B akı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Aminə


IV Nitqin rabitəliliyi, ifadəliliyi, nitqin intonasiyası. Vurğu



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix20.11.2023
ölçüsü0,52 Mb.
#165341
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   19
IV Nitqin rabitəliliyi, ifadəliliyi, nitqin intonasiyası. Vurğu. 
Öz fikrini sərbəst, aydın, ardıcıl, yığcam ifadə edə bilmək üçün natiq ədəbi tələffüz qaydalarını 
gözləmək, cümlələri düzgün qurmaq, sözləri yerində işlədə bilməklə yanaşı, nəzərdə tutduğu 
məzmunu özünə müvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. Başqa sözlə, nitq həm də rabitəli 
olmalıdır. 
Nitqin rabitəliliyi üçün aşağıdakılara əməl edilməlidir: 
1.
Nitq məzmunca dolğun olmalıdır. Bunun üçün natiq haqqında danışacağı və ya 
yazacağı əşyanı, hadisəni yaxşı mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk 
etməlidir. 
2.
Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi 
ardıcıllığa riayət olunmalıdır. 
3.
Danışan əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır. Natiq 
şərhində əsas məsələ üzərində xüsusi dayanmalı, söhbətin mahiyyətini dinləyiciyə 
çatdırmalıdır.
4.
Natiqin öz sözü, öz cümləsi olmalı, o öz düşüncəsi, üslubu ilə danışmalıdır. Özgə dili 
ilə hazır cümlələrlə danışmaq nitqin keyfiyyətini aşağı salır, onu canlılıqdan məhrum 
edir. Natiq məlum olanları şərh etdikdə belə onları öz dili ilə-ifadə tərzi ilə daha 
bitkin, daha maraqlı bir formada dinləyicilərə çatdırmağı bacarmalıdır.
Nitqin ifadəliliyi. Natiq fikrini aydın məqsədəuyğun surətdə ifadə etməklə yanaşı, onu cazibəli, 
emosional bir formada verməyi, dinləyicinin zehninə, qəlbinə nüfuz edə biləcək təsirli dil 
vasitələrindən istifadə etməyi də bacarmalıdır. İfadəli, parlaq nitq dinləyicilərin marağını artırır, 
diqqətini cəlb edir. 
Nitqdə ifadəlilik müxtəlif vasitələrin-intonasiya (ton, vurğu, pauza və s.), leksik vahidlər 
(sinonimlər və antonimlər) frazeoloji birləşmələr, atalar sözü, məcazi mənalı sözlər, ifadələr və s. 
köməyi ilə yaranır. Bu vasitələrin köməyi ilə natiq ən incə mətləbləri dinləyicilərə çatdırır. 
Nitqin intonasiyası. Natiqlik sənətində məntiqi danışığa daha çox əhəmiyyət verilir. Lakin təkcə 
məntiqi qanunauyğunluq əsas götürülsə, nitq təsirsiz olar. Nitq ancaq emosional olduqda dinləyicini 
maraqlandırır, rəngarəng ifadə çalarları kəsb edir. İntonasiya baxımından düzgün qurulmuş nitq 
nəzərdə tutulmuş məqsədin, ideyanın dinləyiciyə asan çatmasına şərait yaradır. 
Dilimiz intonasiya cəhətdən olduqca zəngindir. İntonasiya çalarları vasitəsi ilə müxtəlif 
emosional vəziyyətlər-qorxu, sevinc, qayğı, əsəbilik, dəhşət etinasızlıq, həyəcan və s. ifadə olunur. 
Danışan avazlanmanın bu çalarlarından məqsədinə müvafiq şəkildə istifadə edir. 
İntonasiya həm danışıq, həm də oxu prossesi ilə bilavasitə əlaqədar olan ən xarakterik tələffüz 
hadisəsidir. Ünsiyyət prossesində danışan məqsədinə müvafiq şəkildə nitqinə müxtəlif səs tərtibatı 
verir.
İntonasiya nitqdə elə incə emosional münasibətlər yaradır ki, heç bir formal əlamət onu yarada 
bilməz. İntonasiya vasitəsi ilə ən nəzakətli sözlərlə belə dinləyicinin qəlbinə dəymək olar. Məs: 
“buyurun, oturun, bağışlayın, bəli, əhsən, təşəkkür edirəm və s.” kimi hörmət mənasını ifadə edən 
sözlər bəzi məqamlarda rişxənd, istehza, hiddət, qorxu, qəzab və s. bildirən intonasiya boyaları ilə 
də işlədilə bilər. Bernard Şou “ bəli, yox” sözlərinin 50 ifadə tərzində işlətməyin mümkün olduğunu 
göstərmişdir.
Dediklərimizdən belə nəticə çıxır ki, fransız fonetiki Qrammonun dediyi kimi, cümlələri əmələ 
gətirən sözlər onun yalnız “ skeletidir”, bu skeletə hərəkət və həyat verən intonasiyadır.


Danışıq və oxuda sürətin həddindən artıq yüksək , yaxud yavaş olması danışanın məzmunu 
uyğun forma ilə verə bilməməsi intonasiya qüsurları hesab olunur. Bu qüsurlar nitqin keyfiyyətini, 
təsir gücünü azaldır, qavranılmasını çətinləşdirir.
Nitqin intonasiyası kompleks dil hadisəsidir. İntonasiya tələffüzün dörd elementi – fasilə, 
vurğu, melodiya və tempi özündə birləşdirir. Canlı nitqdə müəyyən bir hərəkət, surət, güc, fasilə 
özünü göstərir ki, bunlar intonasiyanın dörd elementi ilə əlaqədardır. Bu ünsürlər aşağıdakılardır: 
1.
Səsin gücü. Bu, nitqin dinamikasını yaradır, vurğu ilə ifadə olunur
2.
Səsin istiqaməti. Nitqin melodiyasnı əmələ gətirir. Melodiya səsin hərəkəti ilə (qalxıb, enməsi 
ilə) yaranır. 
3.
Səsin sürəti temp və ritmini yaradır. Deməli, nitq intonasiyası kompleksli bir hadisədir. O, dörd 
ünsürün uyğunluğunu və həmahəngliyini ifadə edir. Fasilə (pauza), vurğu, ahəng (melodiya) və 
sürət (temp). 
4.
Fasilə, pauza-nitqin dayanacağıdır. Bu ünsürləri praktik şəkildə mənimsəmək və nitqdə bacarıqla 
tətbiq etmək lazımdır. 
Vurğu. Vurğu intonasiyanın əsas ünsürlərindəndir. Üç növü vardır: söz vurğusu, məntiqi vurğu 
və həyəcanlı vurğu.
Söz vurğusu nitqdə əsasən iki vəzifəni yerinə yetirir. 1. sözlərdə forma gözəlliyi yaradır. 2. 
Sözlərdə yeni məna əmələ gətirir. Bunlardan birincisi fonetik , ikincisi fonosematik vəzifədir.
Vurğu öz yerində deyiləndə söz tam, dəqiq, səlis şəklini alır. Sözlərdə vurğunun qüsurlu 
tələffüzü nitqin gözəlliyinə xələl gətirir, fikir, ideya dinləyiciyə istənilən səviyyəyə çata bilmir.
Azərbaycan dilinə məxsus sözlərdə vurğu dilin təbiətinə görə ( iltisaqiliyin bir əlaməti kimi) 
əsasən son heca üzərinə düşür. Dilimizə məxusus sözlərin tələffüzündə ( oxu, daha, bütün, arzu, 
isim, təsadüfi və s. sözlər istisnadır) vurğunun deyilişi ilə bağlı qüsura ümumən yol verilmir. Bu 
sahədə ədəbi tələffüzdən uzaqlaşma halları daha çox alınma sözlərin, terminlərin deyilişində özünü 
göstərir. Məs: kafedra, marşal, opera, orden, benzin, epiloq və s.
Hər hansı bir alınma sözün, terminin deyilişində yol verilən qüsurlar insanın nitqinə xələl gətirir.
Bu sahədə qüsura yol verməmək üçün diktorları, nümunəvi nitqi olan digər adamları dinləməli, 
alınma sözlərin deyilişinə diqqət yetirməli, sorğu kitabçalarından istifadə olunmalıdır. 
 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin