Mövzu: kompüter qurğulari mövzunun tədrisinin məqsədi


Sərt disk (HDD - Hard Disk Drive)



Yüklə 118,03 Kb.
səhifə7/17
tarix16.12.2023
ölçüsü118,03 Kb.
#181417
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   17
kompc3bcter-qurc49fularc4b1

Sərt disk (HDD - Hard Disk Drive): Bu daxili qurğuya vinçester, daimi yaddaş, sərt disk, sabit disk də deyilir. Sərt disklərin əsas vəzifəsi bütün məlumatları daimi saxlamaqdır.
Sərt diskin əsas funksiyasını yerinə yetirərkən istifadə etdiyi ən vacib hissələr, oxuma-yazma başlığı ilə alüminium və ya şüşə\keramik örtükdən ibarət olan disk səthidir. Ən kiçik sahənin hissəciklərinə Sektor deyilir. Hər bir sektorun 1 Byte həcmindədir. Xarakteristikası:

  1. Həcmi - bayt ilə ölçülür. Hard Disklər 250 Gb, 320 Gb, 500 GB, 1 TB və s. həcmə malikdirlər.

  2. RPM (ROTATE PER MİNUTE) - Sərt maqnit disk qurğularında şpindelin (oxun) fırlanma sürəti 5400, 7200, 10000, 15000 dövr/dəqiqə olur.

Sərt maqnit disk qurğularını (vinçester) ana plataya qoşmaq üçün SCSI , IDE, Serial ATA interfeyslərindən istifadə olunur. Xarici sərt disklər də vardır. Kompüterə USB vasitəsilə qoşulur.
IDE (Integrated Drive Electronics) 40-kontaktlı portdur . Demək olar ki istifadədən çıxmaq üzrədir.
SATA - İDE dən fərqli olaraq yüksək sürətli məlumat mübadiləsini təmin edir.
SSD yaddaşlar 2 cürdür : Ram yaddaşlı SSD - lər sürətli və bahalıdırlar. Ramlı SSD - lərin fleş SSD- lərdən əsas fərqi cərəyandan asılı yaddaşla bağlı olmasıdır.
Fleş əsaslı SSD - lər daha ucuz, daha zəif sürətli və cərəyandan asılı olmayandırlar. SSD - in hərəkətli mexanik hissələrin olmaması, oxuma və yazma sürəti yüksəkliyi, kompaktlığı , səssiz olması, möhkəmliyi kimi üstünlükləri, üstünə yazılma, uyğunluq, qiymət kimi çatışmamazlıqları vardır.
Floppy - FDD ( FLOPPY DİSK DRİVE ): Maqnit lentli disket yaddaşla işləyir . Həcmi 1.44 Mb -dır. Kompüterdə A hərfi 3.15 düyümlük floppiyə şamil edilir. Hazırda BİOS - u “ upgrade ” etmək məqsədilə USB FDD - lər istifadə olunur.
Ekran kartı – (VGA - Video Graphic ARRAY) : Ekran kartına qrafik kart,video kart da deyilir. Kompüterin yaddaşında olan təsviri monitora videosiqnal şəklində ötürür. Çox zaman ekran kartı ayrıca plata şəklində olur və ana platanın üzərində olan xüsusi porta qoşulur. Videokartın ilk vəzifəsi prosessorun əməliyyatlarını monitora təqdim etməkdir, amma günümüzdə videokart deyəndə ilk ağıla gələn ağır qrafik həllərdir (3D oyunlar, ağır qrafika tələb edən qrafik proqramlar və s).
Videokartlar aşağıdakı qoşulma standartlarından istifadə etmişlər:

  • AGP

  • PCİ

  • PCİ Express

PCİ express daha sürətli və müasir interfeysdir. Videokartın özündə kompüterin mərkəzi prosessorunu yükləmədən özü informasiya emalını həyata keçirən qrafik prosessor (GP) vardır . Videokart növləri kimi Gigabyte , Asus, AMD Radeon və s. misal göstərə bilərik. VGA portu 15 pinli konnektordan ibarətdir. Monitordan gələn kabel mail , monitordan gələn interface kabelinin qoşulduğu VGA portu female adlandırılır. Videokartın MDA, CGA, EGA, HGA, SVGA kimi növləri vardır.
Bütün rəqəmsal görüntülərin ən kiçik üçlük nöqtə qrupuna piksellər deyilir . Bütün rəqəmsal görüntülər (məsələn şəkillər) üfüqi və şaquli şəkildə yan yana düzülmüş piksellərdən əmələ gəlir. Piksel 1 düyümdəki nöqtələrin sayıdır. Məsələn: deyək ki, ekranımızda ekran ölçüsünü 1024X768 təyin etdik . Burada 1024 üfüqi, 768 isə şaquli piksel sayını göstərir . Rənglər isə RGB texnologiyası ilə təyin edilir . Bu texnologiya bütün rəngləri yalnız bir birinə qarışdırılmış 3 rənglə - R-red(qırmızı), G-green(yaşıl), B-blue(mavi) rəngləri bir birinin üzərinə əlavə etməklə əldə edir
Müasir videkartların üzərində tək VGA deyil, DVİ və HDMİ çıxışlarını da görmək mümkündür. VGA analoq siqnal ötürdüyü halda DVİ rəqəmsal siqnal ötürür. Əslində videokart bütün emal etdiklərini rəqəmsal formada təqdim edir. Sadəcə əgər monitor VGA çıxışına bağlanıbsa, onda analoq siqnala çevrilir və ya əksinə. Videokartların üzərində BİOS mövcuddur. Bununla da istənilən videokartı anakarta yerləşdirəndə BİOS onu qəbul edir.

Yüklə 118,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin