Mövzu: kompüter qurğulari mövzunun tədrisinin məqsədi



Yüklə 118,03 Kb.
səhifə3/17
tarix16.12.2023
ölçüsü118,03 Kb.
#181417
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17
kompc3bcter-qurc49fularc4b1

Klaviatura : Verilənlərin kompüterə daxil və xaric edilməsi üçün klaviaturadan istifadə olunur.
Fərdi kompüterlərdə klaviatura klavişləri bir neçə qrupa bölürlər:  Hərf-rəqəm klavişləri

  • Funksional klavişlər :

F1-F12 – müəyyən funksiyaları yerinə yetirir və proqramın cari anında işləyir
ESC – yerinə yetirilmiş əməliyyatdan imtina və ya müəyyən vəziyyətdən çıxış klavişidır
Printscreen – Ekrandaki təsvirin alinıb yaddaşda saxlanmasını və ya çap olunmasını təmin edir
Pause\Break – kompüterin işini dayandırır. Əmrlərin daxil edilməsi rejimində və kompüterin yenidən yüklənməsində istifadə olunur

  • Simvol klavişləri sahəsindəki klavişlərdən informasiyanın kompüterə daxil edilməsi zamanı istifadə olunur.

TAB- simvolları tabulyasiya edir, yəni kursoru təyin edilmiş sətir mövqeyi qədər sürüşdürür
Caps Lock – böyük hərflərin yazılması rejimini aktivləşdirir
Shift – qısamüddətli böyük hərflərdən və simvollardan istifadə etməyə imkan verir.
Ctrl,Alt klavişləri bir çox imkanlar yaradır. Məsələn Ctrl + Alt + Delete, Alt
+ Enter, Alt + Sol işarə, Shift + Alt
Backspace – kursordan solda yerləşən simvolu silir.
Enter- əmrin yerinə yetirilməsini həyata keçirir

  • Kursor ekranda istifadəçiyə daxil etdiyi simvolun yerini göstərir. İstifadəçinin istəyindən asılı olaraq kursorun işarəsini müxtəlif formada seçmək olar. Kursor vasitəsilə idarə olunan klavişlərə aşağıdakılar aiddir: İNS və ya İnsert – daxiletmə rejimini açır və bağlayır

DEL və ya Delete – kursordan sağda dayanan simvolu silir
Home – kursoru sətrin başlanğıcına gətirir
Page UP- kursoru bir ekran qədər yuxarı hərəkət etdirir
Page Down – kursoru bir ekran qədər aşağı hərəkət etdirir
End – Kursoru sətrin sonuna gətirir
Bununla yanaşı klaviatura üzərində kursoru aşağı , sağa , sola və yuxarı hərəkət etdirən düymələr dəsti yerləşir

Yüklə 118,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin