Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə14/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   10   11   12   13   14   15   16   17   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

844



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

təyini  isə  iki  funksiya  daşıyır:  həm  qrammatik,  həm  də  bədiilik  funksiyaları.  Ancaq  obrazlılıq  kəsb 

etmədiyinə görə epitet ola bilmir, yalnız poetik təyin kimi səciyyələnir . 

Aşıq  şeirinin  poetik  sintaksisndə  tez-tez  rast  gəldiyimiz  «nazlı  dilbər»,  «alagöz  Pəri»,  «gözəl 

sənəm»  kimi  təyinlər  də  mətnin  təsir  qüvvəsini  artırsa  da,  məcazilik  kəsb  etmədiyinə  görə  epitet 

səviyyəsinə  qalxa  bilmir.  Onlar,  sadəcə  xüsusi  intonasiya  ilə,  xitabən  deyiliş  formasına  malik  ifadə 

tərzləri səviyyəsində təsvirçilik xarakteri daşıyır. Şirin dillər, əlif qəddim, mina qədd, gül camal kimi 

təyinlər isə obrazlı təfəkkürün bəhrəsi kimi meydana çıxır və epitet funksiyası daşıyır. 

Nəticə olaraq, demək olar ki, poetik nitqin ən güclü vasitələrindən olan bədii təyin də, epitet də 

aid olduqları əşyanı təyin edir, onun müsbət və mənfi keyfiyyətlərini, əlamətlərini aydınlaşdırır. Dildə 

işlənən bütün təyinlər qrammatik funksiya daşıdığına görə qrammatik təyin olur. Onların bədiilik və 

obrazlılıq kəsb etməsi isə ifadə formasından, semantik konstruksiyadan asılı olur. 

 

 

QLOBALLAŞMA VƏ TERMİNALOGİYA 



 

Könül ABDULLAYEVA 

ADPU 


abdullazade_konul@mail.ru 

AZƏRBAYCAN 

 

“Qloballaşma”  sözünü (intensiv  beynəlxalq  ticarət  mənasında) ilk  dəfə  bir  termin  kimi  1850-ci 



ildə Karl Marks Engelsə yazdığı məktublardan birində işlətsə də, bu terminin meydana gəlməsi Teodor 

Levitin  adı  ilə  bağlıdır.  O,  1983-cü  Harvard  biznes  revyu”  jurnalında  çap  etdirdiyi  “Bazarların 

qloballaşması”  məqaləsində  bu  terminlə  transmilli  korparasiyaların  istehsal  etdiyi  ayrı-ayrı 

məhsulların  bir-birinə  qovuşması  fenomenini  ifadə  etmişdir.  “Qloballaşma”  anlayışının  akademik 

status  alaraq  geniş  yayılmasında  amerikalı  sosioloq  R.Robertsonun  da  rolu  xüsusi  qeyd  olunur. 

Azərbaycan  alimlərindən  akademik  Ramiz  Mehdiyev  “Azərbaycan:  qloballaşma  dövrünün  tələbləri” 

adlı  monoqrafiyasında  qeyd  edir  ki,  qloballaşma  suveren  dövlətlər  arasındakı  sədləri  dağıdaraq 

cəmiyyətin  daxilində  sosial  münasibətləri  yeni  məcraya  salır,  milli  özünəməxsusluğu  xüsusi 

dünyagörüşü  çərçivələrinə  salaraq  sərt  şəkildə  məhdudlaşdırır.  O,  əvvəla,  milli  mədəniyyət  və 

ənənələrin  öncüllüyünü  dağıdar,  özünəməxsusluqdan  uzaqlaşmanı  gücləndirir,  coğrafi  və  iqtisadi 

vəziyyətdən, siyasi quruluşundan, habelə milli mentalitetindən asılı olmayaraq cəmiyyəti qərbləşdirir. 

İkincisi,  istər  millətin,  istərsədə  dövlətin  müstəqil  inkişaf  imkanlarının  mahiyyətinə  varmadan, 

səmərəsizliyi amansızcasına cəzalandırır və beynəlxalq səmərəlilik “çempionlarını” yəni, inkişaf etmiş 

ölkələri daha da həvəsləndirir.  

Bu  gün  qloballaşma  hər  yerdə,  hər  sahədə  hiss  olunur.  Qloballaşma  artıq  yalnız  iqtisadiyyatla 

bağlı  deyil.  O,  bu  dar  çərçivədən  çoxdan  çıxmışdır.  Hal-hazırda  qloballaşma  iqtisadiyyatla  yanaşı 

siyasət, mədəniyyət, elm və təhsil sahələrində də nəzərə çarpacaq dərəcədə aydın hiss olunur. Mədəni 

qloballaşma üçün dünyanın müxtəlif ölkələri arasında işgüzar və istehlak mədəniyyətinin yaxınlaşması 

və  beynəlxalq  ünsiyyətin  artması  normal  hadisədir.  Bir  tərəfdən,  bu  bütün  dünyada  müxtəlif  milli 

mədəniyyətlərin ayrı-ayrı növlərinin papulyarlaşmasına və yayılmasına gətirir. Digər tərəfdən, məşhur 

beynəlxalq  mədəni  hadisələr  milli  fenomenləri  sıxışdırıb  aradan  çıxara  və  ya  onları  beynəlmilələ 

çevirə  bilər.  Çoxları  bunu  milli  mədəni  dəyərlərin  itkisi  kimi  qiymətləndirir  və  milli  mədəniyyətin 

dirçəlişi üçün mübarizə aparır. Hər yerdə yayılmış internet mədəni qloballaşmada böyük rol oynayır. 

Bundan  başqa,  beynəlxalq  turizm  də  ildən-ildə  daha  da  genişlənir.  Müasir  filmlər  dünyanın  bir  çox 

ölkələrində  eyni  zamanda  ekranlara  çıxır,  kitablar  tərcümə  edilir  və  dünyanın  müxtəlif  ölkələrində 

oxucular arasında məşhurlaşır.  

Qloballaşmanın  təsiri  elm  və  təhsil  sahəsində  də  aydın  hiss  olunur.  Respublikamızda  həm  orta 

məktəblərdə, həm də ali məktəblərdə artıq köhnə metodla dərs keçmənin effektiv olmadığı göründüyü 

üçün yeni bir üsuldan istifadə etmənin zərurəti yarandı. Bu da təbiiki, kortəbii bir şey yox, artiq bir çox 

ölkərdə sınaqdan keçirilmiş, öz effektivliyini sübut etmiş bir metod olmalı idi. Odur ki, 2010-cu ildə 

ümumi  təhsilin  fənn  kurikulumları  Azərbaycan  Respublikası  təhsil  nazirinin  əmri  ilə  təsdiqləndi  və 

orta məktəblərdə dərslər kurikulumla aparılmağa başladı.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

845



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü 

olur. 

Azərbaycanda yerləşən ali təhsil ocaqlarında isə Bolonya sistemi tətbiq olunur. 



1999-cu  il  iyunun 19-unda  İtaliyanın  Bolonya  şəhərində  29  Avropa  ölkəsinin təhsil  nazirlərinin 

xüsusi  konfransında  “Avropa  Ali  təhsil  məkanı”  bəyannaməsi  və  ya  “Bolonya  bəyannaməsi”  qəbul 

olunmuşdur.  Azərbaycan  isə  2005-ci  ildən  Bolonya  prosesinə  qoşulub  və  2006-cı  ildə  ilk  dəfə 

Azərbaycan  Dillər  Universitetində  tətbiq  olunmağa  başlanmışdır.  Bolonya  sisteminin  bir  çox  üstün 

cəhətləri vardır ki, bunlardan ən əsası da gələcəkdə diplomların xarici ölkələrdə tanınmasıdır.  

Bolonya sistemi haqqında müxtəlif fikirlər vardır. Onun müsbət cəhətlərini qeyd edənlərlə yanaşı, 

mənfi cəhətlərini də göstərən alimlər az deyil. Neue Zurcher Zeitung alman qəzetinin yazdığına görə 

(aprel  2007-ci  il),  yeni  sistemə  birinci  keçən  Sankt-Qallens  universitetində  professor  və  dosentlərin 

əksəriyyəti  dəyişikliyin  təhsil  prosesinə  mənfi  təsir  göstərdiyini  gizlətmirlər.  Təhsilin 

standartlaşdırılmasının və ECTS bal sisteminə girişin daha çox humanitar sahəyə nəzərə çarpan zərbə 

vurduğunu deyirlər. 

Qloballaşmanın  humanitar  sahəyə,  əsasən  də,  dilçiliyə  təsiri  danılmazdır.  Bu  da  ən  çox 

leksikologiyada  özünü  göstərir.  Cəmiyyəyin  ictimai-siyasi  həyatında  baş  verən  dəyişikliklər  dilin 

daxili  qatının,  o  cümlədən  terminalogiyanın  yeniləşməsinə  təsir  edən  əsas  amillərdən  biridir.  Elmi-

texniki  tərəqqi,  Avropaya  inteqrasiya,  ictimai-siyasi  yeniləşmə  bir  çox  terminlərin  meydana  gəlməsi 

ilə nəticələnir. Elmi üsluba məxsus olan terminlərin bir çoxu mətbuatda, elmi əsərlərdə işlənir və bir 

müddətdən  sonra  ümumişləklik  qazanır.  Məsələn:  spiker,  inteqrasiya,  qloballaşma,  internet, 

monitorinq,  aksiya,  sanksiya,  depozit,  disk,  mitinq  və  s.  Əgər  əvvəlki  dövrlərdə  terminalmada  əsas 

mənbə  rus  dili  idisə,  müstəqillik  qazandıqdan  sonra  daha  çox  Qərbi  Avropa,  xüsusilə  ingilis  dilinin 

əsas  rol  oynaması  müşahidə  olunur.  Bu,  təbii  bir  axındır  və  bunun  qarşısını  almağa  çalışmaq  yel 

dəyirmanı ilə vuruşmaq kimi mənasızdır.  

Hər  bir  dilin  lüğət  tərkibinin  əsas  hissəsini  təşkil  edən  terminoloji  qat  yalnız  əcnəbi  sözlər 

hesabına  deyil,  milli  terminlərin  yaradılması  hesabına  da  zənginləşməlidir.  Bunun  üçün  Azərbaycan 

dilinin geniş funksional imkanları vardır. 

Terminalma bir tərəfdən dilin zənginləşməsi üçün əhəmiyyətli olsa da, digər tərəfdən alınmaların 

bir  müddətdən  sonra  milli  sözlər  üzərində  hegemonluğu  ilə  sonlana  bilər.  Yəni,  alınmaların  sayı 

artdıqca,  onların  istifadə  sahəsi  genişləndikcə,  milli  sözlər  passivləşəcək  və  tədricən  işləklikdən 

çıxacaqdır.  Bu  da  milli  dilin  məhvinə  ya  da  ən  yaxşı  halda  adi  danışıqda  (dialekt  və  şivələrdə) 

istifadəsinə  gətirib  çıxara  bilər.  Bunun  qarşısını  almaq  üçün  yeni  söz  və  ifadələri  (terminləri)  dilin 

lüğət tərkibinə daxil etməzdən əvvəl araşdırmaq, həmin sözə, məfhuma münasib, mənaca uyğun milli 

sözləri üzə çıxarmaq və yaxud kalka üsulundan istifadə edərək yeni sözlər yaradıb sonra lüğətə daxil 

etmək daha məqsədəuyğundur. Düzdür, bəzi yeni elə terminlər vardir ki, onları digər başqa bir sözlə 

əvəz etmək mümkün deyil. Hətta belə terminlərin tərcümə olunması və yaxud yeni söz və ya ifadə ilə 

əvəz  olunması,  bəzi  hallarda,  uğursuz  alınır.  Alınma  terminlər  dilə  gəldikdən  sonra  onunla  paralel 

qarşılığı  da  yarana  bilir.  Bu,  paralelliyə  yol  açsa  da,  alinmaların  milli  sözlərlə  əvəz  olunması  cəhdi 

kimi qiymətləndirilməlidir. 

 

 

BƏDİİ ƏSƏRLƏRDƏ NİTQİN MƏDƏNİ VƏ QEYRİ-MƏDƏNİ FORMALARI 



 

Zümrüd MƏHƏRRƏMOVA 

Gəncə Dövlət Universiteti 



83-aytan@mail.ru 

AZƏRBAYCAN 

 

Nitq insana verilmiş misilsiz bir nemətdir. Məhəmməd Füzuli “Ənisül-qəlb”  əsərində yazır ki , 



insanı  onun  dili  ilə  fərqləndirirlər.  Nitqlə  təfəkkür  arasında  sıx  əlaqə  görən,  nitqi  insanın  şüurlu 

fəaliyyətinin nəticəsi sayan şair dilin ictimai mahiyyəti barədəki fikrini bir beytdə belə ümumiləşdirir: 

Eyləsən tutiyə təlim ədayi –kəlimat, 

Nitqi insan olur, amma özü insan olmaz. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

846



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Nitq  iki  formada  özünü  göstərir:  mədəni  və  qeyri-mədəni  nitq.  Hər  bir  insan  mədəni  nitqlə 

danışmağı  bacarmalıdır.  Bunun  üçün  ədəbi  dilin  fonetik,  leksik  qrammatik  qaydalarnı  və  danışıq 

etikasını bilmək lazımdır. Bununla bərabər nitqin mədəniliyi üçün fikir yığcam, mənalı, inandırıcı və 

məntiqli  olmalıdır.  Belə  nitqə  Ulu  öndər  Heydər  Əliyevin  nitqlərini  misal  göstərmək  olar.  Heydər 

Əliyevi dinləyən hər bir şəxs onun nitqini asanlıqla anlayır və çətinlik çəkmədən deyilən fikri qavraya 

bilir.  1993-cü  il  noyabr  ayının  2-də  Heydər  Əliyev  televizya  və  radio  vasitəsilə  xalqa  müraciət  etdi, 

insanları  Vətənimizin  qeyrət  və  azadlığı  uğrunda  birləşib  daxili  düşmənlərə  qarşı  mübarizəyə 

qalxmağa  çağırdı.  Prezidentin  aydın  nitqlə  ifadə  olunan  çağırışı  xalqı  silkələdi,  hərəkətə  gətirdi. 

(Azərbaycan tarixi, XI sinif, Bakı-2007, səh 194 ). 

Nitqi  mədəni  etmək  üçün  başqa  cəhətlətlərə  də  əməl  etmək  lazımdır,  yəni  düzgünlük, 

dəqiqlik,ifadəlilik  şifahi  nitqdə  gözlənilməlidir.  Belə  nitqi  dinləyən  insanlar  təbii  ki,  yorulmaz,  hətta 

ondan  həzz  alar.  Bəzən  insanlar  gözəl,dəqiq,  ifadəli  danışırlar.  Amma  mimika  və  jestlərdən  yerli-

yerində istifadə edə bilmirlər. Belə halda nitq yorucu və quru olur, nəticədə dinləyici dinləməkdən tez 

bezir. Əgər əksini düşünsək, yəni hər şey yerli-yerində olsa, bu zaman dinləyici fikrini yalnız danışan 

şəxsə  yönəldər  və  bundan  mənəvi  zövq  alar.  Nitqin  xüsusiliyi  insanın  xarakterni  açılmasında 

özünəməxsus  rol  oynayır.  O,  insanın  daxili  aləminə  enər  və  onu  öyrənməyə  başlayar.  Nadir 

Abdullayevin  fikrinə  görə  insanın  daxili  aləmini  bilmək  üçün  onların  nitqini  dinləmək  kifayətdir. 

Sokrat deyərmiş ki, “Ey insan danış səni tanıyım”. Deməli, “insan öz dilini altında gizlənir, danışmağa 

başlayandan sonra ağıllı və ya ağılsız olması bilinir” (Həzrəti Əli ). 

İnsanların  nitqi  onları  bir-birindən  fərqləndirir.  Həsrət  Həsənovun  fikrincə,  hər  adam  nitq 

mədəniyyətinin bütün növlərinə, janrlarına, ünsiyyətin müxtəlif formalarına yiyələnə bilməz və bunu 

ondan  tələb  etmək  olmaz,  lakin  onun  nitq  mədəniyyətinin  aktual  xüsusiyyətlərinə  yiyələnməsi 

vacibdir. Təbii ki, bu o qədər dərin bir mövzudur ki, xalqımızın folklorunda bu haqda bəzi deyimlər 

yaranmışdır. Məsələn: “özünə də qurban,sözünə də”, “ağzından bal damır”, “dilinə qurban” bu ifadələr 

gözəl, səlis, məntiqli danışan şəxslərə “dilin qurusun”, “nə özünü bilir, nə sözünü”, “hər sözün öz yeri 

var, hər nöqtənin öz məqamı” və s. kimi ifadələr isə özündən razı, yersiz, mənasız danışan adamlara 

deyilir. 

Danışarkən  bəzi  sözlərdən  istifadə  olunur  ki,  bu  da  nitqimizi  qeyri-mədəni  edir.  Bunlara  yol 

verməmək üçün ədəbi dilimizə yaxşı bələd olmalıyıq və nitqimizi pozan ünsürləri bilməliyik. Cümlədə 

loru sözlərdən, vulqarizimlərdən, varvarizimlərdən istifadə olunur ki, bu hal nitqin mədəniliyini pozur. 

Məsələn:  “Doğrusu  qorxdum  öz  könlündə  deyərsən  ki,  Novruzəli  çox  heyvan  adamdır,çox  eşşək 

adamdır”(Mirzə  Cəlil,  seçilmiş  əsərləri,  I  cild,  Bakı-2004,səh.13)  “-Ə,  qoduq,mənim  üstümə 

şeşələnirsən!?”  (İsmayl  Şıxlı,  seçilmiş  əsərləri,  II  cild,  Bakı-2005,  səh  13).  Bu  cümlələrdə  işlənən 

“heyvan  adam”,  “eşşək  adam”,  “qoduq”  ifadələri  vulqarizimlərdir.  Eyni  zamanda  birinci  nümunədə 

nitqin düzgünlüyü hadisəsi pozulmuşdur, yəni “könlün” yerinə “ürəyin” ifadəsi olmalı idi. Başqa bir 

misala nəzər salaq: “Ne panimayu, qospodo çto za dikarstvo? Pust kto kakim yazıkom luçse vladet, no 

tom  i  obyasnyaetsya,  çto  je  takoe?!  (Mirzə  Cəlil,  seçilmiş  əsərləri,  Bakı-2004,  I  cild  səh.450).  Bu 

cümlədə  isə  varvarizimlərdən  istifadə  olunmuşdur.  Təbii  ki,  bu  misallar  Azərbaycanın  tanınmış 

yazıçıları olan Mirzə Cəlilin və İsmayl Şıxlının “Poçt qutusu” və “Dəli Kür”adlı məşhur əsərlərindən 

alınmış cümlələrdir. Burada yazıçı obrazları fərqləndirmək məqsədi ilə bu cür ifadələrdən istifadə edir, 

yəni bu yazıçının nitqi yox, tipin nitqi kimi başa düşülməlidir. 

Nitqi  qeyri-mədəni  edən  başqa  ünsürlərdə  vardır.  Buna  yalançılıq,yaltaqlıq  və  fikrin  şüurlu 

şəkildə  pozulması  misal  ola  bilər.Məsələn,  ermənilərin  Dağlıq  Qarabağ  haqqında  dünya  ölkələri 

içərisində  söylədiyi  fikirlər  qeyri-mədəni  nitq  hesab  olunmalıdır.  Çünki  onlar  doğru  olan  fikri  –

Qarabağın Azərbaycana məxsus olmasını dəyişdirməyə çalışır, əllərinin hər yerdən üzüldüyünü görüb 

uydurma,yalançı fikirlərə əl atırlar, bu da fikrin şüurlu şəkildə pozulması deməkdir. Lakin Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyev  bunu  müxtəlif  konfranslarda  öz  doğru  fikirləri  ilə  sübut 

etmiş, məntiqli, sənədli-sübutlu faktları dəfələrlə ortaya çıxartmışdır. Bu da Prezidentimizin nitqinin 

aliliyini sübut edir. 

Bəzi  nitqlər  vardır  ki,onlar  unudulmur  və  nəsildən-nəslə  keçir. Məsələn,  İsgəndərdən soruşurlar 

ki,”Atanı  çox  sevirsən,  yoxsa  müəllimini?  Dedi:Müəllimi.Atam  məni  fani  dünyaya 

gətirmişdir,müəllimim  isə  mənə  əbədiyyət  bəxş  etmişdir.(N.Tusi).  Eradan  əvvəl  yaşamış  sərkərdə 

İsgərdərin nitqi bu günümüzə qədər gəlib çatmışdır. Deməli,nitq ən gözəl mirasdır.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

847



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bir xalqın ən dəyərli varlığı onun dilidir. Dil də nitqi yaradır. Ən dolğun,ən zəngin dil söz ehtiyatı 

çox  olan  dildir.  Belə  dildə  yaranan  nitq  nəsillərin  ən  dəyərli  xəzinəsi  olar.  Məsələn,  “Kitabi  –Dədə 

Qorqud”  eposu  Azərbaycan  xalqının  ən  qədim  və  dəyərli  söz  xəzinəsi  hesab  etmək  olar.  Dastanın 

müqəddimə  hissəsində  Qorqud  Atanın  dilindən  bir  sıra  dərin  mənalı  sözlər  deyilir.  Məsələn,  “Qarı 

düşmən  dost  olmaz”,əski  pambıq  bez  olmaz  “Əcəl  vədə  irməyincə  kimsə  ölməz”,  “Qız  anada 

görməyincə  öyüt  almaz”  və  s.  kimi  sözlər  dillər  əzbəri  olmuşdur.  XIX  əsrin  40-cı  illərində  xalq 

dastanları  feodal  münasibətləri  tətbiq  etməkdə  ittiham  olunur,  “Kitabi  –Dədə  Qorqud”  dastanına 

feodal –xan eposu damğası vurulur,onun tətqiqatçıları təqiblərə məruz qalır. (Azərbaycan tarixi, Bakı -

2007,  XI  sinif,  səh127).  Baş  verən  hadisələr  bunu  göstərir  ki,  Sovet  höküməti  Azərbaycan  xalqının 

soykökünü  unutdurmaq,  dolaşıqlıq  yaratmaq  məqsədi  ilə  bunu  etmişdir.  Amma  niyyətlərinə  çata 

bilmədilər.  Bu  eposun  və  digər  dastanların  üzərinə  qoyulan  qadağalar  1956-cı  ildən  sonra  götürülür. 

“Kitabi  –  Dədə  Qorqud”  dastanını  oxuyan  bir  gənc  hansı  nəsildən,  kimlərdən,  neçə  qəhrəman 

babaların övladları olduğunu anlayırlar. Türk xalqının  ən dəyərli xəzinəsi olan, türk dilində yazılmış 

bu  dastana  ulu  öndər  Heydər  Əliyev  tərəfindən  böyük  qiymət  verilmişdir.  2000-ci  ilin  aprel  ayında 

möhtəşəm ədəbi-tarixi abidənin 1300 illiyi paytaxt Bakıda böyük təntənə ilə qeyd olunmuşdur. İndi bu 

dastan kiçikdən böyüyə qədər dillərdə əzbərdir. Deməli, millətin ən böyük varlığı onun dilidir. 

Dil haqqında yazıçılar, şairlər, böyük  mütəfəkkirlər müxtəlif fikirlər söyləmişlər. Məsələn, “Ey 

türk  oğulları,  bir  ovuc  torpağınızı  dünyanın  var-dövlətinə,  dilinin  bir  sözünü  ləl-cəvahirata 

dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın”. (Ş.I.Xətai). “Bir millətin malını, dövlətini və 

hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan, fövt olar və ondan bir nişan qalmaz”. (Rus 

pedaqoqu  Uşinski).  Dil  haqqında  deyilən  bu  dəyərli  sözlər  müasir  dövürdə  də  öz  yerini  tapmışdır. 

Ümumiyyətlə nitq nəinki insanlari, hətta seçilmiş şəxsiyyətləri belə bir-birindən fərqləndirər. Yuxarıda 

göstərilən  fikirlər  buna  misal  ola  bilər.  Hər  bir  insan  öz  nitqinin  üzərində  çalışmalıdır  və  mədəni 

danışdığı üçün fəxr etməlidir. 

 

 



 

DİLÇİLİKDƏ FONO-SEMANTİKA ANLAYIŞI 

 

Günay AĞAYEVA 

Sumqayıt Dövlət Universiteti 



sdu.qrup.974@hotmail.com 

AZƏRBAYCAN



 

 

“Söz”, “adlandırma”, “səsləndirmə” problemləri dilçiliyin ən maraqlı və aktual məsələlərindəndir. 



Əslində, bir çoxumuzu sözlərin necə yarandığı, məfhumların nəyə əsasən adlandırılması maraqlandırır. 

Söz və mənanın münasibəti mürəkkəb, eyni zamanda, çox maraqlıdır. Bu məsələ hər zaman dilçilərin 

nəzərində olmuşdur və onlar müxtəlif qənaətlərə gəlmişlər. Belə ki, bəzi alimlər adla məfhum arasında 

əlaqə olduğunu düşünür, bir qisim alim isə bunu tamamilə inkar edir və belə fikirləşir ki, məfhumların 

adlandırılması təsadüfi baş vermişdir. Hətta Platonun məşhur “Kratil” əsərində də əşya ilə söz arasın-

dakı əlaqədən söhbət açılır. Platon belə hesab edir ki, ilk sözlər müəyyən əşyalara görə müxtəlif səslər-

dən yaranmışdır. Deməli, bu zaman səs və mən arasında daxili əlaqə vardır. Lakin demokritə görə isə 

əşya  ilə  onun  adı  arasında  heç  bir  əlaqə  yoxdur.  Onun  fikrinə  görə  əşyanın  adının  onun  mənasına 

uyğun gəlməsini iddia edərkən, dünya dillərinin eyni olduğu fikrini söyləmiş oluruq. Əlbəttə, müxtəlif 

fikirlər  irəli  sürən  alimlərin  hər  biri  müəyyən  sübut  və  faktlara  əsaslanır.  Müasir  Azərbaycan  ədəbi 

dilinin  lüğət  tərkibinə  də  nəzər  yetirsək  bir  çox  adlarla  anlayış  arasında  əlaqənin  olduğunun  şahidi 

oluruq.  Lakin  demək  olmaz  ki,  bütün  məfhumlar  kəsb  etdiyi  anlayışa  uyğun  olaraq  adlandırılmışdır. 

Bu baxımdan demək olar ki, ad və anlayış arasındakı bağlılıqdan hər zaman və qətiyyətlə danışmaq 

olmaz. Bəs görəsən ad və işarələr, hərflər arasında hansısa bir əlaqə,münasibət varmı?  

 Müraciət  etdiyimiz  mövzu  -  dilçilikdə  yeni  bir  istiqamət  kimi  götürülən  fono-semantika, 

qədimliyi ilə seçilsə də, hələ müasir Azərbaycan dilçiliyində geniş tədqiq olunmamışdır. Dilçiliyin bu 

sahəsi  səs  və  mənanın  arasındakı  əlaqəni  öyrənmək  məqsədilə  yaranmışdır.  Ümumilikdə  isə,  dil 

işarələrinin təbiəti, xüsusiyyəti semiotik nəzəriyyədə geniş öyrənilir.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

848



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Fono  –  semantika  hərflərin  mənası,  onların  leksik  –  semantik  xüsusiyyətini  öyrənən  elm 

sahəsidir.  Bu  bölməni  aydınlaşdırmamışdan  qabaq  onu  qeyd  etmək  lazımdır  ki,  hələ  sözlər  tam 

formalaşmamışdan,  yaranmamışdan  əvvəl  insanlar  bir  –  birlərini  müxtəlif  səslər  vasitəsilə  başa 

düşürdülər.  Məs:  Qədim  türk  dilində  u  səsi  “uyku”  yəni  “yuxu”  sözünü  bildirirdi.  Bildiyimiz  kimi 

qədim  insanların  təfəkkürü  ətraf  aləmin  konkret  şəkildə  öyrənilməsinə  mane  olmuşdur.  Çünki  onlar 

ətraf aləmi şüurlu şəkildə dərk etmək bacarığına malik deyildilər. Onların ətraf aləm haqqındakı bilik 

və  düşüncələri  səslərin  kombinasiyası,  yəni  ahəngi  ilə  yaranmışdır  və  nəticədə  söz  vasitəsilə  ifadə 

olunmuşdur.  

Səslərin  sözün  mənasında  böyük  rol  oynadığı  haqqında  fikirlər  qədim  mənbələrdə  də  öz  əksini 

tapmışdır. Bunlara mısal olaraq Kabbala, Upanişad mətnlərində və bəzi müqəddəs dini kitabları misal 

göstərmək  olar.  Bu  mətnlərdəki  fikirlər  də  sübüt  edir  hər  bir  söz,  daha  doğrusu  hər  bir  mülahizə 

yaranmamışdan  əvvəl  həmin  sözlərin  tərkibində  işlənən  hərflərin  özünün  düzəltdiyi  sözün  hazırkı 

sözün  mənası  ilə  sıx  əlaqəsi  olmuşdur.  Məsələn,  ta  qədimdən  “ö”  səsi  “öyrənmək”,  “bilik  sahibi 

olmaq”  mənasında  işlənmişdir.  Təsadüfü  deyil  ki,  müasir  ədəbi  dildə  işlənən  “öyrənmək”  sözünün 

tərkibində “ö” səsinə rast gəlirik.  

Ümumiyyətlə,  ilk  hərflərin  necə  yarandığını  araşdırarkən  çox  maraqlı  nüanslarla  qarşılaşmalı 

oluruq.  Belə  ki,  bu  sahəni  tədqiq  edərkən  hərf  və  söz  arasındakı  üzvi  əlaqənin  olduğu  faktı  daha 

inandırıcı səslənir. Finikiyida yaranan ilk hərflər buna əyani sübut ola bilər. 

Göründüyü  kimi,  fono-semantika  öyrənilməsi  gərəkli  olan  və  maraqlı  bir  sahədir.  Onun 

öyrənilməsində eksperimental fonetikadan və insanlarla canlı ünsiyyətdən istifadə etməklə daha yaxşı 

nəticələr əldə etmək olar. Çox təəssüf ki, müasir Azərbaycan dilinin lüğət tərkibinin müxtəlif mənşəli 

alınmalarla zəngin olması leksikamızda yer alan sözlərin tərkib hissələri olan işarələrin öyrənilməsində 

çətinlik  yaradır.  Belə  ki,  əcnəbi  dil  qanunlarına,  “söz-məfhum”  münasibətinə  uyğun  gələn  sözlər  və 

işarələr arasındakı məna əlaqəsini araşdırmaq və konkret nəticəyə gəlmək xeyli əmək tələb edir. Lakin, 

ümumi dilçiliyin aktual məsələsi hesab olunan “dil və təfəkkür”, “söz və məfhum” anlayışlarını daha 

dəqiq  tədqiq  etmək  və  konkret  fikir  söyləmək  üçün  əvvəlcə  “söz  və  hərf  (səs)”  anlayışına,  fono  –

semantika elminin nəzəri biliklərinə yiyələnmək lazımdır. 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin