Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə12/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   8   9   10   11   12   13   14   15   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

834



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Danışarkən sözləri tələffüz edir, eşidirik, düşündüyümüzdə isə sözləri təsəvvür edirik. Beləcə hər bir 

düşüncənin varlığı sözlə, ifadə ilə mövcud olur. Bu mexanizmin formalaşmasında dilin xüsusi rolunu 

nəzərə alaraq dilsiz düşüncənin mövcud olmaması qənaətinə gəlirik. Hətta dünya dilçiliyində düşüncə 

və  dilin  sərhədlərinin  müəyyənləşməsində  Humbolt  və  Müller  kimi  dilçilərin  bu  anlayışları 

eyniləşdirmək, Sössür və Benvenistin isə düşüncə və dilin tamamilə fərqli anlayışlar olması kimi ikili 

fikirləri  formalaşmışdır.  Müasir  dilçilikdə  isə  bu  anlayışlar  bir-birilə  vəhdətdə  formalaşan,  biri 

digərinin mövcudluğunu labüd edən, bir sistemin fərqli tərfləri kimi fəaliyyət göstərən psixolinqvistik 

amillər  kimi  tədqiq  olunur.  Belə  olan  halda  dil  -  düşüncə  qarşılıqlı  münasibətini  "2  d"  formatlı 

mexanizm  kimi  qəbul  etsək,  o  zaman  prosesin  üçüncü  tərəfi  olan  duyğu  faktorunu  kölgədə  qoymuş 

oluruq.  

Digər canlılardan fərqli olaraq insanın ali xüsusiyyəti - düşünmək və düşünərək-danışma prosesi 

beyində  getdiyindən  problemi  psixoloji  aspektdən  araşdırmaq  mütləqdir.  Psixologiyada  idarəedici 

funksiya  daşıyan  beynin  düşünmək,  hiss  etmək  və  xatırlamaq  kimi  üç  funksiyası  göstərilir.Gənc 

psixoterapevt  Şəbnəm  Sadıqova  bu  anlayışlar  üzərində  analiz  apardıqdan  sonra  "3  d  formatlı" 

mexanizm ideyası irəli sürərək beynin funksiyasının düşüncə, duyğu və davranış kimi daim hərəkətdə 

olan  və  insanı  idarə  edən  sistemdən  ibarət  olduğunu  təsbit  etdi. Və,  beləliklə  hər  hansı  hadisə  və  ya 

əşyanın beynimizdəki inikası olan düşüncənin duyğu yaradaraq davranışımıza dəlalət etdiyini söyləyə 

bilərik.Əksər  hallarda  düşüncə,  duyğu  və  davranışın  sərhədlərinin  düzgün  müəyyənləşdirilməməsi 

fərqinə varmadan yanlış davranışa gətirib çıxarır. Ən böyük problem insanların düşüncələrini ifadə edə 

bilməməsidir.  Hər  hansı  bir  hadisənin  hansı  duyğu  yaratdığını  soruşduqda  əksər  hallarda  insanlar 

düşüncələrini  və  yaxud  əksinə  olaraq  düşüncələrini  soruşduqda  ya  duyğularını,  ya  da  davranışlarını 

ifadə  edərlər.  Bu  yanlışlıq  insanların  öz  düşüncələrinə  hakim  kəsilə  bilməməklərinə,  düşüncələrin 

onlarda  yaratdığı  duyğularının  təsiri  altında  meydana  gələn  davranışlarında  idarəetməni  itirmələrinə 

səbəb olar. Bəzən düşüncələrimizdə yanlışlıq ola bildiyindən sonradan peşman olacağımız davranışlar 

meydana  çıxar.  Biz  yaxın  dostumuzdan  borc  istədiyimizdə  onun  pul  verməkdən  imtina  etməsini 

düşüncəmizdən  asılı  olaraq  pozitiv  və  ya  neqativ  duyğularla  davranışımıza  yansıtmış  olacayıq. 

Dostumuzun  pul  verməkdən  imtina  etməsini  "var  idi,  bilərəkdən  ya  xəsisliyindən  vemədi"  kimi 

düşünsək, o zaman beynimizdə qəzəb, kin, nifrət, ədavət və.s kimi duyğular yaranacaq və biz otuz illik 

dostumuzla münasibətə son qoyacayıq.Yaxud əksinə "onun həqiqətən də pulu olmadığını, olsa mütləq 

verərdi"  fikrini  düşünsək  bizdə  əmələ  gələn  sədaqət,  inam,  mehribanlıq,  əminlik  kimi  duyğuların 

təsirilə  dostluq  münasibətlərini  davam  etdirəcəyik.  Davranışımızı  şərtləndirən  istər  zahiri,  istərsə  də 

daxili  nitq  məhsulu  olan  dil  duyğularımızın  davranışımıza  ötürülməsində  bir  vasitədir.  Beləliklə 

düşüncənin  ifadə  alətinin  dil  olmasını  nəzərə  alaraq  "3  d"  mexanizmini  "dil  və  düşüncə"  prosesinə 

tətbiq etsək, o zaman prosesin gölgədə qalmış "duyğu" amilini rahatlıqla görər və bu prosesin düşüncə

duyğu və dil kimi qarşılıqlı dinamik bir mexanizm olduğunu söyləyə bilərik. 

Duyğu indiki anda hiss üzvlərinə təsir edən əşya və hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin 

beyində inikasıdır. 

Deməli biz maddi aləmi düşüncəmizdə əks etdirir, duyğular vasitəsilə onun əlamətləri haqqında 

məlumat  alır  və  bu  məlumatlar  müxtəlif  dil  hadisələrində  əks  olunur.  Bu  prosesdə  dil  və  düşüncə 

münasibətlərində  özünü  göstərən  dialektik  əlaqə  dil  düşüncəsiz,  düşüncə  dilsiz  yarana  bilməz 

hökmünü  ortaya  qoyur.  Dil  və  düşüncə  asılılığı  fikrin  ifadəsi  üçün  lazımi  sözlərin  seçilərək  nitqdə 

təzahür  etməsinə  gətirib  çıxarır.  Beləliklə  düşüncəmizdən  doğan  duyğularımız  təfəkkür  süzgəcindən 

keçərək öz mənbəyini dildə tapan nitq aktında təzahür edir. Lakin varlığı nitqdə əks olunan dil ümumi 

olur,  nitq  isə  insan  təfəkküründən  asılı  olaraq  fərdi  xüsusiyyət  qazanır.  O  zaman  fərd  düşüncələrini 

götür-qoy  etməli,  duyğularının  fərqinə  varmalı  ki,  qüsursuz  nitq  aktını  həyata  keçirsin.  Düşüncə  və 

duyğularımızı idarə edə bilməsək də nitqimizdə təzahür edən dilimizi nizamlamaq imkanına malikik. 

Hər  hansı  hadisəyə  baxışımızdan  asılı  olaraq  pozitiv  və  ya  tamamilə  əksinə  olaraq  neqativ  duyğu 

yaranacaq və bu duyğu nitqimizdə də öz çalarını büruzə verəcək. Şüuraltından sızan gerçək duyğular, 

düşüncə  və  niyyətlər  dil  sürüşmələri  şəklində  ortaya  çıxacaq.  Nitqimizlə  ətrafımıza  hansı  mesajı 

veməyimizdən  asılı  olaraq  özümüz  haqqında  fikir  formalaşdırmış  olacaq  və  bizi  əhatə  edən  maddi 

aləmdən, dostlardan eyni emosiyaları qəbul edəcəyik.  



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

835



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCAN DİLÇİLİYİNDƏ ENANTİOSEMİYA HADİSƏSİ 

 

Aysel ABULOVA 

Sumqayıt Dövlət Universiteti 



sdu.qrup.974@hotmail.com 

AZƏRBAYCAN 

 

Söz  dilin ən  işlək  və  ən  məhsuldar  vahididir.  Dili  sözsüz  təsəvvür  etmək  çətindir.  Əlbəttə,  bəzi 

hallarda fikrimizi qeyri  – verbal üsulla da çatdıra bilərik, ancaq bununla belə, inkar etmək olmaz  ki, 

söz  dilin  leksik  sistemində  əsas  nitq  vahididir.  Fonetik  və  qrafik  cəhətdən sadə görünən  söz  əslində, 

çox  mürəkkəb  və  özünəməxsus  təbiətə  malikdir.  Belə  ki,  uzun  illərdir  müxtəlif  dilçilər  sözün  əsl 

mahiyyətini, onun əlamət və xüsusiyyətini, məfhuma münasibətini öyrənməyə çalışır və hələ də yekdil 

rəyə gələ bilmirlər.  

A.  Qurbanov  sözün  əsas  iki  vəzifəsinin  olduğu  qənaətindədir.  Belə  ki,  onun  fikrincə,  söz  – 

gerçəklikdə  baş  verən  müxtəlif  hadisələrin  adını  bildirməklə  yanaşı  məfhumları  da  ümumiləşmiş 

şəkildə  ifadə  edir.  Bəli,  əslində  bir  sözün  bütöv  bir  mənanı,  anlayışı  ifadə  etməsinin  özü  də  sözün 

qüdrətinə  dair  bir  işarədir.  Məna  dedikdə,  adı  çəkilən  məfhumun  xarici  və  daxili  forması,  əlamət  və 

keyfiyyətləri, funksiyaları və s. daxildir.  

Dildə  bir  mənanı  bir  neçə  söz  ifadə  edə  bilər.  Eyni  zamanda,  bir  sözdə  də  bir  neçə  məna 

əlamətinin  olması  mümkündür.  Ümumiyyətlə,  söz  və  məna  arasındakı  münasibət  bir  çox  dilçilərin 

maraq  dairəsində  olmuş  və  hər  bir  alim  bu  hadisəyə  müxtəlif  prizmalardan  baxmağa  çalışmışdır. 

Nəticə olaraq, dilçilikdə sözlərin məna qrupları adlanan ümimi bir anlayış yaranmışdır ki, bu anlayış 

sözlərin antonimliyini, omonimliyini, sinonimliyini, çoxmənalılığını özündə birləşdirir.  

Yuxarıda adlarını qeyd etdiyim dil hadisələri, geniş şəkildə tədqiq olunmuş və  ümumi bir rəyə 

gəlinmişdir.  Bizim  diqqətimizi  isə  dildə  mövcud  olan,  lakin,  Azərbaycan  dilində  geniş  tədqiq 

olunmayan enantiosemiya hadisəsi cəlb etmişdir. Enantiosemiya hadisəsi dilin lüğət tərkibində gedən 

prosesdir.  Bu  hadisə  eyni qrafik  formaya  malik  olub,  müxtəlif  məna  əlaməti  daşıyan  sözləri  öyrənir. 

Bu  xüsusiyyətinə  görə  onu  omonim  sözlərə  yaxınlaşdıran  və  bu  hadisəni  omonimliklə  eyni  bəhsdə 

verən  dilçilər  də  vardır.  Lakin,  enantiosemiya  hadisəsi,  eyni  fonetik  quruluşa  malik  olan  sözlərin 

tamamilə əks və bir – birinə zidd olan mənalarının olması ilə omonimlərdən kəskin fərqlənir. Bu məna 

fərqləri  onları  antonimliyə  də  yaxınlaşdırır.  Hətta  bəzi  dilçilərin  fikirlərinə  istinadən,  demək  olar  ki, 

enantiosemiya  hadisəsi  omonimliyin  içində  antonimlik  daşıyan  bir  dil  hadisəsidir.  Rus  dilçilərinin 

fikirlərinə  görə,  enantiosemiya  –  antonomiya  ilə  polisemiyanın  birləşərək  qarışmasını  özündə  əks 

etdirir,  iki  məzmun  planı  və  onlar  arasında  münasibətin  antonomik  xarakterinin  mövcudluğu  ilə 

xarakterizə olunur.  

Azərbaycan  dilinin  lüğət  tərkibində  xeyli  omonim,  antonim  və  sinonimlərin  mövcudluğuna 

baxmayaraq enantiosemik sözlər böyük hissə təşkil etmir. Alınma olaraq dilə daxil olan bir çox sözlər, 

müəyyən leksik-semantik dəyişməyə məruz qalmışdır. Belə ki, etimon dildə müəyyən anlayışı bildirən 

söz,  bizim  dilimizdə  tamamilə  əks  mənanı  bildirir.  Məs:  Tüllab  sözü  ərəbcə  tələbə  mənasındadır. 

Bildiyimiz  kimi,  tələbə  gələcəyin  ziyalı  təbəqəsi  və  cəmiyyətin  nurudur.  Lakin bu  gün  bu  söz  bizim 

dildə  vulqarizmdir  və  Azərbaycan  dilinin  izahlı  lüğətində  yüngül,  dəmdəməki,  bambılı  adam 

mənasında verilmişdir. Yaxud, farsca əhval – ruhiyyənin yaxşı olması anlamında olan və mənbə dildə 

heç  bir  neqativ  məna  kəsb  etməyən  sərxoş  sözü,  müasir  dilimizdə  piyan,  alkaş,  özünü  idarə  edə 

bilməyən mənası daşıyır. Ərəb dilində hiyləgər,kələkbaz mənalarında işlədilən dahi sözü, Azərbaycan 

dilində ağıllı,uzaqgörən, bacarıqlı şəxs mənasındadır və əlbəttə ki, ağıllı, uzaqgörən və rəğbət hissilə 

xatırlanan şəxsin kələkbazlıq etməsi ağlabatan hesab olunmur.  

Lakin  enantiosemiya  hadisəsi  eyni  dildə  bir  sözün  bir-birinə  əks  iki  mənada  işlənməsidir. 

Məsələn:  toy  sözü-xeyir  iş,deyib-gülmək,  şənlənmək  anlamlarını  ifadə  etdiyi  halda  ,toy  tutmaq- 

dalaşmaq,ağlatmaq,döymək mənalarındadır. Əlavə olaraq bu gün aktiv və ümumişlək söz olan yanmaq 

sözünü göstərə bilərik ki, bu söz əslində həm işığın yanması, həm də sönməsi anlamındadır. Belə ki, 

diqqət  etsək  görərik  ki,  biz  elektrik  işığını  yandırarkən  və  elektrik  lampasının  xarab  olduğunu 

bildirərkən eyni sözdən istifadə edirik. Bu hadisə frazeolji birləşmələrdə də daha aydın nəzərə çarpır. 

Can  vermək  sözünün  təhlilinə  nəzər  yetirəndə  məlum  olur  ki,  bu  sözü  biz  bir  –  birinə  zidd  olan  iki 

mənada; ölüm ayağında olan şəxsi ifadə edərkən, canını tapşırmaq, ölmək mənasında və hər hansı bir 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

836



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

hadisənin,  şəxsin  bizə  müsbət  təsirini  izah  edərkən  işlədirik.  Sözün  daxili  mənasını  açmaq  üçün 

nümunələrə  diqqət  yetirək:  Babam  artıq  can  verir…  Ana  öz  övladına  canından  can  verən  müqəddəs 

varlıqdır.  

Bəzən  dilçilər  bu  hadisəni  dilin  kasıblıği  ilə  əlaqələndirirlər.Alman  dilçisi  Karl  Abel 

enanteosemiya hadisəsini misir dilinin nümunəsində göstərərək misir dilində bu cür sözlərin yetırincə 

olduğuna diqqət çəkir, məsələnin başqa tərəflərini izah edir.Belə ki,hər sahədə yetərincə inkişaf etmiş 

misirlilər  leksika  sahəsində  də  kifayət  qədər  uğurlu  nəaliyyətlər  əldə  edə  bilərdilər.Dilçi  hadisənin 

fəlsəfi  məqamlarını  açaraq  bunu  dilin  kasıblığı  ilə  deyil,  fəlsəfi  düşüncə  ilə  bağlayır.Yəni 

enanteosemiya-dünyanın  iki  üzünü,  işiğın  və  qaranlığın,  insanın  dünyaya  gəlməsi  və  ölməsi  yəni 

həyatda olan bir-birinə zidd hadisələrin sözlərdə təzahür formasıdır.  

 Göründüyü  kimi,  enantiosemiya  maraqlı,  eyni  zamanda  tədqiqata  ən  az  cəlb  olunan  dilçilik 

hadisəsidir. Dilimizin lüğət tərkibini araşdırarkən belə sözlərə rast gəlmək mümkündür. Kiçik tədqiqat 

işində  sözlərin  və  təhlillərin  sayını  artırmaq  mümkün  olmadığından  yuxarıda  qeyd  olunan  sözlərlə 

kifayətlənməli  oluruq.  Lakin  aktuallığını  nəzərə  alaraq  gələcəkdə  bu  hadisəni  geniş  tədqiq  etmək 

arzusundayıq.  

 

 

AZƏRBAYCAN NİTQ MƏDƏNİYYƏTİNİN VƏ SİYASİ                



NATİQLİYİN GÖRKƏMLİ SİMASI - HEYDƏR ƏLIYEV 

 

Fatma İSAYEVA 

Sumqayıt Dövlət Universiteti 



sdu.qrup.974@hotmail.com 

AZƏRBAYCAN



 

 

Natiqlik  sənətinin  tarixi  çox  qədimdir.  Onun  yaranması  antik  dövrün  mütəfəkkiri  Siseron-dan 

başlayır. Natiqlik unikal bir sənət, ilahi vergi, ikinci “mən” deməkdir. Böyük siyasətçi və dip-lomat, 

dövlət  başçısı  üçün  natiqlik  olduqca  vacibdir.  Azərbaycanda  siyasi  natiqliyin  eləcə  də  natiqlik 

sənətinin  formalaşıb  inkişaf  etməsində  Heydər  Əliyevin  rolu  əvəzsizdir.  Natiqlik  müstə-qil 

Azərbaycanın  qurucusu  Heydər  Əliyevə  məxsus  fitri  istedadlardan  biridir.  Bu  onun  dövlətçi-lik 

təfəkkürünə yol açan vasitə idi. 

Heydər Əliyevin keçdiyi böyük ictimai-siyasi təcrübə məktəbi onun bir natiq kimi bu sə-nətin ən 

uca zirvəsinə qalxmasına imkan vermişdir. 

Heydər Əliyev həmişə deyirdi: “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən baş-

lıca amillərdəndir.” Heydər Əliyev onu da qeyd edirdi ki, öz ana dilini bilməyən adamlar şikəst adam-

lardır. Öz ana dilini bilən, sevən Heydər Əliyev natiqlik sənətini də bilən və sevən lider kimi tanınırdı. 

Natiqlik  sənəti  dil  faktlarından  düzgün  istifadə  bacarığıdır.  Heydər  Əliyev  dil  faktlarını  bilir,  onları 

düzgün qiymətləndirir və yerində onlardan istifadə edir. Heydər Əliyev siyasi natiq olaraq səs tonuna və 

intonasiyaya xüsusi məna verməyi bacarırdı. Bu natiqlikdə əsas şərtlərdən biridir. 

Heydər Əliyev həmişə və hər yerdə Azərbaycan dövlətini üstün tutmuşdur. Bu siyasi natiqlikdə 

olduqca önəmlidir. Heydər Əliyev siyasi nitqlərində dövlət işlərindən, dövlət əhəmiyyətli məsələlərin 

həllindən  danışırdı.  Onun  nitqində  dərin  məzmun  və  yüksək  ideyalılıq  duyulur.  Heydər  Əliyevin 

xalqla  bağlılığı  onun  nitqində  də  təzahür  edib.  Mən  buna  görə  də  onun  nitqini  böyük  bir  hərakatın 

proqramına bənzədirəm. 

Nizami Xudiyevin qeyd etdiyinə görə: “Hansı mövzuda məruzə və ya çıxış edirsə, yaxud söhbət-

fikir  mübadiləsi  aparırsa,  fərqi  yoxdur,  Heydər  Əliyevin  həmişə  mövzuya  dərindən,  yüksək 

professional  səviyyədə  bələd  olduğu  üzə  çıxır.  Konstitusiya  komissiyasının  iclasından  tutmuş 

yazıçılar,  sənət  adamları  ilə  görüşlərə  qədər  ən  müxtəlif  yığıncaqlarda  Azərbaycan  rəhbəri  özünü 

həmişə  olduqca  sərbəst,  olduqca  hazırlıqlı  və  olduqca  peşəkarcasına  aparır.  H.Əliyev  hər  hansı 

mövzuda məruzə, çıxış, yaxud söhbətə daim hazır olur.” 

Xalq şairimiz Bəxtiyar Vahabzadə haqlı olaraq yazır ki, fikrə görə söz tapılır, sözə görə fikir yox! 

Mənim  zənnimcə,  ulu  öndərimizin  dəyərli  fikirləri  qiymətli  sözlərlə  bəzədilmiş  zəngin  sarayı 

xatırladır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

837



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Heydər  Əliyev  diqqəti  məsələyə  cəlb  etmək  üçün  vəziyyəti  quru  rəqəmlər,  texniki  hesabat 

xarakterli mülahizələrlə deyil, olduqca səmimi sözlərlə təsvir edir. O, bir qayda olaraq, xalq arasında 

deyildiyi kimi “özündən danışır “. Onun nitqində yazı dilinin yorucu təsiri yoxdur. 

Nizami  Xudiyev  qeyd  etmişdir  ki,  Heydər  Əliyevin  nitqində  emosional  məqamların  meydana 

çıxması aşağıdakı şərtlərdən irəli gəlir: 

1) natiqin bir azərbaycanlı- şərqli olaraq xarakterindəki emosionallıq təzahürlərindən; 

2) Heydər Əliyevin şəxsi-fərdi psixologiyasından; 

3)  dövrün,  zamanın  mürəkkəbliyi,  ictimai-siyasi  hadisələrin  əsəbləri  daim  gərgin  saxlaması, 

gözlənilməz halların meydana çıxması və s.-dən. 

Heydər  Əliyev  nitqinin  emotiv  intonasiyası  çox  zəngindir,  lakin  qısa  müddət  ərzində 

Azərbaycana “rəhbərlik etmiş “ bəzi “başçı”lardan fərqli olaraq, həmin emotiv zənginliyi böyük ağıl, 

məntiq, idrak idarə edir. Onun nitqi haqqında belə deyirlər:”Onun nitqində intelektual təməli olmayan 

emosiya, demək olar ki, yoxdur.” 

Ümumiyyətlə,  hər  bir  natiq-istər  qüdrətli,  istər  orta  səviyyəli,  istərsə  də  zəif  olsun-öz  nitqində 

aşağıdakı üç aktı nümayiş etdirir: 

informasiya; 

məntiq; 


emosiya;  

Heydər  Əliyevdə  bunların  üçünü  də  müşahidə  etmək  olar.  O,  hər  bir  ideoloq,  həm  də  bir  natiq 

kimi  zəngin  informasiyaya  əsaslanır,  yəni həmin  informasiya  ilə  silahlanaraq  mənsub olduğu  xalqın, 

rəhbərlik etdiyi dövlətin mənafeyini müdafiə edir. Onun verdiyi informasiya o qədər zəngin olur ki, bu 

və ya digər sahəyə rəhbərlik edən mütəxəssisin verdiyi məlumatlarda nəyin doğru, nəyin yalan, nəyin 

isə qeyri-dəqiq olduğunu dərhal müəyyən edə bilir. 

O,düşünərək danışır, sanki bütün varlığı, düşüncəsi, emosiyası və daxili inamı ilə danışır. Nizami 

Gəncəvi bunu daha gözəl işıqlandırmışdı : 

Sözün qanadları var, quş kimi incə-incə, 

Dünyada söz olmasa, nəyə gərək düşüncə! 

M.T.Siseron  yazır  :  ”...Ancaq  müdrik  adam  həqiqi  natiq  ola  bilər.  Filosof  natiqdən  aşağı 

səviyyədə durur. Çünki hər filosof natiq ola bilmir, natiq isə filosofların öyrətdiyi bütün bilikləri əxz 

etməyi  bacarır.”  Natiq  düşünüb  danışaraq,  ətrafdakı  insanları  da  düşündürməyə  çalışmalıdır.  Natiqin 

nitqi  yorucu  olmamalıdır,  əks  halda  bu  dinləyicini  yora  bilər.  Heydər  Əliyev  bunu  nitqində  nəzərə 

alırdı.  O,  öz  fikrini,  ideyasını  yüksək  inamla  insanlara  aşılayırdı.  Heydər  Əliyevin  mimikası, 

pantomimikası, intonasiyası onun nitqinin təsir gücünü artırır. Onun nitqi hər zaman xalqını, dövlətini 

doğru yola, parlaq gələcəyə səsləmişdir. 

Natiqlik sənətinin yarandığı dövrdən indiyədək adını tarixlərə yazdıran Aristotel, Demosfen, Sise 

ron, Yuli Sezar kimi natiqlər vardır ki, bu gün də onların adı görkəmli natiqlər sırasında çəkilir. Heydər 

Əliyev də şərq natiqləri içərisində birinci hesab oluna bilər. Əminliklə demək olar ki, Azərbaycanda və 

yaxın Şərqdə siyasi natiqliyin ən nüfuzlu nümayəndəsi məhz ulu öndər Heydər Əliyevdir.  

 

 

ZƏRF HAQQINDA MÜLAHİZƏLƏR 

 

Qoşqar ƏMRAHOV 

Sumqayıt Dövlət Universiteti 



sdu.qrup.974@hotmail.com 

AZƏRBAYCAN



 

 

Bəzi türkoloqlar belə fərz edirlər ki, qədim türk dilində sifət olmamışdır. Lakin qədim türk yazılı 

abidələrində kifayət qədər əlamət bildirən sözlərin olması buna əsas verir ki, sifət türk dillərində çox 

qədim  tarixə  malikdir.  Misal  olaraq  Göytürk  yazılı  abidələrində  kağıt  –  bərk,  adgü  –yaxşı,  suçik  – 

şırın,  yablak  –  pis  ;  Qədim  Uyğur  dilində  yaş  –  təzə,  yeg-yaxşı,  tovrağ  –  cəld;  “Orxon  Yenisey” 

yazılarında  edgü-  yaxşı,  kara  – qara,  kök  –  göy  kimi  əlamət  bildirən  sözləri  qeyd  etmək  olar.  Əlisa 

Şükürlü bu cür sözləri əsli sifətlər adlandırmışdır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

838



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Tarixən  sifətlərin  daha  çox  əşyaya  aid  olmasına  baxmayaraq,  zaman  keçdikcə,  danışıq  dilinin 

formalaşması nəticəsində əsli sifətlər əşyanın əlaməti ilə bərabər hərəkətin də əlamətini bildirmişlər. 

Məs:  Ağıllı  düşmən  nadan  dostdan  yaxşıdır.  Rəsm  əsəri  çox  gözəl  işlənib.  Birinci  nümunədə  əlamət 

əşyaya,  ikincidə  isə  hərəkətə  aid  olmuşdur.  Lakin  sonralar  hərəkətin  əlamətini  bildirən  sözlər  zərf 

adlandırılmışdır. Halbuki, F.Zeynalov, C. Cəfərov, A.Həsənov kimi dilçi alimlər qeyd edirlər ki, “bir 

söz  yalnız  bir  nitq  hissəsinə  aiddir.”  Əgər  bir  söz  yalnız  bir  nitq  hissəsi  olursa,  bəs  nəyə  görə  biz 

əlamət  bildirən  əsli  sifətləri  hərəkətə  aid  olduqda  zərf  adlandırırıq?  Deməli,  yuxarıda  adlarını 

çəkdiyimiz alimlərin fikrinə əsasən, əslində, sifətlər 3 yerə bölünə bilər. 1) əşyanın əlamətini bildirən 

sifətlər 2) hərəkətin əlamətini bildirən sifətlər 3) həm hərəkətə, həm də əşyaya aid olan sifətlər.  

Mübahisəli hesab oluna bilən həm hərəkətə, həm də əşyaya aid olan sifətlərə nəzər yetirək. Bərk 

maddə,  möhkəm  hasar,  yaxşı  şagird,  şirin  nağıl,  acı  söz,  cəld  hərəkət,  ac  uşaq,  hündür  bina  və  s. 

Gördüyümüz  kimi,  bu  söz  birləşmələrində  əlamət  əşyaya  aid  edilmişdir.  Bərk  (möhkəm)  dayanmaq, 

yaxşı  oxumaq,  şirin  (acı)  danışmaq,  cəld  qaçmaq,  ac  (tox)  gəzmək,  hündür  (alçaq)  görünmək  və 

s.nümunələrdə isə əlamət hərəkətə aid edilir.  

Ikinci məsələ isə, bizim düzəltmə zərf adlandırdığımız –ca,-cə, -la, -lə, -akı,  

-əki,  -ən,  -anə,  -  yanə  şəkilçilərinin  köməyi  ilə  yaranan  sözlərdir.  məs:  rusca,  cəsarətlə,  çəpəki, 

daxilən, şairanə və s. Şəkilçilərin təhlilinə nəzər yetirsək görərik ki, əslində, 

-ca  qüvvətləndirici  ədat,  -la

ilə  qoşmasının  şəkilçiləşmiş  variantı  (qeyd  etmək  lazımdır  ki,  ilə 



protürk  dövründə  əsli  qoşma  kimi  “birla”  adlandırılırdı),  -akı

2

  tarixən  qoşmanın  yönəlmə,  istiqamət 



mənası bildirən növü, -an

2

 şəkilçisi ədatın qüvvətləndirmə məna növü, sonuncu -anə, - yanə şəkilçiləri 



isə bənzətmə qoşmasıdır. Dilimizdə belə bir qayda mövcud deyil ki, iki nitq hissəsinin birləşməsindən 

bir  düzəltmə  söz  yaransın.  İki  sözün  birləşməsindən  ya  mürəkkəb  söz,  ya  da  söz  birləşməsi  yarana 

bilər. Belə olduğu halda niyə bu cür sözləri düzəltmə zərf adlandırırıq? Bundan əlavə “indi” sözü də 

Y. Balasaqunlunun “Qutadqu bilik” əsərində ədat funksiyasını yerinə yetirmişdir. Beləliklə, əsli zərf 

adlandırılan sözlərin tarixini, mənşəyini araşdırdıqda onların başqa nitq hissələrindən “oğurlandığının” 

şahidi oluruq.  

Kiçik  araşdırmanın  nəticəsi  olaraq  bizdə  bir  sual  yaranır.  Əgər  dilimizdə  sadə  zərf 

adlandırdığımız sözlər əslən sifətdirsə, bu sözlərin mənşəyini araşdırarkən onların əslində başqa nitq 

hissəsi  ola  bilmə  ehtimalı  daha  yüksəkdirsə  və  zərf  düzəldən  şəkilçilər  köməkçi  nitq  hissələrinin 

şəkilçiləşmiş variantıdırsa, görəsən, əsas nitq hissəsi kimi zərfə ehtiyac varmı? 

 

 

 



 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin