Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə9/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   5   6   7   8   9   10   11   12   ...   189

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

819



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

tənəffüs  orqanı.  Fars  sözüdür.  Yerinə  bağır  sözü  də  işlənir.  Ciyər  somatizmini  slenq  (yeni  məna 

qazanan  və  müxtəlif  insan  qrupları  arasında  işlənən  sözlər)  hesab  etmək  olar.  Slenq  kimi  dilimizdə 

qadına, qıza xitabən işlənir.Dalaq– qarın boşluğunun sol tərəfində olub, qan kürəcikləri hazırlayan və 

bu  proseslə  bağlı  başqa  mürəkkəb  vəzifələr  görən  bədən  üzvü.  Ona  sulaq  da  deyilirdi.  B.Əhmədov 

yazır ki, dalaq anlayışı mənbələrdə müxtəlif sözlərlə ifadə olunmuşdur: dal, ayranlıq, sulaq, göy bağır

Bu  sözlər  dalağın  müxtəlif  əlamətlərinə    (göy  rəngdə,  çıxıntı  şəklində  olması,  artıq  qanı  özündə 

saxlaması və s.)  görə işlədilmişdi. Alim dalağın həm də sancı sözünün sinonimi kimi işlədildiyini də 

qeyd  edir.  Məsələn,  Paltar  bədənimi  dalayır.  Böyrək–insan  və  heyvanlarda  sidik  ifraz  edən  bədən 

üzvü.  Qırğızca  dağ  yamacında  çala,  çuxur  deməkdir.  B.Əhmədova  görə,  somatizm  “üstü  örtülü” 

(bükülü) mənasını əks etdirib, bükmək, bürümək feilləri ilə əlaqəlidir. 

Bud–qıçın  çanaq  sümüyü  ilə 

dizə  qədər  olan  hissəsi.  “Qədim  türk  lüğətində”  omonim  sözdür:  1)  Merkuri  planeti,  2)  Merkuri 

planetinin  günü  –  çərşənbə.  Baldır–  qılçanın  dal  tərəfində  diz  ilə  topuq  arasındakı  ətli  hissə. 

M.Kaşğarinin  divanında  baldırın  daha  bir  mənası  qeyd  olunmuşdur:  dağın  burun  kimi  çıxan  yeri. 

Somatizm Ağbaldır, Qarabaldır kimi dağ adlarında da bu mənanı daşımaqdadır. B.Əhmədovun “Qısa 

etimoloji  lüğəti”ndən  digər  mənalarını  da  öyrənmiş  oluruq:  1)  qohum,  2)  qol-qanad,  3)  ərin  kiçik 

baldızı. Topuq–  baldır  sümükləri  ilə  pəncə  sümüklərinin  birləşdiyi  yerdə  yanlara  çıxan  oynaq.  El 

arasında ayağa geyilən şeylərin dabanı da topuq adlanır: topuqlu ayaqqabı. Somatizminin bu mənası 

kalka yolu ilə türk dilindən keçmişdir. “Qədim türk lüğəti”ndə onun digər mənası kürə, top deməkdir. 

Güman ki, bu bədən üzvü top kimi yumru olduğu üçün belə adlandırılmışdır.Yanbız– ayağın çanaqdan 

dizə qədər olan hissəsi, omba, yan. B.Əhmədov bu somatizmin mənşəyi haqqında yazır ki, o, yan və bud 

kəlmələrindən  yaranıb,  yanbud  kimi  olub,  sonra  son  samit  dəyişib.  Onun  başqa  ehtimalına  görə  isə,  söz 

mənbələrdə yanbaş şəklində də verilib, “ayağın yan tərəfinin yuxarı (baş) hissəsi” kimi açıqlanıb, yanbaş isə 

təhrif  nəticəsində  yanbuz  formasına    düşüb.Bilək–    qolun  dirsəkdən  ələ  qədər  olan  hissəsi. 

B.Əhmədova görə, bilək sözü əvvəllər bağlaq formasında olmuşdur. Çiyin–bədənin boyundanqollara 

qədər olan hissəsi. Paltarın çiyinləri örtən hissəsi də çiyin adlanır. “Qədim türk lüğətində” qar sözünün 

digər  mənası  da  çiyindir.Kuznetsovun  müəllifi  olduğu  “Rus  dilinin  böyük  izahlı  lüğəti”ndə  verilən 

təkmənalı  somatizmlər  bunlardır:  Спина–Gövdənin  boyundan  oma  sümüyünə  qədər  olan  arxa 

(heyvanlarda  yuxarı)  hissəsi.  Danışıqda  metaforik  mənaları  da  işlənir:  1)  belin  paltarı  örtən  hissəsi,  2) 

nəqliyyat vasitəsi, mebel əşyası və s.-nin yuxarı hissəsi, tərəfi. Dialekt forması спин-dir. Güman edilir ki, 

qədim  polyakcadakı  spina  sözü  vasitəsilə  latın  dilindəki  spina-dan  alınmışdır.Живот  –insan  və 

heyvanların  həzm  orqanlarının  yerləşdiyi  bədən  hissəsi.  Çox  zaman  mədə  olaraq  da  işlənir. 

A.Sitnikovaya  əsaslansaq,  leksik-semantik  yolla  живот  –  həyat  sözünün  əsasında  yaranmışdır. 

Arxaik mənaları: 1) həyat, 2) ev heyvanı (adətən at). 



Печень –insan və heyvanların həzm prosesi, 

maddələr mübadiləsi və qan dövranında iştirak edən böyük vəzi. Həm də bəzi heyvan və quşların bu 

orqanı  qida  məhsuludur.  Ümumslavyan  dilindəki  печи  sözündəndir:  hərfi  mənada  “qızardılmış” 

deməkdir. 



Легкие – döş boşluğunda yerləşən nəfəs orqanı (insan və onurğalı heyvanlarda). Son 

zamanlar  bəzi  Hind-Avropa  dillərində  olduğu  kimi  rus  dilində  də  metaforikləşərək  yeni  məna 

qazanmışdır: (зеленые) легкиегорода– şəhərin ciyərləri, yəni parkları. Ümumslavyan dilindəki лъга– 

“yüngüllük”, “azadlıq” kökündəndir. 



Селезенка  –onurğalı heyvanların  və insanın qarnında  yerləşən, 

qanın  yaranmasında,  maddələr  mübadiləsində  və  orqanizmin  müdafiə  reaksiyalarında  iştirak  edən  orqan. 

Protoslavyan dilində “selezenь”, “selzenь” şəklində rast gəlinməkdədir.   Ладонь 

– 

əlin 



içi. 

E.M.Murzayevin lüğətində bir neçə mənası göstərilmişdir: 1) yerin hamar səthi, düzənlik, 2) çay, göl 

və s. su hövzələrinin və ya təzyiqsiz yeraltı suların səthi, 3) taxıl döyülən yer. Əvvəllər uzunluq ölçü 

vahidi  kimi  işlənirdi.  Долонь  sözündəndir,  дол  “aşağı”,  долина,  ладонь  “əlin  barmaqlarla  ovucun 

daxil olduğu aşağı hissəsi” deməkdir. 

Запястье  –  əlin  bazuönünə  bitişik  hissəsi.  Köhnəlmiş 

mənası  biləklik,  qolbağdır.  Sözün  kökü  “пяст”  qədim  rus  dilində  əlin  biləyə  qədər  olan  hissəsi, 

yumruq  deməkdir.  Лодыжка  –  yanlara  doğru  çıxan,  ayağın  baldır  sümükləri  ilə  ayaq  sümüklərinin 

oynağı. Голень–  ayağın  (heyvanlarda  arxa  ətrafların)  dizdən  pəncəyə  qədər  olan  hissəsi.  “Голый” 

sözündən alınmışdır, ilkin olaraq “çılpaq sümük” mənasını verirdi. 

Таз  –  aşağı  (heyvanlarda 

arxa) ətraflara söykənən və onurğa sütununa dayaq olaraq xidmət edən sümük qurşağı. Geniş, eləcə də 

dayaz olan, yumru və ya oval formalı qab da eyni sözlə ifadə olunur. Türk dilindəki tas – kasa, piyalə 

sözündən alınmışdır. 

 

 

 



 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

820



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

BARMAQ ПАЛЕЦ SOMATİZMİNİN SEMANTİK                                     

VƏ SİMVOLİK TƏRƏFLƏRİ

 

 



Elnarə MƏMMƏDOVA 

Bakı Slavyan Universiteti 



mamedova.elnara@lenta.ru 

AZƏRBAYCAN 



 

Barmaq  sözü  Azərbaycan  dilində  polisemantik  sözlərdən  biridir.  Azərbaycan  dilinin  izahlı 

lüğətində  onun  doqquz  mənası  qeyd  olunmuşdur:  1.  İnsanın  və  bəzi  heyvanların  əl  va  ayaqlarının 

qurtaracaqlarındakı  beş  mütəhərrik  üzvdən  hər  biri.  2.  Maşın  və  mexanizmlərin  milə  oxşar  girdə 

hissəsi – detalı. 3. Təkərlərin dəndənəsindən çənbərinə qədər uzanan çubuqların hər biri. 4. Məhəccər, 

sürahi  ağacı.  5.  Yaba  və  şananın  hər  bir  dişi,  ucu.  6.  Barmaq  uzunluğunda,  barmaq  boyda.  [Kərim 

baba]  çubuğun  ortasından  iki  barmaq  qədər  kəsib,  üstünü  götürdü.  A.Şaiq.  //  Adətən  “bir”,  “bircə” 

sözləri ilə - azacıq, çox az, çox kiçik, çox xırda, bir tikə. Beləcə Mahmud bircə barmaq kağız tapmaq 

fikri  ilə  yan-yörəsinə  baxa-baxa  su  başına  çatdı.  Ə.Əbülhəsən.  //  Qatı  bir  mayeyə  batırıldıqda  bir 

barmağın aldığı miqdar. Bir barmaq  doşab. – [Qaymaqdan] bir barmaq yediyi üçün Nadiri döyürlər, 

söyürlər. Mir Cəlal. 7. Şeirdə: heca ölçüsü, misralardakı hecaların sayına əsaslanan ölçü. 8. Çalğıçının 

əsas musiqi melodiyasına uyğun olaraq əlavə etdiyi ahəng. 9. Tənək, nar və s. bu kimi kolların, yaxud 

çiçəklərin şitil çubuğu. Rus dilində barmağın leksik mənası belə xarakterizə olunur: “insanın əl və ya 

ayaq  pəncələrinin  beş  hərəkətli  uc  hissələrindən  biri”.  Onun  digər  mənaları:  1.  Heyvan  və  quşların 

pəncələrinin  qurtaracağında  yerləşən  üzv.  2.  Əl  barmağına  geyilən  əlcəyin  hissəsi.  3.  Mexanizmin 

hərəkət  edən  ucluqlarından  birinə  bərkidilən  və  digərinin  fırlanmasına  ox  kimi  xidmət  edən  dairəvi 

formalı  diyircək  və  ya  çubuq.  Əski  çağlarda  insanlar  ölçü  və  hesab  aparmaq  üçün  öz  bədən 

üzvlərindən istifadə edirdi. Bunlar əl və ayaq kimi üzvlər, eləcə də onların hissələri idi: ovuc, dirsək, 

qulac (qolac), barmaq. Barmaq uzunluq ölçü vahidi kimi işlənib, bir barmağın uzunluğuna bərabər idi. 

Qədim şumerlərin müəllifi olduğu “Əkinçinin təqvimi”ndən məlum olur ki, onlar da barmaqdan ölçü 

vahidi kimi istifadə etmişlər: “Torpaq şumlayana hər qaruşda səkkiz şırım çəkmək məsləhət görülür. 

O  gözləməlidir  ki,  toxum  torpağa  “iki  barmaq”  dərinliyində  düşsün”.  Qeyd  edək  ki,  Amerika 

şumerşünası  S.Kramer  əsəri  tərcümə  edərkən  barmaq  sözünü  olduğu  kimi  saxlamışdı.  Rus 

mədəniyyətində də ölçü vahidi kimi barmaqdan istifadə olunmasını смизинец (barmaq qədər, bir az) 

ifadəsi  təsdiq  edir.Toponimiyada  barmaq  zirvə,  iti  yüksəklik,  təpə,  sütunlu,  fiqurlu  aşınmalar 

deməkdir.  Siyəzən  rayonu  ərazisində  Beşbarmaq  dağı  vardır.  Güman  olunur  ki,  zirvəsinin  əl 

barmaqlarına oxşadığına görə belə adlandırılmışdı. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində 

qeyd olunur ki, bu dağ ilk dəfə Barmak adı ilə IX əsrdə müdafiə divarı kimi xatırlanır. XVIII əsrdə 

Quba  xanlığında  isə  Barmaq  mahalı  olmuşdur.  Kiprdə,  Türkmənistanda  da  Beşbarmaq  toponimləri 

qeydə alınmışdır. Rus dilində barmaq somatizminin toponimiyada rastlanan mənalarına diqqət yetirək: 

ucu  sivri  qaya,  zirvə;  ayrıca  sütunvari  qala.  Əlçatmaz,  çətinliklə  keçilən  qayalardan  ibarət  zirvələrə 

deyilən чертовпалец– şeytan barmağı  xalq deyimi də buradandır. Палец termini həm də digər çaya 

tökülən kiçik çay mənasına da gəlir. 

Azərbaycan və rus dillərində əl və ayaq barmaqları eyni sözlə ifadə olunur. Lakin bəzi dillərdə, 

nümumə  olaraq  ingilis  dilində  əl  barmaqları  “fingers”,  ayaq  barmaqları  isə  “toes”  adlanır.    Hər  bir 

normal  insan  beş  barmağa  sahibdir  və  bu  barmaqların  hər  birinin  öz  adı  var:  baş  barmaq-

большойпалец,  şəhadət  (işarə)  barmağı-указательныйпалец,  orta  barmaq-среднийпалец,  adsız 

barmaq-безымянныйпалец, çeçələ barmaq-мизинец. Ayağın kənarlarında  yerləşən barmaqlar baş və 

çeçələ barmaq olaraq adlandırılır. Digərləri isə müvafiq olaraq baş barmaqdan sonra ikinci, üçüncü və 

dördüncü  barmaqlar  adlanır.  Rus  dilində  də  bu  eynən  belədir.  M.Kaşğarinin  lüğətində  barmaq 

somatizminin ərnəkərngəkvariantlarına təsadüf olunur. Burada belə bir məsəl də qeyd olunur: “Beş 

ərnqək tüz ərməs” –  beş barmaq bir olmaz. 

 B.Əhmədov yazır ki, bəzi türk dillərində ulu ərnək – 

baş barmaq,  suq ərnək isə şəhadət barmağıdır. M.Kaşğari lüğətində  çıçalak çeçələ barmaq,  çıçamuk 

adsız barmaqdır. C.Kloson bu kəlmələri çıç (kiçik) kökünə bağlayır. Kitabi-Dədə Qorqud dastanında 

çeçələ  barmaq  olaraq  sırçabarmağın  adı  keçir:  “Oğlum  idigin  andan  biləyim,  sırça  parmağını 

qanatsun,  qanını  dəstmala  dürtsün,  gözümə  sürəyin,  açılacaq  olursa,  oğlum  Beyrəkdir!”  Çeçələ 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

821



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

barmağın Biləsuvar dialektində  culubarmaq, Xanlar dialektində isə  sərçələ variantlarına rast gəlinir. 

B.Əhmədov  çeçələ  barmaq  haqqında  yazır:  “bu  barmağın  adı  mənbələrdə  çiçamuq,  çocuq,  çoşqa 

formalarında da qeyd edilmişdir (Qaqauzlar buna ən kiçik barmaq deyirlər). Hər üç sözün kiçik mənası 

vardır. Bunlardan biri – çiçamuq sözü fonetik baxımdan çeçələ sözünə daha çox yaxındır”.  

Qədim  dövrlərdə  rus  dilində  barmaq  sözünün  əvəzinə  indi  arxaik  sözə  çevrilmiş  перст  sözü 

işlənirdi. Müxtəlif səslənməyə malik olsa da, həmin kökdən olan  перст sözünün müxtəlif variantları 

hal-hazırda əksər slavyan dillərində istifadə olunmaqdadır. Bu sözə İncilin dilində də rast gəlinir. Belə 

ki, xain Foma yalnız İsanın yaralarına barmaqları ilə toxunduqdan sonra onun dirildiyinə  inanacağını 

söyləmişdi.  “Вложитьперстывязвы”  frazeologizmi  də  İncildəki  bu  əfsanə  ilə  bağlı  olub,  ağrıyan, 

zəif  yerə  toxunmaq  mənasına  gəlir.  Rus  dilində  перст  komponentli  işləkliyini  itirən  digər 

frazeologizmlər  də  var:перстпровидения,  перстбожий,  перстрока  (судьбы)-taleyi  öncədən 

müəyyənləşdirən  sirli,  mistik  bir  şey  barəsində,  перстоперстнеударить  (неколонуть)-bir  şey 

etməmək,  qabağını  almamaq,одинкакперст-tənha,  kimi-kimsəsi  olmayan.  Ümumiyyətlə,  barmaqlar 

əlin hissələri olduğundan çox zaman onunla oxşar və eyni simvolik məna daşıyırlar. Buna baxmayaraq 

əl  barmaqlarının  hər  birinin  özünəməxsus,  təkrarolunmaz  rəmzi  mənası  da  var.  C.Kuper  “Simvollar 

ensiklopediyası”nda barmaqların simvolikliyi ilə bağlı maraqlı faktlar açıqlayır. Belə ki, baş barmaq 

hakimiyyət və onun ötürülməsini simvolizə edir. Yuxarı qaldırılmış baş barmaq xeyir qüvvəni, uğuru 

və  düz  iradəni;  aşağı  salınmış  isə  onun  əksini  bildirir.  İşarə  edən  barmaq  maqik  gücü  və  ya  ziyan 

verməyi  bildirir.  Ağızın  üzərinə  gətirilən  barmaq  susmaq  və  ya  düşünmək,  ya  da  xəbərdarlıq 

simvoludur. Xeyir-dua zamanı qaldırılan barmaqlar mənəvi güc işarəsidir. Qaldırılan iki barmaq təlim 

və ya mühakiməni təcəssüm etdirir. İşarə və çeçələ barmaqlarının qaldırılması pis nəzərdən qoruyur, 

lakin insana yönələrsə, onda təhqirdir. Xristianlarda xeyir-dua zamanı qaldırılan üç barmaq Müqəddəs 

üçlüyü təcəssüm etdirir. 

Ələm (xəmsə) müsəlmanlarda və yəhudilərdə əl formasında olan bir həmayildir ki, Allahın əlini, 

ilahi gücü, uzaqgörənliyi və səxavəti təcəssüm etdirir. Baş barmaq Peyğəmbəri, digər barmaqlar onun 

dörd yoldaşını: işarə barmağı – Fatiməni, orta barmaq – Əlini, adsız və çeçələ barmaqlar – Həsən və 

Hüseyni bildirir.  Allah Qiyamət surəsinin 3-cü və 4-cü ayələrində buyurur: “Məgər insan elə güman 

edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da 

(barmaq  sümüklərini  də,  barmaqlarının  uclarını  da)  düzəltməyə  qadirik!”  Quranda  qeyd  olunan 

barmaq  ucları  onun  sahibinin  individuallığını  vurğulayır.  Belə  ki,  hər  bir  insan  fərqli  barmaq  izinə 

malikdir, yəni bir insanın barmaq izi digər insanın barmaq izinə əsla bənzəməz.  



 

 

AZƏRBAYCAN DİLİNDƏKİ PREDSEDENT ONİMLİ GENDER 

FRAZEOLOGİZMLƏRİNİN LİNQVOPRAQMATİK VƏ KOQNİTİV 

XÜSUSİYYƏTLƏRİNƏ DAİR 

 

Kəmalə ƏLİYEVA 

Gəncə Dövlət Universiteti 

ekrq1991@mail.ru 

AZƏRBAYCAN 

 

Məlumdur  ki,  predsedent  onim  anlayışı  müəyyən  bədii  obrazın,  real  tarixi  şəxsiyyətin  ehtimal 



edilən və ya gerçək həyat hekayəsinə, şahidi və ya iştirakçısı olduğu hadisə ilə özləşməsinə istinadən 

yaranmış  stereotipikləşməni  ehtiva  edir.  Y.A.Naximovanın  da  haqlı  olaraq  qeyd  etdiyi  kimi, 

“predsedent onimlər postmodern epoxasının, dövrünün kommunikasiyasında mühüm rol oynayan və 

eləcə də möhtəşəm ənənə və tarixə malik olan intertekstuallığın vacib arselanı” təşkil edir (Нахимова 

Е.  А.  Прецедентные  онимы  в  современной  российской  массовой  коммуникации:  теория  и 

методика  когнитивно-дискурсивного  исследования.  Екатеринбург,  2011.  276  c.    ;  6).  O.S. 

Axmanova  və  İ.V.Gyubbenetin    təklif  etdiyi  “şaquli  kontekst”  nəzəriyyəsinin  (Ахманова  О.С., 

Гюббенет  И.В.  «Вертикальный  контекст»  как  филологическая  проблема  //  Вопросы 

языкознания. 1977. - № 3. с.47-54) davamı kimi meydana çıxmış “predsedent mətn” konsepsiyasının 

müəllifi – Y.N.Karaulovun tədqiqatlarından (Караулов Ю. Н. Русский язык и языковая личность. – 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

822



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

М.: Наука, 1987, 264 с.) məlum olan bu anlayış daha sonralar bəzi araşdırıcılar tərəfindən “bədii onim” 

formatında dəyərləndirilmişdir ki (Сухарева О. В. Коннотативность художественных онимов ан-

глийского языка, диссер…канд.филол.наук., 2014, 273 с. ; səh.18, 50-53), zənnimizcə bu istilah elmi 

anlayışın mahiyyətini tam əks etdirmədiyindən yetərsizdir (belə ki, predsedent onim təkcə bədii əsər-

lərə deyil, tarixi gerçəkliyə əsaslandığından bu istilahlar arasında bərabərlik işarəsi qoymaq olmaz).  

Gender  münasibətlərini  ifadə  edən  predsedent  onimli  frazeoloji  vahidlərin  ən  spesifik 

cəhətlərindən  biri  onların  böyük  əksəriyyətinin  konkret  dil  daşıyıcılarının  dünyanın  dil  mənzərəsinin 

tərkib hissəsi olması və kənar, yad toplum nümayəndələri tərəfindən bir çox halda adekvat qavranıla 

bilməməsilə  bağlıdır.  Başqa  sözlə  desək,  prdesedent  onimli  gender  frazeologizmlərinin  koqnitiv 

özəllikləri  “bir  könüldən  min  könülə  vurulmaq”,  “qəlbini  çalmaq”,  “ürəyini  vermək”  və  s.  bu  kimi 

frazeologizmlər kimi asan semantik deşifrə oluna bilən frazeoloji vahidlər sırasına daxil edilə bilməz. 

Məsələn,  rus  dili  və  bir  çox  digər  Avropa  xalqlarının  dilləri  üçün  işləkliyilə  seçilən  “быть 

ловеласом”  frazeoloji  vahidinin  həmin  toplumlar  üçün  açıq  semantik  kodlaşma  nümayiş  etdirməsi 

coğrafi  və  bir  çox  halda  genealoji  (Hind-Avropa  dil  ailəsinə  aidlik  baxımından)  ortaq  mədəniyyət 

faktoru  ilə  izah  edilə  bilər.  Belə  ki,  “arvadbaz  olmaq”,  “qadın  aludəçisi  olmaq”,  “qadınları  yoldan 

çıxaran  şəxs  olmaq”  anlamlarını  ifadə  edən  və  Azərbaycan  dilindəki  “şöorgözlük  eləmək” 

frazeologizminə yaxın anlam kəsb edən  быть ловеласом gender frazeologizmi Lovelas predsedent 

oniminə istinad edir. Məlum olduğuna görə, bu onim Semuil Riçardsonun (1689-1761)müəllifi olduğu 

və  1748-ci  ildə  işıq  üzü  görmüş    “Klarissa  Qarlou”  (Clarissa,  or,  the  History  of  a  Young  Lady) 

romanının  baş  qəhrəmanlarından  biri  –    Robert  Lovelace    obrazına  istinad  edir  (Ловелас  // 

Энциклопедический  словарь  крылатых  слов  и  выражений.  М.:  «Локид-Пресс»  Вадим  Серов 

2003 http://www.endic.ru/winged/Lovelas-401.html ). 

Azərbaycan  dilinin  frazeoloji  sistemində  yer  alan  “Leyli-Məcnun  olmaq”,  “məcnunluq  eləmək” 

kimi gender frazeologizmlərini də predsedent onimli ifadələr sırasına aid etmək olar.  Leyli-Məcnun 



olmaq-  to  love  one  another  madly  /  to  love  someone  to  distraction  /  to  love  as  Romeo  and  Juliet  – 

любить  друг  друга  до  безумия  (Лейли  и  Меджнун  -  образы  безумно  влюблённых  в 

одноименной  восточной  легенде  (Физули,  Низами  Гянджеви),  Ромео  и  Джульетта  -  образы 

безумно  влюблённых  в  одноименной  повести  В.  Шекспира)  (Vəliyeva  N.Ç.  Azərbaycanca-

ingiliscə-rusca frazeoloji lüğət, Bakı: Nurlan, 2006; s.509), Məcnun olub çöllərə düşmək – to be mad 

for  love  to  someone  –  бродить  по  степям  (обезуметь  от  любви),    Məcnuna dönmək  –  1. to  love 

someone  madly  –  влюбиться  до  безумия;  2.  to  become  senile  /  to  grow  decrepit  –  опуститься 

(иметь  растрёпанный  вид)  (Vəliyeva  N.Ç...  ;    s.579).    O.V.Suxareva  ingilis  dilindəki  Romeo  and 



Juliet    (a  pair  of  tragic  lovers,  star-crossed  lovers)  “bəxtsiz  gənc  sevgililər”,  to  Romeo  and  Juliet 

valideynlərindən  xəbərsiz  gizlicə  görüşmək”  Сухарева  О.  В.  Коннотативность  ...  ;  201,  138  ) 

gender frazeologizmlərini bu sıraya aid etmək olar. 

Bu  mənada  müxtəlifsistemli  ingilis,  fransız,  rus  və  tatar  dillərində  antroponimli    frazeolo-

gizmlərin  leksik-semantik  və  funksional  özəlliklərini  araşdırmış  Z.P.Zahirovanın  gəldiyi  nəticəylə 

razılaşmamq olmaz. Tədqiqatçı qeyd edir ki, “frazeologiyada milli-mədəni domananta kimi fəaliyyət 

göstərən  xüsusi  adlar  bu  və  ya  digər  xalqın  xarakterik  cəhətlərini  müəyyənləşdirməyə,  ümumiyyətlə 

onun (millətin – K.Ə.) milli xarakterini təsbit etməyə, habelə həmin xalq(lar)a xas dünyanın frazeoloji 

mənzərəsini  tərtib  etməyə  imkan  verir.  Frazeologiyada  təzahür  tapan  dünyanın  dil  mənzərəsinin 

özünəməxsusluğunu  ortaya  çıxartmaq  üçün  ...  hadisə  və  ya  anlayışların  obrazlı  adlandırılmasına 

xidmət edən və frazeologizmlərin formalaşmasını mümkün edən istinad materialını müəyyənləşdirmək 

vacibdir” (Загирова З. Р. Лексико-семантические и функциональные параметры антропонима в 

составе  фразеологической  единицы  в  английском  языке  (в  сопоставлении  с  французским, 

русским  и  татарским),      ;    s.17).    Məsələn,  N.Vəliyevanın  üçdilli  frazeoloji  lüğətində  qeyd  edilən 



erkək  Tükəzban  –  an  iron-willed  lady  –  железная  леди  /  бой  баба  (  N.Vəliyeva  ;  s.323)  gender 

frazeologizmini qeyd edilən koqnitiv aspektdən dəyərləndirək. Ekzempilifikat adlar (ingilis dilli elmi 

terminologiyaya  görə:  Placeholder  name)  sayılan    (bax:  Экземплификанты  и  метапеременные 

http://www.tramvision.ru/words/exemplificant.htm ) Tükəzban, Fatma, Əli, Vəli, Pirvəli (rus dilində: 



ИванИлья,  ingilis dilində John, Jane,Jack, Jill ) tipli şəxs adları mahiyyət etibarilə “sıradan bir 

adam”, həmin xalqa, topluma xas “adi bir fərd”, “sadə vətəndaş” və ya gender fərqləndirməsinə görə 

“adi qadın”, “adi bir kişi” anlamını əks etdirir. Məsələn, Əli aşından da etmək, Vəli aşından da, Əli 

aşından da olmaq, Vəli aşından da Əlinin papağı Vəlinin başında, Vəlinin papağı Əlinin başında,  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

823



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Azərbaycan  dilində  olduğu    kimi,  ingilis  və  rus  dillərində  də  gender  frazeologiyasında  həmin 

aekzemplifikat  işləkliyini  müşahidə  etmək  olar.  Məsələn,  “Bir  qız  bir  oğlanındır”  frazeologizminin 

analoqu kimi işlənən:  every Jack has his Jill frazeoloji vahidini, rus dilində  “Evdə xoruz, çöldə fərə”  

gender frazeologizminin semantik analoqu olan «И людях Илья, а дома свинья» ifadəsində, habelə 

onun  antonimi  olan    «ДомаИлья,  в  людях  –  свинья»  ifadəsində  Bu  mənada  təsadüfi  deyil  ki, 

ekzemplifikat adlar təkcə frazeoloji sistemdə, o cümlədən gender frazeologizmlərində deyil, eləcə də 

gender  problemlərini  ifadə  edən  bədii  əsərlərdə  ümumiləşdiilmiş  obrazlar  kimi  istifadə  olunur 

(məsələn,Tacirlərimiz Sоnyalara bənd оlacaqmış, – Bədbəxt Tükəzbanları nеylərdin, ilahi?! ).   

Azərbaycan dilindəki “At Balaxanım!” (mare / horsy / equine – Невеста в пол-осьма аршина, а 

поперёк  себя  половина.  /  Невеста  четырнадцати  вершков  в  отрубе.  /  Баба-лошадь,  баба-конь, 

перескачет  через  тын)    (N.Vəliyeva...;  98)  frazeologizmini  də  predsedent  onimli  gender 

frazeologizmi statusunda dəyərləndirmək olar. Belə ki, burada məhz gender münasibətləri zəminində 

dəyərləndirmədən söhbət gedir.  

 

 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin