Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin nümunəvi vəzifə



Yüklə 24.87 Kb.
Pdf просмотр
tarix25.12.2016
ölçüsü24.87 Kb.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin nümunəvi vəzifə 

TƏLİMATI 

 

I.



 

Ümumi müddəalar 

 

1.  



Bu  vəzifə  təlimatı  təcili və  təxirəsalınmaz tibbi yardım üzrə  həkimin 

vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir. 

2.  

Təcili və  təxirəsalınmaz tibbi yardım üzrə  həkim vəzifəsinə  vəzifəsinə 



baza ali tibb təhsili olan şəxs təyin edilir. 

3. Təcili və  təxirəsalınmaz tibbi yardım üzrə  həkim Azərbaycan 

Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin 

əmri ilə vəzifəyə təyin olunur və vəzifədən azad edilir 

4.  

Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim bilavasitə şöbə müdirinə, 



onun olmadığı halda isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5.  


Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim aşağıdakıları bilməlidir: 

5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz  ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

5.4.   təcili və təxirə salınmaz tibbi yardım xidmətinin təşkili, strukturu, ştatları 

və təchiz edilməsi ilə bağlı məsələləri; 

5.5.   öz  ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.   əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.   dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10.  həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13. sanitar-maarifləndirmənin əsaslarını;  


5.14.  daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   

 

II.



 

Vəzifə öhdəlikləri 

 

6.  



Təcili və  təxirəsalınmaz tibbi yardım üzrə  həkim tibbi praktikada 

tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə 

öz ixtisası üzrə peşəkar seviyyədə tibbi yardım göstərir.  

7.  


Müəyyən edilmiş standartlara və  tələblərə uyğun olaraq xəstəyə tibbi 

yardım göstərilməsi taktikasını müəyyən edir. Diaqnoz qoyur. 

8.  

Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz 



ixtisası üzrə məsləhət yardımı göstərir.  

9.   Ona tabe orta və kiçik tibb personalının işinə  rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.  

10.   Diaqnostik  və müalicə prosedurlarının aparılmasının, alət, aparat və 

avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir.  

11.   Orta  və kişik tibb heyətinin ixtisasının artırılması üzrə  məşğələlərin 

aparılmasında iştirak edir.  

12.   Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini  təhlil edir. 

13.   Tibbi  və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.  

14.   Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir.  

15.   Müəssisə  rəhbərliyinin  əmr, sərəncam və tapşırıqlarını, peşəkar  peşəkar 

seviyyədə və vaxtında icra edir.  

16.   Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

17.   Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

18. 

 Daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 



qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 

qarşı  və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.  

 

III.

 

Hüquqlar 

 

19.   Təcili və  təxirəsalınmaz tibbi yardım üzrə  həkimin aşağıdakı hüquqları 

vardır:  

19.1.  müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq müstəqil surətdə 

diaqnoz qoymaq, xəstəyə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi taktikasını 

müəyyən etmək;  

19.2.  zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün 

müəyyən edilmişqaydada başqa ixtisaslı həkimləri cəlb etmək; 



19.3.  əhaliyə 

təcili və 

təxirəsalınmaz tibbi yardımın təşkilinin 

təkmilləşdirilməsi,   özünün əmək fəaliyyətinin təşkilinin və  şərtlərinin 

yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;  

19.4.  öz  səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, sərəncamlar vermək və onlardan dəqiq icra tələb etmək, onların 

həvəsləndirilməsi və tənbeh edilməsi  üzrə rəhbərliyə təkliflər vermək; 

19.5.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək;  

19.6.  öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda 

və müşavirələrdə iştirak etmək; 

19.7.  müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq. 

20.   Təcili və  təxirəsalınmaz tibbi yardım üzrə  həkim Azərbaycan 

Respublikasının  Əmək Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə 

edir. 

 

IV.



 

Məsuliyyət 

 

21.   Təcili və  təxirəsalınmaz tibbi yardım üzrə  həkimi aşağıdakılara görə 

məsuliyyət daşıyır: 

21.1.  ona  həvalə olunmuş  vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

21.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və  peşəkar seviyyədə yerinə yetirilməsinə; 

21.3.  daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına 

riayət edilməsinə; 

21.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 

21.5.  öz  fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 

21.6.  ona  tabe  işçilərin nizam-intizam qaydalarına və  vəzifə öhdəliklərinin 

yerinə yetirilməsinə; 

21.7.  tibb  müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə    təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə  

22.   Təcili və  təxirəsalınmaz tibbi yardım üzrə  həkim  əmək intizamının, 

qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan 

qanunvericiliyə  əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, 



inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.    

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə