Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 33. Baytarlıq preparatlarının istehsalı, satışı, idxalı və ixracı



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   26   27   28   29   30   31   32   33   34
Maddə 33. Baytarlıq preparatlarının istehsalı, satışı, idxalı və ixracı  

33.1. Azərbaycan Respublikasında baytarlıq preparatlarının istehsalı ilə məşğul olan 

müəssisələr keyfiyyətli preparat (məhsul) hazırlamağı təmin edən münasib avadanlığa, 



istehsalat şəraitinə, texnologiyaya və normativ-texniki sənədlərə malik olmalıdır. 

Müəssisə istehsal etdiyi baytarlıq preparatlarının keyfiyyətini sınaqdan keçirmək üçün 

nəzarət xidməti təşkil edir, satışa buraxdığı hər bir partiya (seriya) preparata dair 

keyfiyyət şəhadətnaməsi verir və onun keyfiyyəti üçün məsuliyyət daşıyır. İstehsal 

olunan hər bir baytarlıq preparatı müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır 

və bu barədə qeydiyyat şəhadətnaməsi verilir. 

33.2

. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatları 



qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq sertifikata malik olmalı, 

markalanmalı, qablaşdırılmalı, müşayiətedici sənədlərində və ya istifadə təlimatlarında 

baytarlıq təyinatlı olması göstərilməli, habelə preparatın istifadəsi təlimatı Azərbaycan 

dilində və zəruri hallarda digər dillərdə hazırlanma tarixi, saxlanma müddəti, şəraiti və 

digər məlumatlar olmalıdır. 

33.3. Baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tərtib etdiyi siyahısında nəzərdə 

tutulan, habelə heyvan və insanlar üçün ümumi olan xəstəliklərə qarşı bioloji və güclü 

təsirə malik preparatların satışı ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə 

məşğul olan fiziki şəxslər məşğul ola bilməzlər. 

33.4


. Baytarlıq təbabətində istifadə edilən preparatların istehsalı, saxlanması, daşınması, 

idxalı, ixracı və satışı ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, 

qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmiş və 

müvafiq icra 

hakimiyyəti orqanı

 tərəfindən icazə almış hüquqi şəxslər məşğul ola bilərlər. 

33.5. Baytarlıq preparatlarının daşınması, saxlanması və satışı üçün normativ-texniki 

tələblərə uyğun şəraiti olan hüquqi şəxslər baytarlıq preparatlarının satışı ilə Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda və qaydada məşğul ola 

bilərlər. 

33.6. Baytarlıq preparatlarının topdansatışını mülkiyyət formasından asılı olmayaraq 

müvafiq istehsal və elmi-tədqiqat müəssisələri (öz istehsalı olan) və baytarlıq təchizatı 

anbarları, pərakəndə satışını isə baytarlıq aptekləri həyata keçirirlər. 

33.7. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının baytarlıq 

təbabətində tətbiqi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 

33.8. Baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan 

baytarlıq preparatlarının siyahısı 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq edilir. 

33.9. Azərbaycan Respublikasında qeydiyyatdan keçən baytarlıq preparatlarının idxalını 

və ixracını hüquqi və fiziki şəxslər 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən 

edilmiş qaydada beynəlxalq müqavilələrin tələbləri və tövsiyələri nəzərə alınmaqla 

həyata keçirirlər. 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin