da var. Onun yavız ilə birlikdə işlənməsinə də təsadüf olunur: 

yavğan yavız “pis” (DTS). Bu da həmin sözlərin mənşə eyniliyi fikrini irəli sürməyə imkan verir. 

Yuxarıda verilmiş sözlərdə məna fərqləri var, ancaq həmin fərqlər bu qrupa daxil olan eyni bir 

sözün inkişafı zamanı da meydana çıxır. Məsələn, yablak sözü Orxon abidələrində “pis, zəif” mənaları 

ifadə  edirsə,  M.Kaşğari  onu  “möhkəm”  mənasında  təqdim  edir,  yaxud  Orxon  abidələrində  “pis,  az, 

zəif”  mənaları  ifadə  edən  yabız  sözü  sonralar  “qəddar”  mənası  da  bildirməyə  başlayır.  Bunu  məna 

genişlənməsi  kimi  başa  düşmək  lazımdır.  Yablak  sözünün  əsas  mənasının  “pis”  olduğunu  göstərən 

C.Kloson  həmin  sözün  mənasının  genişləndiyini  və  “çox”,  “həddindən  artıq”,  “faydasız”  mənaları 

bildirməyə  başladığını  yazmışdır.  Türk  dillərində  yablak/yavlak  sözünün  ifadə  etdiyi  mənalar  çox 

genişdir: “pis”, “kobud, “düşmən”, “qorxaq”, “lazımsız”, “dəyərsiz”, “böyük”, “əzəmətli”, “qorxunc”, 

“qəribə”, “sərt”, “payız” və s. Eynilə yabız/yavuz sözünün də “pis”, “qəddar”, “vəhşi”, “sərt”, “aşağı”, 

“lazımsız”, “zəif”, “arıq” kimi mənaları var. Bunların hər biri yuxarıda göstərilən sözlərin mənalarına 

yaxındır. 



Yabız sözündəki *yab kökünün feil, yablak və yabrıt- sözlərindəki *yab kökünün isə ad olduğunu 

söyləmək  olar,  yəni  *yab  sinkretik  kökdür,  həm  ad,  həm  də  feil  kökü  kimi  çıxış  etmişdir.  Bu  kök 

Orxon abidələrinin dilində olduğu kimi türk dillərinin sonrakı inkişaf dövrlərində də bir sıra sözlərin 

yaranmasında iştirak etmişdir. 



 

 

TOFİQ HACIYEVİN ELMİ YARADICILIĞINDA                                        

ƏDƏBİ DİLİN DÖVRLƏŞMƏSİ MƏSƏLƏSİ 

 

Vüsalə AĞAYEVA 

Azərbaycan Dillər Universiteti 



agayeva144@gmail.com 

AZƏRBAYCAN

 

 

Azərbaycan  ədəbi  dili  tarixi  türk  xalqlarının  ədəbi  dili  kontekstində  özünəməxsus  yer  tutur. 



Tədqiq  mövzusu  tarixi  qrammatika  ilə  eyni  olan  ədəbi  dil  tarixinin  tədqiqat  dairəsi  genişdir.  Tarixi 

qrammatikadan  fərqli  olaraq,  dil  faktlarını  mətndaxili  öyrənən,  morfoloji,  sintaktik  faktların  daxili 

potensialını aşkar edən ədəbi dil tarixinin dövrləşdirilməsi məsələsi XIX əsrdən etibarən bu günümüzə 

kimi tədqiq olunub və müasir dövrdə də bu tədqiqat sahəsi öz aktuallığını itirməyib. 

Ədəbi dil tarixinin dövrləşdirilməsində müxtəlif prinsiplərdən çıxış edən dilçi alimlərimiz bir-biri 

ilə səsləşən  müxtəlif fikirlər  irəli  sürərək  bu  məsələyə  hər  bir  dil  tarixçisi-alim  özünəməxsus  şəkildə 

müxtəlif  rakurslardan  yanaşıblar.  Belə  ki,  Ə.Dəmirçizadə  ədəbi  dil  tarixini  1938-ci  ildən  1971-ci 

ilədək olan dövrü beş mərhələ kimi qruplaşdırıb. Ədəbi dil tarixini XV-XIX əsrlər, XIX-1905-ci il və 

ondan sonrakı dövrdən ibarət olduğu qənaətində olan B. Çobanzadə isə ədəbi dil tarixini üç mərhələyə 

ayıraraq dövrləşdirib. 

Ədəbi dil tarixini müxtəlif prinsiplər əsasında dövrləşdirən dilçi alim professorlarımızdan biri də 

türk  dünyasında  güclü  qələmi  ilə  sayılıb-seçilən  Azərbaycan  dilçilik  elminin  fenomen  şəxsiyyəti, 

görkəmli alimi, dil tarixçisi, türkoloq akademik Tofiq Hacıyevdir. “Ədəbi dil tarixinin dövrləşdirilməsi 

xalqın dili ilə tarixi, mənəviyyatı ilə maddi mədəniyyəti, təfəkkür tərzi ilə iqtisadi həyat şəraiti, bədii 

düşüncəsi  ilə  əqli-zehni  səviyyəsi  arasındakı  əlaqələri  müəyyənləşdirilməsi  kimi  elmi-nəzəri 

əhəmiyyətə  malikdir”-deyən  akademik  T.  Hacıyev  elmi  araşdırmalarının  çox  hissəsini  ədəbi  dil 

tarixinin tədqiqinə həsr edib. Ədəbi dilin baş atributunun “norma” olduğu qeyd edərək alim ədəbi dili 

seçmə  fonetik,  leksik  və  qrammatik  faktların  sistemi  kimi  səciyyələndirir.  Müəllifə  görə,  ədəbi  dilin 

dövrləşməsi təsnifatında mərhələlərin bölgüsündə “ədəbi dilin üslubi təzahürlərinin kəmiyyəti, onların 

qarşılıqlı münasibətlərinin, ictimai vəzifələrinin xarakteri, bu təzahürlərin əsasında duran struktur və 

funksional  əlamətlərin  səciyyəsi,  ədəbi  dilin  quruluşu,  həcm  və  ictimai  funksiyaları  ilə  dilin  qeyri-

ədəbi təzahürlərinin münasibəti” sistem olaraq əsasdır. Alim “Azərbaycan ədəbi dili tarixi” kitabında 

Azərbaycan ədəbi dili tarixinin təsnifatında ona xas olan bəzi məsələləri ümumiləşdirərək qeyd edir ki, 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

862



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“ədəbi dil öz inkişafında həmişə ümumxalq dilini qabaqlayır, onun avanqardı kimi çıxış edir. Xalq dili 

ümumən  dildaxili  qanunlarla  bağlı  olduğu  halda,  ədəbi  dil  dilxarici  faktorlara  daha  çox  həssasdır. 

Ədəbi  dilin  mütəhərrikliyə  meyli  ədəbi  norma  sistemində  yenidən  qurulma  çevikliyində  öz  əksini 

tapır. Buna görə də xalq dilinin və ya milli dilin bir dövrü ədəbi dilin bir neçə mərhələsini ehtiva edə 

bilir”. O, ədəbi dilin dövrləşməsi təsnifatında yazı faktorunu, xalqın formalaşma və yüksəliş tarixini, 

dilə və üslublara olan münasibətini, təsir gücünü nəzərə alaraq Azərbaycan-türk ədəbi dili tarixini iki 

dövrə ayırır:  

Yazıyaqədərki dövr 

Yazılı dövr 

E.ə. II əsrdən eramızın VI əsrinə qədərki olan dövrü görkəmli alimimiz yazıyaqədərki dövr heasb 

edir.  Şumer  tarixi,  Göy  Türk  dövlətinin  yazılı  abidələrini  yazı  mədəniyyətimizin  yazıyaqədərki 

dövrünə aid nümunələr kimi dəyərləndirir.  

Ədəbi dilimizin yazılı mərhələsini üç dövrə bölən müəllif onu haqlı olaraq, VII-XII əsrlər, XIII-

XVI  əsrlər,  XVII-XXI  əsrlər  kimi  qruplaşdırır.  Yazılı  dövrün  başlanğıc  nöqtəsini  “Dədə  Qorqud 

kitabı”ndan başlayan T.Hacıyev sonuncu dövrü isə XX əsrin 30-cu illərindən sonrakı dövrə aid edərək 

yazılı dövr mərhələsini yekunlaşdırır.  

 “Dədə Qorqud kitabı”nın dili ilə başlanan bu mərhələsində T. Hacıyev bu abidəni ədəbi dilimizin 

yazılı  dövrümüzün  ilk  nümunəsi  sayır.  VII  və  XII  əsrləri  əhatə  edən  dövrü  alim  yazılı  dövrümüzün 

birinci  mərhələsi  sayaraq  “Dədə  Qorqud  kitabı”ndan  İ.Həsənoğlu  yaradıcılığına  kimi  olan  yazı 

nümunələrini bu dövrə aid edir.  

Divan ədəbiyyatı dilinin hakim dil kimi fəaliyyəti dövrünü alim iki pilləyə ayırır: 1) Divan ədəbiy-

yatı dilinin başlanğıcı və ədəbi dilin Nəsimi dili ilə yekunlaşdırdığı XIII-XIV əsrlər; 2) Divan ədəbiy-

yatı dilinin intibah, yüksəliş dövrü və milli ədəbi dilimizin müəyyənləşməsi dövrü (M.Füzuli dövrü). 

Tofiq Hacıyev milli ədəbi dilimizin yeni mərhələsini isə üç dövrdən ibarət olduğunu qeyd edir. I 

dövrü XVII- XVIII əsrlər hesab edən alim ədəbi dil normasının milliləşməsi, xəlqiləşməsi dövründən 

başlayıb realist ədəbiyyatı dilinin hakim mövqe kimi bərqərar olduğu dövr ilə yekunlaşdırır. Müəllif 

ikinci dövrü isə üslubların yenidən təşkil olunduğu dövr – XIX-XX əsrlər hesab edir. O, III dövrü isə 

üslubların sabitləşməsi və müasir ədəbi dilin formalaşdığı dövr hesab edərək XX əsrin 30-cu illərindən 

sonrakı dövrə aid etmək qənaətinə gəlir. 

Dilçiliyin tədqiqi tarixində ədəbi dilin dövrləşməsi məsələsi həmişə aktual mövzu olaraq bir çox 

alimlər tərəfindən araşdırılıb. Bu elmi araşdırmaların nəticəsində bir çox konsepsiyalar meydana gəlib. 

Lakin  müasir  dövrümüzdə  ədəbi  dilin  dövrləşməsi  ilə  bağlı  irəli  sürülən  və  təsdiqini  tapan  doğru 

konsepsiya  türk  dilçilik  salnaməsinin  görkəmli  alimi  olan  Tofiq  Hacıyevə  məxsusdur.  Akademiki 

ədəbi  dilin  dövrləşdirilməsi  məsələsi  həmişə  düşündürmüş  və  bir  çox  tədqiqatlar  aparmağa  sövq 

etmişdir. Bu elmi araşdırma isə düzgün təsnifat bölgüsü ilə diqqəti çəkir. 

 

 

 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin