Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

 

In this article it was tried to research of phonetics of Azerbaijan Language in 

confrontation with the work "Divani Lugat-it-Turk" ("Divan of Turkish 

language")

 

of Mahmud Kashgari. The reflection of vowel and consonant phonems 



of our contemporary language in "Divani Lugat-it-Turk" were compared. So the 

issues of existing phonemes and existing of long vowels in Azerbaijan language and 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



67

in "Divani Lugat-it-Turk" are highlighted. However, it is discovered that, the sound 

of “e” existed in "Divani Lugat-it-Turk" and long vowels were not used. While 

comparing consonants, it was clear that the sound of “dh” does not exist in 

contemporary language, also, phonemes of “c” and “q” do not exist in "Divani 

Lugat-it-Turk", also it was clear that the sound of “nq” (sagir nun) used as 

independent phoneme in "Divani Lugat-it-Turk" used in only in western dialects. 

Also, it was clear that in "Divani Lugat-it-Turk" sound replacements widespreaded 

and strictly followed of vowel harmony in the result of reviewing some phonetic 

laws and cases that were used in "Divani Lugat-it-Turk". Apart from this, it is 

confirmed that some words that were used in "Divani Lugat-it-Turk" are changed 

phonetically and used in our contemporary language.  

 

Т.Мустафаева 



Произведение Махмуда Кашкари «Дивани лугат ит тюрк» и фонетика 

современного Азербайджанского языка 

Резюме 

   

В  статье  показана  попытка  исследования  в  сравнительной  форме 

фонетики  современного  Азербайджанского  языка  и  фонетики  произведения 

Махмуда  Кашгари  «Дивани  лугат  ит  тюрк».  Здесь  проводилось  сравнение 

отражения гласных и согласных фонем нашего современного языка в «Дивани 

лугат  ит  тюрке».  Так,  наличие  фонем,  как  в  современном  Азербайджанском 

языке,  так  и  в  «Дивани  лугат  ит  тюрке»  коснулось  вопроса  существования 

долгих  гласных.  Таким  образом,  стало  известно  о  существовании  в  «Дивани 

лугат  ит  тюрке»  звука  «е»  и  были  использованы  долгие  гласные.  А  в 

сравнении согласных – отсутствие в нашем современном языке, имеющегося 

в «Дивани лугат ит тюрке» звука dh, и наоборот отсутствие в «Дивани лугат 

ит  тюрке»  используемых  в  нашем  современном  языке  фонем  «с»  и «q», а 

также  стало  известно  об  использовании  фонемы (nq),  используемой  в 

«Дивани  лугат  ит  тюрке»  как  независимой  фонемы,  только  в  западном 

диалекте  современного  Азербайджанского  языка.  Здесь,  также  в  результате 

рассмотрения  фонетических  законов  и  процессов,  отражающихся  в  «Дивани 

лугат ит тюрке» стало известно о широком распространении замены звуков и 

строгого  подчинения  сочетательному  закону.  Наряду  со  всем  этим,  было 

закреплено использование в нашем современном языке некоторых звуков, ис-

пользуемых в «Дивани лугат ит тюрке», измененных в фонетическом плане.  

 

Rəyçi:          Mirvari İsmayılova 



         filologiya elmləri doktoru, professor 

     


 

  

                



                            

                     

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



68

GÜLARƏ PƏNAHOVA  

Sumqayıt Dövlət Universiteti 

gulara.panahova@mail.ru 

 

ŞİFAHİ NİTQİN İNKİŞAFININ AKTUAL PROBLEMLƏRİ 

 

Açar sözlər:  şifahi nitq, dil tədrisi, tədrisin yeni üsulları, söz ehtiyatı, psixoloji 

problemlər. 



Ключевые  слова:  устная  речь,  обучение  языка,  новые  методы  обучения, 

словарный состав, психологические проблемы. 



Key words: oral speech, language teaching, new methods of teaching, fund of 

vocabulary, physiological problems.  

                          

İnsan nitqinin şifahi ifadəsinə  şifahi nitq deyilir. Şifahi nitq məsələsi ingilis 

dilinin tədrisində  ən çətin və metodikada ən mübahisəli məsələlərdən biridir. Öl-

kəmizin xarici ölkələrlə sülh əlaqələrini möhkəmlətmək məqsədilə xarici dil 

tədrisinin, ələxsus şifahi nitqin inkişafının xüsusi əhəmiyyəti vardır. 

Qarşıya qoyulan yeni məqsədləri lazımınca həyata keçirmək üçün dil tədrisi 

metodikasının istiqamətini  şifahi nitqə yönəltmək lazımdır. Bu məqsədlər üçün 

eksperimental iş aparmaq yeni-yeni üsullar tətbiq etmək məqsədəuyğundur. 

Şifahi nitqin düzgün inkişaf etdirilməsi işində  əsas məsələlərdən biri düzgün 

tələffüz vərdişlərinin öyrədilməsidir.  İngilis dilində  şifahi nitqi inkişaf etdirmək üçün 

daxil olan informasiyaların optimal dil materialları düzgün müəyyən edilməlidir. Şifahi 

nitqin inkişafına başlamağın bəzi mübahisəli tərəfləri vardır. Belə ki, bir qrup metodist-

lər şifahi giriş kursu ilə başlamağı, digər bir qrup isə paralel olaraq yazı, oxu və şifahi 

nitq aparmağı  məsləhət görürlər.  Əlbəttə, eyni dilin tədrisi zamanı müxtəlif fikirlərin 

meydana çıxması işin düzgün həllinə mane olur. 

Dil öyrənənlərin  şifahi nitqinin inkişafı  məsələsi çətin bir psixi-fizioloji 

prosesdir. Onların baş-beynində olan dəyişikliklər siqnal sistemlərinin işlənməsi 

məsələsi şifahi nitq zamanı nəzərə alınmalıdır. Şifahi nitq zamanı müəyyən ekstra-

linqivistik şərait yaranmalıdır ki, öyrənən danışa bilsin. Buraya yaranmış vəziyyət , 

situasiya, danışanın yaş və bilik səviyyəsini daxil etmək olar. 

Şifahi nitq ikinci dil öyrənmənin və  tədrisinin mühüm hissəsi olduğu 

danılmazdır. Lakin onun əhəmiyyətinə baxmayaraq, çox illər  şifahi nitqin tədrisi 

lazımınca qiymətləndirilməmişdir və xarici dil, o cümlədən ingilis dili müəllimləri 

şifahi nitqi təkrarlar və dialoqların əzbərlənməsi vasitəsilə tədris etmişlər. 

Xarici dil öyrənənlərə aşağıdakı üsulları tövsiyə etmək olar: 

1.  Söz ehtiyatı. 

2.  Səs modellərini təqdim etmək. 

3.  Fikirləri mənalı və məntiqi ardıcıllıqla qurmaq. 

4.  Nitqin səlisliyini təmin edən amilləri aşılamaq.  

Hal–hazırda bir çox mütəxəssislərin qeyd etdiyi kimi xarici dil öyrənənlərin 

qarşısında duran əsas məqsəd tədris edilən dildən ünsiyyət vasitəsi kimi istifadə et-

mək bacarıqlarına yiyələnməkdir. Müxtəlif xarakterli tapşırıqların yerinə yetirilmə-

sində fəal iştirak etməyə cəlb etmək əsas şərtlərdən biridir. Belə fəaliyyət növlərin-

dən biri müzakirələrdir. Müzakirədə iştirak edən tələbələrə fikirlərini sərbəst şəkildə 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



69

demək təklif edilir. Bu zaman onlar mənimsənilməli olan leksik vahidlərə və qram-

matik strukturlardan istifadə etməyə yönəldilirlər. 

Şifahi nitqin səmərəli şəkildə tədrisinə dair bəzi təkliflər: 

1.  Əməkdaşlıq, ikinci dili danışmaq üçün tələbələrə maksimal imkan 

yaratmaq. 

2. Auditoriyada müəllimin danışıq vaxtını azaltmaq, tələbələrin danışıq 

vaxtını artırmaq. 

3. Tələbələr danışarkən səhvlərini çox tez-tez düzəltməmək. Kənardan 

müşahidə etmək, qeydlər götürmək. Səhvlər üzərində işləmək. 

4. Düzəliş  tələbəni nitqindən yayındırmamalıdır. Tələbələri daha çox 

danışmağa təhrik etmək üçün belə suallar verilə bilər: “What do you mean? How 

did you reach that conclusion?” 

5. Tələbənin cavabına qiymət verərkən müsbət əlamətləri göstərmək. (1) 

F.Ə.Seyidov  şifahi nitqin inkişafı haqqında yazır: “Şifahi nitqə yiyələnmək 

üçün ancaq sözləri bilmək kifayət deyil, şagird öyrəndiyi sözlərdən istifadə edib 

cümlə qurmağı və bu sözləri cümlədə əlaqələndirməyi də bacarmalıdır. Təcrübədən 

göründüyü kimi çox zaman dil öyrənənlər geniş söz ehtiyatına malik olmalarına 

baxmayaraq, onlar öz fikirlərini xarici dildə sərbəst ifadə edə bilmirlər, yəni həmin 

sözləri düzgün tələffüz etmir və onlardan cümlə qura bilmirlər. Buna görə də şifahi 

nitq bacarıq və vərdişlərinə möhkəm yiyələndirmək üçün belə tədrisin ilk mərhələ-

sində fonetik, lüğət və qrammatika sahəsində verilən biliklər praktik məqsədə 

yönəldilməli, bu biliklər  şifahi nitq bacarıq və  vərdişlərinə çevrilməlidir. Hər bir 

müəllim buna həm dərsdə, həm də  dərsdənkənar işlərin icrası zamanı nail ola 

bilər”(2). 

Doğurdan da söz və qayda bilmək hələ şifahi danışmalar üçün azdır. Bu sözlə-

rin, bu qaydaların ifadə tərzini öyrətmək çətin prosesdir. Bu prosesi düzgün öyrət-

mək üçün müəllim üsul və yollar axtarmalıdır. Şifahi nitqin düzgün inkişaf etdiril-

məsində psixoloji məsələlərə diqqət yetirmək lazımdır.  А.Н.Соколов  şifahi nitqin 

inkişafında artikulyasiyaya xüsusi yer verərək yazır: “Xarici dildə  səsin düzgün 

artikulyasiya vərdişini yaratmadan həmin dildə danışmaq mümkün deyildir. Bu vər-

dişi yaratmadan öyrənən nəinki şifahi fəal nitqi, hətta oxuduğu mətni başa düşə bil-

məz (3). 

Bu bir həqiqətdir ki, müəyyən informasiyaların verilməsində tələffüz mühüm 

rol oynayır. Öz təbiəti etibarilə  səslə nitq genetikaya əsasən birinci olur. Əvvəl 

eşidilən səs  əsasında söz yazıya çevrilir. Ona görə  də  şifahi nitq əvvəlcə  eşitmə 

vasitəsilə başlanmalıdır. Aparılmış eksperimentlər sübut etmişdir ki, oxudan şifahi 

nitqə keçmək dili intensiv öyrətmək işinə maneçilik yaradır. Uzun illər şifahi nitqin 

intensiv öyrədilməsi işi ilə  məşğul olmuş S.B.Ablam dili praktik öyrətmək işində 

şifahi nitqin inkişafını birinci dərəcəli iş hesab edir. O yazır: ”Müəllim öyrənənin 

şifahi nitqini intensiv inkişaf etdirmək istəyirsə, o, bu işə aid xüsusi nitq çalışmaları, 

dialoqlar hazırlamalı  və onu şagirdlərə ifa etdirməlidir. Belə çalışma və dialoqlar 

fəal nitqin yaranmasına köməklik göstərə bilər. Müasir dil metodistlərinin bir çoxla-

rı xarici dil materiallarını tədrisin ilk mərhələsindən başlayaraq intensiv öyrətməyi 

məsləhət görürlər. 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



70

Psixoloqlar sübut etmişlər ki, nitq 2 cür olur: daxili nitq, xarici nitq. Daxili 

nitq insan fikirləşən zaman təzahür edir. Həmin fikrin ifadəsinə isə xarici nitq de-

yilir. Məlumdur ki, şüur işləmədən nitq ifadə edilə bilməz. Nitq şüurun məhsuludur. 

İngilis dili müəlliminin qarşısında duran mühüm problemlərdən biri də eşitmə 

vasitəsi ilə dil öyrənəni  şifahi nitqə alışdırmaqdır. Bu işi lazımı  səviyyədə yerinə 

yetirmək üçün onlara müəllim maraqlı hekayələr oxumalı məzmunu onlardan şifahi 

soruşmalıdır.  Şifahi nitqin inkişafında müasir metodlara üstünlük verilməlidir. 

Audiolinqval metod müasir metod hesab olunur. Onun əsas xüsusiyyətləri : 

1. Audiolinqval bacarığın-dinləyib anlama və danışığın inkişafı. Ona görə də 

audio-linqval metod adlanır (audio lingual method). 

2. Tərcümədən imtina olunur. 

3. Qrammatikanın nümunələri əsasında tədrisi (by model, pattern, structures). 

4. Əsil həyat ünsiyyət situasiyalarının geniş işlədilməsi. 

5. Şifahi öyrənilmiş dil materialı əsasında oxu və yazının inkişaf etdirilməsi, 

sonra yazılı nitq üçün səciyyəvi olan dil materialının öyrədilməsi. Məlumat almaq 

üçün (oxu), məlumat vermək üçün (yazı). 

Müasir ingilis dili söz sırasının əsas xüsusiyyəti ondan ibarətdir ki, o, rus və 

Azərbaycan dilinə xas olan söz sırasına nisbətən xeyli sabitdir. İngilis dilində 

sözlərin cümlədə  sıralanması sabit olsa da dil öyrənənlər onu qarışdırırlar.  Şifahi 

danışıq zamanı cümlədə üzvlərin yeri düzgün olmadıqda nitq anlaşılmır. Müəllim 

ilk dərslərdən başlayaraq öyrətməlidir ki, nəqli cümlədə əvvəl mübtəda sonra xəbər 

və nəhayət ikinci dərəcəli cümlə üzvləri yerləşir: Məsələn: I have a brother. He has 

an interesting book. My brother has a bag. 

O.Musayev ingilis dilində söz sırasının  şifahi nitq inkişafında olan rolundan 

geniş bəhs edərək yazır: “Hər bir dildə olduğu kimi müasir ingilis dilinin söz sırası 

vardır ki, bu da son nəticədə dilin sintaktik quruluşu deməkdir”. (4) 

Bir çox alimlər (metodistlər) xarici dilin öyrənilməsində şifahi nitqin inkişa-

fında monoloji nitqə üstünlük verilir və qeyd edirlər ki, əgər dil öyrənən kəs oxudu-

ğunu nəql edə bilmirsə, demək başa düşməmişdir. M. Uestə görə nitq işin son mər-

hələsi kimi qiymətləndirilirdi. V.A.Şeqlova və B.Q.Skobin özlərinin “Şifahi nitqin 

inkişafında nəqletmənin rolu” adlı vəsaitdə yazırlar; “Nəqletmə biliyin möhkəmlən-

məsində və şifahi nitqin inkişafında əsas vasitədir. (5) 

Şifahi monoloq psixoloji cəhətdən bir növ yazılı nitqə yaxın olur. Bu fikrin 

ifadəsi ilə müəyyən edilir. Dil öyrənən özündə fikirləşir bir mövzunu beynində həll 

edir, onu yazıya da köçürə bilir. Dialoji nitq də şifahi nitqin inkişafına çox müsbət 

təsir göstərir belə ki, istənilən qədər sual, cavab aparmaqla dialoqda iştirak edərkən 

eşitmə yolu ilə fəallaşırlar.  

 Tədris müddəti 4 əsas “dərketmə termini” ilə bölüşdürülür. 

1.  Presentation dil materiallarının verilməsi və passiv dərk edilməsi;  

2.  Recognition- anlama və lakonik cavab vermə;  

3.  Repitition- təkrar, təqlid yolu ilə; 

4.  Reproduction- müəllimin suallarına cavab verməklə sərbəst danışmaq. 

Son zamanlar xarici dil tədrisində əyani vəsaitlərdən istifadə məsələsinə diq-

qət daha da artmışdır. Görkəmli psixoloq B.V.Belyayev xarici dil tədrisinin psixolo-

giyası ilə uzun müddət məşğul olmuşdur. O, xarici dil tədrisində əyanilik məsələsi-

nə üstünlük verərək yazır: “Xarici dil tədrisini maraqlı edən əyanilikdən istifadə et-


 

Filologiya  məsələləri – №3, 2014

 

 



71

mək özü də xüsusi məharət tələb edir. Əyaniliyi lazım olan zaman sinfə gətirmək 

vacibdir. Hər yerdə, hər zaman əyanilikdən istifadə etmək dərsə mənfi təsir göstərə 

bilər.” (6) 

Aparılan müşahidələr sübut edir ki, ingilis dilinin tədrisinin bütün illərində 

əyanilikdən səmərəli istifadə etmək yaxşı nəticə verir. 

İngilis dili dərslərində əyaniliyin aşağıdakı növlərindən istifadə edilir. 

a)  Divar əyani vəsaitləri 

b)  Stolüstü əyani vəsaitləri 

c)  Ekran əyani vəsaitləri 

a) Divar əyani vəsaitləri - əsasən cədvəllərdən və süjetli şəkillərdən ibarət 

olur. 


b) Stolüstü əyani vəsaitlər - müəllimin rəhbərliyi ilə partanın üzərində istifadə 

edilir. Buraya əyani kartoçkalar, kiçik ölçülü əlifba kasassı, cürbəcür epilentlər 

daxildir. 

c) Ekran əyaniliyi - təlimin texniki vasitələrin köməyi ilə intensiv öyrətmədən 

ibarətdir. Xarici dillərin tədrisində  təlimin texniki vasitələrindən geniş istifadə 

edilməsi qarşıya bir vəzifə kimi qoyulmuşdur. 

Elm və texnikanın nəhəng addımlarla inkişafı, indi hər sahəyə müsbət təsir 

göstərdiyi kimi, xarici dilin təliminə  də, öz təsirini göstərmişdir. Tədris işini 

intensivləşdirmək dərsi müasirləşdirmək məsələsindən danışarkən ilk növbədə müa-

sir vasitələrdən danışmalıyıq. Təlimin texniki vasitələri ilə uzun müddət məşğul 

olmuş xarici dil metodisti prof.М.V.Lyaxovidski yazır: “Müəllim əməyini yüngül-

ləşdirən,  şagirdlərin dərketməsini asanlaşdıran təlimin texniki vasitələri xarici dil 

dərslərini də öz gözəlliyi ilə  bəzəyir və maraqlı edir. Bu vasitələrdən indi istifadə 

etməyən müəllimin dərsi çox sönük və maraqsız keçər. (7) 

İngilis dilinin çətin tələffüz vərdişlərini linqafon kabineti, dil laboratoriyası 

olmadan təsəvvür etmək çətindir.  İngilis dilinin tədrisi işində böyük əhəmiyyəti 

olan müasir üsullardan biri kompüter hesab edilir. Kompüterlər şifahi nitqin inkişa-

fında  əvəzedilməz  əhəmiyyətə malikdir. CD-disklərdən istifadə etməklə  dərsi ma-

raqlı edə bilərik. Bu üsul nitq fəaliyyətini intensivləşdirən, gözəl və səlis danışmağa 

şərait yaradır. Kompüter eşitmə və anlama bacarığını inkişaf etdirir. İngilis dilinin 

öyrənilməsində əsas texniki vasitələrdən biri və başlıcasıdır, onun gücündən istifadə 

edən ingilis dili müəllimi şifahi nitq sahəsində hər hansı bir uğur əldə edə bilər. 

Video görüntülərlə də dilin inkişaf etdirilməsi yaxşı nəticə verə bilər, belə ki, 

görmə yaddaşını inkişaf etdirmək üçün sadə bir üsuldur. İndi bir çox filmlər çəkil-

mişdir ki, bunlardan bütün fənlərin tədrisində istifadə etmək olar. Belə filmlər təbiət 

təsvirlərinə, heyvanlar aləminə,  şəhərlərə, uşaqların həyatına dair daha çox olur. 

Müəllim bu film haqqında baxa-baxa özü ingilis dilində izahat verir. Bu iş bir neçə 

dəfə təkrar edildikdən sonra, dil öyrənənlər kadrlara əsasən ingilis dilində öz bildik-

ləri qaydalara və lüğət ehtiyatına əsasən danışırlar. Texniki vasitələrdən istifadənin 

bir üstün cəhəti də odur ki, müstəqil iş apararkən, evdə müəyyən çalışmanı yerinə 

yetirərkən bunlardan istifadə etmək olar. 

 

 

 

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



72

Ədəbiyyat  



 

1. Ümummilli lider H.Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş  “Xarici 

dillərin tədrisinin aktual problemləri. ”Beynəlxalq elmi-praktiki konfransın 

materialları. (Bakı, 6-7 may 2013-cü il), səh.65 

2.  F.Ə. Seyidov. Şagirdlərin şifahi nitqinin inkişaf etdirmə yolları, 1967.,  s.68 

3.  А.Н.Соколов. “Внутреняя  речъ  при  изучении  иностранных  языков.  

“Вопросы психологи” ,1960., cтр.62  

4.  O.İ.Musayev. Namizədlik dissertasiyası, 1960., səh.16-17 

5.  V.A.Şeqlova, B.Q.Skobin. Yuxarıda adı göstərilən əsər. M., 1963, səh.6 

6.  B.V.Belyayev. Xarici dil tədrisinə dair psixoloji oçerklər. M., 1969 

7. М.В.Ляховидский. Технические средства в обучение иностранным  языкам, 

Киев, 1967 

 

G.Panahova  



Actual problems of the development of oral speech 

Summary 


 

In order to strengthen the peace relations among our country and foreign 

countries it is of great importance to teach the foreign languages, especially the 

development of oral speech. The problem of oral speech is one of the most difficult 

thing in the teaching of the English language and the most questionable problem in 

the method.  

The article is devoted to some ways of teaching oral speech of the English 

language. Different ways of developing the students’ dialogical speech skills, ma-

king up situations and questions by the help of audio-lingual and visual methods ha-

ve been analyzed in this article. 

 

Г.Панахова  



Актуальные проблемы в развитии устной речи 

Резюме 


 

Очень  важна  роль  преподавания  иностранного  языка  в  укреплении 

мирных  связей  нашей  страны  с  зарубежными  государствами.  А  развитие 

устной  речи  имеет  особое  значение  в  этой  области.  Вопрос  устной  речи 

является одним из самых сложных и спорных вопросов в методике.  

Статья посвящена обучению устной речи английского языка, различным 

способам  развития  навыков  диалогической  речи  у  студентов,  составлению 

ситуации и вопросов с помощью аудио-лингвиуальных и визуальных методов.  



 

  

Rəyçi:           Nigar Həsənova  



            filologiya üzrə  fəlsəfə doktoru 

                  

            

                            



 

Filologiya  məsələləri – №3, 2014

 

 



73

   SEVDA XƏLİLOVA 



ADPU 

sevda_azturk@hot/mail.com 

 

ANTONİMLƏRİN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ 



 

Açar sözlər: antonim, vektorial antonim, qradiual antonim, konversiv, контекст, 

üslub, антитеза 



Ключевые  слова:  антоним,  векториальный  антоним,  градуальный  антоним, 

конверсив, контекст, стилистика, антитеза 



Key words: antonym, vectorial antonym, antonym a matter of degrees, conversion, 

context, stylistic, antithesis. 

 

Antonimlər son dövrlərə  qədər yalnız leksik və leksik-qrammatik vahidlərin 



qarşılaşdırılması zəminində öyrənilmişdir. Ümumiyyətlə sinonimlik, omonimlik və 

antonimlik semantik kateqoriya kimi leksikologiyada sözlərin semantik qruplara 

bölünməsi  əsasında müəyyənləşdirilir. Antonimlərldə  mənaya, omonimlərdə isə 

məna və formaya görə müqayisə əsas götürülmüşdür. Omonimlərin təyini formanın 

(eyni səs cildinin) nəzərə alınmasının vacibliyini üç semantik kateqoriyaya eyni 

aspektdən yanaşma planına qismən ehtiyac yaratmışdır. Eyni səs tərkibinə malik ol-

mayıb yaxın məna və ya məna çalarları ilə fərqlənən sözlər sinonim adlandırılmış-

dır. Əslində tərifdə «müxtəlif səs cildi»nə maliklik əlaməti izafi sayıla bilər. Yəni 

sinonimlər məna çaları ilə fərqlənən sözlərdir. Doğrudur, əlavə əlamət, yəni fərqli 

səs cildi həm də polisemiya ilə sinonimliyi fərqləndirməyə xidmət göstərir. Anto-

nimlərdə əlavə əlamətin (eyniköklülük və fərqli köklülük) daxil edilməsi anlayışları 

bir-birindən ayırmada heç bir əsaslı rol oynamır.  Əvəzində antonimlərin təyini ilə 

bağlı mübahisə doğurur. Bu məsələ antonim, omonim və sinonimlərin mətndə 

funksionallığı, yəni mətndə işlənməsi cəhətlərinə də təsir göstərir.  

 

Dedim: könül, içmə eşqin camını, 



Içsən, dünya sənə dar olacaqdır. (Aşıq Ələsgər, 19) 

 

Nələr gördüm, gəşt elədim dünyanı, 



Hər bir işin qilü-qalı varıymış. 

Yaxşı günün olurmuşsa yamanı, 

Yaman günün yaxşı halı varıymış (Aşıq Ələsgər, 12) 

 

Ələsgər, bilirsən qüdrətin sirrin, 



Zülmətə işıq var, acıya şirin (Aşıq Ələsgər, 19) 

 

Antonimlərin  əsas üslubi funksiyaları  əksliyi ifadə etmək, təbiət və sosial 



hadisələri, insan xarakterini təzadlı  təsvir etmək vasitəsi olmaqdır.  Əksliklər, qar-

şılaşdırma mətnlərdə və eləcə də xüsusi sintaktik konstruksiyalarda – frazeologizm-

lərdə, zərb məsəllərdə və atalar sözlərində geniş istifadə olunur. Xalq deyimlərinin 

məna tutumu, obrazlılığı, lakonikliyi çox zaman antonimlərə ifadəsini tapır. Klas-



 

Filologiya  məsələləri – №3, 2014

 

 



74

siklərin, məşhur yazıçı və şairlərin əsərlərində yer alan qanadlı sözlərdə kifayət qə-

dər antonimlər işlənir.  

Antonimlərin üslubi funksiyaları müxtəlif və  rəngarəngdir. Bir sıra hallarda 

antonimlər mətni təşkil edir, başqa hallarda əsər qəhrəmanlarının xarakterindəki 

təzadlı məqamları açır, dəqiqləşdirici rol oynayırlar. Məsələn, içəri-çöl, sağ-sol, əv-

vəl-sonra kimi antonimlər mətndə zaman və  məkan münasibətlərini aydınlaşdırır. 

Zaman səciyyəli antonimlər hadisələrin ardıcıllığını təsvir etməkdə, zamanın müəy-

yən parametrlər üzrə qapanmasında, tamamlanmasında mühüm rol oynayır. Bədii 

əsərdə müəllif eyni antonim cütünü müxtəlif məqamlarda ardıcıl işlətməklə təzadın 

qabarıq, bir-biri ilə semantik bağlı, bir-birini tamamlayan mənzərəsini yaradır. 

Məsələn,  

 

Ürəyimin əsl yükü 



   sevinc imiş sən demə, 

Kədərimin əsl kökü 

   sevinc imiş sən demə. 

Kədərimi 

   çevirdim astar üzünə, 

Sevincimi gördüm…(R.Rövşən səh.17) 

 

Getdim, 


   o dünyaya dəydim, qayıtdım, 

Getdim 


   qapısını döydüm, qayıtdım, 

Gülə-gülə çıxdım dostlar üzünə, 

Dostları 

   çevirdim astar üzünə, 

Nə yaxşı ki, düşmən çıxan olmadı…(Ramiz Rövşən, 17) 

Antonimlərin üslub funksiyalarını öyrənərkən çox zaman eyni bir qrammatik 

və ya üslubi kateqoriyaya daxil olan sözlər qarşılaşdırılır. Bu zaman antonim cütün 

tərkibindəki hər iki söz eyni kateqoriyaya aid olur. Məsələn, ingilis dilində truth-fib 

sözləri antonim cüt yaratmır. Halbuki bu cütdəki sözlər  əks anlayışları ifadə edir. 

Truth sözü neytral üslubi laya aiddir, fib sözü isə slenq vahididir və başqa üslubi 

kateqoriyaya mənsubdur.  

Antonimlər bir çox üslubi fiqurların əsasında durur. Antonimlərin köməyi ilə 

sözlərə xüsusi məna vermək, məntiqi vuruğunu aşkarlamaq olur. Cümlədə, 

kontekstdə, mətndə leksik səviyyədə antonim olmayan sözlərin antonimliyi baş verə 

bilər. Bir sıra sözlər kontekst daxilində antonimlik qazanır. Daha doğrusu, kontekst-

də antonimini tapır. Bu isə təzadın, ziddiyyətin, əksliyin mətn daxilində antonimlik 

üçün yeganə göstərici olmadığını sübut edir.  

Üslubi funksiyalar dil vasitələrinin mətndə qarşılıqlı  təsiri və bu təsir nəti-

cəsində  mətnin məzmunu ekspressiv, emosional, qiymətləndirmə  və estetik in-

formasiyanın ötürülməsi ilə müəyyənləşir. Dil vasitələrinin üslubi funksiyalarına 

praqmatik cəhəthdən yanaşıldıqda, müəllifin oxucuya təlqin etdiyi emosiya və mü-

nasibət, danışanın verilən məlumata, dinləyənə, hadisə və vəziyyətə münasibəti də 

nəzərə alınır. 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



75

Üslubi funksiyaları reallaşdıran vasitələr oxucunun mətni təhrifsiz, düzgün 

başa düşməsinə kömək edir. Antonimlər yüksək üslubi potensialı olan dil vasitələri-

dir. Antonimlər bir-biri ilə zidd mənalı sözlər cütü olduğundan onlar təzadlı  mə-

qamların açılmasında, təzadlarla ötürülən məlumatı gücləndirməkdə, mətnin və fik-

rin ekspressivliyinin artırılmasında xüsusi rol oynayır.  

Antonimlərin başqa bir xüsusiyyəti onlardan birinin istifadə olunması nəticə-

sində digərinin assosiativ canlanması ilə bağlıdır. Antonimlərin üslubi xüsusiyyətlə-

ri dilin estetik funksiyalarını yerinə yetirən müxtglif nitq fiqurlarında reallaşır. Bədii 

dildə geniş yayılmış üslubi fiqurlardan biri antitezadır. Antiteza antonimlərin işlə-

nməsinə əsaslanır. Antiteza mahiyyətcə təzad təşkil edən söz obrazlarının qarşılaş-

dırılması üsludur. Bu üslub fiqurundan istifadə zamanı adlandırılan qarşılıqlı  əks 

anlayışlar bir kontekstdə qarşılaşdırılır. 

Təzad semantik kateqoriyadır. Təzadlı fiqurlarda qarşılaşdıran zidd sözlərdən 

biri fon rolunu oynayır və bu fonda işlənən digər sözün mənası daha aydın, daha 

qabarıq dərk edilir. 

Təzad bədii mətnin strukturunun təşkil və inkişaf etdirilməsinin kompozisiya-

nitq üsuludur (1, 200). Antiteza təzad fiqurudur. Antitezaya cəlb edilən bütün sözlər 

bir-birinə qarşı qoyulur (2, 292). Antitezanın gücləndirilmə, intensivləşdirilmə üsul-

ları vardır. Antitezanın leksik ifadə vasitələri antonimlərdir. Antitezalar aforizm və 

deyimlərdə, xalq yaradıcılığında geniş istifadə olunur. 

 

Score twice before you cut once.  



Desperate diseases call for desperate remedies.  

Keep your mouth shut and your ears open (3, 5). 

 

Antonimlər bədii mətndə canlı ifadə vasitələri kimi işlənir. Yazıçı, şair həyatı 



təzadlarda görür. Belə təzadlar onun gerçəkliyi bir tam kimi dərk etməsi, götürməsi 

və  təsvir etməsidir.  Əksliklər müxtəlif üslubi məqsədlərlə istifadə olunur. Həmin 

məqsədlər sırasına keyfiyyətin son həddini göstərmək, təsəvvürü, obrazı gücləndir-

mək, ifadəni anktuallaşdırmaq, iki əks keyfiyyəti, halı, hərəkəti, təsdiqləmək, aralıq, 

orta keyfiyyəti, xassəni bildirmək və s. bura daxildir. Eyni kontekstdə  əks mənalı 

sözləri qarşılaşdırmaqla ifadəlilik gücləndirilir.  

 

«Yollar eniş-yoxuş, 



bələn-bələndi, 

Yollar  


 

 

min ildir ki, gedib- gələndi, 



Təzəydi, köhnəydi bilmədim, 

Talada cığırlar qayiyələndi…» (M.Ismayıl, 23) 

 

It was the masterful and incommunicable wisdom of etemity at the futility of 



life and effort of life. 

It moved with commengled mistrust and daring, cacitiosly observing the men. 

Its attention fixed on the dogs. 

What masterful treachery lurked behing that apparently harmless piese of 

meat (C.London-Azı diş). 

Antiteza əsər adlarında, publisist yazıların başlıqlarında çox istifadə olunur. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



76

The Planeta Prize Occusations of Plagiarism (The New Yorker. 19.10.10). 

Bir-biri ilə təzad təşkil edən, bir-biri ilə qarşılaşdırıla bilən predmetlərin inkar 

edilməsi antiteziya əks üsuludur. Bu üsüldan istifadə zamanı müəyyən əlamətlərin 

yoxluğunu daha ifadəli və canlı şəkildə ötürmək mümkündür. 

No sun-no Moon! 

No morn-no noon! 

No-down- no dusk- 

No proper time of day- 

No sky -no earthly niew 

No distance looking blue…(V.Oden) 

Bu  şerdə ardıcıl, oxşar, təkrarlanan inkar konstruksiyalarının sıralanması 

payızın cansıxıcı mənzərəsini ifadəli şəkildə təsvir edir. 

Antiteza müqayisə edilən anlayışların  əksliyinə  əsaslanan üslubi fiqurdur. 

Antiteza sintaktik səviyyədə reallaşır. Antitezanı leksik əsası antonimlik, sintaktik 

əsası isə paralelizmdir. 

Antiteza qarşılaşdırılan və ya müqayisə edilən anlayışların məntiqi-məzmunu 

səciyyəsi, konstruksiya tipi, əlaqənin varlığı və ya yoxluğu ilə gerçəkləşir (4, 69). 

Antimetabola antonimliklə xiazmın birləşdirilməsindən alınan üslubi fiqurdur 

(5, 43).  

 Antitezanın gücləndirilməsinin  əsas iki üsulu vardır: 1)müxtəlif tipli 

təkrarlar; 2)sintaktik paralelizm. 

The Planeta Prize and Accusations of Plagiarism (The New Yorker, 19.10.10) 

- prize - accusation.  

 Wrong carrot, wrong stick (Center for European Policy analysis, 20.12.10).  

Müxtəlif tipli təkrarların köməyi ilə gücləndirilmə  əsasında formalaşan 

antiteza antimetabola adlandırılır. Antimetabola başlıqlarda geniş istifadə olunur. 

Onlar publisistik və  bədii mətnlərdə qeydə alınır. Müxtəlifsistemli dillərdə, o 

cümlədən ingilis və Azərbaycan dillərində antimetabola üslubi fiqur kimi işləkdir. 

Məsələn, Goodbye high finance. Hello family, fishing and folk songs (The 

Observer, 13.09.09).  

Antimetabola daha çox adresatın diqqətini cəlb etmək üçün istifadə edilir. 

Onun ikinci funksiyası hadisənin kəskinliyini, gərginliyini qabartmaqdır. 

Antonimlərin iştirakı ilə formalaşan sintaktik paralelizm antitezanı 

gücləndirir, onu intensivləşdirir. Antitezanın iki kəmiyyət tipi vardır: 1)sadə; 

2)mürəkkəb antiteza. 

Iki və daha artıq antonim cütünün işlədilməsi ilə  əmələ  gələn antiteza 

mürəkkəb antitezadır.  

 

Teens calling less, texting more (USA Today, 14.10.10).  



Əgər antitezada bir antonim cütü olarsa o, sadədir.  

Losing Cobs, but Gaining a Planet (The New Yorker, 19.11.10).  

Mürəkkəb antiteza ədəbiyyatda alloyzis və ya alloyza adlanır. 

Antiteza sintaktik paralelizmə birləşdikdə onun mukabala adlandırılan növü 

əmələ gəlir. 

Transportation Slows Down from Cersey; Speeds up Toward Space (The New 

Yorker, 16.10.10).  


 

Filologiya  məsələləri – №3, 2014

 

 



77

Antiteza daxili strukturuna görə də növlərə bölünür. Bu zaman antitezanın se-

mantik-morfoloci təhlili əsas götürülür. Bir köklü antitezalar ingilis dilində şəkilçi-

lərinin köməyi ilə  əmələ  gəlir. un-, dis-, mis - ( The spoken and unspoken word 

(The New Yorker, 23.09.10))  

Müxtəlifköklü antitezalarda antonim cüt formalaşdıran sözlər istifadə edilir. 

Bu forma müxtəlifsistemli dillərdə özünü eyni şəkildə göstərir.  

Big Problem, Small Package (Foreign Policy, 22.12.10).  

Antitezanın növlərindən biri də sinkrizis adlandırılır. Sinkrizis iki simmetrik 

cümlənin hər birində işlənən, antonim münasibətdə olan üzvlərlə yaranır (6, 268). 

Marriage: Husbands Get Richer, Bachelors Get Screwed (Time, 20.01.10).  

Qeyd etmək lazımdır ki, antonimlər  əsasında yaranan amfiteza və akroteza 

üslubi fiqurları da vardır. Bu üslubi fiqurlara münasibətdə  fərqli fikirlər irəli 

sürülür. Məsələn, T.Xazaqerov onları antitezanın növləri, L.Vvedenskaya isə 

müsqətil üslubi fiqur hesab edir (6; 7). 

Amfiteza tamı onun qütblərinə istinadla təsvir etmək üçün istifadə olunan 

üslubi fiqurdur. Belə üslubi fiqurun yaranmasında tamamlama prinsipi əsasdır. Elə 

antonim cütlər vardır ki, onlar müəyyən semantika üzrə bir-birinin tamamlayır. An-

tonim cütdəki iki söz bir yerdə tam təşkil edir. Amfitezanın komponenitləri tamın 

mövcudluğunu səciyyələndirən vahidlər kimi çıxış edir (7. 206). 

From top to bottom, how corruption infects Russia (The Independent, 

3.12.10).  

Akroteza antonimlə təsdiqi gücləndirmək üçün istifadə olunur. Məsələn, zəif 

yox, güclü… 

Awards, but No Charges, in Russia Cail-Death Probe (The Wall Street Jour-

nal, 11.11.10).  

Antitezada isim, sifət, fel, zərf iştirak edir. 

Mandelson: saviour or nemesis? (GQ, 29.05.10)); 

 Wiki leak's Russian Cables: Bad for the Reset, Good for Putin? (Time, 

02.12.10);  

WTO to help Russia's image, hurt its manufacturers (Reuters, 16.12.10));  

START soon, but not yet (The National Interest, 01.11.10)).  

Antiteza qarşılaşdırılmasının əsas struktur tiplərindən biri sadə genişlənmiş cüm-

lələr, bağlayıcısız tabesiz mürəkkəb cümlələr, mürəkkəb genişlənmiş cümlələrdir. 

Russia acts like a foe, but needs us as a friend (The Times, 23.12.10));  

«Deficit Denial» Ends, Tram Service Resumes (The New Yorker,1.12.10);  

US banks to post rise in profits, but investment income slumps (The Indepen-

dent, 17.10.10)).  

Antiteza yalnız struktur-semantik baxımdan deyil, həm də  mətnin üslubi və 

kompozisiya təşkili cəhətdən də  əhəmiyyət daşıyır. Nitq qarşılaşdırılmasının  əsas 

tipləri kimi bu zaman leksik, qrammatik və kompozisiya elementləri çıxış edir və 

onlar mətnin bütün səviyyələrdə təşkilində istifadə olunur. 

Publisistikada antiteza diqqətin cəlb edilməsi, problemin hərtərəfli nəzərdən 

keçirilməsi, aktual olanın daha dərindən dərk edilməsi üçün istifadə olunur. 

Publisistikada başlıq yazının oxunmasında və ya oxunmamasında həlledici rol 

oynayır. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



78

Başlıq mətn haqqında ilkin, vacib informasiyanı ötürür. Başlıq emosional ça-

lar daşıyır, oxucuda maraq oyadır, onun diqqətini cəlb edir. Başlıq antiteza əsasında 

qurulduqda onun təsir dərəcəsi güclənir. 

Antiteza başlıqların bir sıra növlərində çox istifadə olunur. Başlıq-sual, başlıq-

intriqa, başlıq-xronika, başlıq-rezüme formalarında antiteza daha çox rast gəlinir.  

Is your dog's bowl half full or empty? How to tell a pessimist pet from an 

optimist (Daily Mail, 12.10.10).  

The ugly truth about the beautiful game (The Independent, 03.06.10).  

«Deficit Denial» Ends, Tram Service Resumes (The New Yorker, 01.12.10).  

Obama's double-or-nothing moment in the Middle East (The Washington 

Post, 12.08.10).  

Antonimlik oksümoron üslubi fiqurunda istifadə olunur. Bu fiqurun mahiyyəti 

əksmənalı sözlərin birləşdirilməsi və ya qarşılaşdırılması təşkil edir. Məsələn. Ölü 

canlar. 

Yetər, qocalıqdan gənclik istəmə 

Sevənlər payızda, qışa bürünməz. 

Əsl güllər ilə kağız güllərin 

Uzaqdan baxmaqla fərqi bilinməz. (N.Kəsəmənli) 

 

Oksimoron başlıq və adlarda çox istifadə olunur. Antonimlik hadisəsi oksi-



moron üslubi fiqurunun da nüvəsini təşkil edir. Bu zaman əks sözlər birləşərək yeni 

anlayış əmələ gətirir. 

And faith unfaitful kept him falsely true (A.Tenngson) 

Ingilis poeziyasında oksimoron XVI əsrdə E.Spenserin şerlərində geniş yer 

almışdır. 

And painful pleasure turns to pleasing pain. 

V.Odenin şerlərində də bu üslubi fiqura müraciət edilmişdir. 

 

With the farming of a verse 



Make a vineyard of the curze 

Sing of human unsiccess 

 

In a rapture of distress. Burada a rapture of distress oksimorondur. Leksik 



birləşmənin pozulması  təzadlı semantik qarşılaşdırma yaradır. Rapture…distress 

ümumi semə malik olduğu kimi, eyni zamanda əkslik semi yaradır. Hər iki söz 

yüksək emosional gərginliklə  səciyyələnir. Birinci halda bu, heyrət və  fərəhlə 

bağlıdırsa. Ikinci tərəf üçün dərd və bədbəxtliklə əlaqələnir. Hər iki söz bir-birinə 

maksimum zidd olan emosiyaları ifadə etməklə bir-birinə yanaşır.  

Antifrazis antonimlərin istehzalı çalar məqsədi yaratmaq üçün istifadə edildiyi 

üslubi fiqurdur. 

Danışıq dilində işlənən terribly smart, awfully beautiful tipli oksimoronlarda 

birinci komponentin leksik denotativ mənasını itirib ekspressivliyi gücləndirmə 

vasitəsinə çevrildiyinə görə semantik uzlaşma olmur (8, 1). 

Məntiqi və leksik əksliklərin qarşılaşdırılması üslubiyyatda təsirli vasitələrdən 

biridir. Bu vasitələr oxucunun ziddiyyətli, təzadlı hadisələri qavramasına kömək 

edir. 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



79

Antonimlərin üslubi funksiyaları  təzadın ifadəsi ilə  məhdudlaşmır. Bu 

vasitələr bir halda mətni struktur təşkil edir, başqa halda əsərin qəhrəmanlarının 

xarakterini açır, üçüncü halda dəqiqləşdirici funksiyanı yerinə yetirir. Mətndə 

inside-outside, right-left məkan münasibətlərini ifadə edir. Zaman mənalı 

antonimlər hadisələrin ardıcıllığını bildirir: at the begining -in the end. 

Qəhrəmanların xarakterini açarkən keyfiyyətcə  əks anlayışlardan istifadə 

olunur. Dost-düşmən, kasıb-varlı. 

Əks hadisələrin başlanğıcının bildirən antonimlər daha geniş dairəni  əhatə 

etməyə imkan verir. 

It was the best of times, it was the warst of times, it was the age of wisdom, it 

was the age of fodishness, we had everything before us, we had nothing before us… 

(Diccens. A tale of Two Cities). 

Bəzi antonim cütlər nitqdə leksik birləşmə kimi, istifadə olunurlar. Məsələn, 

uşaq da, gənc də, böyük də, balaca da, tez ya gec və s. Onların nitqə işlənməsi nitq 

konnotasiyası yaradır. Nitq antonimlərinin qarşılaşdırılması zamanı  bəzən istehza 

çaları əmələ gəlir.  

Where it the begining of that end by which the beginning ends? 

Antonimlərin bədii mətndə üslubi məqsədlə istifadə olunması yalnız antonim 

cütə daxil olan hər iki sözün mətnə gətirilməsində özünü göstərmir. Bəzən antonim 

cütün bir elementini işlətməklə üslubi funksionallıq  əmələ  gəlir. Antonimlərin 

mətndə istifadə olunması üslubi motivləşməlidir. 

Beləliklə, antonimlərin üslubi funksiyalarının rəngarəng və müxtəlif olması 

aydınlaşır. Antonimlər əksliyi ifadə edir, hadisələrin zidd mahiyyətini açır, onların 

danışıqda işlənməsi ifadəliliyi, obrazlılığı, emosionallığı gücləndirir. Antonimlərin 

qarşılaşdırılması əsərin qəhrəmanlarının xarakterini açır, mətni təşkil edir, hadisələr 

ardıcıllığını, məkan və zaman miqyasını göstərir. 

 

Ədəbiyyat 



 

1.  Караулов Ю.Н. Русский язык. Энциклопедия.-Москва, 1999 

2.  Гальперин И.Р. Стилистика английского языка. Москва, 1981 

3.  Crystal D, Devy D. Investigating English Style. London 1989 

4.  Бахтин  М.М.  Вопросы  стилистики  на  уроках  русского  языка  в 

школе//русская словесность. 1994, №2.  

5.  Кожина М.Н. Стилистика русского языка. Москва, 1993  

6.  Хазагеров Т.Г. Общая риторика. Словарь риторических приемов. – Ростов-

на-Дону, 1999.  

7.  Введенская  Л.А.  Стилистические  фигуры,  основанные  на  антонимах // 

Краткие очерки по русскому языку.– Курск, 1966. – Вып. 2. 

8.  Арнольд  И.В.  Стилистика  современный  английский  язык.  Москва: 

Флинта, 2002 

 

 



 

 

 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



80

Севда Халилова 

Стилистические особенности антонимов 

Резюме 


 

В  статье  рассматриваются  вопросы  употребления  антонимов  в  литера-

турной  и  публицистических  стилях,  анализируются  способы  возникновения 

таких  стилистических  фигур,  как  антитеза  и  ее  различные  виды,  а  также 

оксюморон  и  хиазм.  Уточняются  роль  стилистических  фигур  в  организации 

текста на материале английского и азербайджанских языков. В ходе исследо-

вания  была  выявлена,  что  употребление  антонимов  раскрывает  сущность 

контрастных  отношении  между  предметами  и  явлениями.  Оппозиция  слов 

составлявщая  антонимичная  пара  дает  возможность  более  глубокому 

проникновении  во  внутренний  мир  героев,  обеспечивает  эмоционально-

экспрессивность, выразительность, а также образность речи. 


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin