Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə150/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
Əruz
 
vəzninin tələblərini nəzərə almaqla şərti işarələrdən istifadə edin, şeri 
ifadəli oxuyun. 
 
Cahan bağında, ey bülbül, Nigari kimi yar olmaz, 
Mənim tək sinəsi gül-gül bulunmaz, dağidar olmaz. 
Yaqılmış atəşə varım, alışmış sinədə narım, 
Yanar canım bu odların, desəm duzəxdə var olmaz. 
Dəgil bihudə kim, bülbül, yanar əlbət, qılar qül-qül, 
Vəlakin mən kimi, ey dil, bulunmaz dağidar olmaz. 
Yaqılmış odlara varım, dağılmış çöllərə narım. 
Görənlər beylə odlarım, deyər bir belə nar olmaz. 
Alıbdır canımı qəmzə, düşübdür könlümə lərzə, 
Hər bir aşiq Seyid Həmzə, hər bir dilbər Nigar olmaz. 
 
98 . Atalar məsəlidir: dünya beşdir, beşi də qara. Bədbəxt mən o kəsə deyirəm ki, 
bu beş qara günü ləzzət damaqla keçirib, baş gora aparmaya. Birisi görürsən 
sübhdən axşamadək qarışqa kimi çalışır, vuruşur, pul qazanır, amma evi 
yıxılmış öz qazandığını yeyib, öz zəhmətinin meyvəsindən kamyab olmur. 
Pulu yığır sandıqlara, üstündə mişovul pişiyi kimi yatır. Yediyi də nədir? 
Əncir, soğan və pendir. Yurdu itmiş inək kimi otlayır. İndi ondan bir xəbər 
alan gərək ki, ay evin yıxılsın, bu pulları kimdən ötrü yığıbsan? Əgər özün 
üçün yığıbsan, boğazın tikilsin, niyə yemirsən? Əgər oğul-uşaq üçün yığıb-
san, bil, axmaq, əbəs işdir ki, görübsən, çünki ata malı oğul-uşaq üçün bil-
mərrə lazım deyil. Oğlun yaxşısı özü də qazanar, ataya möhtac olmaz. Oğlun 
pisinə, həmçinin, ata malı lazım deyil, çünki atası başını yerə qoyan tək 
hamısını aparıb bir az müddətdə xərc eləyib dağıdacaq. Mənim barəmdə 


287 
pulun var xərc elə, bağışla, ye, iç, ver kefə, ləzzətə, eyşü işrətə, beş gün qara 
dünyanın ləzzətini apar, öləndə də dünyada bir təmənnan qalmasın və beş 
adam da sənə rəhmət oxusun.
 
99. Bədii nağıletmənin tələblərini nəzərə almaqla nəsr əsərindən parçanın 
məzmununu danışın. 
İndi mən nə edim, Qəmər? Axı sən mənim sirdaşım, dar günümdə harayım 
idin. Sən məni çox dardan çıxarmısan. Sən mənim urəyimdən keçənləri balaca bir 
işarədən başa düşürdün. Sən quşdan ayıq və ehtiyatlı bir atsan, Qəmər. Çox 
qaranlıq gecələrdə, məndən qabaq yolda təhlükə olduğunu sən başa düşübsən. 
Qulağını yapıxdırıb sakitcə dayanmısan və məni başa salmısan ki, irəli getmək 
olmaz. Məndən qabaq özün yolu dəyişmisən, Qəmər. Bir toyda, bir nişanda geri 
qalmamısan, hələ indiyəcən cıdırlarda səni keçən olmayıb. Məni utandırmamısan, 
həmişə başımı uca eləmisən. Neçə dəfə mən sənin yalına yatıb, «gözlərinə 
qurban, Qəmər, əlac sənə qalıb» demişəm. Sən quş kimi qanad açıb məni güllənin 
altından çıxarmısan. Mən səni özümə qardaş, sirdaş bilirdim, Qəmər, sən 
kişnəyəndə ürəyim dağa dönürdü. Qəmər, indi mən nə edim, sənin rüsvayçılığına 
necə dözüm?
100. Şeirdə fasilələrin yerini, məntiqi vurğulu sözləri müəyyənləşdirin. 
Əqlimi ey guli-xəndan
Atdın həvayə-həvayə. 
Eylədin bulbul tək əfqan, 
Duşdum ah-vayə, ah-vayə. 
Qeydi-zulfində, ey mahim, 
Ərşə yetişibdir ahim. 
Murəxxəs et, padişahim 
Məni bir ayə, bir ayə. 
Ləlindir omrum səfası, 
Ağzındır dərdim şəfası 
Ey sənəm, zulfin həvası 
Əldə sərmayə, sərmayə. 
Bəndi-bənd gəldim xuruşə, 
Zovqi yetirdim suruşə. 
Mayıl oldum cuşə-cuşə, 
Ləbi həmrayə, həmrayə. 
Dərsin almış rahibərdən, 


288 
Mushəfi-ruyi-dilbərdən. 
Nigari hərdəm əzbərdən 
Oxur min ayə, min ayə. 
101.
Nümunələrdə ifaçılıq vəzifəsini müəyyənləşdirin, şərti işarələrdən istifadə 
etməklə ifadəli oxuyun. 
Еy аnа təbiət, dе nеçün, niyə, 
Gülün budаğındа tikаn bitirdin? 
Bulаğın gözünü qоtur kеçiyə, 
Bulаnıq suyunu cеyrаnа vеrdin? 
* * * 
Yаşаmаq yаnmаqdır, yаnаsаn gərək, 
Həyаtın mənаsı yаlnız оndаdır.
Şаm əgər yаnmırsа, yаşаmır dеmək, 
Оnun dа həyаtı yаnmаğındаdır. 
* * * 
Xırdа duyğulаrdаn uzаq оl, uzаq, 
Böyük duyğulаrlа yаşа, kiçilmə.
Hər şеyin sоnu vаr… həyаtа düz bаx, 
Gеcəni, gündüzü əbədi bilmə. 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin