B akı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Aminə


VI Dil və nitq. Monoloji nitq. Məruzə. Çıxış



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix20.11.2023
ölçüsü0,52 Mb.
#165341
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
VI Dil və nitq. Monoloji nitq. Məruzə. Çıxış 
Dil və nitq eyni bir hadisənin – nitq fəaliyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan iki cəhətidir. 
Nitq dili inkişaf etdirir, formalaşdırır. Dil-ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin özüdür.
Dil və nitq bir-biri ilə nə qədər qarşılıqlı əlaqədə olsa da, onların özünəməxsus cəhətləri vardır 
ki, bunlar nitq ilə dilin fərqlənməsinə səbəb olur. Bu fərqlər aşağıdakılardır: 
1.
Dil ünsiyyət vasitəsidir. Nitq isə bu ünsiyyətin özüdür. 
2.
Nitq fərdidir, ayrı-ayrı adamların danışığı, yazısıdır. Ümumxalq dili müxtəlif dəyişikliyə uğrayır. 
Dildən hər kəs eyni şəkildə istifadə etmir. Bu istifadə şəxsin təhsili, dünyagörüşü, mədəni 
səviyyəsi və s. ilə bağlı müxtəlif şəkildə olur. Bu münasibətdən asılı olaraq cümlədə sözlərin 
sırası dəyişir, rəngarəng intonasiya çalarlarından istifadə olunur. 
3.
Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək mümkün deyildir. Nitq isə daha çox sintaksislə 
bağlıdır. 
4.
Nitq tarixi səciyyə daşıyır, dil isə tarixdən kənardır. Nitq işləndiyi şəraitdən asılıdır, dəyişikliyə 
uğrayır. Lakin dil dəyişikliklərdən, təsirlərdən özünü qoruyur. 
5.
Nitq dil ilə müqayisədə dinamikdir. Onun vahidləri (mürəkkəb sözlər, söz birləşmələri, cümlələr) 
nitq prosesində yaranır. Bu vahidlər həmin an üçün zəruri ehtiyacı ödəmək məqsədi güdür. Dil 
isə nitqlə müqayisədə sabitdir, dəyişilmir. Dildə səhv ola bilməz, nitqdə isə ola bilər.
6.
Nitq fərdi-psixi, dil isə ictimai hadisədir.
Hər bir nitq aktı bütün psixi formaların (duyğu, hiss, emosiya və s.) təsirinə məruz qalır. Ayrı-
ayrı şəxslər dilin zəngin ifadə vasitələrindən müxtəlif şəkildə istifadə edirlər. 
Monoloji nitq
. Monoloji nitq fikrin bir nəfər tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir 
tərzdə ifadə olunmasıdır. Burada danışanın müsahibi ilə əks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd 
hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu nitq təşkil olunmuş, proqramlaşdırılmış 
nitqdir. Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür. O söyləyəcəyini fikrində götür-qoy etməli, 
özünə aydınlıq gətirdikdən sonra ifadə etməlidir. Şifahi monoloji nitq iki formada təşkil olunur: 
təşkil olunmuş nitq, təşkil olunmamış, yəni spontan nitq. 
Təşkil olunmuş nitq- əvvəlcədən planlaşdırılmış , nəzərdə tutulmuş nitqdir. Bu nitq üçün 
hazırlaşmaq, məzmunu yaxşı dərk etmək, münasib sözlər seçmək, cümlələr qurmaq və s. lazım 
gəlir.
Nitqin ikinci forması spontan, yəni xüsusi hazırlıq olmadan söylənilən nitqdir. Bəzən belə nitqə 
eksprom da deyilir. Adamlar gündəlik fəaliyyətində rəy söyləmək, münasibət bildirmək, məlumat 
vermək və s. formalarda danışmağa cəlb olunurlar. Burada danışan ani vaxt ərzində öz fikirlərini 
cəmləşdirməli, nədən danışacağını, nitqinə necə başlayacağını və s. müəyyənləşdirməlidir. 
Monoloji nitqin quruluş və xüsusiyyətlərinə görə bir sıra növləri vardır: mühazirə, məruzə, çıxış, 
nitq və s. 
Məruzə bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir. Məruzə müxtəlif 
mövzu və şəraitdə aparıla bilər: görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, elmi-praktik 
konfranslarda məruzə və s. Mövzudan asılı olaraq məruzə qısa və geniş ola bilər. 


Məruzə giriş, əsas hissə və nəticə olmaqla üç hissəyə bölünür. Birinci hissədə bəhs olunan 
məsələnin əhəmiyyətindən danışır, qarşıya qoyulan məqsədə çatmaq üçün hansı üsullardan istifadə 
edildiyi göstərilir. Məruzənin əsas hissəsində isə görülən işin məzmunu göstərilir, münasibət 
bildirilir. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir. 
Məruzənin yüksək səviyyədə hazırlanması üçün birinci növbədə onun əhatə edəcəyi mövzunun 
həcmi, mövzuya aid ədəbiyyat müəyyənləşdirilməlidir. Bütün bunlar əsasında məruzənin mətni 
hazırlanmalı, orada irəli sürülən ideyalar formalaşdırılmalıdır. 
Çıxış – rəsmi və ictimai tədbirlərdə (iclas, yığıncaq, konfrans və s.) edilən məruzə ətrafında 
dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir.
Çıxış sözü bir neçə dairədə işlədilir: təbrik çıxışları, məclis çıxışları, matəm çıxışları, radio, 
televiziya, qəzet vasitəsi ilə edilən çıxışlar və s.
Lakin çıxış deyilərkən daha çox adamların qarşısında söylənilən nitq forması nəzərdə tutulur.
Çıxışların effektli olması üçün aşağıdakılar gözlənilməlidir: 
a)
yığcam olsun, çox vaxt aparmasın; 
b)
danışan müzakirə olunan mövzudan kənara çıxmasın; 
c)
əvvəlki çıxışdakılar təkrar edilməsin; 
d)
deyilənlərdə ardıcıllıq və rabitəlilik olsun; 
e)
sözlər, cümlələr aydın səs tonu ilə tələffüz edilsin
f)
loru, tüfeyli sözlərə, ifadələrə, şivə tələffüzünə və s. yol verilməsin. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin