Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


Mumlar, sterinlər, tərkibi, bioloji rolu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə14/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

4. Mumlar, sterinlər, tərkibi, bioloji rolu: İrimolekullu yağ turşuları 
palmitin, stearin, olein turşuları və s. ilə ali spirtlərin (seril spirti, mirisil spirti və 
s.) mürəkkəb efirləridir. Mumlar əsasən aşağıdakı turşulardan və spirtlərdən əmələ 
gəlir: 
Serotin turşusu: C
26
H
53
COOH 
Karnaub turşusu: C
23
H
47
COOH 
Seril spirti: C
26
H
53
OH 
Mirisil spirti: C
31
H
63
OH 
Ali alifatik spirtlər mumların tərkibinə daxil olduğundan onlara mum 
spirtləri də deyilir. Bunlar iysiz, ağ kristallik maddələrdir, suda həll olmur
asetonda və efirdə isə həll olur.
Təbii mumlara yun yağı (lanolin), spermaset, arı mumu və s. aiddir. Təbii 
mumlarda göstərilən mürəkkəb efirlərlə yanaşı spirtlər, sərbəst turşular və parafin 
karbohidrogenləri də olur. Qoyun yununun yağı, yunun 5-10%-ni təşkil edir. Bir 
qoyun dərisinin yun örtüyündən 500 q kimi yun yağı ayırmaq olur.
Yun yağının kimyəvi tərkibi çox mürəkkəbdir və tam öyrənilməmişdir. 
Onun əsas tərkib hissəsi ali alifatik və siklik spirtlərin irimolekullu yağ turşuları ilə 
əmələ gətirdikləri mürəkkəb efirlərin qarışığından ibarətdir. Siklik spirtlər 
(xolesterin, izoxolesterin, oksixolesterin, metaxolesterin və s.) yun yağındakı spirt-
lərin çox hissəsini (50-70%) təşkil edir, qalanı isə setil, seril, karnaubil spirtlə-
rindən və başqalarından ibarətdir.
Təmizlənmiş lanolin qiymətli məhsul olub, təbabətdə və kosmetikada işlənir.
O dəridən yaxşı sorulur, dəriyə yumşaqlıq və elastiklik verir.
Spermaset setil spirti ilə palmitin turşusunun mürəkkəb efiridir. 
C
16
H
33
OH + C
15
H
31
COOH → H
2
O + C
16
H
33
OCOC
15
H
31
Setil spirti Palmitin turşusu Spermaset 
Spermaset balinanın kəllə boşluğunda və başqa hissəsində olur. 
Mum arıların mum vəzilərində istehsal olunur. Onun tərkibində spirtlərdən 
çoxluğu (38-40%) mirisil spirti, turşulardan isə palmitin turşusu təşkil edir.
Arı mumunun əsas hissəsi mirisilpalmitatdan (C
15
H
31
OCOC
30
H
61
) ibarətdir. 
Mumlar güman edildiyinə görə mühafizə funksyasını yerinə yetirir.
Onlar heyvanlarda dərini suyun daimi təsirindən, bəzi hallarda isə həddindən 
artıq buxarlanmadan qoruyur.
downloaded from KitabYurdu.org


26 
Steridlər. Sadə lipidlərin bir qrupunu da steridlər təşkil edir. Steridlərin 
insan və heyvanlarda olan nümayəndələrinə zoosteridlər deyilir.
Zoosteridlər irimolekullu yağ turşularının sterollar adlanan spirtlərlə əmələ 
gətirdikləri mürəkkəb efirlərdir.
Sterinlər-siklopentanoperhidrofenantrenin (və ya steran) törəmələridir. 
Onların tərkibində hidroksil qrupu olduğuna görə sterollar da adlanır.
Sterinlərin xarakterik nümayəndələrindən biri xolesterindir.
Xolesterin doymamış biratomlu ikili siklik spirtdir. İnsan və heyvan 
orqanizmində maddələr mübadiləsində sterid hormonların, öd turşularının, D-
vitamininin biosintezində mühüm bioloji rol oynayır, eritrositləri hemolizdən 
qoruyur. Xolesterinə bütün hüceyrələrdə membranın tərkib hissəsi kimi təsadüf 
edilir. Xolesterin və onun efirləri (xüsusən doymamış turşularla) qan plazmasında, 
beyində və s. toxumalarda da çox olur. Öd daşları əsasən xolesterin törəmələridir.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin