B akı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Aminə


XII Nitqi dinləmə bacarığına yiyələnmək. Şad və ya bəd xəbərin çatdırılması



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix20.11.2023
ölçüsü0,52 Mb.
#165341
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   19
XII Nitqi dinləmə bacarığına yiyələnmək. Şad və ya bəd xəbərin çatdırılması. 
Nitqi dinləmə bacarığına yiyələnmək. Başqasını dinləməyi bacarmaq böyük məharət tələb 
edir. Səbrlə, təmkinlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə dinləmək yüksək mədəniyyətin 
təzahürüdür. Bu keyfiyyət hər bir savadlı adam, xüsusən, natiq üçün olduqca vacibdir. “Dinləyə 
bilmək bacarığı yaxşı danışmaq bacarığına bərabərdir”. (Ə.M.Bəhmənyar)
M.K.Atatürk analara müraciətlə deyir ki, ey ana, istəsən ki, övladın əsl vətəndaş olsun, ona 
təkcə danışmağı deyil, dinləməyi də öyrət. Nitqi dinləmək bacarığına istənilən səviyyədə sahib 
olmayan adamların başqasına qulaq asmağa səbri çatmır, yersiz replikalarla müsahibinin sözünü 
kəsir, başqaları ilə danışır. Bir türk zərbi-məsəlində deyilir ki, qulaq asmaq lazım gələndə birinci, 
danışmaq lazım gələndə axırıncı ol. Dinləmə vərdişlərinin zəifliyi səbəbindən mövzu yarımçıq və 
dolaşıq şəkildə qavranılır. Buna görə də düzgün danışmaqla yanaşı nitqi qavrama vərdişlərinə də 
yiyələnmək lazımdır.
Ünsiyyət prosesində dinləyici informasiyanı sadəcə olaraq qəbul etməməli, mimikası, jesti, 
replikaları və s. ilə müsahibinə həmrəy olduğunu və ya olmadığını, etirazını danışana 
anlatmalıdır. Bu cür əks əlaqə nitqin təsirini duymaq, söhbəti qısaltmaq, genişləndirmək və 
sairədə danışana köməklik edir.
Müsahibin nitqi sona kimi səbrlə, təmkinlə dinlənilməlidir. Ona aşağıdakı hallarda müdaxilə 
edilə bilər.
1.
Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda. Belə hallarda çox zaman dinləyicilər “mətləbə 
gəl”, “əsas məsələdən danış” və s. kimi replikalarla danışanı istiqamətləndirirlər. 
2.
Məlum olan hadisə və əşya barədə danışıldıqda. 
3.
Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verdikdə. 
4.
Müsahibin nitqini qüvvətləndirmək, fikrini təsdiq və təqdirə ehtiyac duyulduqda. 
5.
Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda.
Ümumiyyətlə, insan az danışmalı, çox eşitməlidir. Bir filosofdan soruşdular; “nə üçün az 
danışır, çox qulaq asırsan? Dedi: çünki mənə iki qulaq verilib, bir dil. Yəni iki eşit, bir de”. 
Müsahibin nitqinə müdaxilə bütün hallarda hörmət və nəzakət çərçivəsindən kənara 
çıxmamalıdır. Dinləmə zamanı üz-gözünü turşutmaq, narazı halda başını yelləmək və s. danışanı 
çaşdıra, fikrini yayındıra bilər.
Nitqdə hər hansı bir münasibətlə müdaxilə edildikdə müsahibə “bağışlayın”, “üzr istəyirəm”, 
“icazə verin” və s. kimi nəzakətli söz və ifadələrlə müraciət olunmalıdır. Müsahibinin, sözünü 
ağzında qoymaq, onun nitqini “bir az qısa et”, “vaxtımızı alma” və s. replikalarla kəsmək 
nəzakətsizlik sayılmalıdır. Dinləmə zamanı əsnəmək, tez-tez saata baxmaq, gözü yol çəkmək və 
s. kimi hallar məqbul sayılmır. Nitqi dinləmə xüsusi qabiliyyətdir.
Şad və ya bəd xəbərin çatdırılması. Mütəxəssislər təsdiqləmişlər ki, informasiyanın özü də 
dərəcəsinə görə ilk vaxtlar çox kəskin təsir göstərmək gücündədir. Hansısa bir bəd və şad xəbərin 
təsirinə insanın tab gətirməyib həlak olması halları çoxlarına bəllidir. Xalq arasında buna “ürəyi 
Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin