Mövzu: kompüter qurğulari mövzunun tədrisinin məqsədi


Strimmer (maqnit lent qurğusu



Yüklə 118,03 Kb.
səhifə5/17
tarix16.12.2023
ölçüsü118,03 Kb.
#181417
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
kompc3bcter-qurc49fularc4b1

Strimmer (maqnit lent qurğusu) – məlumatı maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur.
Ana plata : Kompüterin əsas daxili qurğusudur. Buna əsas plata (Mainboard) və ya sistem platası da deyilir .Bütun qurğuların bir biri ilə əlaqəli işləməsini təmin edir. Üzərində keçiricilər olan teksolit əsaslı böyük lövhədir . Bütün qurğular ana plataya taxılır. Ana plata uzərinə qurğular yerləşdirmək üçün müxtəlif yuvalar mövcuddur. Ana plata istehsal edən firmalardan İntel , Asus, Gigabyte, Asrock, Foxconn, Biostar, Mercury və s. misal göstərə bilərik.
Ana platanın üzərində prosessor, əməli yaddaş, giriş - çıxış kontrolleri ,CMOS, BİOS, Chipset mikrosxemləri və s. yerləşir. Anaplatanı Qida Bloku (Power
Supply) enerji ilə qidalandırıır. Qida Blokundan 2 konnektor ana plataya qoşulur. Bu konnektorlardan biri ana plata üzərində olan qurğuları , digəri isə power düyməsini qidalandırır. Ana plata üzərində AGP, PCI, PCI E, IDE, SATA, FDD, RAİD slotları mövcuddur. Hər bir platada kompüterin performansının çox asılı olduğu çipset adlı bir işləmci vardir. Ana plata daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də plata tipinə görə korpusa uyğun gəlməlidir. Prosessor (CPU - Central Processor Unit) : Prosessor – hesab və məntiqi əməliyyatları yerinə yetirən və kompüterin ümumi işini idarə edən əsas qurğusudur. Kompüterin işinin məhsuldarlığı (əməliyyatların yerinə yetirilmə tezliyi) əsasən prosessorun tezliyi ilə müəyyən edilir. İnformasiya prosessorun registr yaddaşında emal olunur. Fərdi kompüterlərin düşünən beyni olan bu mikroprosessor ana plata üzərində yerləşir. 1971-ci ildə minlərlə transistorları 1 silikon çip üzərində yerləşdirən İntel ilk CPU düzəltdi. Prosessor kiçik, yastı yarımkeçirici təbəqələrdən yığılır. Onun daxilində metaldan olan çoxlu sayda kontaktlar vardır. CPU bir açma və 1 bağlama açarı kimi işləyən transistorlardan ibarətdir. Elektrik siqnalları bu açarın üzərindən keçir. Bu elektrik siqnalları kompüterin yaratdığı bütün işləri toplama,çıxma,vurma,bölmə kimi əməliyyatlara çevirir. CPU-lar çox ağıllı deyildirlər, ancaq çox sürətlidirlər . CPU bu işləri 2 – lik say sistemi, yəni 0 və 1 – lərin köməyi ilə həyata keçirir. Mikroprosessorları əsasən Intel, AMD VIA firmaları istehsal edir. İntel – in prosessorları kimi Pentium 1,2,3,4, Celeron,Core Duo,Core 2 Quad, Core i3, Core i5, Core i7, Itanium,Atommisal göstərmək olar. Intel Xeon əsasən serverlərdə istifadə olunur . İntelin əsas rəqibi AMD sayılır. AMD prosessorunun Celeron - dan fərqi L2 keşinin olmamasıdır. AMD prosessorları Athlon, Sempron,Phenom mikroprosessorları ilə tanınır. Core – nin növləri : İntel Core Duo virtual 2 nüvəlidir. Fiziki olaraq tək nüvəlidir. Lazım olduqda özünü 2 nüvəli kimi aparır. İntel Core 2 Duo – Bu fiziki olaraq 2 nüvəli prosessordur. Core i3 – 2 nüvəlidir. Core i5 və Core i7 4 nüvəlidir. Xarakteristikası:

  1. Takt tezliyi – Prosessorun sürəti takt tezliyi ilə ölçülür . Takt tezliyi 1 saniyə ərzində kompüterdə yerinə yetirilən əməliyyatların sayını və həmin əməliyyatların hansı sürətlə yerinə yetirildyini göstərir. İntel və AMD fərqli taktlarla işləyir . Takt tezliyi Mhz və ya Ghz – lə ölçülür .Məsələn, 40Mhs – saniyədə 40 million əməliyyat deməkdir

  2. FSB (Front Side Bus) – Bu CPU ilə ana plata arasında məlumatın ötürülmə sürətini xarakterizə edir. Ana platanın FSB sürətində işləyir

  3. Cache – Keş yaddaş

İşləmə sürətini artırmaq üçün prosesor kiçik tutumlu və çox böyük sürətli yerli yaddaşa – keş yaddaşa malik olur. Məlumatların böyük hissəsi RAM üzərində toplandığı üçün bu iki cihaz arasında çoxlu sayda bağlantı vardır və adətən ana platalarda bu iki cihaz bir-birinə yaxın hazırlanır. CPU – dan RAM-a sorğu göndərildiyi zaman geçikmələrin təsirini azaltmaq üçün prosessora keş yaddaşı əlavə edilir. Kompüterin yaddaşına müraciət zamanı verilənlər keş yaddaşda axtarılır. Buna səbəb olur ki, verilənləri axtarmaq üçün keş yaddaşa edilən müraciətin vaxtı əməli yaddaşa edilən müraciətdən bir neçə dəfə çoxdur. Keş yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Keş yaddaş L1, L2, L3 olaraq mövcuddur. Keş byte olaraq ölçülür. İş prinsipi işləməkdə olan hər hansı proqramın kodlarını özündə saxlamasına əsaslanır. CPU məlumatı ilk olaraq L1 də axtarır, axtarılan məlumat L1 keşində deyilsə L2 keşə müraciət olunur. Onda da yoxdursa L3 - ə yönəlir. L3 - də yoxdursa Rama müraciət olunur. Əgər Ramda da yoxdursa sərt diskin Virtual yaddaşında axtarılır. Əgər burada da yoxdursa onda “Cache missing ” elanı çıxarılır və əməliyyat dayandırılır.
Hər anakartın dəstəklədiyi bir prosessor yuvası vardır . LGA və köhnə PGA soketin fərqi köhnədə prosessorun yuvasının prosesorla bir yerdə olması , yenilərdə isə prosessor yuvasının ana platanın üzərində yerləşməsidir. Pentium 4 – də LGA 775 istifadə olunmağa başlamışdır. İntel socketləri prosessorun iynələrinin sayına görə verilir . Məsələn: LGA 775 prosessorlarına bu ad iynələrinin sayı 775 ədəd olduğu üçün verilir.
Prosessorlar işlədikləri vaxt həddindən artiq istilik ayrıldığı üçün soyuduculara (FAN) mütləq ehtiyac vardır. Soyuducular üçün ana plata üzərində CPU FAN adıyla ifadə olunan port vardır. Temperaturu tənzimləmək məqsədilə mikroprossessorun içərisində qurğu yerləşdirilir. İstehsalçı tərəfindən maksimal temperatur həddi qoyulmuşdur. Maksimal həddi keçdikdən sonra kompüterin donması, öz – özünə sönməsi, sönub bir müddət yanmaması kimi problemlər üzə çıxa bilər . Bu prosessorun soyuması üçün nəzərdə tutulmuşdur. Bu problemin prosessorun qızması ilə əlaqədar olub olmamasını müəyyən etmək üçün BİOS – dan istifadə olunur.

Yüklə 118,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin