Baytarliq



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix01.01.2017
ölçüsü2,2 Mb.
#4015
1   ...   4   5   6   7   8   9   10   11   12
 

83

 



kulturası ancaq enrolinə  həssas olduğu 

halda, may ayında ayrılan kultura enrolinə, 

furazalidona, neomisinə və kolistinə həssas 

olmuşdur. 

Alınan nəticələr göstərir ki, quşçuluq tə-

sərrüfatlarında infeksion mənşəli yoluxucu 

xəstəlik baş verdikdə ayrılmış törədici mik-

roorqanizmin dərman preparatlarina, həs-

saslıq dərəcəsinin öyrənilməsinin, prepa-

ratın seçilməsi və onun tətbiqinin böyük 

rolu olduğunu bir daha təsdiq edir. 

 

Р Е З Ю М Е 

 

Микаилов М.С., Абдуллайева У.Р. 



 

ЧУВСТВИТЕЛЬНОСТЬ МИКРООРГАНИЗМОВ К ЛЕКАРСТВЕННОМ ПРЕПАРА-

ТАМ В ПТИЦЕВОДЧЕСКИХ ХОЗЯЙСТВАХ

 

 

Днительное  применение  препаратов  в  лечении  болезной  птиц  вызывоемых  пато-



генными и условно патогенными микробами способствует к повышению устойчивос-

ти  этих  микмикробов,  что  влияет  на  эффективность  лечебно-профилактических  ме-

роприятий. 

Уставлено,  что  возбудители  кolibakteriozа  чувствительны  енролину-9,4%,  гента-

мицину-74,6%,  С.пуллорум–галинарум  енролину-78,0%,  колистин-64,5%  и  гента-

мицину-40,0%,  С.ентеридидис  енролину-86,5%,  колистину-50,0%,  гентамицину-

45,1%,  возбудитель  псевдомоноза  чувствительны  к  тилазино-94,6%,  стафилококки 

фуразалидону-75.0%,  а 1/3 часть  стафилококков  енролину-36,7%,  фуразалидону-

31,3%, гентамцину-35,5%. 

 

S U M M A R Y 

 

Mikailov M.S., Abdullayeva U.R. 



 

SENSİTİVE MİCROORGANİSMS TO MEDİCİNAL PREPARATİONS İN POUITRY 

FARMS

 

 

Apply drugs in the treatment of diseases of birds opportunistic microbes contribute to 



the increased stability of these microbes, this reducing the effectiveneses of treatment and 

prophylactic megohm enterprises. It was found that pathogens colibacillosis sensitive enro-

lin - 79,4%; gentamicin-74,6%;S.pullorum-galinarum enrolin-78,0%; colistin-64,5% and 

gentamicin - 40,0%; S.enteridigis enrolin-86,5%;colistin-50,0%; gentamicin-45,1%; pseu-

domonosis pathogens sensitive to tylosin- 94,6%; aureus furazalidon-75,0% and the 1/3 

part of staphylococci enrolin-36,7%; furazalidon- 31,3%; gentamicin-35,5%. 



 

ƏDƏBİYYAT 

 

1.  А.Н.Бунеков «Эффективность гентамицина и диоксидина при эксперименталь-

ном псевдомонозе цыплят » Изд. Троицкого веет институте 1988 с.172-175 

2. M.S.Mikayılov “Ətlik quşçuluq təsərrüfatlarında şərti patogen mikrobların törətdikləri 

xəstəliklər və onlara qarşı mübarizə  tədbirlərinin təkmilləşdirilməsi” Avtoreferat. Bakı 



BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

84

 



1994 

3. F.B.Şirinov “ Quşların xəstəlikləri” Bakı 2003 

4.  С.Б.Лыско,  Н.Ф.Хамко,  О.А.Сунцова  «Чувствительность  микоплазмы  и 

эшерихий к антибактериальным препаратам » Ветеринария 2006 N3 с.31-33 



5. И.Ю.Лесниченко, С.В.Емалуев « Собременный препараты для профилактики и 

лечения при бактериальных болезнях птиц » Ветеринария 2011 N2 с.15-16 



6.  А.Н.Борисенкова,  О.Б.Новикова,  А.В.Варюхин  «Эффективность  применения 

новых  антибактериальных  средств  в  промышленном  птицеводстве » Ветеринария 

2011 N-6 

__________________________ 

 

BAYTARLIQ HAQQINDA AZƏRBAYCAN  

RESPUBLİKASININ QANUNU 

 

II fəsil 

Baytarlıq sahəsində dövlət tənzimlənməsi 

 

Maddə 6Baytarlıq sahəsində dövlətin 



vəzifələri  

6.0. Baytarlıq sahəsində dövlətin vəzi-

fələri aşağıdakılardır:  

6.0.1. baytarlıq sahəsində dövlət siyasə-

tinin əsas istiqamətlərini müəyyən etmək;  

6.0.2. baytarlıq sahəsində normativ hü-

quqi aktlar qəbul etmək;  

6.0.3. dövlət baytarlıq xidmətinin orqan-

larını təşkil etmək və onların vəzifə və səla-

hiyyətlərini müəyyənləşdirmək;  

6.0.4. heyvanların xüsusi təhlükəli xəs-

təliklərinin profilaktikasına dair dövlət pro-

qramları hazırlamaq və həyata keçirilməsini 

təmin etmək;  

6.0.5. profilaktikası, diaqnostikası  və 

ləğvi dövlət büdcəsindən maliyyələşdirilən 

heyvanların xüsusi təhlükəli xəstəliklərinin 

siyahısını təsdiq etmək;  

6.0.6. karantin və digər məhdudiyyət 

tədbirləri tətbiq olunan yoluxucu xəstəlik-

lərin siyahısını təsdiq etmək;  

6.0.7. Azərbaycan Respublikasının, bir 

neçə bölgənin və ya bir rayonun (şəhərin) 

ərazisində karantin rejimini müəyyən et-

mək;  

6.0.8. epizootiya əleyhinə fövqəladə ko-



missiyalar yaratmaq;  

6.0.9. dövlət baytarlıq nəzarətində olan 

məhsullara, o cümlədən idxal və ixrac edi-

lən yüklərə dövlət baytarlıq nəzarətinin 

təşkili qaydalarını müəyyən etmək;  

6.0.10. dövlət baytarlıq xidmətinin ma-

liyyələşdirilməsini, inzibati və texniki cə-

hətdən təchizatını lazımi səviyyədə  təmin 

etmək;  

6.0.11. baytarlıq fəaliyyəti ilə  əlaqədar 

ətraf mühitin qorunmasını  və ekoloji təh-

lükəsizliyini təmin etmək;  

6.0.12. baytarlıq xidmətləri sahəsində 

sağlam rəqabət yaradılmasını  təmin etmək, 

onların fəaliyyətini əlaqələndirmək və nəza-

rət etmək;  

6.0.13. baytarlıq sahəsində beynəlxalq 

əməkdaşlığı həyata keçirmək, baytarlıq fəa-

liyyətində istifadə olunan sənədlərin bey-

nəlxalq normalara uyğunlaşdırılmasını  tə-

min etmək;  

6.0.14. baytarlıq fəaliyyətinin beynəlxalq 

təşkilatların tələb və tövsiyələri nəzərə alın-

maqla, həyata keçirilməsi üçün lazım olan 

digər tədbirləri həyata keçirmək;  

6.0.15. qanunvericiliklə müəyyən edil-

miş digər vəzifələri yerinə yetirmək.  


Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

85

 



Maddə 7Dövlət baytarlıq xidməti  

7.1. Dövlət baytarlıq xidmətini Azər-

baycan Respublikasının və Naxçıvan Mux-

tar Respublikasının baytarlıq sahəsində 

fəaliyyət göstərən müvafiq icra hakimiyyəti 

orqanları  və onların tabeliyində olan bay-

tarlıq (baytarlıq-sanitariya) fəaliyyətini hə-

yata keçirən təşkilatlar təşkil edir.  

7.2. Dövlət baytarlıq xidmətinin müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilmiş  səlahiyyətli vəzifəli  şəxsləri dövlət 

baytarlıq müfəttişləri, baş dövlət baytarlıq 

müfəttişlərinin müavinləri, dövlət baytarlıq 

müfəttişləri hesab edilirlər.  

7.3. Müvafiq icra hakimiyyəti orqanının 

işçiləri müvafiq icra hakimiyyəti orqanının 

müəyyən etdiyi qaydada fərqləndirici nişanı 

olan xüsusi geyim forması ilə  təmin edi-

lirlər.  

7.4. Dövlət baytarlıq müfəttişlərinin qa-

nunvericiliklə müəyyən edilmiş qaydada tə-

yinatı üzrə istifadə edilən möhürləri ola 

bilər.  

 

Maddə 8.  Dövlət baytarlıq xidmətinin 

hüquq və vəzifələri  

8.1. Dövlət baytarlıq xidmətinin aşağı-

dakı hüquqları vardır:  

8.1.1. baytarlıq sahəsində vahid dövlət 

siyasətinin həyata keçirilməsini təmin et-

mək;  


8.1.2. müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən müəyyən edilmiş qaydada yeni 

baytarlıq preparatlarının, avadanlıqların və 

yem  əlavələrinin istehsalı  və  tətbiqinə dair 

normativ-texniki sənədləri təsdiq etmək, 

onların keyfiyyətinə qanunla müəyyən edil-

miş qaydada nəzarət etmək, aprobasiyasına 

dair rəy vermək;  

8.1.3. Azərbaycan Respublikasında döv-

riyyəyə buraxılan baytarlıq preparatlarının, 

o cümlədən heyvan və insanlar üçün ümumi 

olan baytarlıq təyinatlı (müşayiətedici sə-

nədlərində və ya istifadə təlimatlarında bay-

tarlıqda tətbiq ediləcəyinə dair məlumatlar 

olan) preparatların istehsalına, keyfiyyətinə, 

sınaqdan keçirilməsinə, saxlanmasına, da-

şınmasına, satışına, idxal və ixracına nəza-

rət etmək, onların dövlət qeydiyyatına alın-

masını  və dövlət reyestrinin aparılmasını 

həyata keçirmək, idxal və ixracına icazə 

qanunvericiliklə müəyyən edilmiş qaydada 

vermək;  

8.1.4. heyvan, heyvan mənşəli məhsullar 

və xammal istehsalı, tədarükü, saxlanması, 

emalı  və satışına, habelə yem və yem əla-

vələrinin dövriyyəsinə qanunla müəyyən 

edilmiş qaydada dövlət baytarlıq nəzarətini 

həyata keçirmək;  

8.1.5. dövlət sərhədində, bazarlarda, yar-

markalarda və  sərgilərdə, istehsal və satış 

yerlərində dövlət baytarlıq nəzarətində olan 

yüklərə qanunvericiliklə müəyyən edilmiş 

qaydada dövlət baytarlıq (baytarlıq-sani-

tariya) nəzarəti təşkil etmək;  

8.1.6. heyvan saxlayan, habelə heyvan 

mənşəli məhsulların və xammalın emalı, 

saxlanması  və onların ticarəti ilə  məşğul 

olan hüquqi və fiziki şəxslərə epizootiya 

əleyhinə  və baytarlıq (baytarlıq-sanitariya) 

tədbirlərinin aparılması üçün icrası məcburi 

olan göstərişlər vermək, baytarlıq qayda-

larının və normalarının pozulduğu hallarda 

qanunvericiliklə müəyyən edilmiş qaydada 

onların fəaliyyətini müvəqqəti dayandırmaq 

və ya qadağan etmək;  

8.1.7. heyvanların xüsusi təhlükəli xəs-

təlikləri, o cümlədən heyvan və insanlar 

üçün ümumi olan xəstəliklərin baş verdiyi 

ölkələrdən və regionlardan heyvanların, 

heyvan mənşəli məhsulların, xammalın, 

yem, yem əlavələrinin və digər kənd təsər-

rüfatı  məhsullarının idxal və ixracına qa-

nunla müəyyən edilmiş qaydada məhdu-

diyyət və ya qadağa qoymaq, bu xəstəliklər 

baş verdiyi ərazilərdə qanunvericiliyə uy-

ğun qaydada karantin qoyulması üçün təklif 

vermək və digər tədbirlər görməsi barədə 


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

86

 



baytarlıq sahəsində  səlahiyyətli beynəlxalq 

təşkilata məlumat vermək;  

8.1.8. qanunvericiliyə müvafiq olaraq 

karantin qoyulan ərazidə qoruyucu – karan-

tin, xüsusi baytarlıq və digər tədbirlərin 

aparılması qaydalarını müəyyənləşdirmək, 

baş vermiş  xəstəliyin yayılma təhlükəsi 

olan zonalarda qanunvericiliklə müəyyən 

edilmiş hallarda və qaydada məhdudiyyət 

və  xəbərdarlıq təyinatlı  tədbirlər görmək, 

bütün müəssisələrə, vətəndaşlara heyvan-

ların kəsilməsi və ya məhv edilməsi, hey-

van mənşəli məhsulların və xammalın zə-

rərsizləşdirilməsi və ya utilizasiya edilməsi 

haqqında icrası  məcburi olan göstərişlər 

vermək;  

8.1.9. baytarlıq fəaliyyəti üzrə ayrılan 

məqsədli dövlət vəsaitinə sərəncam vermək 

və onların səmərəli istifadəsinə  nəzarət 

etmək;  


8.1.10. heyvandarlıq binalarının, heyvan 

mənşəli məhsulların və xammalın istehsalı 

və emalı müəssisələrinin texnoloji norma-

tivlərinə, baytarlıqda işlədilən kimyəvi, 

bioloji və farmokoloji preparatların dövlət 

standartları  və texniki şərtləri layihələrinə 

rəy vermək;  

8.1.11. baytarlıq fəaliyyəti ilə  məşğul 

olan hüquqi və fiziki şəxslərin uçotunu 

aparmaq və onlardan lazımi məlumatlar 

almaq;  

8.1.12. baytarlıq sahəsində beynəlxalq 

normaları  və epizootiya vəziyyətini nəzərə 

almaqla elmi əsaslara uyğun olaraq bay-

tarlıq (baytarlıq-sanitariya) qaydaları  və 

normativ sənədləri işləyib hazırlamaq və 

təsdiq etmək;  

8.1.13. başqa dövlət orqanlarının baytar-

lıq xidmətlərini və baytarlıq sahəsində sa-

hibkarlıqla məşğul olan hüquqi və fiziki 

şəxslərin fəaliyyətini əlaqələndirmək və qa-

nunla müəyyən edilmiş qaydada nəzarət 

etmək;  

8.1.14. qonşu ölkələrin dövlət baytarlıq 

xidməti orqanları ilə sərhəd bölgəsində hey-

van xəstəliklərinin profilaktikası məqsədi ilə 

əməkdaşlıq barədə qanunvericiliklə müəy-

yən edilmiş qaydada sazişlər bağlamaq;  

8.1.15. qanunvericiliklə müəyyən edil-

miş qaydada baytarlıq üzrə beynəlxalq təş-

kilatlarda Azərbaycan Respublikasını təmsil 

etmək və onlarla əməkdaşlığı  həyata ke-

çirmək;  

8.1.16. Azərbaycan Respublikasının qa-

nunvericiliyi ilə  nəzərdə tutulan digər hü-

quqları həyata keçirmək.  

8.2. Dövlət baytarlıq xidmətinin və-

zifələri aşağıdakılardır:  

8.2.1. baytarlıq sahəsində  fəaliyyətin 

prioritet istiqamətlərini müəyyən etmək, 

heyvanların xüsusi təhlükəli xəstəliklərinin 

profilaktikasına dair dövlət proqramlarının 

hazırlanmasında və  həyata keçirilməsində 

iştirak etmək;  

8.2.2. profilaktikası, diaqnostikası  və 

ləğvi dövlət büdcəsindən maliyyələşdirilən 

xüsusi təhlükəli heyvan xəstəliklərinin, ka-

rantin və digər məhdudiyyət tədbirləri tət-

biq olunan yoluxucu xəstəliklərin siyahısını 

hazırlamaq;  

8.2.3. Azərbaycan Respublikasının  əra-

zisində heyvanların yoluxan və yoluxmayan 

xəstəliklərinin profilaktikası, diaqnostikası, 

müalicəsi və  ləğv edilməsi üzrə qanunve-

riciliklə müəyyən edilmiş qaydada müvafiq 

baytarlıq tədbirləri həyata keçirməklə mal-

qaranı  və başqa heyvanları  xəstəliklərdən 

qorumaq;  

8.2.4. səhiyyə orqanları ilə birlikdə hey-

van və insanlar üçün ümumi olan xəstə-

liklərdən əhalinin qorunmasını təşkil etmək 

və informasiya mübadiləsi aparmaq, me-

todik seminarlar keçirmək;  

8.2.5. heyvandarlıqda istehsalın və 

məhsuldarlığın artırılması  məqsədi ilə bay-

tarlıq xidmətinin həyata keçirilməsini təmin 

etmək;  

8.2.6. Azərbaycan Respublikasının  əra-



Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

87

 



zisinə başqa dövlətlərdən yoluxucu və ek-

zotik xəstəliklərin törədicilərinin keçməsi-

nin və yayılmasının qarşısını almaq məq-

sədi ilə müvafiq tədbirlər həyata keçirmək 

və idxal-ixrac edilən heyvanların, heyvan 

mənşəli məhsulların və xammalın, yem və 

yem  əlavələrinin baytarlıq (baytarlıq-

sanitariya) vəziyyətini qanunvericiliklə 

müəyyən edilmiş qaydada yoxlamaq və 

müvafiq baytarlıq sənədi vermək;  

8.2.7. qanunvericiliklə müəyyən edilmiş 

qaydada epizootiya monitorinqi aparmaq, 

heyvanların yoluxan və yoluxmayan xəstə-

liklərlə  xəstələnmə  və ölümünün səbəbini 

müəyyən etmək, xəstəliklərin aradan qal-

dırılması və profilaktikasına dair epizootiya 

əleyhinə  tədbirlər planı hazırlayıb təsdiq 

olunmaq üçün müvafiq icra hakimiyyəti 

orqanına təqdim etmək;  

8.2.8. heyvan, heyvan mənşəli məhsullar 

və xammal sahibləri tərəfindən baytarlıq 

qanunvericiliyinə  əməl edilməsinə qanunla 

müəyyən edilmiş qaydada nəzarət etmək;  

8.2.9. baytarlıq preparatlarının, yem və 

yem  əlavələrinin təhlükəsizliyini, saxlan-

ması, daşınması  və istifadə edilməsini 

Azərbaycan Respublikasının qanunverici-

liyinə uyğun olaraq təşkil etmək;  

8.2.10. dövlət baytarlıq nəzarətində olan 

yüklərin idxalına və ixracına, onların ölkə 

daxilində daşınmasına və tranzitinə qanun-

vericiliklə müəyyən edilmiş hallarda və 

qaydada baytarlıq nəzarətini həyata ke-

çirmək;  

8.2.11. heyvanların xəstəliklərdən qorun-

ması üçün lazım olan baytarlıq preparat-

larına, ləvazimatlara, alətlərə  və digər 

vasitələrə olan tələbatı müəyyənləşdirmək 

və  təklifləri müvafiq icra hakimiyyəti 

orqanına təqdim etmək;  

8.2.12. heyvanların xüsusi təhlükəli 

xəstəliklərinə qarşı baytarlıq preparatlarının 

ehtiyatını yaratmaq;  

8.2.13. tabeliyindən və mülkiyyət for-

masından asılı olmayaraq qanunvericiliyə 

uyğun olaraq bütün hüquqi və fiziki 

şəxslərə baytarlıq xidməti göstərilməsini 

təşkil etmək və  xəstəliklərə qarşı baytarlıq 

tədbirlərinin aparılmasına qanunla müəyyən 

edilmiş qaydada nəzarət etmək;  

8.2.14. heyvanların yetişdirilməsi, hey-

van mənşəli məhsulların və xammalın, 

baytarlıq preparatlarının, yem və yem 

əlavələrinin istehsalı zamanı baytarlıq (bay-

tarlıq-sanitariya) baxımından standartlara, 

texniki  şərtlərə  və baytarlıq tələblərinə 

riayət edilməsinə  nəzarəti qanunvericiliklə 

müəyyən edilmiş qaydada təşkil etmək və 

həyata keçirmək;  

8.2.15. heyvandarlıq obyektlərinin, sal-

laqxanaların,  ət, süd və digər heyvan mən-

şəli məhsullar emal edən müəssisələrin, 

bazarların, xammal anbarlarının, heyvan-

ların suvarılması  mənbələrinin, köç yolla-

rının və dayanacaqlarının baytarlıq (bay-

tarlıq-sanitariya) nəzarətini həyata keçir-

mək, həmin obyektlərin tikintisinin və 

yenidən qurulmasının, habelə yerqazma iş-

lərinin baytarlıq ekspertizasının aparılma-

sını təmin etmək;  

8.2.16. qanunvericiliklə müəyyən 

edilmiş hallarda və qaydada baytarlıq 

sahəsində identikləşdirmə işlərinin, uçot və 

hesabatların aparılmasını  təmin etmək, 

heyvanların karantin xəstəliklərinin statistik 

uçotunu aparmaq;  

8.2.17. baytarlıq təbabətinə dair təlimat, 

göstəriş, tövsiyə, qayda və normaların, bay-

tarlıq sahəsində uçot və hesabat formala-

rının və digər normativ sənədlərin qüvvədə 

olan qanunvericilik aktlarına və beynəlxalq 

normativlərə uyğun hazırlanmasını, habelə 

nəşr edilməsini təşkil etmək;  

8.2.18. baytarlıq elminin inkişafı, bay-

tarlıq mütəxəssislərinin hazırlanması, on-

ların ixtisaslarının artırılması üçün zəruri 

tədbirlərin həyata keçirilməsində  və bay-

tarlıq sahəsində elmi tədqiqatların aparılma-



BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

88

 



sına sifarişlər verilməsində iştirak etmək;  

8.2.19. baytarlıq fəaliyyətini həyata 

keçirmək üçün büdcədən ayrılmış  vəsaitin 

məqsədli istifadəsini təmin etmək, dövlət 

büdcəsi və digər mənbələr hesabına alınmış 

baytarlıq preparatları  və avadanlıqlarının 

saxlanmasına, daşınmasına və istifadəsinə 

nəzarəti qanunvericiliklə müəyyən edilmiş 

qaydada təşkil etmək;  

8.2.20. heyvan xəstəlikləri ilə müba-

rizədə beynəlxalq baytarlıq təcrübəsindən 

qəbul olunmuş müxtəlif vasitələrdən isti-

fadə edilməsini və  fəaliyyət dairəsində 

Azərbaycan Respublikası  tərəfindən qəbul 

edilmiş beynəlxalq öhdəliklərə  əməl edil-

məsini səlahiyyətləri daxilində  təmin 

etmək;  

8.2.21. respublikada keçiriləcək bay-

tarlıq tədbirləri, Azərbaycan Respublika-

sının baytarlıq qaydaları, normaları və digər 

normativ hüquqi aktları barədə  məlu-

matların maraqlı şəxslərə təqdim edilməsini 

təşkil və təmin etmək;  

8.2.22.  əhali arasında baytarlıq maarif-

ləndirmə  işlərini təşkil etmək və  həyata 

keçirmək;  

8.2.23. Azərbaycan Respublikasının qa-

nunvericiliyi ilə  nəzərdə tutulan digər 

vəzifələri yerinə yetirmək.  

 

Maddə 9. Başqa dövlət orqanlarında 

baytarlıq xidməti  

9.1. Başqa dövlət orqanlarının baytarlıq 

xidmətləri bu Qanuna və digər qanun-

vericilik aktlarına uyğun olaraq:  

9.1.1. müvafiq dövlət orqanlarına məx-

sus obyektlərdə heyvan xəstəliklərinin 

profilaktikasını, diaqnostikasını  və müali-

cəsini həyata keçirirlər;  

9.1.2. bu orqanların baytarlıq nəzarətində 

olan obyektlərində baytarlıq (baytarlıq-

sanitariya) tədbirlərini həyata keçirirlər;  

9.1.3. müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən keçirilən baytarlıq tədbirlərində 

iştirak edirlər və qanunvericiliklə müəyyən 

olunan digər baytarlıq fəaliyyəti ilə məşğul 

olurlar.  

9.2. Başqa dövlət orqanlarının baytarlıq 

xidmətləri baytarlıq tədbirlərinin, baytarlıq 

(baytarlıq-sanitariya) nəzarəti də daxil 

olmaqla təşkili və yerinə yetirilməsində 

Azərbaycan Respublikasının baytarlıq qa-

nunvericiliyini rəhbər tutur, baytarlıq uçotu 

və hesabatlarını aparır, onları müəyyən 

edilmiş qaydada və formada müvafiq icra 

hakimiyyəti orqanına təqdim edirlər.  

9.3. Başqa dövlət orqanlarının baytarlıq 

xidmətləri dövlət baytarlıq nəzarəti 

funksiyasını yerinə yetirmirlər.  



 

Maddə 10. Bələdiyyələrin baytarlıq 

sahəsində hüquqları  

10.1. Bələdiyyələr tərəfindən yaradılmış 

hüquqi  şəxslər bu Qanunun 27.1-ci mad-

dəsində nəzərdə tutulmuş qaydada baytarlıq 

təbabəti ilə məşğul ola bilərlər.  

10.2. Dövlət baytarlıq xidməti bu Qa-

nunun 20-ci maddəsində  nəzərdə tutulmuş 

baytarlıq tədbirlərinin həyata keçirilməsin-

də köməklik göstərilməsi üçün bələdiy-

yələri cəlb edə bilər. Bu zaman bələdiyyələr 

müvafiq tədbirlərin keçirilməsi məqsədi ilə 

öz vəsaitləri hesabına məqsədli fondlar 

yarada və yerli büdcədən vəsait ayıra 

bilərlər. 

 

 

Davamı Jurnalın sonrakı sayında 



 

 

 



 

Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin