Sağlam qidalanma ürək-damar xəstəliklərinin profilaktikasının əsasıdır



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
tarix25.01.2017
ölçüsü0,67 Mb.
#6316

ÜRƏK-DAMAR 

XƏSTƏLİKLƏRİNİN

PROFİLAKTİKASI


Sağlam qidalanma ürək-damar 

xəstəliklərinin profilaktikasının əsasıdır.

Qidalanma xüsusiyyətləri ürək-damar xəstəliklərinin yaran-

ma riskinə xolesterin (XS), arterial təzyiq (AT), bədən çəkisi 

və şəkərli diabet (ŞD) kimi digər risk amilləri vasitəsi ilə və 

ya birbaşa təsir edir. Bu səbəbdən sağlam qidalanma ürək-

damar xəstəliklərinin (ÜDX) profilaktikasının əsasında durur.

ÜDX-nin  profilaktikası  kimi  istifadə  olunan  sağlam 

qidalanmanın  qarşısında  duran  əsas  problem  qida  rasio-

nunun  (həm  kəmiyyət,  həm  də  keyfiyyət  baxımından) 

uzunmüddətli  dəyişdirilməsi  üzrə  insanların  davranışının 

davamlı  şəkildə  dəyişməsinə  və  bədən  çəkisinin  normal 

səviyyədə saxlanılmasına nail olunmasından ibarətdir.



Nutriyentlər (qida maddələri)

ÜDX-nin  profilaktikası  nöqteyi-nəzərdən  nutriyentlər 

arasında  yağ  turşuları  (əsasən  lipoproteinlərin 

səviyyəsinə təsir edən), minerallar (əsas etibarı ilə AT-yə 

təsir edən) və qida lifləri xüsusi əhəmiyyətə malikdir.

Yağ turşuları

Qida ilə qəbul olunan yağ turşuları 

qanda olan xolesterinin səviy-

yəsinə  əhəmiyyətli  də rə-

cədə təsir edir. Xolesteri-

nin  qanda  artması  isə 

ÜDX riskini xeyli


artı rır.  Onu  da  bilmək  vacibdir  ki,  profilaktik  nöqteyi-

nəzərdən qida ilə qəbul olunan yağ turşularının tərkibi 

onların  ümumi  həcmindən  daha  çox  əhəmiyyət  kəsb 

edir. 


1) Doymuş yağ turşuları

Bəzi tədqiqatlarda doymuş yağ turşularının qanda XS-

nin  səviyyəsini  artırmaqla  ÜDX-nin  əmələ  gəlməsinə 

birbaşa  təsirinin  olması  göstərilmişdir.  Epidemioloji, 

klinik və müşahidə tədqiqatlarının nəticələri qida ra-

sionunun doymuş yağ turşularından gələn enerjisinin 

1%-nin poli-doymamış yağ turşuları ilə əvəz edilməsi 

zamanı ÜDX riskinin 2-3% azaldığını göstərir. Beləliklə, 

qida  rasionunda  doymuş  yağ  turşuları  payının,  poli-

doymamış yağ turşuları ilə əvəz edilməsi şərtilə, maksi-

mum  10%-dək  azaldılması  ÜDX-nin  profilaktikasında 

böyük əhəmiyyətə malikdir.

Doymuş  yağ  turşuları  heyvan  mənşəli  piylər,  kərə 

yağları və pendirlərin tərkibində var.



2) Doymamış yağ turşuları

Mono-doymamış  yağ  turşuları  qida  rasionunda 

do y  muş  yağ  turşularını  və  ya  karbohidratları 

əvəz  etdikdə  tərkibində  xolesterin  az  olan 

yüksək  sıxlıqlı  lipoproteinlərin  (YSLP) 

səviyyəsinə müsbət təsir göstərir.

Mono-doymamış yağ turşularına 



ω-9 Olein turşusu aiddir: orqanizmdə sintez olunandır 

(əvəz  olunan),  avokado,  araxis,  zeytun  yağlarının, 

ağaclarda bitən qozlar və quş ətinin tərkibində olur.

Poli-doymamış yağ turşuları qida rasionunda doymuş 

yağ turşularını əvəz etdikdə tərkibində xolesterin çox 

olan  aşağı  sıxlıqlı  lipoproteinlərin  (ASLP)  səviyyəsini 

azaldır və YSLP səviyyəsini azacıq artırır.

Poli-doymamış yağ turşuları orqanizmdə sintez olun-

mayan yağ turşularıdır:



ω-3 yağ turşuları 

α-linolen turşusu yaşıl yarpaqlı tərəvəzlərdə, lobya-

da, kətan yağında və qozlarda olur

eykozapentaen  və  dokozageksaen  turşuları  yağlı 

balıqlarda (qızılbalıq, skumbriya, siyənək) olur

ω-6 yağ turşuları

araxidon  turşusu  qırmızı  ət,  ev  və  çöl  quşlarının 

ətində olur

γ-linolen  turşusu  pambıq,  kətan,  qarğıdalı  və 

günəbaxan yağlarında olur

Trans-yağ  turşuları  ümumi  XS  səviy-

yəsini  artırmaqla  YSLP  səviyyəsini 

nisbətən  azaldır.  Qida  rasio-

nunun  ümumi  kalo rililiyinin 

trans-yağlara  görə  orta 

hesabla  2%  artırılması 

ÜDX riskinin 23% art-


masına  gətirir.  Trans-yağların  qida  rasionunda  tövsiyə 

olunan səviyyəsi ümumi enerji daxilolmalarının 1%-dən 

az olmalıdır, yəni nə qədər az olsa, bir o qədər yaxşıdır.

Trans-yağlar – doymamış yağların spesifik növüdür. Onlar 

duru  bitki  yağlarının  hidrogenləşməsi  nəticəsində  bərk 

bitki yağları halına keçərək alınır (marqarin, qida piyləri). 

Trans-yağlar  qənnadı  məmulatlarının  (tortlar,  pirojna-

lar,  peçenyelər,  krekerlər  və  s.,  eləcə  də  dondurulmuş 

yarımfabrikatların) hazırlanmasında istifadə edilir.

3) Qida xolesterini

Doymuş  yağ  turşularının  qida  rasionunda  azaldılması 

nəticəsində,  adətən,  qida  XS-nin  azalması  da  baş  verir. 

Lakin qanda olan XS səviyyəsinə qida XS-dən daha çox 

qida rasionunda olan yağ turşularının tərkib nisbəti təsir 

edir.


Qidada  xolesterin  –  içalat  (qaraciyər,  böyrəklər,  ürək, 

beyin  və  s.),  yumurta,  ət  (mal,  qoyun,  donuz),  quş  əti 

(toyuq,  qaz,  ördək),  balıq,  balıq  kürüsü,  süd  və  süd 

məhsullarında,  kərə  yağında  olur.  Bitki  qidalarında  isə 

olmur.

MİNerallar

Natrium

Xörək  duzunun  qısa  müddətə  1  q/gün 

səviyyəsinə  qədər  azaldılması  sis-

tolik  arterial  təzyiqin  arterial  hi-

pertenziyalı xəstələrdə 3,1 mm c.s., 


normal təzyiqi olan şəxslərdə isə 1,6 mm c.s. azalmasına 

gətirib  çıxarır.  Tövsiyə  olunan  duzun  istifadə  səviyyəsi 

– 5 q/gün-dən az. Optimal səviyyə daha az ola bilər: ~ 3 q/gün. 

Hazır  qida  məhsulları  xörək  duzunun  ən  əhəmiyyətli 

mənbəyidir. 

Kalium

Kalium  istifadəsinin  artması  AT-nin  azalmasına  gətirib 

çıxarır. Meyvə və tərəvəz kaliumun əsas mənbələridir. Be-

yin insultunun riski əhəmiyyətli dərəcədə istifadə olunan 

kaliumun səviyyəsindən asılıdır: kaliumu çoxlu həcmdə 

(orta hesabla 110 mmol/gün) istifadə edən şəxslərdə in-

sultun nisbi riski daha az kalium (orta hesabla 61 mmol/

gün)  istifadə  edən  şəxslərlə  müqayisədə  40%-dən  çox 

aşağıdır.

QİDa lİflərİ

Qida  liflərinin  qida  tərkibində  istifadəsi  ÜDX  riskini 

azaldır.  Məlumdur  ki,  çoxlu  həcmdə  qida  liflərinin 

istifadə edilməsi karbohidratlarla zəngin olan unlu qida 

qəbulundan  sonra  postprandial  qlikemiyanı  və  ümu-

mi  XS  və  ASLP  səviyyəsini  azaldır.  Qida 

liflərinin  ən  əhəmiyyətli  mənbələri 

–  bütöv  dənli  bitkilər,  lobyalar, 

meyvə və tərəvəzlərdir. ABŞ-

ın  Milli  Akademiyasının 

Sağlamlıq  İnstitutunun 

tövsiyələrinə  görə 



~ 30-45 q/gün səviyyəsində böyüklər üçün qida liflərinin 

qəbulu ÜDX-nin profilaktikası baxımından optimal hesab 

edilə bilər.

Dənin tərkibində onun bütün hissələri (rüşeym, dən və 

gül qabıqları, aleyron təbəqəsi və endosperm) olduqda 

o, bütöv dənli bitki adlanır. Bütöv dənli bitki zülal və kom-

pleks  karbohidratların,  eləcə  də  lif,  B  vitaminlərinin  və 

mineralların mühüm mənbəyidir. Bütöv dənli bitkilərdən 

alınan məhsullara qaba üyüdülmüş undan çörək (kəpək 

unu),  bütöv  dənli  bitki  unundan  çörək,  bütöv  dənli 

bitkilərdən  makaron  məmulatları,  yulaf,  arpa,  çovdar 

kəpəkləri  və  s.  aiddir.  İstehsal  və  emal  prosesi  zamanı 

strukturunu və kimyəvi tərkibini dəyişən dənli bitkilərdən 

alınan ərzaq məhsulları bütöv dənli bitkilərin məhsulları 

adlandırıla bilməz.

QİDa MəhSulları və QİDa Qrupları

Meyvə və tərəvəz

Müxtəlif  tədqiqatların  nəticələri  göstərmişdir  ki,  gün 

ərzində  hər  əlavə  porsiya  meyvə  və  tərəvəzin  qəbul 

edilməsi  ürəyin  işemik  xəstəliyi  (ÜİX)  riskini  4%,  insul-

tun  riskini  isə  5%  azaldır.  Bu  müdafiənin  effektivliyini 

əsasən  kalium  mənbəyi  olan  meyvə  və  tərəvəzin 

AT səviyyəsinə olan təsiri ilə izah etmək olar. 

Meyvə  və  tərəvəzin  tərkibində  olan 

qida  lifləri  və  antioksidantlar  da 

müəyyən  əhəmiyyətə  malikdir. 



Gün ərzində ən azı 200 q meyvə (2-3 porsiya) və 200 q 

tərəvəz  (2-3 porsiya) qəbul etmək tövsiyə olunur.



Balıq

Balıqdan  istifadənin  müdafiə  təsiri  balıq  ətində  yüksək 

səviyyədə omeqa-3 yağ turşularının olması ilə müəyyən 

olunur.  Həftə  ərzində  heç  olmazsa  1  dəfə  balıqdan 

istifadə  ÜDX  riskini  15%  azaldır.  Balıqdan  ayda  bir 

dəfədən az istifadə edən insanlarla müqayisədə həftədə 

balıqdan 2-4 dəfə istifadə edənlər arasında insult riskinin 

18% azaldığı göstərilmişdir. Balığın istifadəsinin həftədə 

1-2 dəfəyə qədər artırılması ÜİX-dən ölüm hallarını 36%, 

ümumi ölüm dərəcəsini isə 17% azalda bilər. Buna görə 

də  balıqdan  ən  azı  həftədə  iki  dəfə  istifadə  edilməsi 

tövsiyə olunur və bu halda iki dəfədən birində balıq yağlı 

olmalıdır.

Yüngül şəkər tərkibli içkilər

Yüngül şəkər tərkibli içkilərdən müntəzəm istifadə artıq 

bədən çəkisi və II tip ŞD-yə gətirib çıxara bilər.


Pəhrizlə bağlı Avropa Kardioloji Cəmiyyəti və 

Avropa Ateroskleroz Cəmiyyətinin tövsiyələri

Ümumi prinsiplər: 

Qidanın  ümumi  enerjisi  dəyərində  bütün 

yağların həcmi 30%-dən çox olmamalıdır 

Doymuş yağların həcmi istifadə edilən yağların 

ümumi həcminin 1/3-dən çox olmamalıdır

İstifadə  edilən  xolesterinin  gündəlik  həcmi 

300 mq-dan az olmalıdır

Tərəvəz və dəniz balıqlarında olan mono- və 

poli-doymamış  yağlardan  daha  çox  istifadə 

edilməlidir

Təzə meyvə, dənli bitki və tərəvəzdə olan kar-

bohidratlardan daha çox istifadə edilməlidir

Hipertoniya və artıq çəkisi olan insanlar duzdan 

5 q/gün-dən az istifadə etməlidirlər

Artıq çəkisi olan insanlara qida kalorisini azalt-



maq vacibdir

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin