Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 37. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə32/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   26   27   28   29   30   31   32   33   34
Maddə 37. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması  

37.1. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması Azərbaycan 

Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 

37.2. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılmasının 

planlaşdırılması və həyata keçirilməsi proqramı 

müvafiq icra hakimiyyəti orqanı

 ilə 

qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmalıdır. 



Maddə 38. Baytarlıq sahəsində elmi tədqiqatlar  

Baytarlıq sahəsində elmi tədqiqatların təşkili və nailiyyətlərinin tətbiqi üçün 

müvafiq icra 

hakimiyyəti orqanı

 tərəfindən zəruri olan tədbirlər həyata keçirilir. 



Maddə 39. Baytarlığın maliyyə təminatı  

39.1. Baytarlıq sahəsində aşağıdakılar dövlət büdcəsindən maliyyələşdirilir: 

39.1.1. baytarlıq sahəsində fəaliyyət göstərən dövlət orqanlarının saxlanma 

xərcləri

39.1.2. 

müvafiq icra hakimiyyəti orqanının

 təsdiq etdiyi siyahı üzrə heyvanların 

xüsusi təhlükəli xəstəliklərinin profilaktikası, diaqnostikası və ləğvi üçün lazım 

olan epizootiya əleyhinə xərclər, dövlət sərhədinin buraxılış məntəqələrində 

nəqliyyat vasitələrinin dezinfeksiyası, baytarlıq preparatlarının ehtiyatının 

yaradılması və saxlanılması xərcləri; 

39.1.3. 


müvafiq icra hakimiyyəti orqanının

 təsdiq etdiyi siyahıya uyğun olaraq 

heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükə yaradan heyvanların, 

heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhv edilməsi xərcləri; 

39.1.4. 

müvafiq icra hakimiyyəti orqanının

 təsdiq etdiyi xüsusi təhlükəli yoluxucu 

xəstəliklərə yoluxmuş heyvanların, heyvan mənşəli məhsulların və xammalın 

götürülməsi və məhv edilməsi ilə əlaqədar onların sahiblərinə dəyən zərərin 

ödənilməsi; 

39.1.5. baytarlığın elmi təminatı; 

39.1.6. Milli Kolleksiyada saxlanılan mikroorqanizmlərin, parazitar xəstəliklərin 

törədiciləri və keçiricilərinin ştammlarının saxlanma xərcləri; 

39.1.7. Azərbaycan Respublikasının üzvü olduğu baytarlıq sahəsində müvafiq 

beynəlxalq təşkilatlara üzvlük haqqının ödənilməsi xərcləri

39.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan və həyata 

keçirilən digər baytarlıq tədbirlərinin xərcləri. 

39.2. 


Müvafiq icra hakimiyyəti orqanının

 müəyyən etdiyi qaydada və şərtlərlə dövlət 

baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına aşağıdakı 

tədbirləri maliyyələşdirir: 

39.2.1. ölkədə istehsal olunan və idxal edilən baytarlıq preparatları, yem və yem 

əlavələrinin istifadə üçün təqdim edilən seriyalarının (partiyalarının) aprobasiyası, 

sınağı, ekspertizası, qeydə alınması və nəzarət xərcləri; 

39.2.2. heyvanların, heyvandarlıq müəssisələrinin, bazarların, dövlət baytarlıq 

nəzarətində olan yüklərin istehsalı, tədarükü, saxlanması, emalı və satışı 

yerlərinin, həmçinin heyvanlar üçün yem və bioloji preparatlar istehsalı 

obyektlərinin identikləşdirilməsi (kodlaşdırılması) xərcləri; 

39.2.3. heyvanların dehelmintizasiyası, obyektlərin dezinfeksiyası, dezinseksiyası, 

deratizasiyası (məcburi dezinfeksiya, dezinseksiya və deratizasiya və dövlət 

sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası istisna 

olunmaqla) və heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-

sanitariya) ekspertizası xərcləri; 




39.2.4. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya daxil edilmiş 

xüsusi təhlükəli heyvan xəstəlikləri istisna olmaqla, digər xəstəliklərin 

qanunvericiliklə müəyyən edilmiş qaydada profilaktikası, diaqnostikası, müalicəsi 

və ləğvi xərcləri; 

39.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 

baytarlıq sənədlərinin verilməsi xərcləri. 



39.3. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat 

şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir. 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin