Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 13. Dövlət baytarlıq müfəttişlərinin aktları



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə12/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
Maddə 13. Dövlət baytarlıq müfəttişlərinin aktları  

13.1. Dövlət nəzarəti nəticəsində dövlət baytarlıq müfəttişləri öz səlahiyyətləri daxilində 

aşağıdakı məsələlər barədə qərarlar qəbul edirlər: 

13.1.1. baytarlıq sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan 

qaldırılması; 

13.1.2


. dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) 

ekspertizası və diaqnostika müayinələrinin qanunvericiliklə müəyyən edilmiş 

qaydada aparılması; 

13.1.3


. heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan 

xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri 

ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, 

heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə 

dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin qanunvericiliklə müəyyən 

edilmiş qaydada aparılması; 

13.1.4. heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla, xüsusi 

təhlükəsi və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi 

müəyyən edildikdə, hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması və ya 

qadağan edilməsi və bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldırılması (iddia 

qaldırıldığı halda fəaliyyətin dayandırılması və ya qadağan edilməsi məhkəmə 

qərarı qəbul edilənə kimi qüvvədə qalır); 

13.1.5. əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq ekspertiza 

nəticələri və ya laboratoriya müayinələri ilə sübut edilmiş heyvanların, heyvan 

mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada və şərtlərlə 

dəyəri ödənilməklə götürülməsi, təkrar emalı, zərərsizləşdirilməsi və yaxud məhv 

edilməsi; 



13.1.6. hüquqi və fiziki şəxslərin baytarlıq qanunvericiliyinin pozulmasına görə 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb 

edilməsi üçün qanuna müvafiq olaraq tədbirlərin görülməsi; 

13.1.7. dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranzit 

daşınmasında baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının 

baş verməsi barədə gömrük orqanlarının bildirişinə əsasən qanunvericiliklə 

müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülənə kimi qanunvericilikdə 

müəyyən edilmiş qaydada yüklərin saxlanması və dövlət baytarlıq nəzarətinin 

həyata keçirilməsi

13.1.8. qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, 

normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum 

olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin 

qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi. 

13.2. Dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarlarının forması, onların 

tərtib edilməsi və verilməsi qaydası 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən 

edilir. 

13.3. Dövlət baytarlıq müfəttişlərinin qərarları hüquqi və fiziki şəxslər tərəfindən icra 

edilməsi məcburidir. 

13.4. Dövlət baytarlıq müfəttişləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 

olaraq fəaliyyət göstərir və qəbul etdikləri qərarlara görə qanuna müvafiq olaraq şəxsən 

məsuliyyət daşıyırlar. 




Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin