Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 17. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   12   13   14   15   16   17   18   19   ...   34
Maddə 17. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, 

tədarükü, saxlanması, emalı və satışına dövlət baytarlıq nəzarəti  

17.1. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, 

saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir. 

17.2. Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul 

olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin 

sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə 




sağlam təsərrüfatlardan olan məhsul və xammalın qəbuluna, saxlanması və satışına yol 

verilir. 

17.3. Heyvanların kəsimi, heyvan mənşəli məhsulların və xammalın emalı 

müəssisələrinin müdiriyyəti məhsulların və xammalın normativ-texniki sənədlərə və 

baytarlıq normativlərinin tələblərinə uyğunluğunu yoxlamaq üçün baytarlıq istehsalat-

nəzarət bölmələri yaratmağa, həmçinin dövlət baytarlıq müfəttişlərinə baytarlıq nəzarətini 

həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş 

qaydada lazım olan şəraiti yaratmağa borcludurlar. 

17.4. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və 

satışı obyektlərində dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi, həmçinin 

heyvanların, heyvan mənşəli məhsulların və xammalın normativ-texniki sənədlərin və 

baytarlıq normativlərinin tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydaları 

müvafiq 

icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq edilir. 

Maddə 18. Baytarlıq preparatlarının, yem və yem əlavələrinin dövriyyəsinə dövlət 


Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin