Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


VII fəsil. Baytarlığın elmi və kadr təminatı və baytarlıq



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə31/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   26   27   28   29   30   31   32   33   34
VII fəsil. Baytarlığın elmi və kadr təminatı və baytarlıq 

xidmətinin maliyyələşdirilməsi 

Maddə 36. Baytarlıq sahəsində elmi tədqiqatlar  

36.1. Baytarlıq sahəsində aparılan elmi tədqiqatların əsas istiqamətləri və proqramları 

müvafiq icra hakimiyyəti orqanı

 ilə razılaşdırılmalıdır. 

36.2

. Elmi tədqiqatlar nəticəsində hazırlanmış və təkmilləşdirilmiş baytarlıq 



preparatlarının, yem və yem əlavələrinin baytarlıq normativlərinə uyğunluğunu müəyyən 

etmək üçün onlar müvafiq qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada 

aprobasiyadan keçirilməlidirlər. 

36.3. Azərbaycan Respublikasında mövcud olan, həmçinin elmi tədqiqatlar və heyvan 

xəstəliklərinin diaqnostikası nəticəsində və peyvənd vasitəsi hazırlanan zaman alınan 

mikroorqanizm və parazitar xəstəlik törədicilərinin ştammları baytarlıqda istifadə edilən 

və saxlanılan ştammların Milli Kolleksiyasında saxlanılmalıdır. 

36.4. Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli 

Kolleksiyasının yaradılması və fəaliyyəti qaydaları 

müvafiq icra hakimiyyəti orqanı

 

tərəfindən müəyyən edilir. 



36.5. Baytarlıq sahəsində elmi tədqiqatlar dövlət büdcəsi, müəssisələrin büdcədənkənar 

vəsaitləri və könüllü ayırmalar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr 

hesabına maliyyələşdirilir. 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin