Ümumiyyətlə, ekologiyanın inkişaf tarixini üç əsas mərhələyə bölmək olar



Yüklə 8,87 Kb.
tarix16.12.2023
ölçüsü8,87 Kb.
#183707
ekologiyanın inkişaf tarixi


“Ekologiya” yunan sözü olub (oykos-ev, loqos-elm) hərfi mənası “ev haqqında elm” deməkdir. “Ekologiya” terminini ilk dəfə 1858-ci nildə inglis alimi Q.D.Toro işlətsə də, bu sözü elmi termin kimi alman bioloqu E. Hekkel 1866-cı ildə geniş yaymışdır. Ekologiya elminə alimlərin bir neçə müxtəlif yanaşmaları mövcuddur:
1920-ci il amerika alimi F.Klements-cəmiyyət haqqında elm; 1937-ci ingilis alimi Ç.Elton-sosiologiya və heyvanların iqtisadiyyatı ilə məşğul olan təbii elmi tarix; 1959-cu il amerika alimi Y.Odum-təbiətin funksiya və strukturunu öyrənən elm; 1977-ci il rus alimi S.Şvars-təbii yaşayış mühitində heyvanların və bitkilərin həyatını idarə edən qanunlar haqqında elm və s.
Еkоlоgiya оrqanizmlərin bir-biri və хarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, оnların yaşayış tərzində, inkişafında, çохalmasında həmin amillərin rоlunu, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmasının qanunauyğunluqlarını, еkоsistеmləri, оnların əlaqəsini, təbiətin dialеktikasını öyrədir.
Ekologiya sözü termin kimi ilk dəfə 1858-ci ildə işlənsə də, ümumilikdə ekologiyanın tarixi kökləri olduqca qədim dövrlərə gedib çıxır. Belə ki, canlı orqanizmlərin həyatı, onların xarici-onları əhatə edən üzvi və qeyri-üzvi mühitdən asılı olması, heyvan və bitkilərin yayılması eyni zamanda xarakteri kimi məlumatlara hələ eramızdan əvvəlki dövrlərdə rast gəlinir. Aristotel (e.ə. 384-322), Böyük Pliney, R.Boykonun (1627-1691) əsərlərində yaşayış mühitinin orqanizmlərin həyatında əhəmiyyəti və onların müəyyən yaşayış yerində məskunlaşması məsələlərinə toxunulur.
Ümumiyyətlə, ekologiyanın inkişaf tarixini üç əsas mərhələyə bölmək olar.
Birinci mərhələ - ekologiyanın bir elm kimi yaranma və təşəkkülü ( XIX əsrin 60-cı illərinə qədər). Bu mərhələdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühiti ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış, ilk elmi yekunlar hazırlanmışdır. XVII-XVIII əsrlərdə ekoloji məlumatlar ayrı-ayrı canlı orqanizmlərə həsr olunur, onların bioloji təsvirləri yerinə yetirilir. Məsələn, A.Reomyurun əsərləri həşəratlara (1734), L.Tramblenin əsərləri isə hidra və maşınlara (1744) həsr olunur.
İkinci mərhələ (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu mərhələdə ekologiya elmin müstəqil sahəsi kimi formalaşır. Mərhələnin başlanğıcı rus alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827-1855) və V.V.Dokuçayevin (1846-1903) əsərləri ilə əlamətdar oldu, onlar ilk dəfə ekologiyanın bir sıra prinsiplərini və anlayışlarını əsaslandırdı. Onların tədqiqat nəticələri və elmi fikirləri indiki dövrə kimi öz əhəmiyyətini itirməmişdir. Təsadüfi deyildir ki, Amerika ekoloqu Y.Odum (1975) V.V.Dokuçayevi ekologiyanın banilərindən biri saymışdır. XIX əsrin 70-ci illərinin sonunda alman hidrobioloqu K.Mebius (1877) biosenoz haqqında mühüm anlayış irəli sürür və onun müəyyən mühit şəraitində orqanizmlərin qanunauyğun əlaqələnməsi (birləşməsi) hesab edir.
Üçüncü mərhələ (XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər olan dövr). XX əsrin ikinci yarısında ətraf mühitin çirklənməsinin intensivləşməsi və insanın təbiətə təsirinin güclənməsi ilə əlaqədar ekologiya elmi xüsusi əhəmiyyət kəsb edir.
Belə vəziyyətin nəticəsində ekologiya kompleks elmə çevrilərək təbii və ətraf mühitin qorunması elmini də özündə cəmləşdirdi. Ciddi bioloji elmdən ayrılan ekologiya elmi özünə coğrafiya, geologiya, kimya, fizika, sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat bölmələrini daxil etdi (Reymers, 1994).
Yüklə 8,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin