B akı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Aminə


XIV Təvazökarlıq mədəni nitqin başlıca şərtlərindəndir. Nitqi tamamlayan



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix20.11.2023
ölçüsü0,52 Mb.
#165341
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   19
XIV Təvazökarlıq mədəni nitqin başlıca şərtlərindəndir. Nitqi tamamlayan 
ifadəli hərəkətlər 
 
Adamlar öz şəxsiyyəti barədə bu və ya digər məqsədlə başqalarına məlumat verməli, danışmalı 
olurlar. Nitq fəaliyyətinin bu formasında bəzən təvazökarlıqdan kənar işlənən söz və ifadələrə yol 
verilir. 
Təvazökarlıqdan kənar söylənən fikirlər insanlarda xoşagəlməz əhval doğurur. Belələri üçün 
yalnız öz fikirləri mövcuddur, başqalarının fikirlərini daim inkar edir, tənqidi mühazirələrlə 
razılaşmırlar. Kim onlarla razılaşmırsa, düşmən kimi qəbul edirlər.
Böyük mesenant H.Z.Tağıyev olduqca sadə və təvazökar insan olmuşdur. Onu yaxından 
tanıyan İngilis yazıçısı O.Nil öz əsərlərlərindən birində yazırdı ki, H.Z.Tağıyev təbiətən az danışan 
olub, özü haqqında isə ümumiyyətlə az danışırmış. Bu onun təbiətindən, təvazökarlığından irəli 
gəlirdi.
Dahilər, savadlı, mədəni şəxsiyyətlər özləri barədə fəaliyyətləri haqda həmişə az danışmağa 
çalışmış, başqalarını onları tərifləməsinə razı olmamışlar.
Ta qədimdən yazıb-yaradan ədiblər, filosoflar sadəlik, təvazökarlıqla bağlı dəyərli fikirlər 
söyləmişlər.
Ə.Xaqani sadəlik və təvazökarlığı insana xas olan nəcib sifət kimi tərənnüm etmiş, lovğalığı 
pisləmişdir.
“Mənəm, mənəm” deyib öymə özünü, 
Həmişə müxtəsər söylə sözünü. 
Cahildir özünü tərif edənlər,
“Çox bilirəm” demə, bilsən nə qədər. 
Geniş dünyagörüşünə, mükəmməl savada, yüksək intellektə sahib olan adamların nitqi, adi 
söhbətləri təvazökarlıq baxımından xoşagəlimli olur.
Onlar gördükləri işi ümumin adından təqdim edirlər: “Bizim bu sahədəki nəticələrimiz olduqca 
faydalıdır”. “Bu məsələyə bir qədər aydınlıq gətirməyə çalışmışıq”və s.
Çoxları öz fəaliyyətləri barədə danşarkən təvazökarlıq xatirinə belə ifadələr işlədirlər: “özünü 
tərif olmasın”, “özündən demək olmasın”, “təvazökarlıqdan kənar olmasın” və s. Belə adamlar 
lovğalığın nə olduğunu bilməz, hər hansı işinə görə təriflənməsini xoşlamazlar.
Deyilənlərdən aydın olur ki, təvazökarlıq mədəni nitqin başlıca keyfiyyətlərindəndir. Natiqin 
nitqi bu baxımdan nümunəvi olmalıdır. 
Dünyanın böyük adamları bir də ona görə böyükdürlər ki, öz uğurları ilə öyünmürlər
başqalarının qüruruna toxunmurlar. 
İngiltərənin maliyyə nazirlərindən olmuş Lord Çesterfild oğluna deyirdi: “Əgər bacarırsansa 
ağıllı ol, amma bu haqda heç kimə danışma”. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin