Plan: Orfoepiya üzrə işlər



Yüklə 23,07 Kb.
səhifə1/5
tarix14.10.2022
ölçüsü23,07 Kb.
#65104
  1   2   3   4   5
İbtidai siniflərdə ədəbi tələffüz üzrə aparılan işlər


İBTİDAİ SİNİFLƏRDƏ ƏDƏBİ TƏLƏFFÜZ ÜZRƏ APARILAN İŞLƏR
Plan:

  • Orfoepiya üzrə işlər

  • İntonasiya, nitq fasiləsi və ritmik bölgü

  • Vurğu ilə işlər

  • Cümlə qurmaq vərdişlərinin inkişafı üzrə aparılan işlər

Nitq inkişafı təlimində qarşıya qoyulan vəzifələrdən biri şagirdləri düzgün tələffüz vərdişlərinə aşılamaqdan ibarətdir. Bunu təmin etmək üçün nitqdə yerli şivə və “orfoqrafik tələffüz” elementləri aradan qaldırılmalı, orfoepik normalara ciddi riayət olunmalıdır. Bundan başqa bununla da kifayətlənilməməli, intonasiya, nitq fasilələri, vurğu, nitqin sürəti, tonu və s. məsələlər də ümumi ədəbi tələffüz aspektində işıqlandırılmalıdır.


Orfoepiya üzrə işlər. Orfoqrafiya qaydaları düzgün yazı təlimi üçün nə qədər zəruri və əhəmiyyətlidirsə, orfoepik normalar da aydın, səlis, anlaşıqlı, düzgün şifahi nitq üçün o dərəcədə əhəmiyyətlidir. Söz daxilində, söz sonunda və söz birləşmələrinin ikinci tərəfinin ilk səsinin təsirilə birinci sözdə baş verən fonetik dəyişmələr deyiliş və yazılışda müəyyən fərqli məqamlar yaradır. Biz orfoqrafiya qaydaları ilə bağlı mühazirəmizdə bunların qarşılıqlı münasibətlərini, tərtibi və təlimi prinsiplərini geniş şərh etmişik. İndisə məqsədimiz nitq inkişafı prosesində orfoepik normaların mövqeyini aydınlaşdırmaqdır. İnkar etməyək ki, məktəblərimizdə orfoqrafiyaya göstərilən “doğma” münasibət orfoepiyaya göstərilmir, hətta bəzi müəllimlərimiz işin rahatlığı naminə imla yazılarını belə “orfoqrafik” tələffüzdə oxuyur. Bunun bir səbəbi orfoqrafiya qaydalarına nisbətdə orfoepik qaydaların dəqiqləşdirilməməsi, təsdiq edilmiş orfoepik lügətlərin olmamasıdırsa, bir digər səbəbi də dil-ədəbiyyat müəllimlərinin orfoepiya təliminə laqeyd nünasibətləridir.
Məktəblilər üçün çap olun­muş orfoepiya sözlüklərinin tarixi də qədim deyildir. Ə.Əfəndizadənin “Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti” (1983, 2005), Z.Məmmədovun “Orfoqrafiya-orfoepiya lüğəti” (2003), A.Quliyeva, M.Sultanovun “Məktəblinin orfoqrafiya-orfoepiya-qrammatika lüğəti” (2004), Y.Kərimovun “Kiçikyaşlı məktəblilərin orfoqrafiya-orfoepiya lüğəti” (2010), N.Abdullayevin “Azərbaycan dilinin müxtəsər orfoepiya lüğəti” (2013) bu boşluğu müəyyən dərəcədə doldursa da, hələ də məktəblərimizdə şifahi nitqi, ədəbi tələffüz normalarını tam təkmilləşdirmək üçün kifayət etmir.
V-VII siniflərdə sait və samitlərlə, qrammatik formalarla, mürəkkəb qısaltmalarla, alınma sözlərlə bağlı orfoepik qaydalar dərindən mənimsədilməli, dilçilik ədəbiyyatımızın mübahisəsiz qəbul etdiyi orfoepik qaydalar şifahi nitqə, oxuya tətbiq olunmalıdır. Sadəcə onu xatırlatmaq istəyirik ki, saitlərin və samitlərin tələffüzündəki keyfiyyət dəyişiklikləri dəqiq mənimsədilməlidir. Yaxşı olar ki, akustik texniki vasitələrdən mütəmadi istifadə edilməklə yanaşı, orfoqrafik-orfoepik qaydanın məzmunu və bu məzmunu açan deyilir-yazılır formalı qaydalar cədvəli Azərbaycan dili kabinəsində asılmış, görüntülü vəziyyətdə olsun.

Yüklə 23,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin