Baytarliq


XÜLASƏ     Məmmədova M.M



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix01.01.2017
ölçüsü2,2 Mb.
#4015
1   ...   4   5   6   7   8   9   10   11   12

XÜLASƏ

 

 

Məmmədova M.M. 



 

NATRİUM  HİPOXLORİTİN TRİCHOSEPHALUS  YUMURT ALARINA TƏSİRİ. 

Ilaboratoriya  şəraitində qoyunlarin trichosephalus yumurtalarına qarşı natrium 

hipoxloritin dezinvaziya məqsədilə  ən minimal dozada təsiri öyrənilmişdir. Məlum 

olmuşdur ki, natrium hipoxloritin 0,3%-lı  məhlulu 5 dəqiqə ekspozisiyada trichosephalus 

yumurtalarının məhv edir. 

 

SUMMARY 

 

Mamedova M.M 



 

ACTİON OF HYPOCHLORİTE TO THE EGGS OF TRİCHOCEPHALUS

 

In laboratory condition it was studying action natrium hypochlorit to the eggs  of  



thichocephalus of sheep. 

As a result it was determined, that natrium hypochlorite 0,3% during exposition within 5 

minutes destructvive acted to eggs of trichocephalus. 

 

ЛИТЕРАТУРА 

 

1.  Динник  Ю.А.  и  Динник  Н.Н. «Строение  скорлупы  и  резистентность  яиц  

Тrichocephalus  trichurus»  Работы  по  гельминтологии,  посвященный 30- летию 

К.И.Скрябина    и  15-летию    ВИГ,  изд-во  Всесоюзной  Академии  с-х    наук  им.  В.И. 

Ленина, Москва, 1937, стр. 133.) 



2.  Вертинский  К.И.,  Давидов  Р.Б.,  и  др.Лабораторные  методы  исследования    в 

етеринарии, том  ІІ, Гос. Изд-во сельскохозяйственной литературы,  Москва   1954,  

518 стр. 

3.  Василькова З.Г. Методы гельминтологических исследований.  Москва  1955 г. 

стр.  144 . 



4.  Скрябин К.И., Шихобалова Н.П., Орлов И.В. 1957 г. "Трихоцефалиды  и капил-

лярииды животных и человека и вызываемые ими заболевания " Основы нематодоло-

гии  т. VІ,   Москва,  изд-во  АН СССР, с.  35-238. 

5.  Бубнов В.Д.  Действие аэрозолей дезинфицирующих веществ на яйца и  личин-

ки некоторых гельминтов. Труды ВНИИВС, том ХХІ., Москва, 1962,  стр. 201-207. 



6.  Щульц  Р.С.,Гвоздев  Е.И."Основы  общей  гельминтологии,  том II Изд-во  "Нау-

ка" Москва, 1972 с. 36). 



7.  Симонов А.П. « О направлении и методиках испытания химических  соедине-

ний для целей обеззараживания объектов внешней среды от яиц гельминтов», Труды 

Всесоюзного  Института  Гельминтологии  имени    К.И.Скрябина,  том  ХХ,  Москва, 

1973 стр. 169. 



8.  Мамедова  М.М.  Выживаемость  яиц  трихоцефалюсов  в  почве,  удобренной 

свежим овечьим навозом. Труды Общества Зоологов  Азербайджана. 2012, том стр. 

стр. 96 . 


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

64

 



UOT 619:616.9.-036.22;  619:616.9 

 

FERMER QUŞÇULUQ TƏSƏRRÜFATLARINDA QARIŞIQ İNVAZİYALARIN 



FƏSİLLƏR ÜZRƏ YOLUXMA DİNAMİKASI 

 

Məmmədova S.Ə., biologiya üzrə fəlsəfə doktoru 

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu 

 

AÇAR SÖZLƏR



: qarışıq invaziya, eymerioz, askaridioz,   toyuq,  müayinə 

KEY WORDS

: mixed invasion, eymeriosis, ascaridiosis, contamination, hen, inspection. 

 

İstər təbiətdə, istərsə  də  təsərrüfatda qa-



rışıq invaziyalara rast gəlinir. Heyvanlar bir 

neçə parazitə eyni zamanda yoluxurlar. Bu 

cür qarışıq (assosiativ) invaziyalar monoin-

vaziyaya nisbətən sahib heyvan üçün daha 

təhlükəli olur, xəstəlik ağır keçir, patoloji 

vəziyyət gərginləşir, həyat fəaliyyəti, məh-

suldarlıq aşağı düşür, ölüm halları çoxalır. 

Parazitosenozun öyrənilməsi elmi maraqla 

yanaşı, böyük praktiki əhəmiyyət kəsb edir, 

kompleks mübarizə  tədbirlərinin həyata 

keçirilməsinə elmi əsas yaradır. 

Quşçuluq təsərrüfatlarında toyuqların 

eymeriya və askaridlərlə  ən yüksək yolux-

ma faizi payızda (54,6%), ən aşağı isə 

(22,6%) qışda və yayda askaridlərlə yo-

luxmanın  ən yüksək intensivliyi (38 ədəd), 

eymeriya oosistalarının isə aşağı (150 ədəd) 

olduğu müəyyənləşdirilmişdir. 

Quş  əti pəhriz məhsulu olduğu üçün 

quşçuluğa daim ehtiyac vardır. Lakin bay-

tarlıq - müalicə, sanitariya-gigiyena tədbir-

lərinə  və quşçuluq mədəniyyətinin yüksəl-

dilməsinə baxmayaraq, quşların invazion 

xəstəliklərlə yoluxması  hələ  də yüksək 

səviyyədə qalır. Onlar orqanizmə toksiki və 

mexaniki təsir edir, maddələr mübadiləsinin 

pozulmasına, daxili orqanların zədələnmə-

sinə və sair bu kimi patoloji proseslərin baş 

verməsinə  səbəb olurlar. Parazitlərin təsi-

rindən bağırsaq divarının zədələnməsi nəti-

cəsində infeksiyaya yol açılır və yoluxucu 

xəstəliklərin baş verməsinə  əlverişli  şərait 

yaranır. Parazitologiyada daha çox əhəmiy-

yət kəsb edən məsələlərdən biri də asso-

siativ invaziyaların öyrənilməsidir. Belə ki, 

çox hallarda quşların orqanizmində eyni 

vaxtda bir neçə törədici parazitlik edir. 

Cücələr daxilində invazion mərhələyə 

çatmış sürfələr olan helmint yumurtalarını 

və sporlaşmış eymeriya oosistalarını yemlə 

udduqda yoluxurlar (1,2,3). 

Quşçuluğa ziyan vuran parazit xəstəlik-

lərdən eymerioz və askaridioz ev toyuq-

larının məhsuldarlığına ciddi ziyan vurur. 

Bu invaziyaların ayrı-ayrılıqda öyrənilmə-

sinə dair həm xarici ölkə alimləri, həm də 

Azərbaycan tədqiqatçıları elmi işlər aparmış 

və bu gün də geniş  tədqiqat işləri davam 

etdirirlər(4,5,6). Lakin bu invaziyaların 

qarışıq formada baş verməsi öyrənilmə-

mişdir. Odur ki, bu invaziyaların assosiativ 

formada baş verməsini öyrənmək zəruridir. 

Respublikamızın müxtəlif quşçuluq tə-

sərrüfatlarında parazitozların öyrənilməsi 

nəticəsində müəyyən edilmişdir ki, ev 

quşlarının parazitar xəstəliklərlə yoluxma-

sına monoinvaziya şəklində nadir hallarda 

rast gəlinir. Tədqiqatlarda fermer quşçuluq 

təsərrüfatlarında ev toyuqlarının eymeriya 

və askaridilərlə  fəsillər üzrə yoluxma 

dinamikasını müəyyənləşdirmək qarşıya 

məqsəd olaraq qoyulmuşdur. 



Material və metodika.

  Tədqiqat işləri 

2011-2012-ci illərdə Abşeron rayonu əra-

zisindəki fermer quşçuluq təsərrüfatlarında 



Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

65

 



aparılmışdır. Tədqiqatların gedişində eyme-

rioz və askaridiozla təbii yolla yoluxmuş ev 

toyuqlarından istifadə edilmişdir. Yolux-

muş quşları müəyyən etmək üçün koproloji 

müayinə üsullarından istifadə olunmuş, 

eyni zamanda ət kəsim məntəqələrində  və 

fərdi təsərrüfatlarda kəsilmiş ev toyuq-

larının nazik bağırsaqlarındakı möhtəviyyat 

ardıcıl yuma üsulu ilə laboratoriyada müa-

yinə edilmişdir. Müxtəlif yaşda olan toyuq 

cücələrinin eymeriya və askaridilərlə yolux-

masını müəyyənləşdirmək məqsədilə Abşe-

ron rayonu ərazisindəki təsərrüfatlarda 

toyuqlar saxlanan sexlərdən bütün fəsillərdə 

materiallar toplanmış  və Darlinq – Fulle-

born üsulu ilə müayinə edilmişdir. Hər bir 

quşun zılı ayrı-ayrı toplanmış  və labora-

toriyaya gətirilmişdir. Nümunələr 5 dəqiqə 

müddətində 1500 dövr/dəq. sentrifuqa edil-

miş, çöküntünün üzərinə 1:10 nisbətində 

doymuş xörək duzu məhlulu  əlavə edilib 

qarışdırıldıqdan sonra təkrar sentrifuqa 

edilmişdir. Suspenziyanın üst qatından 

kiçik bir damla götürülüb mikroskop altında 

baxılmış  və yoluxma təyin edilmişdir. 

Təsərrüfatda “Gümüşü” cinsindən olan 

6000 quş saxlanılır. 

Alınmış  nəticələr və onların müzakirəsi. 

Koproloji müayinələr nəticəsində  tət-

hüceyrəli 

parazitlərdən eymeria oosistaları – E. Te-



nella, E.acervulina, E.maxima, E.mitis, as-

karidiozun törədicisi - Ascaridia qalli- nin 

(Schrank, 1788) yumurtaları tapılmışdır. 

Bizim apardığımız tədqiqatlar zamanı 

toyuqların qarışıq invaziya ilə yoluxması 

nəticəsində quşlarda həzm pozğunluğu, 

əvvəlcə  dəyişkən, sonra isə daimi ishal 

müşahidə olunurdu. Xəstə quşlar yemdən 

imtina edir, uzun müddət bir yerdə oturur 

və çətinliklə hərəkət edirdilər. 

Müayinə apardığımız fermer quşçuluq 

təsərrüfatında ev toyuqlarında eymeriya və 

askaridlərlə qarışıq yoluxmanın yuksək 

ekstensivliyi payız fəslində qeydə alınmış-

dır və bu fəsildə 54,6% yoluxma baş ver-

mişdir. Fəsillər üzrə aparılan koproloji 

müayinələr zamanı qeyd olunan invazion 

xəstəliklərlə  ən aşağı yoluxma qış  fəslində 

22,6% təşkil etmişdir. Yaz və yay fəsillə-

rində isə müvafiq olaraq yoluxma 51,7% və 

50,8% (bax çədvələ) təşkil etmişdir.

 

Ev toyuqların  fəsillər üzrə yoluxma dərəcəsi 

 

İlin fəsilləri  



Qış Yaz Yay 

Payız  


Aylar  

12 








10 

11 


                                                         Fərdi quşçuluq təsərrüfatı üzrə

Cəmi 


yoxlanılmışdır 

125 115 110 125 115 110 125 115 110 125 115 110

Onlardan yoluxmuşdur  

Miqdarı 


 

24 25 30 66 63 52 41 62 75 58 60 73 

%-lə 

19,2 21,7 27,3 52,8 54,8 47,3 32,8 53,9 68,2 46,4 52,2 66,4



Cəmi 

yoluxmuşdur 

22,6 51,7 50,8 54,6 

 

Müayinə edilmiş ev toyuqlarında yolux-



manın intensivliyi eymerioza görə payızda 

daha yüksək olmuşdur. Belə ki, müayinə 

zamanı 1 qram zılda 1050 oosista olduğu 

müəyyən edilmişdir. 

Askaridilərlə yoluxma zamanı yüksək 

intensivlik isə yayda qeydə alınmış  və 1 

quşda orta hesabla 38 ədəd askarid aşkar 

olunmuşdur. Eymeriya oosistaları isə 1 

qram zılda 150 ədəd olmuşdur. Bu da 


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

66

 



onunla izah olunur ki, yayda hava isti və 

quraqlıq olduğu üçün oosistaların  əksəriy-

yəti məhv olurlar. Payızda isə oosistaların 

inkişafı üçün zəruri olan nəmlik, tempera-

turun normada olması onların inkişafına 

müsbət təsir edir. 

Koproloji və yarma müayinələrinin nə-

ticələrindən göründüyü kimi fərdi və fermer 

təsərrüfatlarında, döşəmə şəraitində saxlanan 

quşlarda qarışıq invaziya, yəni eymeriya və 

askarid ilə yoluxma aşkar edilmişdir. Aparıl-

mış müayinələr zamanı quşlar arasında 

yoluxmaya ilin bütün rüblərində rast gəlinir, 

amma eymeriyalarla ən yüksək yoluxma 2-ci 

və 4-cü rüblərdə, askaridlərlə 3-cü və 4-cü 

rüblərdə müəyyən edilmişdir. Bu da havanın 

temperaturundan və eymeriya oosistalarının, 

helmint yumurtalarının inkişaf etməsi üçün 

zəruri olan şəraitdən asılıdır. 

Aparılmış koproloji və yarma müayinə-

lərinə əsasən belə nəticəyə gəlirik ki, döşə-

mə şəraitində saxlanan quşçuluq təsərrüfat-

larında quşları  gəzinti sahəsinə  və damlara 

buraxmazdan  əvvəl peyindən tam təmizlə-

nib zərərsizləşdirilməli, dezinvaziya olun-

malı, tövlədə  və  gəzinti sahəsində olan 

qarışqa yuvaları tamam məhv edilməlidir. 

Parazitofaunaya təsir edən ən vacib amil-

lərdən biri heyvanların yaşıdır. Yaşla əlaqə-

dar parazitlərin öyrənilməsi, müəyyən para-

zitoloji məsələləri aydınlaşdırmaqla yanaşı, 

böyük təsərrüfat  əhəmiyyəti kəsb edir. 

Cavan heyvanlar arasında itki daha çox 

olur, məhsuldarlıq azalır, cinsi yetişkənlik 

vaxtı uzanır və s. Nəticədə  təsərrüfatların 

rentabelliyi aşağı düşür. Belə  vəziyyət 

quşçuluqda daha tez nəzərə çarpır. 

Tədqiqatların nəticələrinə  əsasən belə 

qənaətə gəlmək olur ki, kompleks parazito-

loji metodların tətbiqi eymeriozla baş verən 

qarışıq invaziyanın patogenezinin mahiy-

yətini, parazit-sahib münasibətlərinin daha 

dərin mexanizmlərini müəyyənləşdirməyə 

bu  əsasda qarışıq invaziyalara qarşı  tətbiq 

edilən dərman preparatlarının effektliyini 

qiymətləndirməyə imkan verir. Bu yönlü 

tədqiqatlarla assosiativ invazion xəstəlik-

lərin (eymeriov, askaridioz) müalicə  və 

profilaktikasında indiyə  qədər işlədilməyən 

kimyəvi maddələrin məqsədyönlü axtarışı, 

sınaqdan keçirilməsi zəruridir. Qarışıq 

invaziyaların törədicilərinin eyni zamanda 

olması  təsərrüfatlar üçün potensial təhlükə 

yaradır. Təsərrüfat daxilində qarışıq invazi-

yaların öyrənilməsi xəstəliklərin mənşəyi-

nin vaxtında müəyyənləşdirilməsinə imkan 

verir. Bir çox bağırsaq xəstəlikləri vardır ki, 

onların kliniki əlamətləri çox oxşar olur və 

profilaktika tədbirləri aparılmadıqda ölümlə 

yanaşı sağlam quş yetişdirmək və repro-

duktiv nəsil almaq çətinləşir. Təsərrüfatda 

qarışıq invaziya törədən hər hansı bir növün 

az tapılması, yəni invaziyanın intensivliyi-

nin nisbətən zəif olması heç də onun təhlü-

kəsiz olduğunu sübut etmir. Əksinə, inva-

ziyanın geniş yayılmasına güclü potensiala 

malik ola biləcəyindən xəbər verir. 

Quşçuluq təsərrüfatlarında təbii ekoloji 

tarazlığın pozulması  nəticəsində parazit –

sahib sistemində qarşılıqlı  tərəflərin müva-

zinəti dəyişir, parazitin inkişafı üçün daha 

münasib  şərait yaranır. Ona görə  də  təsər-

rüfatlarda invazion xəstəliklərə qarşı profi-

laktiki tədbirlər həyata keçirilərkən ümum-

ekoloji və  təsərrüfatdaxili faktorlar komp-

leks şəkildə nəzərə alınmalıdır. 

Beləliklə, aparılan tədqiqatların nəticələ-

rindən aydın olur ki, Abşeron rayonunun 

quşçuluq təsərrüfatlarında parazitozlar ge-

niş yayılmışdır. Onlara həm monoinvaziya, 

həm də poliinvaziya şəklində qarışıq for-

mada rast gəlinir. Bu invaziyaların hər ikisi 

həm ayrı-ayrılıqda, həm də assosiativ şəkil-

də quşçuluğun rentabelli işləməsinə ciddi 

maneə törədirlər. Hər 2 parazitə qarşı müa-

licə ilə yanaşı, kompleks profilaktik müba-

rizə tədbirləri hazırlanıb tətbiq edilməlidir. 

 

 



Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

67

 



РЕЗЮМЕ 

 

Мамедова С.А. 



 

СЕЗОННАЯ  ДИНАМИКА  СМЕШАННОЙ  ИНВАЗИИ В ФЕРМЕРСКИХ   

ПТИЦЕВОДЧЕСКИХ  ХОЗЯЙСТВАХ

 

 



В птицеводческих хозяйствах   наивысший  пик заражения  птиц эймериями,  аска-

ридиями наблюдалась осенью (54,6%), наименьший - зимой (22,6%). Летом зараже-

ния аскаридиям наблюдалось с высокой   интенсивностью  (38 экземпляр),  ооциста-

ми эймерии  с  низкой интенсивностью (150 экземпляр). 



 

SUMMARY 

 

Mammadova S.A. 



 

SEASONAL DYNAMİC OF  MİXED  İN FESTATİON  İN POUITRY FARMS 

 

In poultry farms the highest profit of contamination with eymeria and ascaridia was in 



autumn (54,6%), the lowest in winter (22,6%). In summer the highest intensivity with asca-

ridia amounted 38 species, with oosistes eymeria  lowest intensivity amounted 150 species. 



ƏDƏBİYYAT 

 

1. Musayev M.Ə.,Hacıyev A.T.,YolçiyevY.Y.,Vahidova S.M.,Mustafayeva Z.Ə. 

Azərbaycanda ev quşlarının parazitləri və onlara qarşı mübarizənin elmi əsasları.Bakı, 

Elm,1991, səh.54-71 



2.  Mирoнова A. A.Потологоанатомические  изменения  у  цыплят  при  ассоциации 

эймериоз-капилляриоз-аскаридиоз.  Сб.науч.трудов,  посвященных 80 –летию  созда-

ния первой в Росcии  кафедры паразитологии им. Акад. К.И.Скрябина, Персиановка, 

1997, 79- 81стр. 



3. YolçiyevY.Y., Şirinov N.M., Məmmədova S.Ə.Abşeronda ev toyuqlarının eymeriya 

faunası  və invaziyanın yaş dinamikası.AzərbaycanAqrar elmi-nəzəri jurnal, Bakı, 2001, 

№1-2, səh.80-83 

4. Bayramov S.Y. Toyuqların askaridiozu və qarışıq invaziyalar. Azərbaycan Aqrar Elmi 

jurnalı, Bakı, 2007, № 4-5,  səh.54-55 



5 .Bayramov S.Y., Məmmədova S.Ə. Abşeronda ev toyuqlarının parazitləri və onların 

törətdiyi xəstəliklər. AMEA Naxçıvan bölməsi; “Xəbərlər” təbiət və texniki elmlər seriyası, 

“Tusi” Naxçıvan, 2008, №2, səh. 66-70 

6. Bayramov S.Y, Məmmədova S.Ə. Toyuqların yaşından və ilin fəslindən asılı olaraq 

kapillyari və askaridilərə yoluxma dinamikası.Azərbaycan Aqrar Elmi jurnalı,Bakı,2009, 

№6,səh. 53-55 

______________________ 

 

 

 



BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

68

 



UOT 619:611:576:895:152 

 

QIZILBALIQ ARTIRMA ZAVODLARINDA MİKSOZOMOZ XƏSTƏLİYİNİN 



YAYILMASI VƏ ONA QARŞI  MÜBARİZƏ TƏDBİRLƏRİ 

 

Süleymanova A.V., biologiya üzrə fəlsəfə doktoru 



Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu 

 

AÇAR SÖZLƏR

: qızılbalıq, miksozomoz, balıqçılıq, müalicə, profilaktika 



KEYWORDS:

 salmon, myxosomosis, fishing, treatment, prophylaxis 

 

Respublikada süni göl balıqçılığın inki-



şaf etdirilməsi, onun məhsuldarlığının artı-

rılması sahəsində qarşıya qoyulan vəzifələ-

rin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün 

əsaslı  tədbirlər həyata keçməlidir. Balıqçı-

lığa böyük zərər vuran və  hətta insanların 

sağlamlığı üçün təhlükəli olan parazitozlara 

qarşı mübarizə tədbirlərinin vaxtında aparıl-

ması balıqçılığın inkişaf etdirilməsində əsas 

şərtlərdən biridir. Aqrar elmin qarşısında 

duran mühüm vəzifələrdən biri balıqçılığın 

intensiv inkişafı, ekoloji cəhətdən təmiz 

balıq məhsullarının istehsalının artırılması 

üçün baytarlıq-sanitariya, müalicə-profilak-

tika və digər təsərrüfat-təşkilat tədbirlərinin 

həyata keçirilməsidir. 

Balıqçılığın inkişaf etdirilməsi və  məh-

suldarlığın artırılmasında, onların bir sıra 

xəstəliklərdən qorunmasında  əsas amillər-

dən biri də balıqların il boyu tam dəyərli 

yem payları ilə yemləndirilməsi, onların 

bütün qida maddələrinə (ptoteinə,mineral 

maddələrə, vitaminlərə  və s.) xəstəlik baş 

verən zaman antihelmint preparatlara olan 

təlabatının öyrənilməsidir. 

Son illər balıq əmtəə təsərrüfatlarının ya-

radılmasına maraq xeyli artmış  və respub-

likanın müxtəlif bölgələrində qızıl balıq ar-

tırma təsərrüfatları yaradılmışdır. Ancaq 

buna baxmayaraq fəaliyyətdə olan balıqçı-

lıq təsərrüfatlarının istiqamətlərinin dəyiş-

məsi və ekoloji amillərin təsiri nəticəsində 

balıqların inkişafında ləngimə getmiş  və 

onlar arasında bir sıra xəstəliklərin yayıl-

ması üçün əlverişli  şərait yaranmışdır. Bu 

səbəbdən forel balıq artırma zavodlarında 

parazit xəstəliklərinin öyrənilməsinin və 

onlara qarşı kompleks mübarizə  tədbirlə-

rinin hazırlanması çox böyük praktiki əhə-

miyyəti vardır. Buna görə  də balıq  əmtəə- 

təsərrüfatlarında və süni əmtəəlik su hövzə-

lərində invazion və infeksion xəstəliklərlə 

mübarizə elmi cəhətdən  əsaslandırılmış 

metodiki göstərişlər əsasında aparılmalıdır. 

Təsərrüfatlardan keyfiyyətli balıq məh-

sulları götürmək, ümumiyyətlə təsərrüfatla-

rın səmərəli fəaliyyətini təmin etmək üçün 

digər amillərlə yanaşı parazitoloji durumun 

vəziyyətinədə xüsusi diqqət yetirmək la-

zımdır. Bu baxımdan təqdim olunan məqa-

lədə  nəzərdə tutulan məsələlər öz həllini 

tapmışdır. 

Bizim tərəfimizdən 2009-2011-ci illərdə 

Çaykənd, Çuxur, Qəbələ, Zaqatala əlvan 

qızılbalıq yetişdirmə zavodlarında balıqlar 

üzərində elmi-tədqiqat və  təcrübə  işləri 

aparılmışdır. Tam parazitoloji yarma üsulu 

ilə müxtəlif yaş qrupu olan 1825 ədəd forel 

balıqları müayinədən keçirilmişdir. [4]. 

Tədqiqat işləri balıqyetişdirmə zavod-

larında epizootoloji durumdan asılı olaraq 

parazitlərin biologiyasını, yaşını, cinsini, 

ekoloji  şəraitini nəzərə alaraq yerinə yeti-

rilmişdir. Yetişdirilən balıqlar arasında 

müayinə  nəticəsində ixtioftiriozla 19,6%, 

kostiozla 13,7%, girodaktilyozla 12%, 

akantosefalyozla 72,6% yoluxma aşkarlan-

mışdır. Qeyd olunan xəstəliklər arasında 


Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

69

 



yayılma vəziyyəti aydınlaşmış. Geniş ya-

yılan forel balıqların Miksomozuna (gicəl-

lənmə  xəstəliyi) qarşı mübarizə  tədbirləri 

işlənib hazırlanmışdır. Alınan nəticələrə 

əsasən xəstəliklərinə qarşı kompleks müba-

rizə  və balıqçılığın inkişaf etdirilməsinə 

dair bir sıra təkliflər verilmişdir 

Odur ki, miksozomoz xəstəliyi haqda 

aşağıda qısa məlumat verməyi vacib bilirik. 

Miksozomoz qızılxallı balıqlarda gicəl-

lənmə  xəstəliyi kimi də adlandırılır. Körpə 

balıqların  ən təhlükəli protozoa xəstəlik-

lərdən biri sayılır. 

Parazit inkişafının ilk mərhələsində sahi-

bin qığırdaq toxumasının maddəsini dağı-

dır, xüsusilə  də balığın daxili qulağının, 

kəllə, onurğa, ürgəclərin tamlığını pozur və 

balıq müvazinət hissini itirir. İlk dəfə olaraq 

həmin xəstəlik keçən  əsrin 20-ci-30-cu 

illərində Almaniya balıqçılığına ciddi ziyan 

vurmuşdur və yalnız son illərdə bu xəstə-

liyə qarşı mübarizə tədbirləri hazırlanmış və 

xəstəliyin gedişatı nisbətən yüngülləşmiş-

dir. 50-ci illərdə bir çox Avropa ölkələrində 

Fransa,  İtaliya, Çexoslovakiya, Polşada 

müşahidə olunmuşdur. 50-ci illərin axırında 

ABŞ-da qızılbalıq artırma təsərrüfatında, 

sonra isə bir sıra təsərrüfatlara yayılmış  və 

çox böyük iqtisadi ziyan vurmuşdur. [5]. 

Keçmiş SSRİ dövründə 1952-ci illərdə 

Sankt-Peterburq qızılbalıq yetişdirmə təsər-

rüfatında, sonra isə Saxalin çaylarında 

qeydə alınmışdır. [3]. 

Azərbaycanda bu xəstəlik 1978-ci illərdə 

nadir hallarda Şəki, Çuxur-Qəbələ  qızılba-

lıq təsərrüfatlarında, 2008-ci illərdə isə 

Zaqatala əlvan qızılbalıq artırma zavodunda 

qeyd olunmuşdur.  [7,8]. Hal-hazırda qızıl-

balıqların gicəllənmə  xəstəliyi nəyinki 

gölbalıqçılıq təsərrüfatlarında, hətta təbii su 

hövzələrində də qeyd olunur. 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin