Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə1/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
  1   2   3   4   5   6   7   8   9   ...   34


 

Baytarlıq haqqında 

Azərbaycan Respublikasının Qanunu 

Bu qanun Azərbaycan Respublikasında baytarlıq fəaliyyətinin hüquqi və təşkilati 

əsaslarını müəyyən edir, ölkənin baytarlıq (baytarlıq-sanitariya) sağlamlığını, dövlət 

baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyini, əhalinin heyvan və insanlar üçün 

ümumi olan xəstəliklərdən mühafizəsini təmin edən subyektlər arasındakı münasibətləri 

tənzimləyir. 



I fəsil. Ümumi müddəalar 

Maddə 1. Əsas anlayışlar  

1.0. Bu qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.0.1. baytarlıq—heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və 

başqaları) xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və 

təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və 

insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki və 

təşkilati tədbirlər sistemi; 

1.0.2. baytarlıq fəaliyyəti—qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın 

idarə edilməsi, baytarlıq nəzarəti, təbabəti və əczaçılığı sahəsində həyata keçirilən 

fəaliyyət növü; 

1.0.3. baytarlıq təbabəti—heyvan xəstəliklərinin öyrənilməsini, profilaktikasını, 

diaqnostikasını, müalicəsini və heyvanların sağlamlığının qorunmasını əhatə edən 

fəaliyyət sahəsi; 

1.0.4. baytarlıq (baytarlıq-sanitariya) qaydaları—

müvafiq icra hakimiyyəti orqanı

 

tərəfindən hazırlanan, baytarlıq normativləri əsasında baytarlıq tədbirlərinin 



aparılması qaydasını müəyyən edən və baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi 

və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tədbirləri təsbit edən 

normativ sənədlər; 

1.0.5. baytarlıq preparatları—yalnız heyvan xəstəliklərinin profilaktikası, 

müalicəsi, diaqnostikası və heyvanların məhsuldarlığının artırılması üçün istifadə 

olunan baytarlıq təyinatlı immunobioloji, bioloji, bitki, kimyəvi və kimya-

əczaçılıq mənşəli maddələr; 

1.0.6. baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması—

müvafiq icra 

hakimiyyəti orqanı

 tərəfindən baytarlıq preparatlarının, onlara aid sənəd və 



materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə 

qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət 

reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat 

şəhadətnaməsinin verilməsi; 

1.0.7. baytarlıq preparatlarının dövlət reyestri—qanunvericiliklə müəyyən edilmiş 

qaydada qeydə alınmış və Azərbaycan Respublikasında istehsalına, ixracına, 

idxalına və tətbiqinə icazə verilmiş baytarlıq preparatlarının siyahısı; 

1.0.8. baytarlıq preparatlarının dövriyyəsi—baytarlıq preparatlarının istehsalı, 

aprobasiyası, daşınması, saxlanması, idxalı, ixracı, satışı və istifadəsi; 

1.0.9. baytarlıq sənədləri—dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən 

vəzifəli şəxslər tərəfindən dövlət baytarlıq nəzarətində olan yüklərə və obyektlərə 

verilən baytarlıq (baytarlıq-sanitariya) rəyləri, baytarlıq arayışları, şəhadətnamə 

və sertifikatları; 

1.0.10. identikləşdirmə—heyvanların və heyvandarlıq müəssisələrinin, heyvan 

mənşəli məhsulların emalı, saxlanması və satışı obyektlərinin, həmçinin 

heyvanlar üçün yem və baytarlıq təyinatlı bioloji preparatlar istehsalçılarının 

uçota alınması (kodlaşdırılması); 

1.0.11. dövlət baytarlıq nəzarətində olan yüklər—heyvanlar, heyvan mənşəli 

məhsullar və xammal, baytarlıq preparatları, yem və yem əlavələri; 



1.0.12. fərdi baytarlıq təbabəti praktikası—bu Qanunun 5.3-cü və 30-cu 

maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq 

fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən baytarlıq 

fəaliyyəti; 

1.0.13. özəl baytarlıq təbabəti—qanunvericiliyə uyğun olaraq xüsusi razılıq 

(lisenziya) əsasında hüquqi şəxslər (baytarlıq klinikaları və s.) tərəfindən həyata 

keçirilən baytarlıq fəaliyyəti. 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin