Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə1/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed




Biokimyadan mühazirələr. 
MƏRUZƏÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu 
 
MÖVZU 1. GİRİŞ. BİOLOJİ KİMYA FƏNNİ, MƏQƏD VƏ VƏZİFƏLƏRİ,
ƏHƏMİYYƏTİ, DİGƏR ELMLƏRLƏ ƏLAQƏSİ 
 
P L A N 
 
1. Bioloji kimya fənni, predmeti, məqsəd və vəzifələri 
2. Bioloji kimya fənninin yaranma tarixi
3. Biokimyəvi proseslər, onların getmə şəraiti, mexanizmi 
4. Bioloji kimyanın əsas bölmələri 
5. Bioloji kimyanın əhəmiyyəti və digər elmlərlə əlaqəsi
6. Canlı orqanizmin kimyəvi tərkibi 
 
 
downloaded from KitabYurdu.org



Bioloji kimya (biokimya) - canlı materiyanın kimyəvi tərkibini, insan, 
heyvan, bitki və mikroorqanizmlərin həyat fəaliyyətini təşkil edən kimyəvi 
çevrilmələri və bu çevrilmələr zamanı orqanizmdə baş verən dəyşiriklikləri 
öyrənən elmdir.
Bioloji kimya müstəqil elm kimi XIX əsrin ortalarında yaranmışdır. Onun 
bir elm kimi formalaşmasında üzvi kimyanın, fiziologiyanın və anatomiyanın 
böyük rolu olmuşdur. Lakin onun sürətlə inkişafı XX əsrdən başlayır. XX əsrin 
başlanğıcında bioloji kimyanın kimyəvi əsasları yaranmşdır. Bu dövrdə canlı 
materiyanın tərkibinə daxil olan birləşmələrin əsas tipləri ayırd edilmişdir. XX 
əsrin ortalarından sonra bioloji kimya sürətlə inkişaf etdi. Molekulyar biologiya, 
gen mühəndisliyi, biotexnologiya, bioqeyri-üzvi və bioüzvi kimya kimi elm 
sahələrinin yaranması və inkişafı bioloji kimyanın sürətli inkişafına stimul yaratdı.
Biokimyəvi proseslər termodinamikanın (termokimyanın) qanunları ilə sıx 
bağlıdır. Biokimyəvi reaksiyalar ani vaxtda millisaniyə (ml. san), mikrosaniyə 
(mk. san.) ərzində sulu mühitdə başa çatır.
Su molekulasında olan hidrogen rabitəsi biomolekullarda əmələ gələn 
hidrogen hidrofob rabitələrinin yaranmasına bir stimul verir.
Biomolekullar əsasən kovalent rabitə hesabına əmələ gəlmişlər. İon rabitəsi 
ilə əmələ gələn birləşmələr əsasən bioüzvi birləşmələrin quruluşunun 
saxlanmasında və biokimyəvi reaksiya-ların getməsində mühüm rol oynayır.
Təqdim etdiyimiz dərslikdə statik biokimyanın əsas bölmələri-canlı 
materiyanın kimyəvi tərkibini, karbohidratların, lipidlərin, zülalların, nuklein 
turşularının, fermentlərin, vitaminlərin, hormonların quruluşu, xassələri və onların 
müxtəlif bioloji obyektlərdə yayılması miqdarını öyrənir. Dinamik biokimya 
maddələr mübadiləsi və enerji mübadiləsi, karbohidratların, lipidlərin, zülalların 
mübadiləsi, mineral maddələr mübadiləsi, maddələr mübadiləinin əlaqəsi və 
vəhdəti öyrənilir. 
Bioloji kimyadan Azərbaycan dilində latın qrafikası ilə yazılmış dərsliyin az 
olması bu sahədə fənnin ali məktəblərin tələbələri tərəfindən öyrədilməsini olduqca 
çətinləşdirir. Məhz bu çətinliyi aradan qaldırmaq üçün bu dərslik yazılmışdır.
Kitabın yazılmasına əsas səbəblərdən biri də mövcud ədəbiyyatların 
köhnəlməsi və biokimyanın sürətlə inkişaf etməsidir. Belə ki, biomolekulların-
elektron mikroskopiya, rentgenospektroskopiya, nüvə maqnit rezonansı (N. M. R.), 
xromatoqrafiya və elektroforezin yeni üsulları ilə tədqiqi bu kitabda nəzərə 
alınmışdır.
Kitabda müəyyən nöqsanları da gələcəkdə aradan qaldırmaq üçün öz 
məsləhətləri ilə kömək edən oxuculara müəlliflər əvvəlcədən səmimi təşəkkürünü 
bildirir.
downloaded from KitabYurdu.org



Canlı orqanizmin müxtəlif növlərinin orqan və toxumalarında məlum olan 
kimyəvi elementlərin çoxusuna təsadüf edilir. Onlardan 20 elementə bütün 
canlıların orqan və toxumalarında rast gəlinir. Bunlar C, N, H, O, S, P, K, Na, Ca, 
Mg, Mn, Zn, Fe, Cu, Co az miqdarda Mo, B, CI, I, Se olur.
Bunlar insan və heyvan orqanizmində yayılma miqdarına görə 2 qrupa 
ayrılır: makroelementlərə (miqdarı 0,001%-dən artıq olanlar) C, N, H, O, S, P, K, 
Na, Ca, mikroelementlərə (miqdarı 0,001%-dən az olanlar) B, Mn, Zn, Cu, Mo, Co, 
B, Se, Ba, I, Sr və s. aiddir.
Cədvəl 1. 
Orqanizmdə kimyəvi elementlərin miqdarı 
Element 
Miqdarı %-lə 
Element 
Miqdarı %-lə 

62,48 
Mo 
0,027 

21,15 

0,014 

9,86 

0,009 

3,10 
Fe 
0,005 
Ca 
1,90 
Zn 
0,003 

0,95 
Br 
0,002 

0,23 
Al 
0,001 

0,08 
Si 
0,001 
CI 
0,08 
Cu 
0,00015 
Na 
0,08 
Se 
0,00001 
Orqanizmin ümumi kütləsinin 96%-dən çoxunu, hüceyrənin 99%-ni əsas 4 
element O, C, HN təşkil edir. Onlar canlı orqanizmin əsasını təşkil edən əsas 
üzvi maddələrin (zülalların, lipidlərin, karbohidratların) və suyun tərkibinə 
daxildir. Bunlar orqanogen elementlər adlanırlar.
Canlı orqanizmin 70%-dən çoxunu su təşkil edir. Su orqanizmdə az da olsa 
dissosiasiya edir H
+
və OH
-
ionlarına. Su orqanizmdə bütün toxuma və orqanlarda 
olur, az bir hissəsi hüceyrədə birləşmiş haldadır. Suda bütün mineral və üzvi mad-
dələr ion və ya hidrat halında olur. Canlı orqanizmin 10%-ə qədərini mineral 
maddələr təşkil edir. Orqanizmin əsas hissəsini zülallar (40-50%), karbohidratlar, 
nuklein turşuları, lipidlər və s. 50-60% təşkil edir.
downloaded from KitabYurdu.org



Cədvəl 2. 
Bəzi orqan və toxumaların kimyəvi tərkibi, %-lə
(S. M. Rappoportun göstəricilərinə görə) 
Orqan və 
toxuma 
Su 
Zülal 
Lipid 
Mineral maddə 
Dəri 
58 
27 
14 
0,6 
Sümük 
28 
20 
25 
27,0 
Əzələ 
70 
22 

1,0 
Yağlı toxuma 
23 

71 
0,2 
Qaraciyər 
71 
22 

1,4 
Beyin 
75 
11 
12 
1,4 
Hüceyrə canlıları cansızlardan fərqləndirən əsas xüsusiyyətlərə malikdir. 
Hüceyrə canlıların əsas quruluş və funksional vahididir. Ayrı-ayrı orqan və 
toxumaların hər birinin özünə məxsus hüceyrə quruluşu vardır. Hüceyrənin 
tərkibində üzvi və qeyri-üzvi birləşmələr müxtəlif miqdardadır.
2-ci cədvəldən göründüyü kimi orqanizmin əsas kütləsini 
su təşkil edir. Belə ki, dərinin 58%, əzələnin 70%, qaraciyərin 71%, beynin isə 
75%-ni su təşkil edir. Həmçinin zülal, lipid, karbohidratlar və mineral maddələr 
bütün orqan və toxumalarda müxtəlif miqdarda yayılmışdır.
Cədvəl 3. 
Hüceyrənin kimyəvi tərkibi 
( A. Hezenin göstəricilərinə görə) 
Maddə 
Hüceyrə kütləsində 
qatılığı %-lə 
Orta molekul 
kütləsi 
Molekul sayının DNT 
molekullarına nisbəti 
Su 
85 
18 
1,2
∙10

Zülallar 
10 
36
∙10

700 
DNT 
0,4 
10

1,0 
RNT 
0,7 
4
∙10

44 
Lipidlər 

700 
7
∙10

Digər üzvi 
birləşmələr 
0,4 
250 
4
∙10

Mineral maddələr 
1,5 
55 
6,8
∙10

downloaded from KitabYurdu.org



Hüceyrənin kimyəvi tərkibi onun növündən, funksional vəziyyətindən, canlı 
orqanizmin növündən, yaşından və s. faktorlardan asılıdır.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin