Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə17/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
baytarlıq nəzarəti  

18.1. Baytarlıq preparatları, yem və yem əlavələrinin istehsalı, idxalı, ixracı, daşınması, 

satışı və tətbiqi dövlət baytarlıq nəzarətindədir. 

18.2. Hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan 

Respublikasında qeydiyyatdan keçmiş baytarlıq preparatları, yem və yem əlavələri idxal 

və ixrac edə bilərlər. Qeydiyyatdan keçməmiş baytarlıq preparatları, yem və yem 

əlavələri Azərbaycan Respublikasına sərgilərdə, yarmarkalarda, konfranslarda nümayiş 

etdirilmək, elmi və digər məqsədlər üçün satış hüququ olmadan gətirilə bilər. 

18.3. Baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı və ixracı qaydaları 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən edilir. 

18.4


. Təbii fəlakət, güclü epizootiya təhlükəsi hallarında Azərbaycan Respublikasında 

qeydiyyata alınmayan baytarlıq preparatları, yem və yem əlavələrinin idxalına, onların 

istehsalçı ölkələrdə qeydiyyatı və istifadəsini təsdiq edən sənədlər olduqda müvafiq icra 

hakimiyyəti orqanının qərarı ilə icazə verilir. 

18.5. Baytarlıq preparatlarının dövlət reyestrində qeydə alınmış xarici baytarlıq 

preparatlarının hər bir yeni seriyaları (partiyaları) qanunvericiliklə müəyyən edilmiş 

qaydada ekspertizadan keçirildikdən sonra baytarlıq normativlərinin tələblərinə cavab 

verdikləri hallarda onların tətbiqinə 

müvafiq icra hakimiyyəti orqanının

 müəyyən etdiyi 

qaydada icazə verilir. 

18.6. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən 

antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatları, yem və yem 

əlavələrinin baytarlıq normalarının tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydası 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfdən müəyyən edilir, onların tətbiqinə 

müvafiq icra 

hakimiyyəti orqanı

 tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir və 

dövlət baytarlıq nəzarəti altında həyata keçirilir. 




Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin