Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


IV fəsil. Baytarlıq təbabətinin təşkili



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə18/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
IV fəsil. Baytarlıq təbabətinin təşkili 


Maddə 19. Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq 

(baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri  

19.0. Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, 

saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq 

(baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri aşağıdakılardır: 

19.0.1

. heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq 



(baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq 

təlimatlara əməl etmək; 

19.0.2. ərazini, istehsalat binalarını və obyektlərini, yem və yem əlavələrini

həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması 

və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq qaydaları və 

normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək; 

19.0.3

. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, 



saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti 

obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsində 

qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-

sanitariya) tələblərinə əməl etmək; 

19.0.4

. heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb 



edilən yüklərin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən 

edilmiş baytarlıq qaydalarına əməl etməklə baytarlıq və inzibati-təsərrüfat 

tədbirlərini həyata keçirmək; 

19.0.5


. istifadəsində olan heyvanların, heyvandarlıq müəssisələrinin, heyvan 

mənşəli məhsullar və xammal istehsalı, emalı, saxlanması və satışı obyektlərinin 

qanunvericiliklə müəyyən edilmiş qaydada identikləşdirilməsi və onlara baytarlıq 

şəhadətnamələrinin rəsmiləşdirilməsini təmin etmək; 

19.0.6. yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqqında dövlət 

baytarlıq nəzarəti orqanlarına vaxtında məlumat vermək; 

19.0.7. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri

heyvan tələfatı halları haqqında dövlət baytarlıq xidmətinə təcili məlumat vermək 

və müfəttişlər gələnə kimi, xəstəliyə şübhəli heyvanları təcrid etmək; 

19.0.8


. ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa 

ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün 

qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə onları təcrid olunmuş 

halda saxlamaq; 

19.0.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış 

keçirilməsində, diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata 

keçirilməsində, xidməti vəzifələrinin yerinə yetirilməsində baytarlıq 

mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək; 

19.0.10. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanları və 

onlardan alınan məhsulları baytarlıq baxışından keçirmək üçün baytarlıq 

müfəttişlərinə maneəsiz və vaxtında təqdim etmək; 



19.0.11. əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvanların, 

heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin 

zərərsizləşdirilməsi üçün baytarlıq müfəttişlərinin tələblərini yerinə yetirmək; 

19.0.12. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) 

tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda 

heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən 

edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına 

və istifadəsinə yol verməmək; 

19.0.13. heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız 

onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq 

edən baytarlıq sənədləri olduqda məşğul olmaq; 

19.0.14. heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və 

ixracında bu Qanunun tələblərinə və Azərbaycan Respublikasının digər 

qanunvericiliyinə əməl etmək. 




Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin