Baytarliq



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix01.01.2017
ölçüsü2,2 Mb.
#4015
1   2   3   4   5   6   7   8   9   ...   12

BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

36

 



xəstəliklər aradan qaldırılmış, bəziləri isə o 

cümlədən arıların varroatozu xeyli dərəcədə 

azalmışdır. Sonradan arıçılıq təsərrüfatla-

rının fərdi təsərrüfatlara keçməsi nəticəsində 

onlara dövlət nəzarətinin zəifləməsi üzündən 

xəstəliklərə qarşı  tədbirlərin lazımı  səviyyə-

də aparılmadığından başqa xəstəliklərlə ya-

naşı arıların varroatoz xəstəliyi geniş yayıl-

maqla arıçılığa ciddi ziyan verməkdədir. 

Son zamanlar alimlər tərəfindən varroa-

toza qarşı  təklif olunan müalicə preparat-

larının səmərəliliyi mübahisəlidir. Müəyyən 

bir iqlim şəraitində, arıçılığa  xidmətin sə-

viyyəsindən, törədicinin bioloji xüsusiyyə-

tindən asılı olaraq alınan nəticələr müxtəlif 

olur. Buna görə də xəstəliyin epizootik və-

ziyyətini yenidən öyrənmək və son zaman-

lar həmin xəstəliyə qarşı təklif edilən prepa-

ratlardan bəzilərinin sınaqdan keçirilməsi 

zərurəti yaranmışdır. 

Material və metodlar  2009-2011-ci illər-

də respublikanın Quba-Xaçmaz, Şəki-Za-

qatala, Lənkəran. 

Astara və Muğan zonalarını  əhatə edən 

10 rayonun 25 fermer arıçılıq təsərrüfat-

larında varroatoza görə epizootik vəziyyəti 

tərəfimizdən öyrənilmişdir. 

Xəstəliyin epizootik vəziyyəti, baş vermə 

səbəbləri, yayılma yolları və gedişi haqqında 

məlumatlar arıçılardan, arıxanalar yerləşən 

əraziyə xidmət edən baytar mütəxəssislə-

rindən anamnestik məlumatların toplanması 

və bilavasitə arıxanaların kliniki müayinə-

sinin aparılması yolu ilə aşkar edilmişdir. 

Müəyyən edilmişdir ki, arıların varroato-

zunun geniş yayılmasının  əsas səbəbləri 

vaxtaşırı diaqnostik və müalicə-profilaktika 

tədbirlərinin lazımı  səviyyədə aparılma-

ması, arı ailələri və onların məhsullarının 

nəzarətsiz alqı-satqısı, xəstə beçələrin sağ-

lam arıxanalara uçub gəlməsi, arıxanaların 

və arı ailələrinin biri-birinə yaxın yerləş-

dirilməsi, dezinfeksiya edilmədən eyni 

alətlərin həm xəstə  və  həm də sağlam 

ailələrdə  işlədilməsi və arıxanaların sanita-

riya vəziyyətinin aşağı olmasıdır. 

Bəzi akarisidlərin varroatoza görə səmə-

rəliliyini öyrənmək məqsədilə həmin prepa-

ratları  işlədilməzdən  əvvəl və  işlədildikdən 

sonra arı ailələrinin varroatoza yoluxma 

dərəcəsi müəyyən edilmiş, alınan nəticə 

müqayisə edilərək səmərəlilik faizi aşkar 

olunmuşdur. 

Arıxanalarda arı ailələrinin varroatoza 

yoluxmasının intensivliyi ana, işçi və erkək 

arıların bədəninə, möhürlü sürfələrə, sürfə 

və  gəlincik dövründə onlara adi gözlə  və 

böyüdücü şüşə ilə baxıb gənələri saymaqla, 

habelə  pətəyin içərisinə, uçuş bacası qa-

bağına tökülmüş zibilin içərisindən gənələri 

tapmaqla müəyyən edilmişdir. 

Arı ailəsinin xəstəliyə yoluxma dərəcə-

sini müəyyən edərkən əlavə olaraq 100 uçuş 

arısı, 100 pətək arısı və 100 möhürlü erkək 

sürfəsi üzərində tapılan gənələrin miqdarı 

nəzərə alınmışdır. Məsələn 100 uçuş arısı, 

100 pətək arısı  və 100 möhürlü erkək arı 

sürfəsi üzərində gənələrin sayı müvafiq ola-

raq 10; 35 və 15 olarsa onlar cəmlənir və 3-

ə bölünür (10+35+15=60:3=20). Beləliklə 

arı ailəsinin varroatoza 20% yoluxduğu 

müəyyən edilir. 

Ailədə  tək-tək gənələrin olması birinci, 

onlarla ikinci, 100 və daha çox olduqda isə 

üçüncü dərəcəli yoluxma sayılır. 

Tədqiqatların nəticələri və onların təhlili. 

Aparılan tədqiqatlar nəticəsində respublika-

nın 10 rayonunun (Astara, Masallı, Şamaxı, 

Quba, Qusar, Zaqatala, Lənkəran, Balakən, 

Qax və Saatlı) 25 arıxanasında 2130 arı 

ailəsinin epizootik vəziyyəti öyrənilmişdir. 

Belə ki, müşahidə aparılan həmin arı ailə-

lərindən 1715 ailə varroatoza birinci dərəcə-

li, 343 ailənin ikinci və 72 ailənin isə üçüncü 

dərəcəli yoluxduğu müəyyən edilmişdir. 

Son zamanlar varroatoza qarşı  təklif olu-

nan akarisid preparatlardan akarasan, fumisan, 

tanis və bivar preparatlarının respublikamız 



Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

37

 



şəraitində sınaqdan keçirməyi lazım bildik. Bu 

məqsədlə sınaqdan keçirilən hər preparat üçün 

hər biri üç ailədən ibarət olan analoji gös-

təricilərə malik (varroatoza yoluxma dərəcəsi, 

ailənin gücü, yem ehtiyatı  və s.) qrup təşkil 

edilmiş və bundan əlavə eyni göstəricilərə ma-

lik nəzarət qrupu da ayrılmışdır. 

Nəticə yoxlanılarkən onlar biri-birilə 

müqayisə edilərək ümumi səmərə müəyyən 

edilmişdir. 

Beləliklə arıların varroatozuna qarşı fu-

misan preparatının səmərəliliyi 90,5%, aka-

rasan  85,0%, tanis 81,7% və bivar 78,7% 

olmuşdur. 

Apardığımız tədqiqatlar nəticəsində res-

publikamız  şəraitində arıların varroatozuna 

qarşı  ən yaxşı  nəticə fumisan ondan bir 

qədər zəif akarasan və daha sonar tanis və 

bivar olmuşdur. 

 

Akarisid preparatlarının istifadəsinin nəticələri 



 

İşlədilən 

akarisidlər 

Arı 


ailələrinin 

№ -si 


Müalicədən 

əvvəlki 


yoluxma%-i 

Müalicədən 

sonrakı 

yoluxma%-i 

Səmərəlilik 

%-i 


 pAkarasan 

       24 

         20 

        4 

     85,0 

  rNəzarətdə 

       33 

         20 

       20 

 

 Fumisan 



       43 

         21 

         2  

     90,5 

 Nəzarətdə 

       15 

         16 

       16 

 

   r Bivar 



        7 

         20 

         4 

    78,7 

  eNəzarətdə 

        3 

         20  

       20 

 

  PTanis 



      23 

         15 

         2 

    81,7 

  aNəzarətdə 

      54 

         15              

        15 

 

 

Təkliflər. Arıların varroatozuna qarşı 

mübarizədə akarisid preparatlarının işlədil-

məsilə yanaşı bir sıra kompleks baytar-sa-

nitar və zootexniki tədbirlərin də görülməsi 

vacibdir. 

1. Arıçılıq mövsümündə arıxanalardakı 

arı ailələrinin 10%-i ildə iki dəfə (aprel və 

oktyabr aylarında) diaqnostik müayinədən 

keçirilməli, arıxana  ərazisinə  kənar  şəxslər 

buraxılmamalı, varroatoza qarşı  tədbirlər 

aparılmadan arıxanalar köçürülməməlidir. 

Arıxanalar pasportlaşdırılmalıdır. 

2. Arıxanalarda sağlam zəif ailələr birləş-

dirilməli və xəstə zəif ailələr isə çıxdaş edil-

məlidir. Arıxanada yalnız qüvvəli arı ailələri 

saxlanmalıdır. Arıxanalar quru, günəş  şuası 

düşən, küləkdən qorunan sahədə yerləşdiril-

məli, pətəklər yerdən 40 sm hündürlükdə 

dayaqlar üstünə qoyulmalıdır. Pətəyin xarici 

səthi arıların yaxşı görə biləcəyi ağ, sarı, 

yaxud mavi rəngə boyanmalıdır. 

3. Arıların aktiv fəaliyyəti dövründə var-

roa gənələrini cəmləşdirib məhv etmək 

məqsədilə üzərinə  şan zolağı  çəkilmiş  çər-

çivə qoyulur. Arılar həmin şan zolağına er-

kək sürfələr qoyurlar, gənələr isə  həmin 

erkək sürfələr üzərində  cəmləşdiyinə görə 

sonradan onu çıxarıb mum üçün əritməklə 

arıların varroatozunun 30%-dək azalmasına 

nail olmaq mümkündür. 

4.  Pətəklər torlu çərçivəaltlığı ilə  təchiz 

edilməli və hər 7-10 gündən bir çıxarıb pə-

təyin içərisindəki zibil yığışdırılıb yandırıl-

malıdır. 



5.  Varroatoz zamanı  gənələr arıların 

hemolimfasını sorduğuna görə arılarda zülal 

distrofiyası baş verdiyi üçün onlar zülalı 

yemlərlə yemləndirilməlidir. 



6.  Varroatozla mübarizədə müxtəlif aka-

risidlərdən istifadə edilir. Nəzərə almaq la-



BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

38

 



zımdır ki, akarisid preparatlar yalnız yaşlı arı-

lar üzərindəki gənələrə  təsir göstərir. Qapalı 

şan hücrələrindəki arı sürfələri üzərində 

inkişafda olan gənələrə  təsir göstərmədiyinə 

görə 12 gündən sonar təkrar işlətmək lazım 

gəlir. 


7.  Preparat işlədilməzdən  əvvəl hazırlıq 

işləri görülməlıdir: pətəyin içərisi təmizlən-

məli, çatları palçıqla suvanmalıdır. Preparat 

işlədildikdən sonra pətəyin içərisi yenidən 

təmizlənib toplanmış zibil yandırılmalıdır. 

8. Gənələrin inkişaf dinamikası ilə əlaqə-

dar akarisidlərin aşağıdakı müddətdə  işlə-

dilməsi tövsiyə olunur: yazda martın axırın-

da havanın temperature +160 –dən yuxarı 

olduqda, yayda bal süzümündən dərhal so-

nar və payızda oktyabr ayında arıların qışla-

maya hazırlanması ərəfəsində aparılmalıdır. 

Akarisidlərin işlədilməsi.  Akarasan 

yazda martın axırında, yayda bal süzü-

mündən dərhal sonra və payızda arıların 

qışlamaya hazırlığı ərəfəsində işlədilir. Pre-

paratın birdəfəlik dozası hər arı ailəsi üçün 

bir akarasan lenti yandırıb tüstüsünü uçuş 

bacasından pətəyə ötürüb 30 dəqiqəliyə 

uçuş bacası bağlanır. Səhəri günü pətək 

açılaraq təmizlənir. 

Fumisan. Fumisan akarisid hopdurulmuş 

ağac qabığına bənzər lentdən ibarətdir. 8-10 

çərçivəlik arı ailəsinin hər birinin pətəyinin 

içərisindən bir fumisan lenti asılır. Ailədə 

arı sürfəsi olduqda lent pətəkdə 25 gün, 

sürfə olmadıqda isə 2-3 gün saxlanır. 

Tövsiyə edilən preparatlar arı ailəsinə 

günün axırında arılar pətəyə toplandıqdan 

sonra işlədilir. Varroatoz əleyhinə  tədbirlər 

baytar mütəxəssislərinin nəzarəti altında 

aparılmalıdır. Görülən tədbirlərin daha 

səmərəli olması üçün bir-birinə yaxın 

arıxanaların hamısında tədbir eyni vaxtda 

aparılmalıdır. 

 

 

РЕЗЮМЕ

 

 



Султанлы  Г.И. 

 

УСОВЕРШЕНСТВОВАНИЕ  МЕРОПРИЯТИЙ  ПО  БОРЬБЕ  С  ВАРРОАТОЗОМ 

ПЧЕЛ 

 

В  статье  указывается  причины  и  пути  распространения  варроатоза  пчел  в  Азер-



байджане. Испытание некоторых акарицидов в условиях республики и усовершенст-

вование комплексных мероприятий против варроатоза пчел. 



 

SUMMARY 

 

Sultanly G. İ. 



 

IMPROVEMENT OF  ACTİONS  AGAİNST  VARROTO  OF  BEES 

 

This article is specify the reasons and diffusion ways varrotos of bees in Azerbaijan. 



Test of some acaricides in the conditions of republic and improvement of complex actions 

against varrotos of bees. 



 

ƏDƏBİYYAT 

 

1. Ф. Поль. Болезни пчел. Диагностика и лечение. Москва.2004. ст.89-105. 

2. Н.Кокорев, Б.Чернов. Избранные практические советы. Пчелы. Болезни и вреди-

тели. Москва. 2006. Ст. 147-194. 



3. Q. Sultanlı. Arı xəstəlikləri və ziyanvericiləri. Bakı. Azər” nəşriyyatı, 2008, səh.66-85. 

Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

39

 



UOT 619 616 576 895132 

 

LƏNKƏRAN VƏ ASTARA RAYONLARI  ƏRAZİSİNDƏ OLAN FƏRDİ 



QUŞÇULUQ TƏSƏRRÜFATLARININ BAŞLICA HELMİNTOZLARI 

 

Bayramov S. Y., baytarlıq elmləri namizədi 

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu 

 

AÇAR SÖZLƏR

: helmint, yarma, müayinə, kal, quş, rayetina, sinqamus, fərdi  təsərrüfat 

KEYWORDS

: helminth, autopsy, inspection, feces, bird, rayetina, singamus, private. 

 

İri sənaye müəssisələri ilə yanaşı  Kənd 



təsərrüfatının inkişaf etdirilməsi respublika-

mızda yeni fərdi, fermer təsərrüfatlarının 

yaradılması, inkişaf etdirilməsi zərurətini 

yaradır. Onun üçün də quşçuluq təsərrüfat-

larının yaradılması  ən vacib məsələlərdən 

biridir, çünki quşçuluq tez inkişaf edən və 

yüksək iqtisadi gəlir gətirən bir sahədir. 

Bunun üçün də  əhali bu sahəyə daha çox 

maraq ayırır. Respublikamızda kənd təsər-

rüfatının inkişafı və ərzaq məhsullarına olan 

tələbatını ödəmək üçün bir sıra layihə  və 

proqramlar həyata keçirilməkdədir. Bu təd-

birlərdə  əsas sahələrdən biri iri və  xırda 

quşçuluq təsərrüfatlarının inkişaf etdirilmə-

sidir. Burada yeni yüksək məhsuldar cins-

lərin və böyük damazlıq təsərrüfatların ya-

radılması, quşların yemlənmə  və  bəslənmə 

şəraitlərinin yaxşılaşdırılması üçün müasir 

tələblərə cavab verən metodların hazırlanıb 

tətbiq edilməsi çox vacibdir. 

Qeyd etmək lazımdır ki, quşçuluq təsər-

rüfatlarının sürətlə inkişafına və quşların 

məhsuldarlığına təsir edən bir çox amillər 

vardır. Bu amillərin əsasını quşlar arasında 

baş verən və onların tələfatına səbəb olan 

invazion və infeksion xəstəliklər təşkil edir. 

Quşların  ən çox yoluxduğu nematodlar-

dan askaridi, heterakis, kapillyari, sinqa-

mus, sestodlardan isə rayetinadır. Qeyd edi-

lən bu helmintlərlə  ən çox cavan quşlar və 

bir yaşından yuxarı olanlar arasında daha 

yüksək dərəcədə yoluxma baş verir. Ümu-

milikdə, helmintlər quşların bağırsağında və 

bronxlarında 4-13 ay arasında parazitlik 

edirlər və yayılmalarına  əsas səbəb isə on-

ların bioloji fəallığıdır. Belə ki, helmintlər 

külli miqdarda yumurtalarını kal vasitəsi ilə 

xarici mühitə tökür, müvafiq temperatur və 

nəmlik olduqda isə  həmin yumurtaların 

daxilində sürfələr  əmələ  gəlir. Həmin yu-

murtaları quşlar yem və su ilə qəbul etdikdə 

xəstəliyə yoluxurlar. (1, 2, 4) 

Askaridioz, heterakidoz, kapillyarioz, 

sinqamoz və rayetinozun ev toyuqları ara-

sında yayılmasını  və onların epizootik və-

ziyyətini öyrənmək məqsədi ilə  cənub böl-

gəsində-Lənkəran və Astara rayonlarının 

fərdi quşçuluq təsərrüfatlarında olan quşlar 

üzərində müxtəlif tədqiqatlar apardıq.  

Material və metodika. Təsərrüfatlardan 

toplanmış kal nümunələri Fülleborn və növ-

bəli yuma çökdürmə üsulları ilə müayinə 

edilmişdir. Bu məqsədlə  hər bir quşun kalı 

ayrı-ayrı toplanıb laboratoriyaya gətirilmiş-

dir. Fülleborn üsulu tətbiq edildiyinə görə 

doymuş duz məhlulundan istifadə olunmuş-

dur. Müayinə aparmaq üçün 100 ml - lik adi 

stəkana 5-10 qram kal qoyulub üzərinə təd-

ricən  şüşə çubuqla qarışdırmaqla doymuş 

duz məhlulu əlavə edilmişdir. Bu zaman bir 

hissə kal kütləsinə 15-20 hissə duz məhlulu 

düşmüşdür. Məhlul  əlavə edilən kimi stə-

kanın üzərinə çıxmış iri kal hissəcikləri şü-

şə çubuqla götürülüb atılmış, stəkandakı 

qarışıq süzgəc vasitəsi ilə digər stəkana 



BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

40

 



süzülmüş və 40 dəqiqə saxlanılmışdır. Son-

ra mis ilgək vasitəsi ilə mayenin üst təbə-

qəsindən 2-3 damla götürüb, əşya  şüşəsi 

üzərinə qoyulmuş  və mikroskopiya edil-

mişdir. (3, 5, 6) 

Aparılan tədqiqatlar zamanı ev toyuqları 

helmintoloji yarma üsulu ilə müayinə edil-

mişdir. Belə ki, quşların tükü təmizləndik-

dən sonra udlaqdan başlayaraq kloakaya qə-

dər olan hissə yarılaraq helmintlər toplan-

mışdır.  

Alınan nəticələrin müzakirəsi. Quşlar 

arasında  ən geniş yayılan helmint xəstəlik-

ləri müəyyənetmək üçün Lənkəran və Asta-

ra rayonun fərdi quşçuluq təsərrüfatlarında 

tədqiqatlar apardıq. Təsərrüfatlarda quşlar 

açıq tövlə  və  gəzinti sahələrində saxlanılır. 

Tövlələrdə quşların altlıqları demək olar ki 

45-60 gündən bir təmizlənir. Quşlar saxla-

nan tövlələrdə peyinin qalınlığı 5-15 sm idi. 

Tövlələrdə dezinvaziya tədbirləri demək 

olar ki aparılmır. Ümumilikdə, hər iki rayo-

nun fərdi quşçuluq təsərrüfatlarında orta 

hesabla 65-450 quş saxlanılır. Müayinələri 

Lənkəran rayonu üzrə 15, Astara rayonu 

üzrə isə 11 fərdi təsərrüfatlarda apardıq. 

Quşların saxlandığı tövlələrdə qalın peyin 

qatı, münasib nəmlik və temperaturun 

olması ora düşən helmint yumurtalarının 

invazion mərhələyə çatması üçün əlverişli 

şəraitin yaranmasına səbəb olur ki, bu da 

quşların ilin bütün fəsillərində  də hel-

mintlərlə yoluxmasına gətirib çıxarır.  

Astara və  Lənkəran rayonlarının fərdi 

təsərrüfatlarında koproloji müayinələr 

əsasən 2-4, 6-8 və 8-12 aydan yuxarı yaş 

qruplarında aparılmışdır. Təsərrüfatlardan 

götürülmüş kal nümunələri Fülleborn və 

ardıcıl yuma üsulu ilə müayinə edilmişdir. 

Bu rayonların quşçuluq təsərrüfatlarında 

müxtəlif yaş qruplarında apardığımız müa-

yinələrdə  əsas məqsəd helmintlərin ilin 

fəsillərindən asılı olaraq tam epizootiki və-

ziyyəti müəyyənləşdirmək olmuşdur. Yaş 

qruplarına uyğun olaraq hər rayonun təsər-

rüfatlarından ümumilikdə 2-4 aylıqlardan 

376, 6-8 aylıqlardan və 285 ədəd 8 aydan 

yuxarı olan quşlardan 210 ədəd kal nümu-

nələri, Astara rayonunda olan təsərrüfat-

lardan isə müvafiq olaraq 2-4 aylıqlardan 

235, 6-8 aylıqlardan 180 və 8 aydan yuxarı 

olan quşlardan isə 150 kal nümunələri 

götürülərək müayinə edildi. Koproloji 

müayinədən alınan nəticələr 1-ci cədvəldə 

verilmişdir. 

 

Fərdi quşçuluq təsərrüfatlarında helmintlərin yayılması                     Cədvəl 1  

Quşların yaş

 

qrupu


 

Müayinə 


edilib

 

Yoluxublar



askaridioz

 

heterakidoz



sinqamoz

kapillyarioz

 

rayetinoz



yolu-

xub


 

%-lə


 

yolu-xub %-lə yolu-xub %-lə yolu-xub

 

%-lə


 

yolu-xub


 

%-lə


Astara   rayonu  üzrə

2-4 aylıq

 

235


116

 

49,4



92

39,1


56

23,8


71

30,2


 

59

 



25,1

6-8 aylıq

 

180


79

 

43,8



67

37,2


33

18,3


51

28,3


 

38

 



21,1

8-aydan yuxarı

 

150


59

 

39,3



48

32

29



19,3

39

26



 

28

 



18,7

Bütün yaşlar üzrə

 

565


254

 

44,1



207

36,1


118

20,4


161

28,16


 

125


 

21,6


Lənkəran rayonu üzrə

2-4 aylıq

 

376


 

169


 

44,9


 

124


32,9

80

21,2



119

31,6


 

89

 



23,6

6-8 aylıq

 

285


 

105


 

36,8


 

101


35,4

51

17,9



78

27,3


 

51

 



17,8

8-aydan yuxarı

 

210


 

64

 



30,5

 

60



28,5

41

19,5



62

29,5


 

39

 



18,1

Ümumi qruplar 

üzrə

 

871



 

338


 

37,4


 

295


 

32,3


 

172


 

19,5


259

 

29,4



 

178


 

19,8


 

Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

41

 



Aparılan müayinələrin nəticələrini mü-

qayisə etsək görərik ki, Astara rayonunun 

fərdi quşçuluq təsərrüfatlarından ümumi-

likdə 565 ədəd kal nümunəsi götürülmüş-

dür. Bu nümunələrin müayinəsi zamanı 

askaridioza görə yoluxma 49,4-39,3% 

arasında dəyişmiş orta yoluxma 44,1%, 

heterakidoza görə yoluxma 39,1 - 32%, orta 

yoluxma 36,1%, sinqamoza görə yoluxma 

18,3 - 23,8% orta yoluxma isə 20,4%, ka-

pillyarioza görə 26-30,2% orta yoluxma 

28,1%, rayetinoza görə isə yoluxma 18,7-

25,1%, orta yoluxma isə 21,6% olduğu 

müəyyən edilmişdir. 

Lənkəran rayonunun fərdi quşçuluq tə-

sərrüfatlarından isə bütün yaş qrupları üzrə 

ümumilikdə 871 ədəd kal nümunəsi götürü-

lərək koproloji müayinədən keçirilmişdir. 

Həmin müayinələr zamanı helmintlərə görə 

yoluxma 37,4% heterakidoza görə 28,5 - 

35,4%, orta yoluxma 32,3%, sinqamoza gö-

rə 17,9-21,2%, orta yoluxma 19,5%, ka-

pillyarioza görə 27,3 - 31,6%, orta yoluxma 

29,4%, rayetinoza görə isə 17,8 - 23,6%, 

orta yoluxma isə 19,8% olduğu aşkar 

edilmişdir. 

Biz hər iki rayon üzrə apardığımız kop-

roloji müayinənin nəticələrini və quşların 

helmintlərlə yoluxmasının intensivliyini 

müəyyən etdik. Belə ki, Astara və Lənkəran 

rayonlarının fərdi təsərrüfatlarında, mərkəzi 

bazarlarında kəsilib satılan quşların bağır-

saqları toplanaraq rayonun diaqnostik kabi-

netinə  və institutun parazitologiya labora-

toriyasına gətirilərək tam olmayan yarma 

müayinəsi ilə müayinə etdik. Alınan 

nəticələr cədvəl 2-də verilmişdir. 

 

 



Quşçuluq təsərrüfatlarında helmintlərin yayılması                       Cədvəl 2 

                                                                                                                                                               

 

Quşçuluq təsərrüfatlarında aparılan 



koproloji və yarma müayinələrinin nəticə-

lərinə  əsasən qeyd etmək olar ki, quşlar 

arasında sestod və nematodlar hələ də geniş 

yayılmaqdadır.  Bu  da  müayinələr apardı-

ğımız həmin təsərrüfatlarda helmint fauna-

sının daha geniş yayılmasına gətirir. 

Lənkəran və Astara rayonun fərdi quş-

çuluq təsərrüfatlarında helmintozların geniş 

yayılmasını nəzərə alaraq bu təsərrüfatlarda 

helmintozların fəsillər üzrə yayılma dina-

mikasını da öyrənmək məqsədi ilə müxtəlif 

müayinələr apardıq. Alınan nəticələr 3-cü 

cədvəldə verilmişdir 

 

 



Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin