Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 30. Fərdi baytarlıq təbabəti praktikasının həyata keçirilməsi



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   24   25   26   27   28   29   30   31   ...   34
Maddə 30. Fərdi baytarlıq təbabəti praktikasının həyata keçirilməsi  

30.1. Baytarlıq ixtisası üzrə ali və orta ixtisas təhsili olan Azərbaycan Respublikasının 

vətəndaşları hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada fərdi 

baytarlıq təbabəti praktikası ilə məşğul ola bilərlər. 




30.2. Fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olan şəxslər öz fəaliyyətlərini bu 

Qanuna və bu Qanuna uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlara əsasən həyata 

keçirirlər. 

VI fəsil. Baytarlıq preparatlarının dövriyyəsi 

Maddə 31. Baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri  

31.0. Baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 

31.0.1. Azərbaycan Respublikasında baytarlıq preparatları istehsalı proqramını 

hazırlamaq və həyata keçirmək

31.0.2. baytarlıq preparatları istehsalına, daşınmasına və saxlanmasına dair 

standartlarını və müvafiq normativ-texniki tələblərə aid sənədləri hazırlamaq və 

təsdiq etmək; 

31.0.3


. baytarlıq preparatlarının aqrobasiyası, dövlət qeydiyyatına alınması və 

dövlət reyestrinin aparılması qaydalarını müəyyən etmək; 

31.0.4. baytarlıq preparatlarının dövriyyəsinin bütün mərhələlərində onların 

keyfiyyətinə və tətbiqinə dövlət nəzarətini təşkil etmək; 

31.0.5. xüsusi təhlükəli yoluxucu xəstəliklərin profilaktikasını, müalicəsini və 

ölkədə baytarlıq sağlamlığını təmin etmək üçün lazım olan baytarlıq 

preparatlarının tədarükünə dövlət sifarişini vermək

31.0.6. baytarlıqda istifadə olunan bioloji və güclü təsiredici baytarlıq 

preparatlarının istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi 

qaydasını müəyyənləşdirmək; 

31.0.7

. baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı 



formasını və təqdim edilməsi qaydasını müəyyən etmək; 

31.0.8. baytarlıq preparatlarının alınmasına və istehsalına ayrılan büdcə 

təxsisatlarının səmərəli istifadəsinə nəzarət etmək; 

31.0.9. baytarlıq preparatları istehsalı, idxalı, ixracı və tətbiqi sahəsində 

beynəlxalq əməkdaşlığı həyata keçirmək. 

Maddə 32. Baytarlıq preparatlarının dövriyyəsində hüquqi və fiziki şəxslərin iştirakı  

Baytarlıq preparatlarının istehsalı, saxlanması, daşınması, satışı və tətbiqi ilə baytarlıq 

ixtisası üzrə ali və orta ixtisas təhsilli fiziki şəxslər və mülkiyyət formasından asılı 

olmayaraq, bütün hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məşğul ola 

bilərlər. 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin