Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə149/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)


 
Bu qaranlıq gecə nə qədər sürdü, 
Yetiş imdadıma, ey dan ulduzu! 
Barı sən gəl, mənə yuxu gəlmədi 
Yetiş fəryadıma, ey dan ulduzu! 
Qudurğan qasırğa, çarpaşıq yollar, 
Qolumda zülmət var, uçurumlar var. 
Yetiş ki, ömrümün karvanı ağlar, 
Aman, gəl dadıma, ey dan ulduzu! 
Bu sönük ulduzlar məni aldadır, 
Süzgün gözlərinlə gəl «onu» andır! 
Gözlərim yolunda, üzüm haqdadır, 
Aman, sən «yox» demə, ey dan ulduzu! 
(Ə.Cəmil) 
 
*** 
Nazlı
. (sağ qapıdan daxil olaraq). Maral! Mələyim, nə düşünürsən? 
Maral.
Heç, Nazlı bacı, heç… 
Nazlı.
Mən sənə ana yerindəyəm, yavrum! Nə dərdin varsa, aç, söylə! 
Maral.
Allah qızcığazını sənə çox görməsin! Bu evdə yenə az-çox səninlə 
təsəlli buluram. 
Nazlı. 
(bağçanı göstərərək). Bax, bu bahar çiçəkləri, bu bülbül nəğmələri nə 
qədər gözəl!… Azacıq gedib gəz də, könlün açılsın. 
Maral.
Ah, bu gözəl bahar hər kəsin könlünü açdığı halda, nədənsə məni 
sıxır. O, rəngarəng çiçəklərin lətif rayihələri sanki məni boğur. O şətarətli 
bülbüllərin sevimli nəğmələrəi guya mənə gülür, yaxud mənim talesizliyimə 
ağlayır. 


284 
Nazlı. 
(yapma bir gülüşlə). Allah eşqinə, heç böylə padşah sarayında yaşa-
yan bir xanım da taleyindən şikayət edərmi? 
Maral.
Haqqın var, Nazlı bacı! Lakin bu geniş dairə, bu müəyyən və gözəl 
odalar, mənə dar və qaranlıq məzarlardan daha sıxıntılı gəlir. Uff, bəxtiyarlıq 
içində ölmək, kədərlər, üzüntülər içində yaşamaqdan min qat xeyirli imiş. İki sənə 
əvvəl böylə məşum, qara günü kim xatırlardı? Məsud bir göyərçin kimi saf və 
azadə yaşayırdım; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz 
yerdən görücü. (kimi üstümüzü). Gəlməkdə ikən, yox olası Turxan bəy bəla 
ildırımı kimi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı. 
Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu.
Nazlı.
Yaradana qurban olum, hər şey onun əlində… Bir gündə insanı həm 
bədbəxt edər, həm xoşbəxt.
*** 
Müharibə vaxtı Bakıya bomba düşmədi. Heç bircə dənəsi də düşmədi. 
Deyəsən, bizdən – məhəllə uşaqlarından başqa, heç kəs buna təəssüflənmədi. 
Hədər yerə gecədən xeyli keçənədək binanın damında oturub hava hücumunu 
gözləyirdik. Maşalar da, qarmaqlar da, baltalar da lövhədən asılı qaldı. 
Lövhə divardan asılmışdı və orada hava hücumu vaxtı nə etmək lazım 
gəldiyi göstərilmişdi. Biz onu əzbər bilirdik, amma hədər yerə. Bunlar hamısı 
bütün müharibə dövründə asılı vəziyyətdə qaldı. Heç bir xeyri olmadı. 
Bizim cürbəcür silahlarımız vardı. Qılıncları özümüz quraşdırırdıq, çəlləyin 
ağaclarını çıxarıb, əyrisini düzəldir, dəstəyinə əski dolayırdıq və nəticədə çox 
yaxşı qılınc alınırdı. Qılıncdan başqa bizim qundaqsız tüfənglərimiz, iki mağa-
zasız tapançamız, alman dəbilqəmiz vardı. Bütün bunları biz Salyan kazarmala-
rının yaxınlığındakı zibillikdən tapmışdıq. Orada otun üstündə cürbəcür silah-
lardan təpə vurulmuşdu, zenit toplarının lüləsi, qumbara dəstəyi, tırtılsız tanklar 
və üstündə xaç çəkilmiş iki təyyarə vardı. Danışırdılar ki, oranı yaxşı eşsək, 
dəzgahlı pulemyot və ya tank əleyhinə mina da tapmaq olar. Biz çox axtardıq, an-
caq nə mina, nə də pulemyot tapdıq. Əvəzində oradan xeyli güllə, zapalsız 
qumbara tapdıq. Güllələri konserv qutularına yığırdıq, zirzəmidə bu qutuları 
ocağın üstünə qoyur, həyətdə oturub nə baş verəcəyini gözləyirdik.
 
94. 
Monoloji nitqə dair verilmiş nümunələri ifadəli oxuyun.
Şəhərə gəldiyim bir il deyildi, 
Sevildim inandım, sevdim, atıldım. 
Ömrümün bir yolu necə əyildi, 
Yanıb kül olmadım, yanıb ayıldım. 
Səhvlər…. Düşünür hamı xeyrini, 
Mən seçə bilmədim xeyiri şərdən. 
Düz düzü gətirir, əyri əyrini, 
Qorxuram yenidən səhv eləyim mən!? 


285 
Bəzən bircə anın yanıltısından 
Bütöv bir ömrü uduzur insan! 
Kimdir yıxılmayan? Məgər təkəm mən? 
Bu dərdə düşənlər dünyada min-min… 
İndi neyləməli? Ömrüm boyunca 
Bir səhvin oduna külmü olum mən? 
Bəsdir alışdığım, yandığım bunca, 
Başlamaq gərəkdir ömrü təzədən. 
Hələ nə görmüşəm? İyirmi bahar. 
Bu yaşda ömrümü kəfənləyim mən? 
Yox! Belə yaramaz! 
Axar sel-sular 
Kol-kosa ilişən çör-çöpün üstdən, 
*** 
95. Şeirdə fasilələri, məntiqi vurğulu sözləri, ifaçılıq vəzifələrini, intonasiya 
çalarlarını müəyyənləşdirin və ifadəli oxuyun. 
Nə əcəb dovlət imiş seyri-şikari-Qarabağ, 
Nə gozəl nemət imiş sohbəti-yari-Qarabağ. 
Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ, 
Abi-heyvan imiş ənhari-bukari-Qarabağ. 
Govsəri-tubi imiş cayi-cinari-Qarabağ, 
Aləmi-cənnət imiş dar - diyari-Qarabağ. 
İmdi bildim nə imiş vəsfi həzari-Qarabağ, 
Yeridir ki, cəkərəm ah və zari, Qarabağ. 
Dağlayıbdır məni bir laləuzari-Qarabağ
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ. 
96. Heca vəzninin tələblərini nəzərə almaqla şərti işarələrdən istifadə edin, şeri 
ifadəli oxuyun. 
Aşıq oldum gene tazə 
Bir nov cavanə, cavanə 
Hanı bir əhli-dil yazə, 
Ərzəm cananə-cananə. 
Qəm əlindən getdim dadə, 
Dərdimdir həddən ziyadə. 
Yalvarıram, vermə badə 
Zulfin Səlmanə, Səlmanə. 
Cuda duşdum ellərindən, 
Kəsmədim goz yollarından. 


286 
Zulfi-Leyla əllərindən 
Gəzdim divanə-divanə. 
Bilməzəm ki, ol kərəmkar, 
Əfv edərmi, gunahım var. 
Yalvarıram, mar kimi zar 
Hərdəm yalmanə-yalmanə. 
Qurdum ulfətin binasın, 
Yıqdım dunyanın esasin. 
Nigari, eşq səhrasın 
Gəzdim mərdanə-mərdanə. 
97.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin