Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə148/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
86. Aşağıdakı nümunənin timsalında sərbəst şeirlərin oxu xüsusiyyətlərini izah 
edin. 
Mən torpağam, məni atəş yandırmaz –
Tərkibində kömürüm var, külüm var. 
Mən baharam, çəmən-çəmən 
Çiçəyim var, gülüm var. 
Mən küləyəm, əsməsəm
Kim bilir ki, mən varam? 
Mən buludam, səhraları susuz görüb
Ağlaram 
Mən ürəyəm, döyünməsəm
Ölərəm. 
Mən insanam, sadə insan əlimin
Yaratdığı nemətlərlə öyünməsəm, - ölərəm. 
87. Mətnin məzmunundan, ifadə etdiyi mənadan çıxış edərək məntiqi vurğulu 
sözləri müəyyənləşdirin. 
Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən özün bilərsən,
Mən lap ilk qaynağımdan türk oğlu türkəm! 
88. Aşağıdakı mətnin ifadəli oxusunu hazırlayın. Hansı ifa tipinin (deklamativ – 
ritorik, avazla, danışıq) seçdiyinizi və bunun səbəbini izah edin, məntiqi 
vurğulu sözləri, fasilələrin yerini müəyyənləşdirin.
Dörd yoldaş dərədə gecələdilər 
Şirin bir yuxunu heç elədilər. 
Kor dedi: – Uzaqdan qaraltı gəlir! 
Kar dedi:- Bayaqdan taqqıltı gəlir. 
Çılpaq qorxa-qorxa boylandı yola 
Gecənin bu vaxtı xeyir ola? 
Qorxuram quldurlar tələ qurarlar 
Bircə köynəyim var, soyundurarlar! 
Çolaq çəliyini yerdən götürdü 
Doğrudan-doğruya qaraltı gördü. 
Dedi: - Nəyə gərək boş nağıl açmaq 
Bircə əlac qalır:- o da ki, qaçmaq. 


282 
89. Aşağıdakı mətnin ifadəli oxusunu hazırlayın. Hansı ifa tipinin (deklamativ – 
ritorik, avazla, danışıq) seçdiyinizi və bunun səbəbini izah edin, məntiqi 
vurğulu sözləri, fasilələrin yerini müəyyənləşdirin. 
Əgər olmasaydı ana zəhməti
Qazana bilməzdim heç bir şöhrəti. 
Mənalar anası, o qoca qarı, 
Rəbiədir ki, yox tayı, oxşarı. 
Oyaqdır yatmayır əsla bir gecə, 
İbadət eyləyir dan sökülüncə. 
Sufitək paklıqda qazanmışdı ad. 
Sonsuzdu ondakı inam, etiqad. 
Yandırmaq istərkən qəlbində çıraq, 
Qəlbini mum etdi, sözlərini yağ. 
Zəfər çalmaq üçün, bunu da deyim, 
Mənə sübh oxundan tikmişdi geyim. 
Onun ruzisilə xoş olar halım, 
Onun duası ilə gülər iqbalım. 
Fələyin əliylə kəsilsə qolum, 
O zəif qarıdan güc alar qolum. 
Onun duaları olmasaydı, ah! 
Ömrüm puç olardı, yəqin, bir sabah. 
Onunla fəxr edir Şirvanlı olan; 
Odur bu torpağa məni bağlayan. 
90. Əruz vəzninin xüsusiyyətlərini nəzərə almaqla, ünsiyyət formasını müəyyən-
ləşdirməklə ifadəli oxuyun. 
Canimi yandirdi şövqun, ey nigarim hardasan?! 
Gözlərim nuru, iki aləmdə varim hardasan?! 
91. İxtiyari tənəffüs məqamlarını müəyyənləşdirin. 
Bizim bağçamıza bir çəmən düşüb, 
Sürüşüb, baharın çiynindən düşüb. 
Gündüzlər o qədər quzu var orda, 
Xırpaxırp otlayır quzular orda. 
Səhər otlar üstdə şehdən inci var, 
Şehlər quzuların gözütək parlar. 
Düzü, başdan-başa tərifdir çəmən, 
Quzu tükü kimi zərifdir çəmən. 
92. Nümunədə təsvir edilən mənzərəni təsəvvürünüzdə canlandırın, ona əhəmiy-
yətli əlavələr edin, bədii nağıletmənin tələblərinə uyğun danışın. 


283 
Ata-oğul axşama qədər yol gedib, axşamüstü bir çayın qırağına çatdılar. Alı 
kişi buranın necə yer olduğunu oğlundan xəbər aldı. 
Rövşən dedi: 
– Ata, bura hər tərəfi sıldırım qayalıq, çənli, çiskinli bir dağ belidir. 
Alı kişi soruşdu: 
– Oğul, bax gör, bu bel ki, deyirsən, bunun hər tərəfində bir uca qaya 
görünmür ki? 
Rövşən dedi: 
– Ata, görünür. Biri sağında, biri də solunda. Özü də başları qarla örtülüdür. 
Alı dedi: 
– Oğul, mənim axtardığım yer elə buradır. Mən buranı çox yaxşı tanıyıram. 
Cavan vaxtlarımda burda çox at oynatmışam. Bura mənim köhnə oylağımdır. 
Buraya Çənlibel deyirlər. Biz burada yurd salmalıyıq. 
Ata-oğul Çənlibeldə yurd saldılar, yaşamağa başladılar. 
93. 
Verilmiş mətn nümunələri əsasında şeir, nəsr və dramaturgiya dilini müqayisə 
edin. Hər bir nümunədə obrazlılığın işlənmə dərəcəsini müəyyənləşdirin

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin