Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 14. Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   9   10   11   12   13   14   15   16   ...   34
Maddə 14. Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək 

yoluxucu və ekzotik heyvan xəstəliklərindən qorunması  

14.1. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik 

xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədilə dövlət 

baytarlıq nəzarətini həyata keçirmək üçün dövlət sərhədində qanunvericiliklə müəyyən 

edilmiş qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) baytarlıq 

nəzarəti məntəqələri təşkil edilir. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış 



məntəqələrində baytarlıq nəzarətini həyata keçirən gömrük orqanları öz fəaliyyətini 

qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət baytarlıq xidməti ilə əlaqələndirirlər. 

14.2. Azərbaycan Respublikasının ərazisinə heyvanların, həmçinin inkubasiya üçün 

yumurtaların idxalına yalnız onlar baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın 

tərtib etdiyi siyahıya daxil edilən xəstəliklərə və digər yoluxucu xəstəliklərə görə kliniki 

sağlam və təhlükəsiz olduqda, bu xəstəliklərə görə sağlam zonadan və yoluxma 

mənbəyindən müəyyən edilmiş məsafədən kənarda yerləşən təsərrüfatlardan 

götürüldükdə yol verilir. 

14.3. Dövlət baytarlıq nəzarətində olan yüklərə göndərilməmişdən əvvəl ixrac edən ölkə 

tərəfindən baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın təklif etdiyi müvafiq 

nümunələrə uyğun ixrac və idxal edən, lazım gələrsə tranzit ölkələrin birgə seçdiyi dildə 

beynəlxalq baytarlıq sertifikatı tərtib edilir. 

14.4. Damazlıq, əmtəə və ya kəsim məqsədilə heyvanları ixrac edən ölkənin ərazisində 

(götürüldükləri təsərrüfatdan ixrac edən ölkədə yüklənəcəkləri məntəqəyə kimi) 



daşınması idxal və ixrac edən ölkələrin birgə müəyyən etdikləri şərtlərə uyğun həyata 

keçirilir. 

14.5. İnsanların qidalanması üçün ət, süd və digər heyvan mənşəli məhsulların ixracına 

yalnız o halda yol verilir ki, ixrac edən ölkənin dövlət baytarlıq orqanı həmin məhsulların 

insanların istifadəsi üçün yararlı olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq 

sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş 

beynəlxalq baytarlıq sertifikatları versin. 

14.6. Heyvanların yemləndirilməsi, əczaçılıq, kənd təsərrüfatı və sənaye üçün istifadə 

edilməsi məqsədilə heyvan mənşəli məhsullar idxal və ixrac edildikdə baytarlıq 

sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyəsinə uyğun hazırlanmış müvafiq 

beynəlxalq baytarlıq sertifikatı ilə təmin edilməlidirlər. 

14.7. Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranziti onları göndərən 

və alan ölkələrin müvafiq ərazilərinin epizootik vəziyyəti nəzərə alınmaqla həyata 

keçirilir. 

14.8. Azərbaycan Respublikasının dövlət sərhədindən heyvanların, heyvan mənşəli 

məhsulların və xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin daşınmasına 

yalnız baytarlıq nəzarəti məntəqələri olan yerlərdə icazə verilir. Dövlət sərhədlərində 

baytarlıq nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti sərhəd rejiminin 

xüsusiyyətləri nəzərə alınmaqla 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən müəyyən 

edilmiş qaydada həyata keçirilir. 

14.9. Dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı, idxalı və tranziti müvafiq icra 

hakimiyyəti orqanından və onun ərazi bölmələrindən həmin ölkələrdə epizootik vəziyyət, 

heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya) 

qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir. 




Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin