Baytarliq



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix01.01.2017
ölçüsü2,2 Mb.
#4015
1   2   3   4   5   6   7   8   9   ...   12

Quşların 

yaş qrupu

 

Müayinə 

edilib

 

Askaridilərə 

görə

 

Heterakisə 

görə

Sinqamusa 

görə

Kapillyariyaya 

görə

 

Rayetinaya 

görə

orta


 

hüdud


 

orta


hüdud orta hüdud

orta


hüdud

 

orta



 

hüdud


Astara   rayonu  üzrə

2 - 4 aylıq

 

43

 



10,3

 

1-73



 

0,1


2-67

4,8


1-17

8,3


4-33

 

3,8



 

2,8


6-8 aylıq

 

35



 

10,1


 

3-62


 

8,8


4-56

4,3


1-21

7,7


1-23

 

3,9



 

1-6


8-aydan 

yuxarı


 

35

 



9,8

 

5-39



 

8,9


 

1-75


 

3,7


 

2-16


 

6,1


 

1-12


 

2,9


 

1-3


 

Lənkəran rayonu üzrə

2 - 4 aylıq

 

40

 



14,4

 

5-87



 

11,5


4-51

4,6


2-28

8,7


6-29

 

4,5



 

4-13


6-8 aylıq

 

50



 

88,2


 

1-46


 

7,9


2-75

4,4


3-14

6,1


3-21

 

4,1



 

2-9


8-aydan 

yuxarı


 

40

 



10,2

 

4-69



 

9

 



6-91

 

3,8



 

1-9


 

4,9


 

1-18


 

3,4


 

2-5


 

BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

42

 



İlin fəsillərindən asılı olaraq quşların helmintlərlə yoluxma dərəcəsi         Cədvəl 3 

 

Cədvəldən göründüyü kimi ilin müxtəlif 



fəsillərində invaziyalar arasında bu və ya 

digər dərəcədə  fərqlər var. Quşların hel-

mintlərlə daha intensiv yoluxması ilin isti 

fəslində əsasən də yayda baş verir. 

Apardığımız ümumi müayinələrə əsasən 

fərdi quşçuluq təsərrüfatlarında invaziyalar 

çox geniş yayılmaqdadır. Bunu da onunla 

izah etmək olar ki, təsərrüfatlarda vaxtlı-

vaxtında baytarlıq sanitariya tədbirlərinin 

yerinə yetirilməməsi, anthelmint dərman-

ların vaxtında tətbiq edilməməsindən baş 

verir. 


 

 

Р Е З Ю М Е 

 

Байрамов С.Ю. 



 

ГЛАВНЕЙШИЕ  ГЕЛЬМИНТОЗЫ  В  ЧАСТНЫХ  ПТИЦЕВОДЧЕСКИХ  ХОЗЯЙ-

СТВАХ ЛЕНКОРАНСКОГО И АСТАРИНСКОГО РАЙОНОВ

 

 

Основаясь  на  результатах  проведенных  исследований,  можно  сделать  вывод,  что  в 



частных птицеводческих хозяйствах широко распространены аскаридиоз, гетеракидиоз, 

сингамoз, капилляриоз, райетиноз. В настоящее время применение антгельмитных пре-

паратов  разного  спектра  действия,  которые  доставляются  в  республику  не  оказывают 

нужного эффекта против тех или иных гельминтозов. И поэтому в частных птицеводче-

ских хозяйствах своевременно должна быть изучена эпизоотическая ситуация гельмин-

тозных заболеваний и разработаны новые методы лечения. 



 

S U M M A R Y 

 

Bayramov S.Y. 



 

PRİNCİPAL HELMİNTHOSİS AT PRİVATE POULTRY FARMS OF LENKORAN 

AND ASTARA AREAS 

 

Based on results of the research it can be concluded that in private poultry farms are 



widespread askaridiosis, singamosis, capillariosis, rayetinosis. At present the use of an-

Fəsillər

 

Quşların 

sayı

 

Yoluxublar

askaridioz

 

heterakidoz

sinqamoz

Kapillyarioz

 

rayetinuz

yolu-


xub

 

%-lə



 

yolu-


xub

%-lə


yolu-

xub


%-lə

 

yolu-



xub

%-lə


 

yolu-


xub

 

%-lə



 

Astara rayonu üzrə

yaz


 

500


 

153


 

30,6


 

145


29

102


20,4

101


20,2

 

84



 

16,8


yay

 

650



 

318


 

48,9


 

263


40,4

148


22,7

199


30,6

 

167



 

25,6


payız

 

400



 

136


 

34

 



134

33,5


71

17,7


91

22,7


 

76

 



18

qış


 

350


 

104


 

29,7


 

67

19,1



31

8,8


53

151


 

37

 



10,5

Lənkəran rayonu üzrə

yaz


 

300


 

78

 



26

 

56



18,6

59

106



82

27,3


 

49

 



16,3

yay


 

480


 

216


 

43,9


 

163


34,3

108


22,5

154


32,0

 

112



 

23,3


payız

 

350



 

124


 

35,4


 

81

23,1



59

16,8


76

21,7


 

61

 



17,4

qış


 

400


 

74

 



18,5

 

68



17,0

54

13,5



60

15,0


 

54

 



13,5

Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

43

 



thelmint drugs different spectrum of action, which are delivered to the republic does not 

have desired effect against certain helminth infection. And so in private poultry farms in a 

timely manner should be explored epizootic situation of helminth diseases and develop new 

treatments. 



 

ƏDƏBİYYAT 

 

1.  Рыжков  К.М.,  Черткова  А.Н.,  Определитель  гельминтов  куриных  птиц,  М., 

Наука, 1968, стр.185-188. 



2.  Vahidova S.M., Şirinov N.M., Səmədov H.A., Azərbaycanda ev quşlarının  əsas 

helmintozları, “Elm”, Bakı, 1982, s. 16-22. 



3.  Musayev M.Ə., Hacıyev A.T., Yolçuyev Y.Y., Vahidov S.M., Mustafayev Z.Ə. 

Azərbaycanda ev quşlarının parazitləri və onlaraq qarşı mübarizənin elmi əsasları. Bakı, 

Elm” 1991, s. 103-106. 

4.  Azərbaycan Respublikası  Kənd Təsərrüfatı Nazirliyi, Heyvanların helmintozlarına 

qarşı mübarizə tədbirlərinə dair təlimatlar toplusu. Bakı 2002, s. 61-652. 



5.  Bayramov S.Y. Müxtəlif mülkiyyət təsərrüfatlarında toyuqların askaridiozunun 

yayılması.“Azərbaycan Aqrar Elmi”, Bakı, 1998, № 1-2, s.77. 



6.  Hacıyev Y.H., Məmmədov R.S. Ev toyuqlarının assosiativ invaziyalarına qarşı 

fenasal və albendazol preparatlarının müalicə səmərəsi, Bakı 2007, Azərbaycan Aqrar Elm 

jurnalı № 8- 9, səh 70 

_________________________ 

 

UOT 636:619:616.995.132 



 

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA  GÖVŞƏYƏN  HEYVANLARIN 

TİZANİEZİOZ  VƏ AVİTELLİNOZUN  EPİZOOTOLOJİ XÜSUSİYYƏTLƏRİ  

(AVİTELLİNACENTRİPUNETATA  VE THYSANİEZİA GİARDİ ) 

 

Fərhadov Q.T., biologiya elmləri namizədi 



Naxçıvan Elmi Tədqidat Baytarlıq Mərkəzi 

 

ACAR SÖZLƏR: helmintozlar,  avitellinoz,tizaniezioz, həşərat,ekstensivlik 

KEYWORDS: helminthosis, thysaniezioz, avitellinoz, insecta, extensi 

 

Tizaniezioz, Avitellinoz Avitellinidae 



ailəsinə  mənsub olan Thysaneizia giardi

Avitellina centripunctata  tərəfindən törədi-

lir. Xəstəliyə Zaqafqaziyada, Qazaxıstanda, 

Orta Asiyada, Türkiyədə, Aşağı Volqabo-

yunda və Ukraynanın cənubunda daha çox 

təsadüf edilir. Naxçıvan Muxtar Respub-

likası  ərazi baxımından tipik daglıq ölkə 

olmaqla, dagətəyi otlaqlar heyvanlar üçün 

mühüm qida bazasıdır. Bu cəhətdən  əra-

zinin spesifikliyi xarakterik helmintofau-

nanın formalaşmasına şərait yaradır. 

Helmintlər Avitellinidae ailəsinə mənsub 

boz süd rəngli iri sestodlardan olub boyu 3-

4 m, eni 9 mm-ə  qədərdir. Strobili silahsız 

başcıqdan, boyuncuqdan və gödək buğum-

lardan ibarətdir. Cinsiyyət aparatı  təkdir, 

cinsiyyət dəlikləri isə nizamsız olaraq hər 

iki tərəfə açılır. Balalıq qıvrım borunu 

xatırladır. 


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

44

 



Qoyun və keçilərin incə bağırsaqlarında 

yaşayan sestodlar arasında özünə yer alan 

Thysanosomidae ailəsinə mənsub olan Avi-

tellina centripunctata və Thysaniezia ovilla 

Türkiyənin Kırıqkala universitetində K.Yıl-

dız tərəfindən elektron mikroskop vastəsilə 

incələnərək helmintin struktur quruluşu 

strobilası  və skoleksi öyrənilmişdir. Bu 

parazitlərin inkişafı aralıq sahibləri olan 

Psocidae ailəsinə aid insektlerin iştirakı ilə 

keçir (1,3). Ölkəmizin az qala hər bölgə-

sində qoyunlarda görünə bilən bu parazitlər 

sayca çox olduqları  və bağırsaqlarda yaşa-

yan digər parazitlərlə birlikdə, cavan hey-

vanlarda inkişafdan qalma, çəki itirmə  və 

digər itkilərə səbəb olur (1) 

Tizanezioz,Avitellinoz definitiv və aralıq 

sahibi olan ot yeyən həşəratın iştirakı ilə 

inkişaf edir (Ismayılov 2001, 2003, 2009, 

2010). Parazitlər qaramal və davarın nazik 

bağırsağında yerləşir. Tizanezioz zamanı 

heyvanlarda düşkünlük, selikli qişalarda 

qansızlaşma olur. Xəstəliyin  şiddəti ot ye-

yən həşəratların artması  və çoxalması ilə 

əlaqəli inkişaf edir. 

Azərbaycanda kənd təsərrüfatı heyvanları 

anoplosefalyatlarla bütün il boyu yoluxurlar 

(İsmayılov, 2010), belə ki ilin hər fəslində 

kəsilmiş heyvanların bağırsağında imaginal 

və preimaginal sestodlar qeyd olunur. Bu isə 

o deməkdir ki, monieziyaların aralıq sa-

hibləri, oribatid gənələri də örüşlərdə daimi 

vardır və onlar da ilin bütün aylarında (kəskin 

şaxta və isti günlər istisna olmaqla) aktiv 

olurlar. Gövşəyən ev heyvanlarında Avitel-

linidae ailəsinə daxil olan helmintlərin ya-

yılmasını  aşkar etmək üçün K.İ.Skryabinin 

(Скрябин, 1928,7) tam helmintoloji yarma 

üsulu ilə 25 baş qoyun, 12 baş qaramal, 8 

baş camışın, mədə-bağırsaq,qursaq, və  iş-

gənbələrini tədqiq etdik, koproloji müayinə 

üsulu ilə (doymuş  məhlulda ardıcıl yuma, 

çökdürmə üsulları ilə) 1650 baş qoyun, 850 

baş qaramal, 150 baş camışın kal nümu-

nələri müayinədən keçirildi. Tizaneziya və 

avitellinanı M.benedenidən morfoloji cəhət-

dən ayırmaq üçün mikrobioloji iynə ilə ses-

todun bədənini xırda hissələrə ayıraraq mo-

nieziozda olan suda suspensiya əmələ 

gətirməsi, tizaniziozda müşahidə olunma-

dıgına görə tizaneziya və avtellinaları fərq-

ləndirdik. Helmintovoskopiya zamanı isə 

kalda buğumların görünməsi (ilə Fülleborn 

üsulunda hipo sulfitin- xörək duzunun və 

azot gübrəsinin məhlulunda rənginin bo-

yanması) nəticəsində kapsulların içərisində 

yumurta görünməsinə görə araşdıma apar-

dıq.  Ərazilərdən gətirilmiş kal nümunəsi 

araşdırıldıqda 8-16 aylıqdan yuxarı toxlu-

larda yoluxmanın ekstensivliyi 12,5%, iri 

buynuzlu 9-15 aylıq danalarda isə 1,5% yo-

luxma oldugu aşkarlandı. 2-2,5 yaşdan 

yuxarı heyvanlarda thizaneziya çox zəif 

0,5-1% miqdarında müşahidə edildi. Yuxarı 

yaşlı heyvanlarda nesteril (davamsız) im-

munitetin əmələ gəlməsi müəyyən dərəcədə 

cavan heyvanlara nisbətən yaşlı heyvanlaın 

thizanezioza yoluxmasının qarşısını alır. 

Müayinə zamanı yüksək daglıq  ərazilərdən 

gətirilmiş kal nümunələrində yumurta və 

bugumlar müşahidə olunmadı. Aparılan 

tədqiqatlar göstədi ki, yuxarı zonalarda 

qoyunlar arasında thizanezia qeyd olunmadı 

Buda yuxarı daglıq  ərazilərdə thzanezizu 

bəsləyən aralıq sahibin olmaması ilə 

əlaqədardır. Yoluxma zamanı heyvanlara 

hər kq diri çəkisinə 0,1qr. fenasal 

verildikdən 2 gün sonra kal nümunələri 

araşdırılarkən yumurta və bugumun gorün-

məməsi fenasalın thizanezioza efektli təsir i 

oldugunu gösatərdi. 

Şahbuz və Babək rayonlarının kənd-

lərində fevral ayının ortalarında və mart 

ayında ölmüş heyvanların yarılması  nəti-

cəsində 3 baş heyvanda tizanizioz və 2 baş 

avitellinoz törədicisinin 2-8 arası nüsxə-

sinin görünməsi tərəfimizdən aşkarlanaraq 

helmintin boyu ölçülərək, orta hesabla 2.1 



Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

45

 



m-dən 2.8 m-ə  qədər uzunluqları, 4.5 mm 

isə eni olduğu təsbit edildi. Əldə olunan 

helmintlər Baytarlıq Mərkəzinin Helminto-

loji laboratoriyasında Barbaqallo məhlulun-

da fiksasiya edilərək muzey preparatı kimi 

saxlanıldı. 

Ölmüş 5 başdan 2-sində helmintin aşkar-

lanması invaziyanın ekstensivliyinin 40% -

ə çatmasının sübutu oldu. Intensivlik isə 2-8 

nüsxə arasında oldu. Heyvanın yaşı 1.3-1.5 

illik toğlulardır. Heyvanların kalı ilə mü-

təmadi olaraq xarici mühitə yumurta ilə 

zəngin bugumlar otlaq sahələinə  və suvat 

sahələinə tökülür ki, buda aralıq sahiblərin 

yoluxmasına səbəb olur. 

Avitellinoza ən çox 1-2yaş arasında olan 

heyvanlar yoluxur. Yoluxma 6 aylıqdan 

yuxarı toğlularda müşahidə olunur. Avi-

tellina ilə yoluxma qoyunlarda 8%, qara-

malda 5% camışlarda isə cəmi 1,5% olmuş-

dur. Yoluxma ilin müxtəlif mövsümlərində 

baş verə bilir. Güclü yoluxma zamanı 60 

nüsxəyə kimi avitellina helminti görmək 

olur. İri buynuzlu heyvanların thizaneziozla 

yoluxması 1,3%, camışlarınkı isə 0% ol-

muşdur. Xırda buynuzlu heyvanlarda thi-

zanezioza yoluxma 12,5%-dir. Tizanezioz 

çox vaxtı monieziozla qarışıq invaziya 

şəklində müşahidə olunur. Moniezioza ot 

yeyən bütün gövşəyən heyvanlar yoluxur. 

Nazik bağırsağın selikli qişasının  şirə-

sorma və motor funksiyalarını pozmaqla 

heyvanı narahat edir. 

Tizanizioza yoluxmuş heyvanlarda ihsal, 

qəbizlik, zəifləmə müşahidə olunur. Bunun 

da nəticəsində heyvanın əzələlərində titrəyiş 

və hərəki orqanların kordinasyon sisteminə 

təsir etməklə heyvanlar məhv olur. Tizane-

zioz zamanı quzularda immunitet olur ki, 

bu da ilin ilkin aylarında quzuların tizani-

zioza yoluxmasının qarşısını alır. 

Şahbuz rayonunun kəndlərinə dogru yuxarı 

qalxdıqca dagətəyi zonalarda nisbi nəmliyin 

və aralıq sahiblərinin say çoxluguna görə 

aşagı zonalara nisbətən burda yoluxmada 

müəyyən qədər fərq vardır.Heyvanın nö-

vündən asılı olaraqda yoluxma bir yaşında 

olan toxlularda inək və danalara nisbətən 

daha yüksəkdir.  Avitellinoz və Tizani-

ziozun müalicəsi üçün fenasal, hər kiloqram 

diri çəkiyə 0.1 qram hesabı ilə ağızdan ve-

rilməsi helminti məhv edir. 2.Naxçıvan 

Muxtar Respublikasının dagətəyi zonala-

rında avitellinoz Avitellina ilə yoluxma 

qoyunlarda 8%, qaramalda 5% camışlarda 

isə  cəmi 1,5% olmuşdur , tizanezioz xırda 

buynuzlu heyvanlarda 12,5%, iri buynuzlu 

mallarda 1,5% yayılmışdır. 3.İki-üç yaşdan 

yuxarı heyvanlarda thizanezioz zəıf, yaxud 

da heç müşahidə olunmur. 4.Thizaneziozun 

inkişafı aralıq sahibləri olan Psocidae 

ailəsinə aid insektaların iştirakı ilə keçir. 

 

РЕЗЮМЕ 

 

Фархадов Г.Т. 



 

РАСПРОСТРАНЕНИЯ АВИТЕЛЛЛИНОЗ И ТИЗАНИЕЗИОЗА  

ЖВАЧНОГО ЖИВОТНОГО НА ТЕРРИТОРИИ НАХЧЫВАНСКОЙ  

АВТОНОМНОЙ РЕСПУБЛИКИ 

 

В  предгорных  территориях  Нахчыванской  АР  выявлено,  что  aвителлиноз  и  тиза-

ниезиоз у жвачного животного регистрировался с март,апрель месяца,8-9 месячного 

ягнят и телят, однако степень его распространения в разные времена года имеет зна-

чительные колебания в зависимости от возраста животных. Заражение телят тизание-


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

46

 



зиями происходит на пастбище, где в предыдущие годы выпасали зараженных жвач-

ных животных. Самый высокий подъем инвазии наблюдается у телят и ягнят текуще-

го года. Авителлинами,заражено овец 8%,крупный рогатый скот , 5%буйволы 1,5%; 

тизаниезиями заражено МРС 12,5%,КРС 1,5% 



 

SUMMARY 

 

Farhadov G.T. 



 

DİSTRİBUTİON АВИТЕЛЛИНОЗ AND TİZANİEZİOZA  

RUMİNANT THE TERRİTORY OF 

 

In the foothills of the Nakhchivan Autonomous Republic.

 

revealed that avitellinoz and 



tizaniezioz a ruminant recorded from March, April, 9 months, 8-month old lambs and 

calves, but the extent of its distribution in the different seasons of the year with significant 

variations depending on the age of the animals.

 

Infection occurs tizanieziyami calves in the 



pasture, where in previous years graze infected ruminants.

 

The highest rise of infestation 



observed in calves and lambs of the year.

 

Avitellinami, 8% of infected sheep, cattle, buffa-



loes 5% 1.5% tizanieziyami infected sheep12.5%,bovine 1.5% 

 

ƏDƏBİYYAT 

 

1.  Ayaz E, Tınar R, 2006. Sestoda.Tınar R. (Ed.) Helmintoloji. Nobel Yayın No:965, 

Fen ve Biyoloji Yayınları Dizisi: 48, Ankara. Sayfa 103-212. 



2.  Ismayilov Q.C., N.M. Rzayev, E.V. Fərzəliyeva  şirvanın cənub-Şərq  Ərazilərində 

Gövşəyən Ev Heyvanlarında Anoplosefalyat, Paramfistom və Onların Aralıq Sahiblərinin 

Yayılması«Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (biologiya elmləri)2011,cild 

66,N1,səh.151-155 



3.  Fourie HJ, Amelsfoort van AF, Michael LM, 1997. A scanning electron-microscope 

examination of the scolex of Houttuynia struthionis. Onderstepoort J Vet Res, 64: 47-50. 



4.  Yıldız K, Çavuşoğlu K, 2003. Pomphorhynchus laevis’in scanning elektron mi-

kroskobik incelenmesi. Turk Vet Hay Derg, 27: 1357-1360, Türkiye Parazitoloji Dergisi, 

31 (4): 292-295, 2007 Türkiye Parazitol Derg. 

5.  Yildiz K. © Türkiye Parazitoloji Derneği © Turkish Society for ParasitologyAvitelli-

na centripunctata ve Thysaniezia ovilla’nın Taramalı Elektron Mikroskobu (SEM) ile 

İncelenmesi Kırıkkale Üniversitesi Veteriner Fakültesi Parazitoloji Anabilim Dalı, 

Kırıkkale, Türkiye 



6.  Schnieder T, (2000). Helminthosen der Wiederkauer. Rommel, M., Eckert, J., Kutzer, 

E., Korting, W., Schneider,T.(Eds),Veterinarmedizinische Parasitologie. 



7.  Skrjabin KI, 1951. Essentials of Sestodology. Volume 1. The Academy of Sciences 

of theUSSR, Moscow, p.464-507 

_______________________ 

 

 



 

Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

47

 



UOT 619:616.9-036.22;619;616.9 

 

XIRDA BUYNUZLU HEYVANLARIN QARIŞIQ İNVAZİYALARINDA 

“İNTERMECTİNİN” SINAĞI 

 

Əkbərova R.N., Mehrəlıyeva Ü.M., elmi işçilər 



Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu 

Axundov M.E., Astara rayonunun Baytalıq İdarəsinin rəisi 

 

AÇAR SÖZLƏR: qarışıq invaziya, helmintozlar, iksodid gənələr, preparat,ixodes ricinus, 

rhipicephalus, psoroptes 

KEYWORDS: preparations, mixed invazion, helmintosis, ixodes ticks, ixodes ricinus, rhi-

picephalus, psoroptes 

 

Heyvandarlığın inkişafına və məhsuldar-



lığın artırılmasında respublikanın bütün 

bölgələrində geniş yayılmış parazitar xəstə-

liklər heyvanlar arasında böyük iqtisadi 

ziyan vurur. Belə ki, yoluxmuş heyvanlarda 

süd, ət, yun məhsulların kəskin azalmasına, 

məhsulun keyfiyyətinin pisləşməsi, xəstəli-

yin ağır gedişində, xüsusən, cavan heyvan-

lar arasında ölümlə nəticələnir. Astara rayo-

nunun qoyunçuluq üçün əlverişli olan yem 

mənbələri burada qoyunçuluq təsərrüfat-

larının yaradılmasına səbəb olmuşdur. Ra-

yonun dağ, dağətəyi və aran zonasında 7 

qoyunçuluq təsərrüfatı mövcuddur ki, bun-

lardan da Şahağacı, Pəlikəş,  Əsxənəkəran, 

Kijəbə, Təngərüd, Siyəkü, Hamuşan qoyun-

çuluq təsərrüfatlarında heyvanların ümumi 

sayı 28922 baş  təşkil edir. A.D.Qayıbov 

(1959); A.T.Məmmədov (1968); Y.H.Hacı-

yev (2002) tərəflərindən qoyunçuluq təsər-

rüfatlarında müəyyən etmişdilər ki, Lən-

kəran-Astara zonasında helmintoz xəstəlik-

ləri, xüsusən, nematodlar geniş yayılmışdır. 

D.A.Mirzəbəyov və başqaları (1949); 

A.A.Ağayev (1975); Ə.K.Mövsümzadə 

(1981); K.D.Mirzəbəyov (1981) tərəflərin-

dən Astara-Lənkaran zonasında qoyunlar 

arasında geniş yayılmış beş növ qan-para-

zitar xəstəliklərin törədicilərini keçirən bir 

neçə gənələrin növlərini qeyd etmişlər. 

Yuxarıda göstərilən bu üç parazitar xəs-

təliklər təsərrüfatlarda qoyunçuluğun inki-

şafına çox böyük ziyan vurur. Göstərilən-

lərə  əsasən helmintozların, iksodid və qo-

turluq gənələrin mövsümi dinamikası eyni 

dövrə  təsadüf olunur. Bu xəsətliklərin qar-

şısını almaq məqsədilə  təsərrüfatlarda bay-

tar həkimləri il boyu helmintozlara, iksodid 

və qoturluq gənələrinə qarşı ayrı-ayrılıqda 

mübarizə  tədbirlərinin aparılmasına fəaliy-

yət göstərirlər. Bu da, aparılan müalicə-

profilaktik tədbirlərinin iqtisadi cəhətdən 

həm çox xərc, həm də ki, uzun müddət 

zəhmət tələb olunmasına gətirib çıxarır. 

Material və metodika 

Tədqiqat işləri 2011-ci və 2012-ci illərin 

yaz, yay, payız və  qış aylarında Astara ra-

yonunun aran və dağətəyi zonasında yerlə-

şən 5 qoyunçuluq təsərrüfatlarında 430 baş 

xırda buynuzlu heyvanlar arasında aparıl-

mışdır. Əksər təsərrüfatlarda davarlar arasın-

da müxtəlif helmintozların törədiciləri, qan 

parazit xəsətliklərini keçirən iksodid gənələr 

(Ixodes ricinusRhipicephalus bursa) və qo-

turluq xəstəliyinin törədicisi (Psoroptes

müəyyən edilmişdir. Müşahidələrimiz gös-

tərdiki, bu xəstəliklər qoyunlar arasında cox 

vaxt qarışıq invaziya halında keçir. 

Helmintozların törədicilərinin növ tər-

kibini təyin etmək üçün xırda buynuzlu 



BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

48

 



heyvanların yenicə ifraz olunmuş kal kütlə-

sindən nümunələr götürülmüş, Fülleborn, 

Vişnyauskas və Berman üsulları ilə labo-

ratoriya  şəraitində müayinələr aparılmışdır. 

Göstərilən üsullar vasitəsi ilə aşkar edilmiş 

helmintlərin yumurta və sürfələrinin əsasın-

da, onların növ və cins tərkibini təyin etdik. 

Fülleborn üsulunda kal kütləsi doymuş 

duz məhlulunda həll olunaraq, bir müddət-

dən sonra məhlulun üzünə  çıxmış helmint 

yumurtalarını  əşya  şüşəsinə qoyaraq mik-

roskopiya vasitəsilə helmintlərin növləri və 

intensivliyi təyin olunur. 

Vişnyauskas üsulunda ancaq tez nəticə 

almaqdan ötrü sentrafuqadan 2 dəfə keçirə-

rək, məhlulun üzərinə  çıxmış helmint yu-

murtaları mikroskopiya üsulu ilə təyin edi-

lir. 


Berman üsulu isə kalda olan helmint 

sürfələrini aşkar etməkdən ibarətdir. 

Qoyunların qoturluq xəstəliyinin müa-

yinəsi gənələrin toplanılması, növ tərkibinin 

müəyyən edilməsi V.B.Dubinin (1954) me-

todikasına  əsasən aparılmışdır. Qoturluğa 

tutulmuş dəri sahəsinin toxuması ilə sağlam 

toxuma arasındakı  məsafədən skalpel vasi-

təsilə epidermisi qaşıyaraq, (akarozda qan 

çıxana qədər, psoropda isə üst qatı) patoloji 

material Petri fincanına qoyulur. Labora-

toriyada qaşıntı üzərinə bir neçə damcı 

10%-li natrium, yaxud kalium qələvisi əla-

və edərək 30-40

0

 C termostatda 10-20 



dəqiqə saxlanılır və mikroskopiya edildikdə 

qoturluğu törədən gənələr müşahidə olunur. 

İksodid gənələrin qoyunlar üzərində 

müəyyən etmək məqsədilə qulaq, quyruq 

dibi və bud nahiyəsinin iç tərəfi müayinə 

edilmişdir (gənələrin parazitlik etməsi üçün 

tük örtüyünün olmadığı yerlər). 

Heyvanlarda yığılan iksodid gənələr la-

boratoriya  şəraitində, mikroskop altında, 

növ və cins tərkibinin B.İ.Pomiransev 

(1950) üsuluna görə  təyin edilmişdir. Növ 

tərkibini təyin etmək, heyvanlardan yığılan 

gənələrin imaqo fazasında istifadə olun-

muşdur. 


Hollandiyanın interchime firmasının is-

tehsal etdiyi “İntermectin” prepratının təli-

matına uyğun olaraq qeyd edilir ki, həmin 

preparat helmintozlarda nematodlara, ikso-

did gənələrdən  Ixodes ricinus,  Rhipicep-

halus bursa və qoturluğu törədən Psoroptes 

ovis və Akaris ovis gənələrinə qarşı müalicə 

effekti göstərir. Bunu nəzərə alaraq Astara 

rayonunun 2 qoyunçuluq təsərrüfatında- 

may ayında dağətəyi zonasında yerləşən 

Azər fermer təsərrüfatında 40 başda, ikin-

cisi isə aprel ayında, aran zonada yerləşən 

Şahağacı qoyunçuluq təsərrüfatında 35 baş 

xırda buynuzlu heyvanları ümumi sürüdən 

ayıraraq, tədric olunmuş şəraitdə saxlamaq-

la, “İntermectin” preparatının sınağı apa-

rılmışdır. Qalan yoluxmuş  xəstə heyvanlar 

nəzarət qrupu kimi saxlanılmışdır. 

“İntermectin”lə müalicə bir dəfə  sınaq 

qrupunda olan hər xəstə qoyunun 50 kq diri 

çəkisinə 1 ml dozada dəri altı boyun nahiy-

yəsinə inyeksiya edilməklə aparılır. Təcrü-

bə qoyunlarında preparatın işlənilməsindən 

əvvəl helmintlərə görə invaziyanın eksten-

sivliyi, hər qoyunun üzərində parazitlik edən 

iksodid və qoturluq gənələrinin miqdarı 

hesablanmışdır. Preparatın işlənilməsindən 

3-6 gün ərzində təcrübə heyvanları üzərində 

helmintoloji, iksodid gənələrin miqdarı, 

həmçinin qoturluqda qaşınmağa görə 

klinikası  və  gənənin qalması müayinələri 

aparılmışdır.  Ədəbiyyatdan məlumdur ki, 

qoturluğa yoluxmuş heyvanlar üzərində ilk 

müalicədə  işlədilən preparat, 1-ci dəfədən 

sonra qoturluq gənələri bütün inkişaf 

mərhələsində  məhv olurlar, lakin preparat 

dəridə mövcud olan gənələrin yumurtalarına 

təsir etmir. Bunu nəzərə alaraq xəstə heyvan-

larda qoturluğu yaradan gənələrdən tam azad 

etmək məqsədilə, həmin təcrübədə olan 

qruplarda 7-8 gündən sonra, təkrarən, 

“İntermectinlə” inyeksiya işləri aparılmışdır. 



Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

49

 



Nəticələr və onların müzakirəsi 

Bizim əsas məqsədimiz Astara-Lənkəran 

zonasında xırda buynuzlu heyvanların para-

zitar xəstəliklərinin (helmintlər, iksodid və 

qoturluq gənələri) yayılması və onlara qarşı 

mübarizə 

tədbirlərinin aparılmasından 

ibarətdir. Bu məqsədlə rayonda mövcud 

olan qoyunçuluq təsərrüfatlarında son 2 il 

ərzində parazitoloji müayinələr aparıl-

mışdır. Baytar həkimlərinin ifadələrinə gö-

rə, həmin təsərrüfatlarda qoyunlar arasında, 

xüsusən, cavan qoyunlarda müxtəlif para-

zitoloji xəstəliklərin geniş yayılmasını  və 

bu səbəbdən baş verən kütləvi ölüm hal-

larının təsərrüfatlara ciddi ziyan vurduğu 

müəyyən olunmuşdur. 

Aparılan helmintoloji tədqiqatlar nəticə-

sində aydın oldu ki, davarlar arasında, fas-

siolyoz, dikroselioz, moniezioz, diktiokaul-

yoz, trixosefalyoz, nematodiroz, trixostron-

gilyoz və s. helmintoz xəstəlikləri rast gəli-

nir. Bizim tədqiqatlarımızın nəticələri gös-

tərdi ki, bu helmintlər arasında il boyu qo-

yunlarda daha çox geniş yayılmış  mədə-

bağırsaq helmintləridir. Nematodlar arasın-

da, stongilyatozlar, nematodiroz, hemon-

xoz, diktiokaulyoz, trixosefalyoz və s. xəs-

təliklər qeyd olunmuşdur.Bu helmintlər ara-

sında qoyunçuluğa  ən çox ziyan verən və 

hətta ölümlə  nəticələnən diktiokaulyoz və 

nematodiroz xəstəlikləridir. Həmin təsərrü-

fatlarda xəstəliklərə il boyu rast gəlinir. 

Dağətəyi zonada qoyunlar arasında 

strongilyatozlar 100%, nematodiroz 80%, 

diktiokaulyoz 50%, trixosefalyoz 40%, fas-

siolyoz 15% olmuşdur. Aran zonada isə 

strongilyatozlar 80%, nematodiroz 70%, 

diktiokaulyoz 40%, trixosefalyoz 30%, fas-

siolyoz 10% aşkar edilmişdir.    Bu  xəstə-

liklərin pik mərhələsi yay və payız ayla-

rında daha çox müşahidə olunur. 

Hal-hazırda helmintozlara qarşı  təsərrü-

fatlarda tetrazol, vermitan, albet, albenol, 

niklodad 25% kimi preparatlardan istifadə 

olunur. Amma qoyunlar arasında helmin-

toloji xəstəliklərin baş verdiyi zaman müa-

licə  işləri aparıldıqdan sonra, onlar ümumi 

süriyə, köhnə otlaq sahələrinə  təkrarən 

ötürülür. Belə  vəziyyət xəstəliyin yenidən 

yaranmasına səbəb olur və  həmin dərman 

vasitələri ilə yeni müalicə  tələb olunur. Bu 

da, iqtisadi cəhətdən baha başa gəlir və da-

ha çox əlavə fiziki əmək tələb edir. Bundan 

əlavə diqqətimizi apardığımız müşahidələr, 

ferma işçilərinin və baytar həkimlərinin 

ifadələri cəlb etdi ki, qoyunlarda hel-

mintlərlə eyni zamanda qan-parazitar xəstə-

liyini keçirən iksodid gənələr və qoturluq 

xəstəliyinin yayılması baş verir ki, bu da 

qoyunlar arasında arıqlama, inkişafdan qal-

ma və s. halları müşahidə olunmaqla yana-

şı, tez-tez heyvanların ölümü ilə nəticələnir. 

Bizim apardığımız tədqiqatlar zamanı 

aran və dağətəyi zonasında qoyunlar ara-

sında kütləvi iksodid gənələrin yayılması 

müşahidə olunmuşdur. Həmin təsərrüfatlar-

da  İksodid gənələr arasında  əsasən  İxodes 

ricinus və Rhipicephalus bursa rast gəlinir. 

Apardığımız müayinələrə  əsasən aran 

zonasında qoyunlar arasında qoturluq 70-

80%, dağətəyi zonada isə qoturluq 80-90% 

təşkil etmişdir. Bəzi hallarda 100%-ə  qədər 

çatmışdır. Müayinələr göstərir ki, qoturluğun 

törədicisi Psoroptes ovis əsasən baş  və bel 

nahiyələrində parazitlik edir və  həmin yer-

lərdə tük örtüyü tam tökülür, eləcə də, tükün 

töküldüyü yerlərdə ağ qabıq əmələ gəlir. 

Qoturluq xəstəliyi, iksodid gənələrin və 

helmintozların mövsümü dinamikası ilə 

uyğundur.  İksodid və qoturluq gənələrinə 

qarşı mübarizə  tədbirləri  əsasən xəstə qo-

yunların mütəmadi olaraq akarasid prepa-

ratlarla çimizdirilməsindən ibarətdir və 

çimizdirilmə işləri isti aylarda mümkündür. 

Amma nəzərə alaq ki, qoturluq xəstəliyinin 

mövsümü qış aylarında daha da şiddətli 

keçdiyinə görə, yoluxmuş qoyunların çi-

mizdirilməsi müşkül məsələ olur. Soyuq 


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

50

 



aylarda mübarizə tədbirləri çətinləşir, əksər 

hallarda isə qoturluğa qarşı tədbirlərin apa-

rılması mümkün olmur. 

Helmintozlar, iksodid gənələr və qotur-

luq xəstəliyinə tez-tez qarışıq invaziya ha-

lında rast gəlmək olur. İki təsərrüfatda 

apardığımız müayinələrə  əsasən, heyvanlar 

arasında 50-70%-ə  qədər bu üç xəstəliyin 

eyni zamanda, bərabər gedişi müşahidə 

edilmişdir. 

Belə ki, bu xəstəliklərin müalicəsini ay-

rı-ayrılıqda aparmaq üçün çox maliyyə 

xərcləri və baytar həkimlərindən, təsərrüfat 

işçilərindən böyük fiziki əmək tələb olunur. 

Astara rayonun təsərrüfatlarında illər 

boyu qoyunlar arasında əksər hallarda qarı-

şıq invaziyaların getməsini nəzərə alaraq və 

“İntermectin” preparatının təlimatına görə, 

onun müxtəlif parazitar xəstəliklərə qarşı 

eyni zamanda yüksək təsirini öyrənmək 

məqsədi ilə, kütləvi surətdə qarışıq invazi-

yalar ilə yoluxan 2 qoyunçuluq təsərrüfat-

larında tədqiqatlar aparılmışdır.Bu məqsəd-

lə aran zonasında 40 baş, dağətəyi zonada 

isə 35 baş-həmin 3 növ parazitar xəstəliyi 

ilə yoluxmuş  xırda buynuzlu heyvanları 

ümumi sürüdən təcrid olunmuş halda yer-

ləşdirərək, kliniki müşahidələr aparılmışdır. 

İnyeksiyadan  əvvəl, xüsusən, qoturluğun 

klinikasında hər qoyunun üzərində geniş 

yoluxma sahəsi, gənələrin təxmini sayı 

gündəlik təcrübə zamanı jurnalımızda qeyd 

olunmuşdur. Hər xəstə heyvana 50 kq diri 

çəkiyə 1 ml dozada “İntermectin” preparatı 

dəri altı boyun nahiyyəsinə inyeksiya 

edilmişdir. 

Nəzarətdə olan xəstə heyvanların inyek-

siyasının yeridilməsinin 3-cü günündən 

başlayaraq, üzərində iksodid gənələrin kəs-

kin azalmasını,  əksəriyyətində isə  gənə-

lərdən tam azad olunması, Psoroptesdə kli-

niki əlamətləri (qaşınma, xüsusən qaşınma-

nın intensivliyinin gecə vaxtı xeyli azal-

ması), koproloji müayinələrdə nematodların 

(strongilyatozlar, nematodiroz, diktiokaul-

yoz, trixosefalyoz və s.) törədicilərinin kəs-

kin azalması müşahidə edilmişdir.  İnyeksi-

yanın yeridilməsinin 5-6-cı günlərində apar-

dığımız müayinələr zamanı yoluxmuş qo-

yunlar iksodid gənələrdən tam azad olun-

muş, qaşıntı müşahidə edilməmiş və kopro-

loji müayinələrdə törədicilərin yumurta və 

sürfələri aşkar olunmamışdır. 

Təcrübədə olan 2 təsərrüfatda qoyunlar 7 

gündən sonra, həmin dozada “İntermectin-

lə” təkrar olaraq inyeksiya edilmişdir. Təc-

rübədə olan heyvanlar 15-20 gün nəzarətdə 

saxlanılaraq, onlarda helmintoz, iksodid və 

qoturluq gənələri müşahidə edilməmişdir. 

Qeyd olunan hər 2 təsərrüfatda nəzarətdə 

olan və müalicə aparılmamış sürülərdə 

apardığımız müşahidələrə əsasən helmintoz, 

iksodid gənələr və qoturluq xəstəliyi davam 

edirdi. Beləliklə, aparılan tədqiqatların 

nəticələri göstərdi ki, Hollandiyada istehsal 

olunmuş  “İntermectin” preparatı, helmin-

tozların nematodlarına, iksodid gənələrin 

bəzi növlərinə və qoturluğun törədicilərinə, 

istər tək, istərsə  də qarışıq invaziyalarda, 

yüksək effektli təsirə malikdir və eləcə  də, 

qarışıq invaziyaların müalicəsində iqtisadi 

cəhətdən çox əlverişlidir. 

 

РЕЗЮМЕ 

 

Акперова Р.Н., Мехралиева У.М., Ахундов М.Е. 



 

ИСПЫТАНИЕ«INTERMECTINA» ПРИ СМЕШАННЫХ ИНВАЗИЯХ ОВЕЦ 

 

В  результате  проведенных  паразитологических  исследований  овец  установлено 



широкое распространение смешанной инвазии возбудителями гельминтозов, иксодо-

выми клещами и чесоткой в овцеводческих хозяствах Астаринского района. 



Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

51

 



На  инвазированых  животных  был  апробирован  препарат  широкого  спектра  при-

менения “Интермектин”, в результате чего, были получены положительные результа-

ты  при  одновременном  поражении  овец  нематодами,  иксодовыми  и  чесоточными 

клещами 



 

SUMMARY 

 

Akberova R.N., Mehraliyeva U.M., Axundov M.E. 



 

TESTİNG OF “İNTERMECTİN” DURİNG MİXED İNFESTATİON OF SHEEP 

 

AS a result of parasitological studies in sheep it was found widespread infestation mixed 



pathogens helminths, ticks and mange. 

On animals was apooved “Intermektin” and as a result have yielded positive results in 

the simultaneous destruction of sheep nematodes, with ticks and scabies mites. 

 

ƏDƏBİYYAT 

 

1.  Мирзабеков  Д.А.,  Курчатов  В.М.,  Абусалимов  Н.С.,  Мураки  А.Т.  Некоторые 

данные  по  биоэкологии  клещей  в  Азербайджанской  республике // Труды  Аз.НИВИ 

опытной станции, Баку, 1949, Том 3, с.123-132 

2. Дубинин В.Б. Чесоточные клещи, их биология, вред в сельском хозяйстве, меры 

профилактики и борьбы с ними // Кн, Москва, 1954.   



3.  Тихонов  Г.Б.,  Лабораторно – практические  занятия по  ветеринарной  паразита-

логии, Кн, Москва – 1958 



4.  Гаибов  А.Д.  Опыт  оздоровления  овец  от  нематодозов  методом  вольной  дачи 

фенотиазина в смеси с солью // Труды Аз.НИВИ, том VII, 1959, с.123-125. 



5. Мамедов А.Т. Испытание антгельминтной еффекттивности хлорофоса, дитрази-

на  и  одновременно  хлорофоса  и  дитразина  при  хабертиозе,  буностомозе  и  езофаго-

стомозе овец // Труды Аз.НИВИ, том XXIII, 1968, с.308-309. 

6. Агаев А.А. Пироплазмидозы и анаплазмоз крупного рогатого скота в Ленкоран-

ской субтропической зоне Азербайджанской ССР и меры борьбы с ними // Автореф., 

Баку, 1975, с.36-41. 

7.  Мовсумзаде  А.Г.  Современное  состояние  кровепаразитарных  заболеваний 

крупного рогатого скота и меры борьбы с ними в Азерб. ССР // Материалы II Закав-

казской конференции по паразитологии, Ереван, 1981, с.269-271 

8.  Мирзабеков  К.Д.  Кровепаразиты  крупного  рогатого  скота  в  Азербайджане // 

Вестник сельскохозяйственных наук, Баку, 1981, № 5, c.32-34 



9. Hacıyev Y.H. Helmintozlarda tətbiq işlərinin iqtisadi səmərəsinin hesablanması // 

Az.ETBİ-nun yaradılmasının 100 illik yubileyinə həsr edilmiş Beynalxalq elmi konfransın 

materialları, Bakı, 2002, с.22-23. 

__________________________ 

 

 


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

52

 



UOT - 619:616-7 

 

AZƏRBAYCANIN MÜXTƏLİF BÖLGƏLƏRİNDƏ  QAN-PARAZİTAR 

XƏSTƏLİKLƏRİN   YAYILMASINDA İKSODİD GƏNƏLƏRİNİN ROLU 

 

Məmmədova R.Ə., elmi işçi 

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu 

 

AÇAR  SÖZLƏR : gənə, ixodes ricinus, tüpürcək vəziləri,  francaiella colchica,

 francaiella 

caucasica 



KEY WORDS: tick, 

ixodes ricinus, spittle glands, francaiella colchica,

 francaiella caucasica 

 

 



Xalq Təsərrüfatının  əsasını  təşkil edən 

sahələrdən biri də Kənd Təsərrüfatıdır. Ər-

zaq bolluğunun yaradılmasında kənd təsər-

rüfatının hərtərəfli inkişaf etdirilməsi günün 

vacib məsələlərindən biridir.  

Heyvandarlıq kənd təsərrüfatının  əsas 

sahələrindən biri olub, onun inkişaf etdiril-

məsi, məhsuldarlığın artırılması  və cinsinin 

yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

 

Respublikada heyvandarlığın inkişafına 

mane olan əsas faktorlardan biri də heyvan-

lar arasında geniş yayılmış qan-paraziti xəs-

təlikləridir ki, (teylerioz, piroplazmoz, fran-

saielloz, babezioz, anaplazmoz) bunlardan 

hər il yüzlərlə heyvan tələf olur və ya məc-

buriyyət üzündən kəsilir. Hal-hazırda Avro-

pa dövlətlərindən respublikaya gətirilən yük-

sək məhsuldar cins heyvanlar qan-paraziti 

xəstəliklərindən daha böyük itkiyə məruz qa-

lırlar. O cümlədən, Lənkəran zonasının mal-

darlıq təsərrüfatlarına gətirilmiş heyvanların 

iqlimə uyğunlaşması prosesində əsas maneə-

lərdən biri də qan-paraziti xəstəlikləridir. 

Belə ki, qeyri-sağlam təsərrüfatlara düş-

müş  həssas heyvanlar çox növlü iksodid 

gənələrinin hücumuna məruz qalır və qeyd 

edilən xəstəliklərlə ağır formada xəstələnə-

rək tələf olurlar. 

Bu xəstəliklərin törədicilərini keçirən və 

yayan iksodid gənələridir. Azərbaycanda bu 

gənələrin 6 cinsinin 35 növü mövcuddur. 

Bunlardan 12 növü xəstəliklərin baş vermə-

sində əsas rol oynayır  

Lənkəran subtropik zonası rayonlarının 

iqtisadiyyatında heyvandarlıq mühüm yer 

tutur. Təbii iqlim şəraiti xəstəlik törədici-

lərini keçirən gənələrin yaşayıb və inkişaf 

etməsi üçün əlverişli mühit yaratdığına görə 

mal-qara arasında xəstəliklərin geniş 

yayılmasına şərait yaradır. 

Protozoologiya elmində regionun piro-

plazmidlərinin növ tərkibinin öyrənilmə-

sində  əsas etibarilə  xəstə  və  xəstəliyi ke-

çirmiş heyvanların qan yaxmalarının tədqiq 

olunması metodundan istifadə edilir. Alim-

lərimiz bizim laboratoriyanın təməli qoyu-

lan vaxtdan bu prinsipə əməl etmişlər. 

İksodid gənələrinin piroplazmidlərlə yo-

luxmasının müəyyən edilməsi nəzərə alın-

mırdı, bu isə piroplazmidozların epizooto-

logiyasının öyrənilməsində  əsas  şərtlərdən 

biri olmaqla böyük əhəmiyyət kəsb edir. 

Ona görə  də  tərəfimizdən piroplazmidlərin 

mənbəyi sayılan gənələrin tədqiq edilməsi 

diqqətəlayiqdir. 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 

piroplazmidlərin epizootologiyasını müəy-

yən etmək məqsədilə bizim tərəfimizdən 

xəstə və xəstəliyi keçirmiş heyvanların qan 

yaxmaları ilə paralel olaraq, keçirici gənələr 

də  tədqiq olunmuşdur ki, bu da müsbət 

nəticə vermişdir. 



Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

53

 



Keçmiş Sovetlər Birliyində kolxoz və 

sovxozların fəaliyyət göstərdiyi dövrdə xəstə 

və kliniki sağlam heyvanlardan qan yaxma-

larının alınmasında baytar mütəxəssisləri heç 

bir çətinliklə üzləşmirdilər. Kənd təsərrüfa-

tında heyvandarlığın özəl sektora keçməyi ilə 

əlaqədar olaraq şəxsi fermer təsərrüfatlarının 

sayı artmaqdadır. Sahibkarlar xəstəlik 

haqqında rayonun baytar mütəxəssislərinə 

müraciət etmədən, çox vaxt aptekə müraciət 

edib xəstələrin müalicəsi ilə özləri məşğul 

olurlar. Rayonun baytar mütəxəssislərinin 

xəstəliklərdən tam məlumatları olmadıqları 

üçün və laboratoriyanın əməkdaşları ezamiy-

yəyə getdikdə istənilən  ərazini tam tədqiq 

edə bilmirlər. Buna görə  də  gənələrin üzə-

rində  tədqiqat işi aparmaq (gənələrin 

yarılması) daha məqsədəuyğundur. Bu işləri 

tam  əhatə etmək üçün həm heyvanların qan 

yaxmalarının, həm də  gənələrin parazitlərə 

görə yoxlanmasını vacib hesab edirik. 

Tədqiqat illəri ərzində Lənkəran subtropik 

zonasının (Lənkəran, Astara, Masallı, Lerik, 

Yardımlı və Cəlilabad) düzənlik, dağətəyi və 

dağlıq sahələrindən qaramal, camış, qoyun, 

at, itlərdən, tövlə və otlaq sahələrindən 12103 

fərd iksodid gənəsi toplanmışdır. Abşeronun 

Bilgəh, Nardaran, Pirşağa qəsəbələrindən 

qaramal, camış, qoyun, keçi, at, it, qum 

tısbağalarından, tövlə  və otlaq sahələrindən 

6237 fərd iksodid gənəsi toplanmışdır. 

Gənələrin cins və növlərinin təfriqi 

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq  İnsti-

tutunun parazitologiya laboratoriyasında 

iksodid gənələrinin təyinedicilərinə  əsasən 

(B.İ.Pomerantsev , 1950; Q.V.Serdyukova, 

1963) aparılmışdır [2, 3]. 

Gənələrin cins və növləri MBS-9 bino-

kulyar böyüdücü, obyektiv 2, 4, okulyar 6

x

 



ilə təyin edilmişdir. 

Regionda epizootoloji vəziyyəti iki üsul-

la müəyyən etmək mümkündür:  

1. Xəstə heyvandan qan yaxmalarının 

alınması; 

2. Gənələrin yarılması. 

Doymuş dişi gənələrdən yumurta almaq 

məqsədilə, hər biri ayrı-ayrılıqda olmaqla 

mixbərlərə qoyulub, etiketdə lazımi məlu-

matlar qeyd edilərək, nəmliyi saxlamaq 

məqsədilə filtr kağızı qoyulub termostata 

yerləşdirilmişdir (hərarət 26-28

0

C, nisbi rü-



tubət 60-70 %). Gənələrin yumurta vermə 

prosesi izlənilmişdir. 

Qan-parazitar xəstəliklərin yayılmasında 

böyük rol oynayan və geniş yayılan iksodid 

gənələrinin qan parazitləri ilə  nə  dərəcədə 

yoluxmasını müəyyən etmək üçün gənələrin 

daxili orqanlarından (tüpürcək vəziləri, ba-

ğırsaq, yumurtalıq) və yumurtalarından yax-

maların hazırlanmasında Ümumittifaq Eks-

perimental Baytarlıq  İnstitutunun (ÜEBİ) 

protozoologiya laboratoriyasının me-

todikasından istifadə edilmişdir. Gənələrin 

cins və növləri təyin edildikdən sonra, onlar 

etil spirtində (C

2

H

5



OH) 10 dəqiqə müddə-

tində saxlandıqdan sonra filtr kağızı üzərində 

qurudularaq Petri fincanında parafində ayaq-

ları açılmış  vəziyyətdə fiksasiya edilmişdir. 

Skalpel (ülgüc) vasitəsilə dorzal qat dairəvi 

kəsilərək qaldırılmış, üzərinə 1 damcı 1 %-li 

fizioloji məhlul tökülərək daxili orqanları 

(tüpürcək vəziləri, bağırsaq, yumurtalıq) 

pinsetlə  əşya  şüşəsi üzərinə qoyulmuşdur. 

Gənənin daxili orqanları  və 20-30 ədəd yu-

murta  əşya  şüşəsinə qoyularaq, üzərinə 2 

damcı 1 %-li fizioloji məhlul əlavə edilərək, 

şpatel vasitəsilə  əzilərək yayılır, 2-3 saat 

otaq hərarətində qurudulduqdan sonra metil 

spirtində (CH

3

OH) 10 dəqiqə  təsbit edilib, 



Romanovski-Himza boyası ilə 60 dəqiqə 

müddətində boyandıqdan sonra mikrosko-

pun immersiya sistemi ilə (MBİ-3, obyektiv 

90, okulyar 7

x

) müayinə edilmişdir. 



Subtropik zonada toplanmış 12103 fərd 

iksodid gənələrinin 6 cins və 13 növə 

(cədvəl 1), Abşeronda toplanmış 6237 fərd 

iksodid gənələrinin 3 cins və 10 növə 

(cədvəl 2) aid olduğu müəyyən edilmişdir.

 


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

54

 



Lənkəran subtropik zonasında iksodid gənələrinin yayılması Cədvəl 1. 

 

№ 



Gənə növləri 

Yığılan gənələr 

miqdarı % 

1. 


I.ricinus (Linnae., 1758) 

863 7,13 

2. 

Haem.punctata (Can. et Fanz., 1877) 



49 0,40 

3. 


Haem.sulcata (Can. et Fanz., 1877) 

50 0,41 


4. 

B.calcaratus (Bir., 1895) 

8663 71,60 

5. 


D.pictus (Herm., 1804) 

23 0,19 


6. 

D.marginatus (Sulz., 1776) 

37 0,30 

7. 


Rh.bursa (Can. et Fanz., 1877) 

114 0,94 

8. 

Rh.sanguineus (Latr., 1806) 



62 0,51 

9. 


Rh.turanicus (B.Pom., 1940) 

90 0,74 


10.  H.detritum (P.Sch., 1919) 

633 5,23 

11.  H.scupense (P.Sch., 1918) 

88 0,73 


12.  H.anatolicum (Koch., 1844) 

604 4,99 

13.  H.plumbeum (Panz., 1795) 

827 6,83 

 

Cəmi: 


12103 100 

                

Abşeronda iksodid gənələrinin yayılması (Bilgəh, Nardaran, Pirşağa)           Cədvəl   2. 

 

      


 

 

№ 



Gənə növləri 

Yığılan gənələr 

miqdarı % 

1.  B.calcaratus (Bir., 1895) 

1048 16,8 

2.  Rh.bursa (Can. et Fanz., 1877) 

1435 23 

3.  Rh.snguineus (Latr., 1806) 

284 4,55 

4.  Rh.turanicus (B.Pom., 1940) 

152 2,43 

5.  H.aegyptium (L., 1758) 

112 1,8 

6.  H.asiaticum (P.Sch. et E.Schl., 1929) 

399 6,4 

7.  H.detritum (P.Sch., 1919) 

1123 18 

8.  H.scupense (P.Sch., 1918) 

212 3,4 

9.  H.anatolicum (Koch., 1844) 

594 9,5 

10.  H.plumbeum (Panz., 1795) 

878 14,1 

 

Cəmi: 



6237 100 

Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

55

 



Hər iki bölgədə geniş yayılan və qan-

parazitar xəstəliklərinin törədicilərinin ya-

yılmasında  əsas rol oynayan növlər müəy-

yən edilmiş və onlar üzərində tədqiqat apa-

rılmışdır. Bu məqsədlə

 

Boophilus calcara-

tus, Rhipicephalus sanguineus, Hyalomma 

detritum, Hyalomma plumbeum, Ixodes ri-

cinus  gənələrinin daxili orqanlarından 

(

tüpürcək vəziləri, bağırsaq, yumurtalıq



) və 

yumurtalarından 103 yaxma hazırlanmışdır. 

Cəmi 31 nimfa və 63 imaqo yarılmışdır. 

Gənələrin parazitlərə görə müayinə 

edilməsi. Abşeronda qaramal üzərindən yı-

ğılmış Hyalomma detritum gənələrinin da-

xili orqanlarından hazırlanmış yaxmalarda 

40-45% Theileria annulata, Boophilus cal-

caratus  gənəsinin yumurtalarından hazır-

lanmış yaxmalarda 75-80% Piroplasma bi-

geminum və Francaiella colchica, itlərdən 

toplanılan Rhipicephalus sanguineus  gənə-

lərinin daxili orqanlarından hazırlanmış 

yaxmalarda itlərin piroplazmozunun törədi-

cisi Piroplasma canis (40-45%) aşkar edildi. 

Parazitlər siqara formasında, bir və iki 

nüvəli olmuşlar. 

Subtropik zonada (Lənkəran r-nu, Kər-

gəlan kəndi) qaramal üzərindən yığılmış 

B.calcaratus  gənələrinin daxili orqan və 

yumurtalarından hazırlanmış yaxmalarda P. 



bigeminum  və  Fr.colchica  ilə yoluxma 85-

90 %, H.plumbeum gənələrinin orqanlarının 

isə 45-50 % Th.annulata  ilə yoluxduğu 

müəyyən edilmişdir. Həmin kənddə kliniki 

sağlam qaramal üzərindən yığılmış  Ixodes 

ricinus  gənələrinin  tüpürcək vəzilərindən 

hazırlanmış yaxmalarda son 60 ildə ilk dəfə 

olaraq fransaiellozun digər bir törədicisi - 

Francaiella caucasica aşkar edilmişdir. 

Morfoloji formaları armudvari, dairəvi, 

oval, çöpvari olmuşdur. 

Mikroskopun hər görmə sahəsində 2-6 



Francaiella caucasica müəyyən etdik. Hə-

min parazitlər morfoloji olaraq müxtəlif 

forma və ölçülərdə idilər. Parazitlər  əsasən 

çöpvari və oval formada olmaqla ölçüləri 

1,6-2,4x0,8-1,4 mkm təşkil edirdi. Dairəvi 

və armudvari formalar seyrək müşahidə 

olunmaqla ölçüləri də digər formalardan 

böyük idilər. Nadir hallarda ikinüvəli 

banana bənzər parazitlər müşahidə etdik. 

Onların nüvələri  əks qütblərdə yerləşirlər. 

Dairəvi formaları parazitin protoplazma-

sının 1/4 böyüklüyündə birnüvəli idilər, 

nüvə  əksərən protoplazmanın kənarında, 

nadir hallarda isə  mərkəzində yerləşir. 

Müşahidə olunan 2 nüvəli fərdlərin nüvələri 

bir-birindən müəyyən məsafədə yerləşirlər. 

Oval və armudvari formalar əsasən bir-

nüvəli, çöpvari formalar isə bir, iki və 

üçnüvəli ola bilirlər. 

Bəzi hallarda yaxmaların bir görmə 

sahəsində 15-22 çöpvari parazitin bir yerdə 

toplanması da müşahidə edilir. Fikrimizcə 

onlar parazitin çox bölünmə yolu ilə 

çoxalmasına dəlalət edir. Müşahidə olunan 

parazitlərin morfoloji formaları  və ölçüləri 

cədvəl 3-də verilmişdir. 



 

                          Fr.caucasica-nın morfoloji formaları və ölçüləri                       Cədvəl 3. 

 

Morfoloji formalar 

Ölçüləri (mikron)  

Armudvari 1,4-2,4x1,1-1,6 

Dairəvi 1,6x1,6 

Oval 1,6-1,8x1,2-1,4 

Çöpvari 2,2-2,4x0,8-1,2 

 


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

56

 



M.V.Krılovun “Dünya faunasının Pirop-

lazmid kataloqu”nda  Fr.caucasica qeyd 

olunur [4] 

Həmçinin, V.L.Yakimov Fr.caucasica-

nın Cənubi Qafqazda mövcud olduğunu 

qeyd edir [1]. 

Ə.Ə.Ağayev, Ə.Q.Möhsünzadə, M.H.Hüm-

bətov, A.N.Qocayev, K.D.Mirzəbəyov (1983) 

və başqaları Azərbaycanda qan parazitlərinin 

4 növünün - Th.annulata, P.bigeminum, 



Fr.colchica,  A.marginale  mövcud olduğunu 

qeyd etmişlər [5]. 

Lakin 1950-ci ildən bu günə kimi Azər-

baycanda D.Ə.Mirzəbəyov və başqalarının 

(1949) müəyyən etdikləri  Francaiella cau-

casica  parazitinin qaramalda fransaielloz tö-

rətməsi barədə  məlumat verilməyib. Bax-

mayaraq ki, onu keçirən gənə respublikanın 

bütün bölgələrində geniş yayılmışdır. Bizim 

fikrimizcə bu, Fr.colchica  və  Fr.caucasica 

parazitlərinin törətdikləri fransaiellozların 

kliniki  əlamətlərinin çox oxşarlığı, həmin 

parazitlərin morfoloji cəhətdən oxşarlığı ilə 

izah edilir. Buna görə də xəstəliyin diaqnos-

tikasında yalnız qan yaxmalarının mikro-

skopik müayinəsi bu parazitləri təfriq 

etməyə imkan vermir. Ona görə  də yalnız 

xəstə heyvanların üzərindən yığılmış  gənə-

lərin tüpürcək vəzilərindən və yumurta-

larından hazırlanmış yaxmaların müayinəsi 

ilə düzgün diaqnoz qoymaq olar. Məlumdur 

ki,  Fr.colchica – B.calcaratus, Fr.cauca-

sica isə yalnız Ixodes ricinus gənələri vasi-

təsilə ötürülür və  hər ikisi də parazitləri 

yumurtalarına keçirirlər. Odur ki, Ixodes 

ricinus  gənələrinin  Fr.caucasica  ilə yolux-

masının müayinəsi vacibdir. Onu da qeyd 

etmək lazımdır ki, qan parazitlərindən 

Th.annulata üçün Hyalomma gənələri aralıq 

sahib, qaramal isə daimi sahib, P.bige-



minum, Fr.colchica və  Fr.caucasica  üçün 

Boophilus  və  Ixodes  gənələri daimi sahib 

sayılır [6]. 

Beləliklə,xəstə və klinik isağlam heyvan-

lardan alınan qan yaxmalarının  ənənəvi 

mikroskopiki müayinəsi ilə yanaşı, heyvan-

ların üzərindən yığılmış  gənələrin daxili 

orqanlarından və yumurtalarından hazırla-

nan yaxmaların qan parazitlərinə görə 

müayinəsini vacib hesab edirik. 

 

РЕЗЮМЕ 

 

Мамедова Р.А. 



 

РОЛЬ ИКСОДОВЫХ  КЛЕЩЕЙ  (Ixodıdae) В  РАСПРОСТРАНЕНИИ  ПАРАЗИ-

ТАРНЫХ  ЗАБОЛЕВАНИЙ  В  РАЗЛИЧНЫХ  РЕГИОНАХ АЗЕРБАЙДЖАНА 

 

Путём  обследования  мазков,  приготовленных  из  внутренних  органов  клещей 



Rh.sanguineus, собранных с собак на Абшероне, был выявлен возбудитель пироплазмоза 

собак – Piroplasma canis. В Ленкоранской субтропической зоне впервые за последние 60 

лет в мазках приготовленных из слюнных желез клеща  Ix.ricinus был обнаружен возбу-

дитель  францаиеллёза – Francaiella caucasica. Сходствo  клинических  признаков  фран-

цаиеллёза, возбудимых  Fr.colchica и Fr.caucasica, объясняется морфологическим сходст-

вом этих паразитов. Микроскопия мазков крови не позволяет различить этих паразитов. 

Поэтому, поставить правильный диагноз можно  только   путём    обследования клещей  

собранных  с  больных животных. Таким образом, рекомендуем наряду с мазками крови 

исследовать мазки из внутренних органов клещей. 

 


Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

57

 



SUMMARY 

 

Mammadova R.A. 



 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin