Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   5   6   7   8   9   10   11   12   ...   54
Əməliyyat sistemlərinin tipləri. Hal-hazırda geniş yayılan əməliyyat sistemlərindən DOS, 
OS/2 UNIX LINUX WINDOWS-un müxtəlif versiyalarını qeyd etmək olar. 
DOS ailəsinin əməliyyat sistemləri. Bu ailənin birinci üzvü MS DOS (Microsoft 
Disk Operating System-Microsoft firmasının disk əməliyyat sistemi) sistemidir. Bu sistem 
İBM PC kompüterləri üçün 1981-ci ildə yaradılmışdır. DOS ailəsinin əməliyyat sistemləri 
birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir: 
- istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyilə interfeys həyata keçirilir; 
- sistemin İBM tipli müxtəlif kompüterlərdə işləməsini təmin etmək üçün 
struktur modulluğu; 
- sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 kbayt). 
DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatışmazlığı fərdi kompüter 
resurslarına və ƏS-ə icazə olmadan müraciətdən mühafizə vasitələrinin olmamasıdır. 
OS/2 ailəsinin əməliyyat sistemləri. 1987-ci ildə fərdi kompüterlərin yeni ailəsinin 
yaradılması ilə əlaqədar İBM firması tərəfindən OS/2 ƏS hazırlanmışdır. OS/2 ikinci nəsil 
çoxməsələli əməliyyat sistemidir. OS/2 İBM PC ilə uyuşan kompüterlər üçün 32 mərtəbəli 
qrafiki çoxməsələli əməliyyat sistemidir. OS/2 bir neçə tətbiqi proqramın paralel işini 
təmin edir və bu zaman işləyən proqramları bir-birindən, əməliyyat sistemini isə işləyən 
proqramlardan mühafizə edir. Bu əməliyyat sistemi DOS-un fayl sistemi ilə uyuşan rahat 
qrafiki istifadəçi interfeysinə malikdir. Bu da verilənlərdə heç bir çevirmə aparmadan, 
onlardan həm DOS-da, həm də OS/2-də istifadə etməyə imkan verir. OS/2- nin aşağıdakı 
modifikasiyaları mövcuddur: 



- OS/2 Warp 3.0-yaddaşdan istifadə və qrafiki interfeys təkmilləşdirilib; 
- OS/2 Warp Connect-şəbəkə imkanları təkmilləşdirilib; 
- OS/2 Warp Server-serverli ƏS-də iş üçün nəzərdə tutulub. 
- OS/2-nin əsas çatışmazlığı onun az sayda tətbiqi proqramlara malik olmasıdır 
ki, onun MS DOS və Windows ƏS-ə nisbətən az yayılmasına səbəb olub. 
UNIX ailəsinin əməliyyat sistemləri. UNIX -32-mərtəbəli, çoxməsələli, 
çoxistifadəçili əməliyyat sistemləri ailəsidir. 1969-cu ildə AT&T konserninin Bell Labs 
firması tərəfindən yaradılmışdır. 1992-ci ildə AT&T konserni, UNIX sistemi ilə məşğul 
olan bütün strukturu Novell kompaniyasına satdı. Artıq burada UNIX Ware adlı versiya 
yarandı, amma geniş yayılmadı. UNIX-in üstün cəhəti onun müxtəlif kompüterlərdə 
istifadəsinin mümkünlüyüdür. O aşağıdakıları özündə birləşdirir: 
- paylanmış verilənlər bazasına müraciət; 
- lokal şəbəkədə işləmək; 
- uzaq məsafədə əlaqə və adi modemdən istifadə etməklə qlobal şəbəkəyə çıxış 
imkanı. Bu UNIX-in ən vacib komponentlərindən biridir. 
Hazırda UNIX üçün çoxlu sayda tətbiqi proqramlar mövcuddur. MS DOS və 
WINDOWS üçün geniş yayılan bir çox tətbiqi proqramlar UNIX-də də istifadə oluna bilər. 
UNIX ailəsindən olan bir neçə ƏS mövcuddur. Bu ailədən olan müxtəlif versiyaların öz adı 
var. UNIX-in fayl sistemi faylları icazəsiz müraciətdən mühafizəni təmin edir. Hal-hazırda 
UNIX ailəsindən olan şəbəkə ƏS-dən geniş yayılanı 32-mərtəbəli çoxistifadəçili, 
çoxməsələli UNIX Ware sistemidir. 
LINUX əməliyyat sistemi. UNIX ailəsinin əməliyyat sistemlərindən olan LINUX 
əməliyyat sistemi Finlandiyanın Helsinki Universitetinin tələbəsi Linus Torvalds tərəfindən 
yaradılmışdır. Ilk versiya Minix adlanmaqla 1991-ci ilin avqustunda yaradıldı. 1991-ci ilin 
oktyabrında isə Linus Linux-in ilk 0.02 versiyası yaradıldığını rəsmən elan etdi. Linux-in 
0.03 versiyasından sonra 0.10 nömrələnməyə keçdi ki, bununla da onun layihəsində çoxlu 
insan iştirak etdi. Növbəti versiya 1992-ci ildə yaradıldı ki, bunun da nömrəsi 0.95 oldu. 
1993-cü ilin dekabrında isə Linux 0.99 yaradıldı. Linux verilənlərin saxlanılması üçün 
müxtəlif tip fayl sistemlərini dəstəkləyir. O şəbəkə ilə işi təmin etmək üçün TCP/IP 
protokollarına malikdir. Mümkün yaddaşın həcmini artırmaq üçün Linux diskin səhifələrə 
bölünməsini həyata keçirir. Linux-da vi, ex, pico, jave və həmçinin GNU Emacs, Lucid 
Emacs və joe kimi mətn redaktorları mövcuddur. Linux-da həmçinin çoxlu sayda mətn 
prosessorları var. Bunlardan biri groff-GNU (Bell Labs tərəfindən yaradılıb), o biri isə 
Donald Knut tərəfindən yaradılan TeX mətn prosessorudur. TeX-in genişlənməsi isə 
texinfo-dur. Linux əməliyyat sistemi UNIX mühitində proqramlaşdırmanı tam təmin edir. 
Bura standart kitabxanalar, proqram vasitələri, kompilyatorlar və sazlayıcılar daxildir. 
WINDOWS ailəsinin əməliyyat sistemləri. Windows ailəsinin əməliyyat sistemləri 
Microsoft firması tərəfindən hazırlanmışdır. Windows rahat qrafiki interfeysli, çoxməsələli 
əməliyyat sistemidir. Bu ailənin hələlik sonuncu versiyası Windows 10-dur. Bu ailənin ilk 
versiyalarından olan Windows 95/98 qismən 16 və 32- mərtəbəli əməliyyat sistemidir. 
Windows NT əməliyyat sistemi çox geniş yayılmış 32-mərtəbəli şəbəkə ƏSdir. Onun 2 
modifikasiyası mövcuddur: Windows NT Server və Windows NT Work Station. 
Windows 2000 əməliyyat sistemləri ailəsi Windows NT texnologiyası əsasında yaradılıb 
və özündə olan çoxlu sayda təkmilləşdirmələrə və əlavələrə görə fərqlənir. Windows 2000 
çoxməqsədli əməliyyat sistemi olmaqla birsəviyyəli və kliyent-serverli şəbəkəni 
dəstəkləyir. 2001-ci ildə yaradılan əməliyyat sistemi Windows XP adlandırıldı. Bu 
əməliyyat sisteminin Windows XP Server, Windows XP Professional və Windows XP 


10 
Home versiyaları mövcuddur. Bu əməliyyat sistemində ən böyük yenilik əməliyyat 
sisteminin özündə CD-R və CD-RW disklərində yazmağı dəstəkləməsidir.2003-cü ilin 
yayında yeni server ƏS olan Windows Server 2003 yarandı ki, bunun da aşağıdakı dörd 
versiyası mövcuddur: 
❖ 
Windows Server 2003 Standart Edition - kiçik biznes müəssisələri və təşkilatın ayrı-
ayrı bölmələri üçün nəzərdə tutulan şəbəkə əməliyyat sistemidir; 
❖ 
Windows Server 2003 Enterprise Edition - istənilən həcmli müəssisənin tələblərini 
ödəyən əməliyyat sistemidir; 
❖ 
Windows Server 2003 Datacenter Edition - biznes tətbiqi proqramları üçün nəzərdə 
tutulub; 
❖ 
Windows Server 2003 Web Edition - bu Windows əməliyyat sisteminin yeni 
məhsulu olmaqla, web-server istifadəsi üçün nəzərdə tutulub. 
Sonrakı illərdə Windows 7 əməliyyat sistemi yaradıldı. Hələlik Windows-un sonuncu 
versiyalar Windows 8 və Windows 10-dur. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin