Plan: Orfoepiya üzrə işlər


İntonasiya, nitq fasiləsi və ritmik bölgü



Yüklə 23,07 Kb.
səhifə2/5
tarix14.10.2022
ölçüsü23,07 Kb.
#65104
1   2   3   4   5
İbtidai siniflərdə ədəbi tələffüz üzrə aparılan işlər

İntonasiya, nitq fasiləsi və ritmik bölgü. İn­to­nasiya, fasilə və cümlələrin ritmik bölgüləri üzrə nəzəri-praktik işlər sintaksis bölməsinin tədrisi ilə başlanılsa da, məktəbəqədər və ibtidai sinif mərhələlərində bunların müəyyən elementləri üzrə praktik işlər gedir. Təbii ki, 3-4 yaşlı uşaq belə nəyisə nəql etməyi, sual verməyi, lazım gələndə “hökm” etməyi bacarır. Nitqin ahəngi, ritmi, sürəti, intensivliyi balaca uşaqlara məlum olmasa da bunların anonsunu ünsiyyət prosesində sezmək mümkündür.
İntonasiya cümlə üzvlərinin qruplaşmasını, mürəkkəb cümlə komponentlərinin əlaqəsini təmin etməklə bərabər danışanın məqsədini dəqiq anla­ma­ğa imkan yaradır. Məqsəddən asılı olaraq eyni məz­munlu sözlərin birləşməsindən ibarət olan cümlə həm adi, həm sual, həm də əmr intonasiyası çalarında ola bilər. Məsələn, Döyüşə qocalar gedir. Döyüşə qocalar gedir? Döyuşə qocalar gedir! cümlələrində danışanın məqsədi yalnız intonasiyaya görə müəyyənləşə bilər.
Cümlənin məqsəd və intonasiyaya görə növlərini bilmək, qrammatik tərifi demək şifahi nitq inkişafı üçün yetərli deyildir. Məsələn, nəqli cümlədə söz sıralanmasının, ritmik-melodik axının, səs tonunun, məntiqi vurğunun mahiyyəti bilinməli, bu tip cümlələrə hökmün əsas ifadə vasitəsi kimi baxılmalıdır. Yaxud, şagird sual, hiss-həyəcan ifadə etməyin digər vasitələrini tapmalı, dilimizin rəngarəngliyindən bacarıqla istifadə etməlidir. Şagird bilməlidir ki, sual cümləsi sual intonasiyasi ilə ifadə edildiyi kimi, sual ədatları ilə də formalaşır. Əmr və nida cümlələrinin ifadə olunmasında müxtəlif vasitələr mövcuddur. Felin əmr formasının yaranmasında intonasiya əsas vasitə olsa da əmr ədatlarının, xitabların funksiyası da bilinməlidir.
Şifahi nitqdə fikrin anlaşıqlı, səlis çatdırılmasına xidmət edən amillərdən biri də ritmik bölgülər, sintaqmlardır. Bəzən nöqtə və vergül haqqında məlumat verərkən onları fasilənin azlığı və ya çoxluğu ilə fərqləndirirlər və bu tamamilə səhvdir. Vergül işarəsi cümlənin elə ritmik bölgülü yerində qoyulmuş olar ki, buradakı fasilə nöqtə qoyulmuş yerdən çox ola bilər və ya ritmik bölgüdən asılı olaraq nöqtə və ya vergül işarəsi olmayan yerdə daha çox fasilə etmək zərurəti yarana bilər. Ritmik bölgü özünü sözdə (futbol//çu), tərəflərdən biri digərini müəyyənləşdirən mürəkkəb sözdə (tele//fon, samo//var), söz birləşmələrinin komponentləri arasında (yol//getmək, kənd//uşağı), sözlərin yaratdığı tərkiblə söz arasında (balaca uşaqların nazı ilə oynayan//dayələr) və cümlələr arasında (Göy guruldadı,//yağış yağdı) göstərə bilər.
Ritmik bölgü kiçik fasiləli (Sən// dostluğa sədaqətlisən) və böyük fasiləli (Generalı yağlı vədlərlə əla ala bilməyən düşmən// onu məhv etməyi// qərara aldı) ola bilər. Birinci cümlədə sən sözündən sonra kiçik, ikinci cümlədə isə düşmən sözündən sonra nisbətən böyük fasilə edilir.
İsmi və feli birləşmələr, qoşmalı birləş­mə­lər tədris edilərkən onların cümlələrdə sintaqm yarat­masına diqqət yetirilməli, xarakterik misallar seçilməli və praktik təhlilə cəlb olunmalıdır. Yaxşı olar ki, görkəmli söz ustalarının söylədiyi nəsr və nəzm parçaları üzərində praktik işlərə də geniş yer verilsin.

Yüklə 23,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin