Mövzu: kompüter qurğulari mövzunun tədrisinin məqsədi



Yüklə 118,03 Kb.
səhifə1/17
tarix16.12.2023
ölçüsü118,03 Kb.
#181417
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   17
kompc3bcter-qurc49fularc4b1


Mövzu:
KOMPÜTER QURĞULARI
Mövzunun tədrisinin məqsədi: Kompüterin arxitekturasının öyrənilməsi, qurğuların iş prinsipi və istifadəsinin mənimsənilməsi
Təlim saatlarının miqdarı: 2 saat
Təlim metodu: Mühazirə, nümayiş, sual-cavab, müzakirə, beyin hücumu
Dinləyici auditoriyası: İlkin hazırlıq proqramı üzrə kursların iştirakçıları
Mövzunun planı:

  1. Müasir kompüterlərin əsas iş prinsipi

  2. Daxili qurğular

  3. Xarici qurğular

  4. Netbook, planşet və e-reader

  5. Kompüterlə işləmə qaydaları

Mövzunun məzmunu:
Kompüter qurğuları
İnformatika : «İnformatika» termini ilk dəfə 1960 – cı illərdə fransızlar tərəfindən işlənmişdir. O iki sözün, İNFORmasiya+avtoMATİKA sözlərinin birləşməsindən əmələ gəlmişdir . İnformatika-fərdi kompüterlərdən və İnternetdən istifadə etməklə bağlı olan yeni elmi fənn və yeni informasiya sənayesi sahəsidir. Kompüter – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir. Başqa sözlə, kompüter informasiya ilə işləmək üçün nəzərdə tutulmuş universal maşındır. Hazırda beynəlxalq termin kimi işlədilən “kompyuter” ingilis sözü olub “hesablayıcı” deməkdir. Bu söz dilimizə gələnə qədər onun yerinə “EHM-Elektron Hesablama Maşını” ifadəsi istifadə olunurdu. Tarixi : İlk dəfəBlez Paskal(Fransa)1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometryaratmışdır.1830- cu ildəÇarlz Bebic(İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur.1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir.
Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləriCon Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur.
EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişdir:

  • I nəsil (1950-1959) - elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu.Bu nəsil maşınların sürəti və yaddaş tutumu çox az, proqram təminatı zəif, enerji sərfi çox böyük idi

  • II nəsil (1960-1969) - element bazasını əsasən yarımkeçirici diodlar və tranzistorlar təşkil edirdi. Bu isə onların funksional imkanlarını xeyli artırmışdır.

  • III nəsil (1970-1985) - element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan kompüterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Əsas səciyyəvi xüsusiyyətlərindən biri hesablama prosesinin təşkilində aparat və proqram vasitələrindən birgə istifadə edilməsidir. Bu kompüterlərdə əməliyyat sistemlərindən də istifadə olunmağa başladı.

  • IV nəsil (1985-dən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİJ, SBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir. Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.

  • V və sonraki nəsil - yeni və ən yeni elektron texnologiyalar, süni intelektin inkişafına əsaslanan indiki və gələcəyin kompüterləri. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malikdir.

Kompüter ona daxil daxil edilən informasiyaları qəbul edib “başa” düşməli , onları yadda saxlamalı, üzərlərində müxtəlif əməliyyatlar aparmalı və işinin nəticələrini çıxışa verməlidir. İnformasiyanın emalının əsas mərhələləri – daxiletmə, saxlama, çevirmə və çıxışı yerinə yetirməkdir.
Hər bir kompüter sistemi 2 hissədən ibarətdir:
Aparat təminatı (Hardware ) və proqram təminatı (Software) . Bunları bir birlərindən ayrı təsəvvür etmək mümkün deyil. Kompüter aşağıdakı əsas qurğulardan təşkil olunmuşdur: Sistem bloku , monitor, klaviatura, mouse.
Əlavə qurğular (periferiya qurğuları):
Printer, skaner, modem, səs gücləndiriciləri və s.

Yüklə 118,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin