B akı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Aminə



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix20.11.2023
ölçüsü0,52 Mb.
#165341
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   19
Mövqe üsulu
məntiqi vurğulu sözün cümlədə sona, xəbərin əvvəlinə keçirilməsindən ibarətdir. 
Məntiqi vurğu sərbəst vurğudur. Azərbaycan dillində vurğulu sözlər çox vaxt xəbərin əvvəlində 
gəlir. Məs: Arif axşam kinoya bacısı ilə gedəcək. 
Leksik vasitə
- yazanın cümləyə artırdığı qüvvətləndirici söz-hissəcik özündən sonra gələn 
sözün məntiqi vurğu ilə deyilməli olduğunu oxuyana diktə edir. Qüvvətləndirici, məhdudlaşdırıcı 
ədatların bu baxımdan rolu çox böyükdür. Məs: “ Hətta Rüstəm kişi bir balaca pərt də oldu.” 
(M.İbrahimov). “İş təkcə naşı adamların başına gəlmir ki”. (M.İbrahimov) 
Qrafik üsul.
Məntiqi vurğulu sözün göstərilməsində bir sıra qrafik üsuldan istifadə olunur ki
onlardan biri də vurğulu sözün altından xəttin çəkilməsidir. İstər əl yazısında, istərsə də çap edilən 
yazılarda bu üsuldan geniş istifadə edilir. 
Məntiqi vurğulu sözün nəzərə çarpdırılması üçün yağlı şrift, hərflərin aralı yazılması, sözün 
böyük hərflə göstərilməsi və s. vasitələrdən istifadə olunur.


Qrafik fərqləndirmə priyomuna dərsliklərdə tez-tez təsadüf edilir. Dərsliklərdə təriflərdəki yeni 
məfhumu ifadə edən sözlər, tərif və qaydalar yağlı şrift, dırnaq və ya seyrək xətlə göstərilir. 
Məntiqi vurğulu söz, söz birləşməsi və cümlələr daha qabarıq nəzərə çarpsın deyə bəzən dırnaq 
işarəsi, durğu işarələrindən də istifadə olunur. Məs: “Mən nəyəm? Sonsuzluq, boşluq yolçusu.” 
(S.Vurğun) 
Nitq fasiləsi. İntonasiyanın digər ünsürü fasilədir. Nitq müəyyən dayanacağa malikdir. Tənəffüs 
məqsədilə danışıq və oxu prosesində edilən bu dayanacaq fasilə ( pauza) adlanır. 
Nitq prosesində normal tənəffüsün rolu böyükdür. Tənəffüs iki funksiyanı yerinə yetirir: o həm 
insan həyatı üçün zəruri şərt, həm də nitqi yaradan başlıca vasitədir. Nəfəsalma və nəfəsvermə 
arasındakı dövretmənin nəticəsində nitqdə uzun və qısa fasilələr əmələ gəlir. 
Nitq fasiləsi həm məntiqi, həm də psixoloji funksiya daşıyır. Məntiqi fasilə nitqin 
düzgünlüyünü, dəqiqliyini təmin edir, danışanın fikrini dinləyicinin diqqətinə çatdırır, nitqdə 
yaranan dolaşıqlığı aradan qaldırır. Məs: “Oxusan, əlaçı olarsan” cümləsində məntiqi fasilə ( 
oxusan sözündən sonra ) cümlənin iki hissəsini vahid bir məna bütövlüyündə birləşdirir.
Fasilə psixoloji funksiya da daşıyır. Bu fasilə dinləyicinin diqqətini danışanın mətndən əlavə 
nəzərdə tutduğu, bilavasitə sözlərlə ifadə etmək istəmədiyi cəhətə cəlb edir. Məs: “Göydən od 
ələndi....... köməksiz insanlar sığınacaq axtarmağa başladılar.” Burada fasilə ( çox nöqtələrin 
yerində) özündən sonra gələn sözləri qüvvətləndirir. Çox nöqtədə edilən fasilə psixoloji fasilədir. 
Nitqə ifadəlilik gətirən vasitələrdən biri də onun melodikliyidir. Nitq zamanı səs gah alçalır, gah 
da yüksəlir. Bu, nitqdə melodikliyi əmələ gətirir.
Cümləyə məxsus melodiya məntiqi və psixoloji olmaqla iki funksiyanı yerinə yetirir. Məntiqi 
funksiyalı cümlə melodiyasında melodik dəyişikliyin hamısı bir cümlə daxilində baş verir. Yəni 
cümlənin əvvəlində fikrin inkişafı ilə əlaqədar səs tonu yüksəlirsə, bu ton cümlənin sonuna doğru 
fikrin bitməsi ilə alçalmağa başlayır. Məs: “Mən çox çalışdım , o yola gəlmədi. Birinci cümlədə 
məntiqi vurğu çalışdım, ikinci cümlədə isə yola gəlmədi sözlərinin üzərinə düşmüşdür. Hər iki 
cümlə müstəqildir. Cümlələrin melodiyası əvvəl yüksək olduğu halda, sona doğru tədricən azalır.
Cümlə melodiyası psixoloji funksiya da daşıyır. Bu melodiya danışanın daxili hisslərini vermək 
üçün əsas vasitədir. Psixoloji funksiya bir növ məntiqi funksiyanı tamamlayır. 
Oba yerindədir, el yerindədir. 
Hörüklü gözəlim, bəs sən hardasan? 
Yenə də ürəklər bahar-bahardır, 
Qəlbi bahar bacım, bəs sən hardasan? (N.Xəzri) 
Bu parça qəhrəmanın ölümündən doğan kədər və qəmgin bir melodiya ilə oxunmalıdır. Burada sual 
intonasiyasından daha çox nida melodiyası vardır. Nəqli cümlələr isə sakit bir melodiya ilə, eyni səs 
tonunda deyilməlidir. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin