Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 29. Özəl baytarlıq təbabəti müəssisələrinin hüquq və vəzifələri



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   23   24   25   26   27   28   29   30   ...   34
Maddə 29. Özəl baytarlıq təbabəti müəssisələrinin hüquq və vəzifələri  

29.1. Özəl baytarlıq təbabəti müəssisələrinin aşağıdakı hüquqları vardır: 

29.1.1. karantin və ya məhdudiyyət tədbirləri tətbiq edilən heyvan xəstəlikləri 

istisna olunmaqla, başqa heyvan xəstəliklərinə və zəhərlənmələrə diaqnoz 

qoymaq və müalicə işi ilə məşğul olmaq; 



29.1.2. heyvanlarda profilaktik peyvənd işi ilə məşğul olmaq və heyvan sahibinə 

məsləhətlər vermək; 

29.1.3. heyvanların yoluxucu xəstəliklərə tutulması təhlükəsi yarandıqda 

heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin 

təhlükə obyektinə gətirilməsi və oradan çıxarılmasının məhdudlaşdırılması və ya 

dayandırılmasını tələb etmək; 

29.1.4. tərkibində insan sağlamlığı üçün təhlükəli maddələr olan yemlərlə 

heyvanların yemləndirilməsinin qarşısını almaq məqsədilə həmin maddələrin 

heyvanların yem rasionundan çıxarılmasını heyvan sahibindən tələb etmək və bu 

barədə dərhal dövlət baytarlıq orqanına məlumat vermək; 

29.1.5. xidmət etdiyi müəssisələrdə baytarlıq və baytarlıq (baytarlıq-sanitariya) 

tələblərinə və normativlərinə əməl edilməsini heyvan mənşəli məhsullar və 

xammal istehsalı, tədarükü və emalı ilə məşğul olan hüquqi və fiziki şəxslərdən 

tələb etmək; 

29.1.6. 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq edilmiş dövlət 

nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarından istifadə etmək və 

həmin blanklar barədə dövlət baytarlıq orqanına məlumat vermək. 

29.2. Özəl baytarlıq təbabəti müəssisələrinin aşağıdakı vəzifələri vardır: 

29.2.1

. baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmaq üçün dövlət baytarlıq 



orqanında uçota durmaq; 

29.2.2. öz fəaliyyətində baytarlıq qanunvericiliyini rəhbər tutmaq, baytarlıq və 

baytarlıq (baytarlıq-sanitariya) tələblərinə və normativlərinə əməl etmək; 

29.2.3. heyvanlarda yoluxucu xəstəliklərin olmasına şübhə yarandıqda, bu barədə 

dövlət baytarlıq orqanına məlumat vermək və xəstəliyin yayılmasının qarşısını 

alan ilkin tədbirlər görmək; 

29.2.4. heyvanların yoluxucu xəstəliklərinin epizootiyası zamanı dövlət baytarlıq 

orqanına və onun yerli bölmələrinə köməklik göstərmək; 

29.2.5

. qanunvericiliklə müəyyən olunmuş formada və qaydada baytarlıq 



tədbirlərinin yerinə yetirilməsi barədə uçot aparmaq, xidmət etdiyi hüquqi və 

fiziki şəxslərə, dövlət baytarlıq orqanının yerli bölmələrinə hesabatlar təqdim 

etmək; 

29.2.6. fəaliyyət göstərdiyi obyektdə istehsal edilən heyvan mənşəli məhsulların 

və xammalın, istifadə edilən yem və yem əlavələrinin baytarlıq (baytarlıq-

sanitariya) normalarına uyğunluğunun və təhlükəsizliyinin təmin edilməsi üçün 

öz səlahiyyətləri daxilində tədbirlər görmək. 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin