Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə8/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

Qlikogen. Qlikogen heyvan nişastası da adlanır. Bu da homopolisaxariddir. 
Qlikogen hidroliz olunduqda çox sayda qlükozaya ayrılır. Molekul kütləsi bir neçə 
yüz mindən 100 milyona yaxın və daha çoxdur. Bunda da amilopektində olduğu 
kimi α─D qlükopiranoza qalıqları α─1,5 və α─1,” qlikozid rabitələri ilə 
birləşməklə, şaxələnmişdir. Şaxələnmə orta hesabla hər 8-10 qlükoza qalığından 
bir başlanır. Yan zəncirlərdə 6-12 qlüloza qalığı vardır.
CH
2
OH 
CH
2
OH 

OH 




CH
2


OH 

OH 
OH 
OH 


OH 



CH
2
OH 

CH
2
OH 

OH 
OH 
OH 
OH 
downloaded from KitabYurdu.org


15 

Qlikogendə şaxələnmə daha çoxdur.
Qlikogen yüksək polidispers maddədir, isti suda yaxşı həll olur, hidrofil 
kolloiddir. Optik fəaldır, polyarizasiya müstəvisini 196,6
0
sağ fırladır, 
molekulunun forması sferik quruluşa yaxındır.
Qlikogen ən çox insan və heyvanların qaraciyərində (20%-ə qədər) və 
müəyyən miqdarda əzələlərində (4%) və başqa üzvlərində olur. 
Sellüloza. Sellüloza bitki aləmində ən geniş yayılmış homopolisaxariddir. 
Karbon birləşmələrinin yarıdan çoxunu sellüloza təşkil edir. Bu ən çox kətanda 
(80-90%), çətənədə, samanda, bitkilərin oduncağında (40-50%) və pambığın 
lifində (90-98%) olur. Bitkilər ildə 10
11
tona yaxın sellüloza sintez edir. Bitkilərdə 
sellüloza başqa karbohidratlarala (hemisellüloza, liqinin və s.) birlikdə olur. 
Sellüloza hidroliz edilərkən D─qlükozanın β─forması əmələ gəlir. 
Sellülozanın molekul kütləsi 10-20 milyon arasında dəyişir, qlükoza qalıqlarının 
miqdarı 3000-dən 10 000-ə qədər olur və zəncirvari şaxələnir. Qlükoza qalıqları 
biri digəri ilə birinci və dördüncü karbonlar arasında β─1─4 qlükozid rabitələri 
hesabına birləşir.
Sellüloza mikrofibrillər şəklində bitki hüceyrələri divarının əsas quruluş 
materialı sayılır.
Sellüloza müxtəlif kimyəvi təsirlərə çox davamlıdır. Yalnız Şvesyser 
reaktivində (mis-ammonyak kompleksi) həll olur.
İnulin. İnulin homopolisaxariddir. Suda yaxşı həll olur. Molekul kütləsi 5-6 
min arasındadır. Hidroliz olunduqda β─D─qlükopiranozaya ayrılır. İnulinin 
molekulunda fruktozaların əlaqəsi birinci karbonla ikinci karbon arasında yaranır. 
Lixenin şibyələrdə olan homopolisaxariddir. Molekul kütləsi 10-40 min 
olur. Hidroliz olunduqda β─D─qlükopiranozaya ayrılır. Qlükoza molekullarının 
əlaqəsi birinci və dördüncü karbonlar arasında yaranır. Bu polisaxarid şimal 
maralları üçün əsas yem sayılır.
Aqar-aqar yosunlarda olan polisaxariddir. Hidroliz olunduqda qalaktozanın 
D─ və L─formalarına ayrılır.
Dekstranlar bakterioloji mənşəli şaxəli polisaxariddir. Bunların özlülüyü və 
osmotik xassələri qanınkına yaxın olduğundan və toksiki təsir göstərmədiklərinə 
görə qismən depolimerləşdirilərək qan plazmasının əvəzediciləri kimi işlənir. 


CH
2
OH 
OH 

CH
2
OH 

CH
2
OH 

OH 
OH 
OH 
OH 
downloaded from KitabYurdu.org


16 
Bunlarda antigenenlik xassəsi də vardır. Dekstranlar sənaye üsulu ilə külli 
miqdarda istehsal olunur. 
Dekstranlar da D─qlükozanın polimerləridir. Bunlarda qlükoza qalıqları 
birinci və altıncı karbonlar vasitəsilə (α─1─6─rabitələrlə) birləşir.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin