Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   2   3   4   5   6   7   8   9   ...   54
Maşınyönlü sistemlərdə proqramlaşdırma dili müəyyən kompüterlə və ya kompüter 
ailəsi ilə əlaqəli olur. Bu sistemlərin tipik nümayəndələri simvolik proqramlaşdırma 
sistemləri, avtokodlar, makrogeneratorlar və assemblerlərdir. Hazırda assemblerlər geniş 
tətbiq olunur. Bu sistemlərdə istifadə olunan assembler dili makroəmrlərdən təşkil olunur. 
Makroəmr müəyyən əməliyyatı və ya funksiyanı yerinə yetirmək üçün bir və ya bir neçə 
maşın əmrindən ibarət olur. Hər bir kompüter ailəsinin özünə məxsus assembler dili 
mövcuddur. Assembler dilində işləmək nisbətən çətin olur, çox vaxt aparır. Lakin bu dildə 
yazılan proqram digər dillərə nisbətən daha yığcam olduğundan, istehsalat sahələrində 
böyük tezliklə həll olunan məsələlərin assemblerdə proqramlaşdırılması məqsədə 
uyğundur. Praktikada assembler dilindən həm bu məqsədlə, həm də sistem 
proqramlaşdırılmasında geniş istifadə olunur. Assembler dilindəki proqramı kompüter 
dilinə çevirən proqram “Assembler” adlanır. 
Proseduryönlü sistemlərdə istifadə olunan proqramlaşdırma dilləri konkret tip 
kompüterlə əlaqəli olmayıb, istənilən alqoritimlərin (prosedurların) proqramlaşdırmasını və 
bu proqramların istənilən tip kompüterdə icrasını təmin edirlər. Bu dillərin 3 adı 
mövcuddur: alqoritmik dillər, prosedur dilləri, direktiv dillər. Ümumən onlara yüksək 
səviyyəli proqramlaşdırma dilləri də deyilir. Yüksək səviyyəli proqramlaşdırma dilləri 



universal xarakter daşıyıb, istənilən sahəyə aid məsələlərin proqramlaşdırılmasını təmin 
edirlər. Lakin proqramlaşdırma təcrübəsində çox vaxt proseduryönlü dil tətbiq sahəsinin 
xarakterinə uyğun yaradılır. Bu baxımdan proseduryönlü dilləri şərti olaraq 4 qrupa 
ayırmaq olar: 
- elmi-texniki məsələlərin proqramlaşdırılması üçün dillər. Bu qrupa Alqol, 
Fortran, Basic, Paskal, C dillərini aid etmək olar
- iqtisadi məsələlərin proqramlaşdırılması üçün dillər: Cobol, PL-1; 
- texnoloji 
proseslərin 
idarəetmə 
alqoritmlərinin 
və 
modelləşdirmə 
məsələlərinin proqramlaşdırılması üçün dillər: ART, Simula, Simskript; 
- informasiya-məntiq məsələlərinin həlli üçün dillər: LİSP, Komit, FPL, KRL. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin