Maddə 10. Bələdiyyələrin baytarlıq sahəsində hüquqları
10.1. Bələdiyyələr tərəfindən yaradılmış hüquqi şəxslər bu Qanunun 27.1-ci maddəsində
nəzərdə tutulmuş qaydada baytarlıq təbabəti ilə məşğul ola bilərlər.
10.2. Dövlət baytarlıq xidməti bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş baytarlıq
tədbirlərinin həyata keçirilməsində köməklik göstərilməsi üçün bələdiyyələri cəlb edə
bilər. Bu zaman bələdiyyələr müvafiq tədbirlərin keçirilməsi məqsədilə öz vəsaitləri
hesabına məqsədli fondlar yarada və yerli büdcədən vəsait ayıra bilərlər.
Dostları ilə paylaş: |