B akı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Aminə


VII İctimai-siyasi nitq. Məhkəmə nədir. Akademik natiqlik, ictimai-məişət natiqliyi



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix20.11.2023
ölçüsü0,52 Mb.
#165341
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
VII İctimai-siyasi nitq. Məhkəmə nədir. Akademik natiqlik, ictimai-məişət natiqliyi. 
İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox inkişaf etmişdir. İctimai-siyasi hadisələrlə 
kütlə qarşısında, eləcə də radio və televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq. 
Respublikamızın prezidenti cənab İlham Əliyevin ölkənin daxili və xarici vəziyyəti, ölkə
daxilində gedən ictimai, ictimai-siyasi hadisələrə həsr olunmuş çıxışları siyasi natiqliyin dəyərli 
nümunələridir. Bu nitqlər dövlətimizin apardığı xarici və daxili siyasətə qiymət verir, onu 
düzgün yola istiqamətləndirir.
Nitq forma və məzmununa görə müxtəlif olur. Bunların geniş yayılmış formalarından biri 
məhkəmə natiqliyidir. Bu, nitqin başqa bir formasıdır. Bura prokuror, vəkil, müttəhim və xalq 
hakiminin nitqi daxildir. Həmin nitq formalarından bir qismi (prokuror və məhkəmənin nitqi) 
ittihamedici, digəri isə (vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə olur. 
İttihamçı yüksək səviyyədə mədəni nitqə sahib olmalıdır. O, səlis və aydın danışmağı 
bacarmalıdır. Bu nitq faktlara, obyektivliyə, ədalətə, qanunun aliliyinə əsaslandığı təqdirdə 
təsirli və inandırıcı olur.
Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə, 
qanunun aliliyinə riayət etməlidir.
Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ eradan əvvəl qədim quldarlıq dövləti 
olan Yunanıstanda natiqlik sənətinin bu növünə böyük əhəmiyyət verilmişdir. Məşhur Solon 
qanunlarının müəyyən maddəsi öz şəxsi mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə nitq 
söyləməyi hər bir afinalının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda. eləcə də Roma 
Respublikasında məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir. Lisi, Sisey, Siseron 
Afinada məhkəmə natiqi kimi şöhrət qazanmışdır.
XIXəsrin ikinci yarısında nitqin bu növünün gözəl nümunələrinə Qərbi Avropanın bir sıra 
ölkələrində, həm də Rusiyada rast gəlinir. Rusiyada dövrün qabaqcıl ziyalıları yazıçılar, alimlər 
məşhur vəkillərin, ittihamçıların, bəzən də müttəhimlərin nitqini dinləmək üçün məhkəmə 
salonlarına gəlirdilər. Azərbaycanda da məhkəmə natiqliyinin müəyyən tarixi vardır. Məhkəmə 
salonlarında alovlu nitqlər söyləyən, insanların hüquqlarını müdafiə etməyi bacaran vəkillərin 
nitqi ictimaiyyət tərəfindən həmişə qiymətləndirilmişdir. 
Akademik natiqlik. Akademiya və elmi müəssisələr sistemində, beynəlxalq konfrans və s. 
edilən məruzələr, çıxışlar və s. akademik natiqliyə aid edilir. Elmi nitq məntiqiliyi, ardıcıllığı, 
ümumiləşdirilməsi və s. ilə digər nitq növlərindən fərqlənir.
Nitqin bu növü yaradıcı əhəmiyyət kəsb edir. Yaradıcı alimlər, insanlar və b. öz 
tədqiqatlarından alınmış nəticələri həm yazılı (məqalələr, əsərlər, monoqrafiyalar şəklində), həm 
də şifahi yolla başqalarına çatdırırlar. Bu nitq o zaman yararlı sayıla bilər ki, insanlar onu başa 
düşsünlər, dinləyicilər tərəfindən qəbul olunsun.
İctimai-məişət natiqliyi nitqin geniş istifadə olunan növlərindən biridir. İnsanlar həyatda
müxtəlif münasibətlə ( yubileylərdə, toylarda, ad günlərində, stol arxasında və s.) başqalarının 
qarşısında çıxış etməli, nitq söyləməli olurlar. Məişət zəmnində söylənilən bu nitqlər 


digərlərindən müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında danışılan adamlar 
yalnız təriflənir, obrazlı ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir.
Natiqliyin bu növündən yubiley tədbirləri, şənliklər keçirilən zaman istifadə olunur. 
Yubileylər əsasən iki formada aparılır. Birincisi görkəmli adamların, əlamətdar tarixi günlərin 
qeyd olunması; ikincisi isə kiçik kollektivlərdə, ailədə dostlarla keçirilən yubiley şənlikləri.
Yubileylərin forması, keçirilmə şəraiti fərqli olduğu kimi orada söylənilən nitqlər, çıxışların 
ifadə tərzi də müxtəlif olur. 
Birincidə bu tədbir, adətən ciddi planda aparılır. Əvvəlcə bir nəfər (müəssisənin rəhbəri və ya 
mötəbər adamlardan biri) giriş nitqi söyləyir. Bu nitq nizamlı olur. Replikalara, zarafatlara yol 
verilmir. İkinci tədbirdə isə zərif-duzlu atmacalara, incə yumora geniş yer verilir. 
Məişət nitqinin çox geniş yayılmş forması toy mərasimlərində tamada-masabəyinin nitqidir. 
Müxtəlif peşə sahibi olub, həm də tamada kimi fəaliyyət göstərən bu natiqlərin nitqini məclis 
əhli maraqla dinləyir, ondan həzz alırlar. Ona görə də toy salonlarında dilimizi yaxşı bilən, onun 
ifadə vasitələrindən məqamına görə istifadə etməyi bacaran natiqlər çıxış etməlidirlər. 
Məişət nitqinin digər forması hüzn mərasimlərində söylənilən vida nitqidir. Bu nitq həcmcə 
qısa və yığcam olur, çox vaxt almır. Monoton ifadə tərzi bu nitqin əsas əlamətidir. 
Hal-hazırda yas mərasimlərində ictimaiyyətin bütün təbəqələrindən olan adamlar iştirak 
edirlər. Belə məclisləri aparanlar (bunlar daha çox din xadimləri olurlar) söhbət açdıqları 
mövzular, ifadə tərzi, şərh üsulu, nitq və s. ilə adamları cəlb etməyi bacarmalıdırlar.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin